Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nerva
Mark Kokçey Nerva (lat. Marcus Cocceius Nerva; * 8 noyabr 30; † 27 yanvar 98) — Antoninlər sülaləsinin banisi, "Beş yaxşı imperator"dan birincisi. == Həyatı == Nerva Vespasian kimi flavi sülaləsinə mənsub olub, əsilli nəcabətli ailəsi əslən Romadan bir qədər şimalda yerləşən Narnia şəhərindəndir. Babası və atası dövrünün seçilən hüquqşünas və aristokratlarından olmuşlar. Ata-baba sənətinin davamçısı olan Nervanın şairlik və artistlik qabiliyyəti onu imperator Neronun sevimlisinə çevirmişdir. Karyerasına konsul kimi 71-ci ildə imperator Vaspasianın dövründə başlamış və 90-cı illərdə Domisianın hakimiyyəti dövründə davam etmişdir. == İmperatorluğu == 96-cı ildə Domisian sui-qəsd nəticəsində öldürüldükdən sonra, artıq yaşlaşmış və sonsuz Nerva senatın dəstəyi ilə 18 sentyabr 96-cı ildə imperator elan edilir və Domisiana qarşı onu xatirədən silmək (lat. Damnatio memoriae) qərarı verir. Senatın bu tədbirli planı digər hakimiyyət iddiaçılarını geri çəkilməyə məcbur edir. Domisian zamanında sürgün edilənlərin geriyə dönməsinə və mülklərinə yenidən sahib olmasına izin verən Nerva, Pretorian qvardiyasının (latın dili|lat.
Neyva
Neyva (isp. Neiva) — Maqdalena çayının yuxarı hissəsində, Kolumbiyanın qərbində yerləşən şəhərdir. Uila departamentinin inzibati mərkəzi hesab olunur. == Haqqında == 1539-cu ildə əsası qoyulmuşdur. Hindlilər tərəfindən şəhər məhv edilmiş və 1612-ci ildə yenidən abadlaşdırılmışdır. Şəhərin bir dəmiryolu stansiyası və hava limanı vardır. Neyva şəhəri kakao, qəhvə, banan, düyü və paxla əkinçilik mərkəzləri və heyvan yetişdirilməsi daha yaxşı inkişaf etmişdir.
Nizvа
Nizva (ərəb.-نزوی) — Omanda şəhər, Daxiliyyə regionun inzibatimərkəzi. Plkənin qədim şəhərlərindən biridir. Paytaxtı Maskatdan 165 km aralıda yerləşir. 2003-cü ildə burada 68,785 sakin siyahıya alınmış, 2008-ci ildə əhalinin sayı artıq 85 minə çatmışdı. Mühüm ticarət və turistik mərkəzidir. Burada universitet, texniki kollec, Polis Akademiyası yerləşir.
Neva
Neva (rus. Нева) — Rusiya Federasiyasının Leninqrad vilayətində çay. Çayın uzunluğu 74 km., hövzəsinin sahəsi 281 min km²-dir (Ladoqa, Oneqa gölləri və s. hövzələri ilə birlikdə). Ladoqa gölündən başlanır. Baltik dənizinin Fin körfəzinə tökülür. Aşağı axınında əmələ gətirdiyi deltadakı adalarda və Nevayanı ovalıqda Sankt-Peterburq şəhəri yerləşir. Fin körfəzi və Nevanın aşağı axınında cənub-qərb və qərb küləkləri vasitəsilə suyun qovulması nəticəsində çayın səviyyəsi qalxaraq bəzən Sankt-Peterburqda daşqınlara səbəb olur. Nevanın yuxarı axınında buz yığınlarına səbəb olan suiçi (dərinlik) buzların intensiv surətdə yaranması xarakterikdir. Çay dekabrdan mayadək donmuş olur.
Nerva-Antonin
Antoninlər sülaləsi (və ya "Beş yaxşı imperator" (ing. Five Good Emperors) — termin E.Qibbsona məxsusdur; və ya "evladlığa götürülmüş imperatorlar") — təxminən iki yüz il hakimiyyətrə olmuş Qədim Roma sülaləsi. Onların hakimiyyəti zamanı (96–180) imperiya özünün ən stabil və çiçəklənən dövrünü yaşamışdır. Daxili siyasəti imperator-senat münasibətlərində barış mövqeyi, senatorlara qarşı represiya və torpaq müsadirəsi siyasəti aparılmaması ilə seçilir. Xarici siyasəti imperiya demək olar ki, Yaxın Şərqi tutmaqla ən böyük əraziyə malik olması ilə səciyyələnir. Hakimiyətin vərəsələnməsi demək olar ki, qan tökülmədən həyata keçirilirdi. Hər bir imperator sağlığında senatorlardan və ya hərbi komandirlərdən ən bacarıqlısını evladlığa götürərək öz xələfi elan edirdi. Ancaq Mark Avreli bu ənənəni pozaraq hakimiyyəti öz doğma oğluna — Kommoda tapşırmışdır ki, o da bacarıqsızlığı və əxlaqsızlığı səbəbindən sui-qəsd nəticəsində öldürülmüşdür.
Nəcva Kərəm
Nəcva Kərəm (ərəb. نجوى كرم‎; 26 fevral 1966, Zəhlə) — Livanlı müğənni, mahnı yazıçısı və aktrisa. Ərəb musiqisinin janrlarında əsərlər yaradıb. == Diskoqrafiya == 1989: Ya Habayeb 1992: Shams el-Ghinnieh 1993: Ana Ma'kon 1994: Naghmet Hob 1995: Ma Bassmahlak 1996: Hazi Helo 1997: Ma Hada La Hada 1998: Maghroumeh 1999: Rouh Rouhi 2000: Oyoun Qalbi 2001: Nedmaneh 2002: Tahamouni 2003: Saharni 2004: Shu Mghaira..! 2005: Kibir'el Hob 2007: Hayda Haki 2008: Am Bemzah Ma'ak 2009: Khallini Shoufak 2011: Hal Layle...
Neva deltası
Neva deltası — Neva çayının mənsəbində yerləşə delta. Sankt-Peterburq şəhərinin tarixi hissəsi burada yerləşir. Artıq XX əsrin əvvəllərinə kimi bütünlüklə inşa edilən bölgədir. == Tarixi == Deltada şəhər salınmasına qədər ərazi bütünlüklə qollarla parçalanmış, bataqlıqlaşmış ərazidən ibərət idi. Deltada bir çox xalqlar məskun olmuşdur. Burada finlərə məxsus Kalininka kəndi vardı. Ətrafında isə Avtovo (fin), Niençans (isveç) kəndləri mövcud idi. Burada şəhərin inşa edilməsinə 1703-cü ildə başlanılmışdır. Bir çox adalar bu zaman adlandırılır və bütünlüklə tikinti ərazisinə çevrilir. İri adalarda əsasən saraylar inşa edilirdi (Dovşan, Yeni Hollandiya).
Neva vuruşması
Neva vuruşması — 1240-cı il iyulun 15-də (21-də) rus və İsveç qoşunları arasında vuruşma. İsveçlilərin hucum etməkdə məqsədi Neva çayı mənsəbini və Ladoqa şəhərini tutmaq idi (bu, onlara "varyaqlardan yunanlara" gedən yolun şimal sahəsini ələ keçirmək imkanı verirdi). Novqorod knyazı Aleksandr Yaroslaviç isveçliləri İjora çayı mənsəbinə çatdılar. Dumanlı havadan istifadə edən ruslar İsveç düşərgəsinə hücum edərək onları darmadağın etdilər. Döyüşdə göstərdiyi sərkərdəlik məharəti və igidliyə görə xalq knyaz Aleksandr Yaroslaviçi Nevski adlandırdı. == Ədəbiyyat == Пашуто В.Т. Героическая борьба русского народа за независимость (XIII в.), М., 1956. Пашуто В.Т. Александр Невский, М., 1974. == Mənbə == Нева вурушмасы (1240) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Neva Çiftçioğlu
Neva Çiftçioğlu Banes (24 fevral 1963, Ərzurum) — Biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, astrobioloq. Ç.B. Neva NASA-da işləyən ilk Türkiyə vətəndaşı . Tibb üzrə Nobel Mükafatına namizədliyinin irəli sürülməsi hadisəsi yalnız bir iddiadır və bu barədə heç bir sənəd və ya şahid yoxdur. == Təhsili == 1985-ci ildə Hacəttəpə Universitetinin Biologiya fakültəsindən məzun olmuşdur. Eyni il Ankara Universiteti Tipp fakültəsində mikrobiologiya sahəsində magitr təhsilinə başlamış və doktorantura təhsilini də orada almışdır. == Elmi fəaliyyəti == 1991-ci ildə Finlandiyanın Kuopio Universitetinin biotexnologiya sahəsində işləməyə başlamış və eyni universitetdə dosent adını almışdır. Doktor Olavi Kajander ilə vücuddakı ərplənmələrə səbəb olan nanobakteriya adını verdikləri yeni bir mikro-orqanizmanı izoliyasiya etməyi bacarmışdır. Çiftçioölu və Kajander ikilisinin nəzəriyyəsinə görə bilinməyən insan xəstəliklərinin 25 faizində olan patalojik kalsifikasiyalar (ərplənmə) nanobakteriyalar tərəfindən başladılır. Bu iddia sonradan elmi ictimaiyyət tərəfindən rədd edildi. Elmi nəşrlər göstərib ki, nanobakteriyalar mövcud deyil.
Neva çayı
Neva (rus. Нева) — Rusiya Federasiyasının Leninqrad vilayətində çay. Çayın uzunluğu 74 km., hövzəsinin sahəsi 281 min km²-dir (Ladoqa, Oneqa gölləri və s. hövzələri ilə birlikdə). Ladoqa gölündən başlanır. Baltik dənizinin Fin körfəzinə tökülür. Aşağı axınında əmələ gətirdiyi deltadakı adalarda və Nevayanı ovalıqda Sankt-Peterburq şəhəri yerləşir. Fin körfəzi və Nevanın aşağı axınında cənub-qərb və qərb küləkləri vasitəsilə suyun qovulması nəticəsində çayın səviyyəsi qalxaraq bəzən Sankt-Peterburqda daşqınlara səbəb olur. Nevanın yuxarı axınında buz yığınlarına səbəb olan suiçi (dərinlik) buzların intensiv surətdə yaranması xarakterikdir. Çay dekabrdan mayadək donmuş olur.
Neza Biduan
Neja Bidouane (18 sentyabr 1969, Rabat) — Əlillər arasında yarışmış keçmiş Mərakeşli atlet. 1999 IAAF Dünya Atletizm Çempionatında gümüş medal qazanmış və Afrika rekorunu 52.90 saniyə ilə qırmışdır. Abdeləziz Sahere ilə evlidir.
Nerva-Antonin sülaləsi
Antoninlər sülaləsi (və ya "Beş yaxşı imperator" (ing. Five Good Emperors) — termin E.Qibbsona məxsusdur; və ya "evladlığa götürülmüş imperatorlar") — təxminən iki yüz il hakimiyyətrə olmuş Qədim Roma sülaləsi. Onların hakimiyyəti zamanı (96–180) imperiya özünün ən stabil və çiçəklənən dövrünü yaşamışdır. Daxili siyasəti imperator-senat münasibətlərində barış mövqeyi, senatorlara qarşı represiya və torpaq müsadirəsi siyasəti aparılmaması ilə seçilir. Xarici siyasəti imperiya demək olar ki, Yaxın Şərqi tutmaqla ən böyük əraziyə malik olması ilə səciyyələnir. Hakimiyətin vərəsələnməsi demək olar ki, qan tökülmədən həyata keçirilirdi. Hər bir imperator sağlığında senatorlardan və ya hərbi komandirlərdən ən bacarıqlısını evladlığa götürərək öz xələfi elan edirdi. Ancaq Mark Avreli bu ənənəni pozaraq hakimiyyəti öz doğma oğluna — Kommoda tapşırmışdır ki, o da bacarıqsızlığı və əxlaqsızlığı səbəbindən sui-qəsd nəticəsində öldürülmüşdür.
Cəfərqulu xan Nəva
Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşir (1785-1867) — Dövrünün tanınmış Azərbaycan şair və ictimai xadimi , general-mayor. == Həyatı == Cəfərqulu xan Nəva 1785-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. Lələsi Səfərəli bəy Əli bəy oğlu Kəbirli idi. Atası Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir Qarabağ xanlığının vəliəhdi olduğundan babasından sonra hakimiyyətə keçəcəyini güman edirdi. Mirzə Fətəli Axundova görə Qarabağ xanı İbrahimxəlil xanın ruslar tərəfindən öldürülməsindən sonra onun yerinə ən real namizəd 18 yaşlı nəvəsi Cəfər ağa imiş, lakin İbrahimxəlil xanın ikinci oğlu Mehdiqulu ağa Tiflisdə — Qraf Qudoviçin sərəncamında, olan Cəfərqulu xan Xoyski ilə gizli danışıqlar aparır və özünün xan təyin ediləcəyi təqdirdə Cənubi Qafqaz gözəli hesab edilən bacısı Gövhər ağanı ona — 60 yaşlı Cəfərqulu xana, ərə verəcəcəyini bildirir, Cəfərqulu xan isə Gövhər ağanın gözəlliyinə görə bu təklifdən boyun qaçıra bilmir və qraf Qudoviçi Mehdiqulu xanı xan təyin etməyə razı salır. Əmisi Mehdiqulu xan Cavanşir taxta əyləşəndən sonra ona qarşı mübarizəyə başladı, lakin uduzub Sibirə sürgün olundu. Sürgündən dönəndən sonra artıq xanlıq yox idi. Qarabağ atlı alayının komandanı oldu. Cəfərqulu xan comərd, alicənab bir şəxsiyyət idi.
Qış sarayının Neva anfiladası
Neva anfiladası (rus. Невская анфилада) - Sankt-Peterburqdakı Qış sarayının Neva çayına baxan hissəsində yanaşı yerləşən üç dəbdəbəli mərasim zalından təşkil olunmuş otaqlar seriyasıdır. 1753-cü ildə anfiladanın yerləşdiyi yerdə memar Françesko Bartolomeo Rastrelli tərəfindən beş otaq inşa edilmişdi. Lakin 1790-cı ildə həmin otaqlar sökülərək, yerində memar Cakomo Kvarencinin layihəsi əsasında üç böyük zal tikildi. 1873-cü ildə Qış sarayında baş verən yanğından sonra, zallar Vasili Stasovun rəhbərliyi altında bərpa edilmişdir. Tez-tez balların keçirildiyi zallar imperator sarayının həmişə diqqət mərkəzində olan hissəsi olmuşdur. 1915-ci ildə sonuncu Rusiya imperatoru II Nikolayın göstərişi ilə Neva anfiladası hərbi hospitala çevrilmişdir. 1917-ci il Rusiya İnqlabından sonra sarayın digər otaqları kimi, Neva anfiladası da Ermitajın sərgi zalları kimi istifadə olunmağa başlamışdır. == Tarixi == Qış sarayı 1732-ci ildə Çariça I Annanın sifarişi ilə memar Françesko Bartolomeo Rastrellinin layihəsi əsasında inşa edilmişdir. I Pyotrun kiçik malikanəsi və admiral-general Fyodor Matveyeviç Apraksinin sarayının özülləri əsasında çariça Qış sarayını inşa etdirmişdir.
Qış sarayının Neva enfiladası
Neva anfiladası (rus. Невская анфилада) - Sankt-Peterburqdakı Qış sarayının Neva çayına baxan hissəsində yanaşı yerləşən üç dəbdəbəli mərasim zalından təşkil olunmuş otaqlar seriyasıdır. 1753-cü ildə anfiladanın yerləşdiyi yerdə memar Françesko Bartolomeo Rastrelli tərəfindən beş otaq inşa edilmişdi. Lakin 1790-cı ildə həmin otaqlar sökülərək, yerində memar Cakomo Kvarencinin layihəsi əsasında üç böyük zal tikildi. 1873-cü ildə Qış sarayında baş verən yanğından sonra, zallar Vasili Stasovun rəhbərliyi altında bərpa edilmişdir. Tez-tez balların keçirildiyi zallar imperator sarayının həmişə diqqət mərkəzində olan hissəsi olmuşdur. 1915-ci ildə sonuncu Rusiya imperatoru II Nikolayın göstərişi ilə Neva anfiladası hərbi hospitala çevrilmişdir. 1917-ci il Rusiya İnqlabından sonra sarayın digər otaqları kimi, Neva anfiladası da Ermitajın sərgi zalları kimi istifadə olunmağa başlamışdır. == Tarixi == Qış sarayı 1732-ci ildə Çariça I Annanın sifarişi ilə memar Françesko Bartolomeo Rastrellinin layihəsi əsasında inşa edilmişdir. I Pyotrun kiçik malikanəsi və admiral-general Fyodor Matveyeviç Apraksinin sarayının özülləri əsasında çariça Qış sarayını inşa etdirmişdir.
Eniva
Eniva (yap. 恵庭市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın İşikari sabprefekturada yerləşən şəhər.
Fətva
Fətva (ərəbcə:فتوى), İslam hüququ ilə əlaqədar olan bir problemin dini hüquq qaydalarına görə çıxış yolunu göstərən, Şeyxülislam və ya müfti tərəfindən veriləbilən dini sənəd. Fətva sadəcə İslam hüququ ilə əlaqədar olaraq deyil, İslamın qaydaları ilə idarə olunan dövlətlərdə də, hakimin verdiyi qərardır. == Fətva ilə hökm arasında fərq == Fətva ilə hökmün fərqləri müvafiq məzmunlu şəriət kitablarında izah edilmişdir. Qısaca bunu deyək ki, fətva şəriətdə nəzərdə tutulmuş mövcud dəlillər əsasında verilir (Quran ayələrinə, hədislərə, icmaya və ağıla əsaslanaraq). Hökm isə müctəhidin mövcud şəraiti dəyərləndirərək gəldiyi qənaəti əks etdirir. Əlbəttə, hökm verilərkən də şəriətdəki dəlillər nəzərə alınır, lakin bu dəlillər mücərrəd mənada deyil, mövcud şəraitə əsasən dəyərləndirilir. Buna görə də fətva zamana və şəraitə görə dəyişmir, hökm isə dəyişə bilər. Beləliklə, hökm fətvaya nisbətən daha geniş məfhumdur; deyə bilərik ki, məna etibarilə hökm fətvanı da özündə ehtiva edir. Fətva, onu verən müctəhid və onun müqəllidləri üçün keçərlidir, başqaları həmin müctəhidin fətvasına əməl etməyə vəzifəli deyillər. Amma lazımi şərtləri özündə birləşdirən şəriət hakimi bir məsələdə hökm versə, hamı ona tabe olmalıdır.
Gəzvar
Gəzvar-i Ülya — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. Gəzvar-i Süfla — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd.
Heyva
Heyva (lat. Cydonia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Təsviri == Kiçik ağac və ya koldur, hündürlüyü 1,5-5 m-dir. Yarpaqları yumurtavari-oval və ya oval, tam kənarlı, üst tərəfdən tünd yaşıl, (2) 4-5 (14) sm uzunluğunda, (2) 3-5 (11) sm enində, qısa saplaqlıdır. Kasayarpaqları oval, sıx tükcüklüdür. Çiçəkləri iri, tək, diametri 5 sm-ə qədərdir. Ləçəkləri çəhrayı, və ya demək olar ki, ağ rəngli, tərsyumurtavari, uzunluğu 2-3 sm-dir. Yetişməmiş meyvələri sıx keçə tükcüklü, yetişmiş meyvələr çılpaq, sarı rəngli, ətirli, armudvari və ya yumurtavari-şarvaridir. == Tarixi == Meyvə onu "supurgillu" adlandıran akkadlılara məlum idi. Heyva almanın yetişmədiyi Mesopotamiya düzənliyində çiçəkləyir, Aralıq dənizi ətrafında qədim dövrlərdən becərilirdi.
Həvva
Həvva (e.ə. 3760, Ədən bağı – bilinmir) — ilk qadın, Adəm peyğəmbərin zövcəsi. == Mifologiyada mənşəyi == Həvva adının Kiş Şumer krallığında 3-cü sülalənin 1-ci kraliçası olan "Xabu"dan götürüldüyü ehtimal edilir. Het günəş ilahəsi Hepat, Yunan gənclik ilahəsi Hebe və sevgi ilahəsi Hera Həvva mifinin digər mümkün mənbələridir. Şumer mifologiyasında ilahə Ninti (qabırğa sümüyünün qadını, həyat verən qadın) Həvvanın yaradılış mifindəki "Adəmin qabırğa sümüyü" obrazının mənbəyi hesab edilir. Eva (Həvva, Həvva) ilə oxşar deyimi olan Ea, Adapa əfsanəsindəki Tövratın Həvva fiquruna bənzər şəkildə Adapanı istiqamətləndirir. Həvva Amarna məktublarında, Tunc dövründə Yerusəlimdə sitayiş edilən tanrı kimi anlaşılan hurrilərin ilahəsi Hebatla da əlaqələndirilir. Hepa het yazılarında Hepat və ya Hepatu adlanır və ona 'sidr ağacları diyarı'nda sitayiş edildiyi bildirilir. Sidr ağaclarının ölkəsi Livan, Fələstindir. Sonrakı dövrlərdə Hepatın başqa mədəniyyətlərdə meydana çıxan düşüncələri də onun "Ana" kimliyi çərçivəsində idi.
Inezia
Inezia (lat. Inezia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Narva
Narva (est. Narva, alm. Narwa‎, rus. keç. Ругодив) — Estoniyada şəhər. İda-Virumaa vilayətin inzibati mərkəzidir. == Əhali == == İqlim == == Qalereya == === Partnyor şəhərlər === İsveç Karlskoga Danimarka Tinglev Ukrayna Donetsk Finlandiya Lahti Rusiya İvanqorod Estoniya Pyarnu == Web links == Offizielle Internetpräsenz der Stadt Narvaer Kolleg der Universität Tartu Das Narvamuseum (estn./russ./en.) Stadtansicht, nach J. B. v. Fischer: Versuch einer Naturgeschichte von Livland, 2.
Nerpa
Nerpa (lat. Pusa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Netta
Dalğıc (lat. Netta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Nevaş
Nevaş (fr. Névache, oks. Nevascha) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Şimali Brianson kantonuna daxildir. INSEE kodu — 05093. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 334 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 221 nəfərin (15-64 yaş arasında) 167 nəfəri iqtisadi cəhətdən fəal, 54 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.6%, 1999-cu ildə 74.3%). Fəal olan 167 nəfərdən 157 nəfəri (80 kişi və 77 qadın), 10 nəfəri işsizdir (6 kişi və 4 qadın).
Nıtva
Nıtva — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Nəama
Nəamə (ərəb. النعامة‎) — Əlcəzairin şimal-qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şərq hissəsində, yüksək dağ yaylasında, dəniz səviyyəsindən 1,176 metr yüksəklikdə yerləşir. Nəamə ölkənin paytaxtı Əlcəzairdən təxminən 490 kilometr cənub-qərbdə yerləşir. == Əhalisi == Siyahıyaalmaya əsasən, 2008-ci ildə əhalinin sayı 16,251 nəfər idi.
Qəzvə
Qəzvə (ərəb. غَزْوَة‎) — Hz. peyğəmbərin iştirak etdiyi döyüşlərə deyilir (istər savaşsın istər savaşmasın). Bədr, Uhud və Xəndək Peyğəmbərin ən mühüm qəzvələrindəndir. Peyğəmbərin qəzvələrinin sayında tarixçilər ixtilaf ediblər. Bəziləri 26 bəziləri isə 27 qəzvə qeyd ediblər. == Mənası == Qəzvə (Ğ,Z,V) maddəsindən yaranıb. Lüğətdə döyüşmək deməkdir. İsmi faili Qazi-düşmənlə döyüşə getmək və onu qarət etmək,cəmi isə Quzzatdır. İstilahda isə Peyğəmbərin şəxsən iştirak etdiyi döyüşlərə qəzvə, şəxsən iştirak etəyib rəhbərliyi təyin etdiyi bir komandirə verdiyi döyüşlərə isə Səriyyə.
Qəzza
Qəzzə və ya Qəzza — Fələstinin cənub-qərbində yerləşən şəhər. Şəhər inzibati baxımdan Qəzzə bölgəsinə daxildir və həmin bölgənin ən böyük şəhəri hesab olunur. Qəzzədəki insan yaşayış tarixi bu şəhəri dünyadakı ən qədim şəhərlərdən biri edəcək şəkildə 5.000 ilə çatır. Şimali Afrika və Levant arasındakı Via Maris deyilən ticarət rotası üzərində iştirak etdiyi üçün tarixinin böyük bir hissəsində Cənubi Fələstinin qiymətli bir antreposu və Qırmızı dəniz üzərindən gələn Ədviyyat Yolu üzərində əhəmiyyətli bir fasilə yeri olaraq funksiya gördü. Romalılar və daha sonra Bizanslılar altında, Qəzzə və nisbi sülh dövrü yaşayaraq əhəmiyyətli bir məskunlaşma vahid oldu. 635-ci ildə, İslam Ordusu tərəfindən fəth edildi və sürətli bir şəkildə İslami bir hüquq mərkəzi halına gəldi. Ancaq, Xaçlılar zəbti ilə şəhər xarab oldu. Aşağıdakı hissələrdə bir tarixçinin Xaçlıların şəhəri "pilotsuz və xarab tapdığından" bəhs etdiyi yazmaqda olub bu mövzuda qəti qaynaq yoxdur. Sonrakı əsrlərdə, Qəzzə sellər və Monqol axınları üzündən bir çox çətinlik yaşadı. 16-cı əsrdə, Osmanlı İmperatorluğuna daxil olduqda bir kənd idi.