Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Payız
Payız vəya güz — ilin dörd fəslindən biri.
Payız (Babək)
Payız (əvvəlki adı: Paiz) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Paiz kəndi Payız kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kəndi Cəhri kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Payız kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə kəndin əsl adı Payızdır və payızlıq sahədə yerləşdiyinə görə belə adlandırılır. Kəndin ərazisi payızlıq əkin üçün yararlıdır. Əslində kəndin adı İran dillərinnə məxsus payız sözündən olub "uc, son nöktə, ətək, ayaq, dib" deməkdir. Kənd həqiqətəndə dağ ətəyində yerləşir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Vəlibaba mağarası == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qurban Abbasov — fəxri neftçi, əməkdar mühəndis.
Payız (dəqiqləşdirmə)
Payız
Payız fəsli
Payız vəya güz — ilin dörd fəslindən biri.
Payız mandraqorası
Payız mandraqorası (lat. Mandragora autumnalis) — quşüzümükimilər fəsiləsinin mandraqora cinsinə aid bitki növü.
Payız vaxtsızçiçəyi
Payız vaxtsızçiçəyi (lat. Colchicum autumnale) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinin vaxtsızçiçək cinsinə aid bitki növü.
Payız zəncirotu
Payız zəncirotu və ya Krım-saqqız (lat. Taraxacum hybernum) — mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü.
Payız sonatası
"Payız sonatası" (isv. Höstsonaten) — rejissor İnqmar Berqmanın filmi. == Məzmun == Kənd pastorunun arvadı Eva artıq yeddi ildir görüşmədiyi anası Şarlottanı öz evlərinə qonaq çağırır. Onun anası dünya şöhrətli, istedadlı, dəlisov, yaşlı pianoçudur. Eva fortepianoda pis çalmadığına baxmayaraq, anası kimi o qədər də istedadlı deyildi. Lakin ən əsası onun evdar qadın, həyat yoldaşı, ana və sevimli bacı olmağa meyili idi. Buna baxmayaraq onun həyatında hər şey uğursuz idi: ərinə böyük hörmət edir, amma əslində onu sevmir, onların oğlu dörd yaşında batmışdır və sağalmaz yara əvvəlki kimi yenə də rahatlıq vermirdi. Hətta Şarlotta da heç vaxt Evanı o istədiyi kimi istəməmişdi. Eva özünü ələ almaq üçün xəstəxanadan iflicdən əziyyət çəkən bacısını götürür. O, yer üzündə öz tənhalığını başa düşür.
Pariz
Pariz və ya Bariz— İranın Kirman ostanının Sircan şəhristanının Pariz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,527 nəfər və 1,231 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Cibal Bariz elindən ibarətdir, fars dilində danışırlar və şiəmüsəlmandırlar.
Payız burğu çiçәyi
Hündürlüyü 10-20 (35) sm, gövdəyə sıxılan bir neçə sivriləşmiş qınları və yuxarıya doğru daralmış kiçik kök yumruları olan çoxillik ot bitkisidir. == Yarpaq == Kökətrafı yarpaqları enli-yumurtavari və sivridir, rozet əmələ gətirir. == Çiçək == Çiçək qrupu birtərəfli, sünbülşəkilli, oxu spiralvari burulmuş, vəzili-yumuşaq tüklüdür.Çiçək altlığı yumurtavari-neştərşəkilli, vəzilitüklüdür.Çiçəkləri xırda, ağ rəngli, bayır tərəfdən yumşaq tüklüdür. Çiçək yanlığının xariciyarpaqcıqları küt, xətli neştərvaridir, daxili yarpaqcıqları isə dilcikşəkilli, novlu, orta hissədən yuxarısı bir az genişlənmişdir, az dalğavari kənarlıdır. == Meyvə == Kapsulu 5-7 mm uzunluqda, 2-4 (və ya 5) mm qalınlıqda, yumurtavari və saysız kiçik və çox yüngül toxumlarla doludur. == Çiçəkləməsi == Sentyabr == Meyvə verməsi == Oktyabr == Azərbaycanda yayılması == Lənk. dağ. (Lənk.rayonunun Qafqaz kəndi ətrafında S. Nenyukov tərəfindən 25/IX 1936-cı ildə toplanmışdır,Astara rayonunun Fensar kəndi ətrafında L. İ.Prilipko tərəfindən 10/X 1948-ci ildə toplanmışdır, İsmayıllı rayonu ərazisində, Göyçay çayı boyunca kolluqlarda E. S. Şükürov tərəfindən 25/IX 2015-ci ildə qeydə alınmışdır. == Yaşayış mühiti == Dağətəyi zolaqda və aşağı dağ qurşağında-kəsilmiş meşələrdə, kolluqlar arasında və otlu yamaclarda rast gəlinir.
Payız madriqalı (roman)
Qızıl payız-69
Qızıl payız-69 (azərb-kiril. Гызыл пајыз-69) — 23–29 oktyabr 1969-cu il tarixlərində Bakının Əl oyunları sarayında estrada, muğam və caz janrları üzrə keçirilən musiqi həftəsi. Festival Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı (UİLKGİ) və Bakı Şəhər İcraiyyə Komitəsinin mədəniyyət şöbəsi tərəfindən keçirilmişdir. 1960-cı illərin sonları, 1970-ci illərin əvvəllərində Bakıda müxtəlif mahnı və rok müsabiqələri keçirilirdi. "Qızıl payız-69" keçirilən "Qızıl payız" festivallarının birincisi idi və özündən əvvəlki Bakı musiqi festivallarını özündə birləşdirirdi. Bu, həm tamaşaçı sayına, həm də ifaçıların peşəkarlıq səviyyəsinə görə özündən əvvəlkilərdən daha uğurlu hesab olunurdu. Belə ki, festivalda 400-dən artıq bədii özfəaliyyət dərnək üzvləri iştirak edirdi ki onların əksəriyyəti peşəkar musiqiçilər idi. Tamaşaçıların sayı on minlərlə idi. Konsert həftəsinin proqramına Azərbaycanda həmin dövrün populyar musiqi janrları üzrə müsabiqələr daxil edilmişdi — estrada mahnısı, muğam və caz musiqi ifaçılarının müsabiqələri. Onlar uyğun olaraq "Estrada-69", "Muğam-69" və "Caz-69" adlanırdı və hər biri iki gün davam edirdi.
Yaz-Payız dövrü
Çunszu dövrü ya Yaz-Payız dövrü (çin. sadə. 春秋時代, pinyin: Chūnqiū Shídài, hərfi mənası: "Çunszu Şiday") — Çin tarixində Çunszu səlnaməsinə əsasən e.ə. 722 - e.ə. 481 illəri əhatə edən bir dövr.Bu dövr Şərqi Çjou sülaləsinin başlanğıcına aid edilir.
Yaşıl payız sovkası
Bakı payızı
Bakı Payızı-88 (rus. "Бакинская осень-88"; ing. "Baku Autumn-88") — Gənc Estrada İfaçılarının Müsabiqəsi. Müsabiqə 1988-ci ildə Bakı Şəhər Mədəniyyət İdarəsi ilə Azərbaycan Televiziyası və Radio Komitəsinin birgə səyi nəticəsində təşkil olunmuşdur. == Tarixi == Müsabiqə ilk dəfə ötən əsrin 60-cı illərin ikinci yarısında yaranmış, lakin uzun müddət keçirilməmişdir. Təxminən 20 ilə yaxın uzun fasilədən sonra "Bakı Payızı" müsabiqəsi 80-ci illərdə yenidən estrada musiqisinə töhfələr verməyə başlayır. "Bakı Payızı-83" və "Bakı Payızı-85" müsabiqələrindən ilhamlanaraq zamanının istedadlı və gənc rejissorlarından biri olan Sevinc Kərimova müsabiqəni bərpa etmək qərarına gəlir. == Bakı Payızı-88 == 1988-ci ildə qəzetlərin birində "Bakı Payızı" müsabiqəsnin bir daha keçirilməsi haqqında elan çap olunur. Maraqlıdır ki, heç də bütün iştirakçılar müsabiqə haqqında kütləvi informasiya vasitələrindən öyrənmirlər. Nəzərə alsaq ki, 80-ci illərin sonları yalnız informasiya qıtlığı ilə deyil eləcədə mağazalarda qida məhsullarının, xüsusilə, geyim qıtlığı ilə xarakterizə olunurdu, səhnəyə çıxacaq iştirakçılar da hər biri fərqli və zövqlü görünmək üçün müxtəlif üsullardan istifadə edirdi.
Fayiz Sərrac
Fayiz Sərrac (ərəb. فايز السراج‎; 20 fevral 1960, Tərabülüs əl-Qərb) — Liviya Ərəb Respublikasının baş naziri. == Bioqrafiya == Tripolidə anadan olan Sarraj, Türk mənşəli bir varlı torpaq sahibi bir ailədəndir. Atası, Mustafa əl-Sərrac, Liviya Monarxiyası dövründə bir nazir idi. Mənzil Nazirliyində işə qəbul edildi. 2014-cü ildə GNC-nin Maiteeq Kabinetində Mənzil və Kommunal xidmətlər naziri vəzifəsini icra etdi. Onun əleyhdarları onun siyasi təyinatlılığını xarici tətbiq kimi tənqid etdi. Liviya Dialoqunun üzvü, BMT-nin yeni hökuməti yaradan qurumu olan əl-Gamaty, əl-Sarrajın "İŞİD-lə mübarizə və Liviya birliklərini yetişdirmək üçün kömək istəməsinin gözlənildiyini" söylədi. Liviyanın 2014 seçkilərindən sonra hökumət Tripolidəki Yeni Baş Milli Konqres və Tobrukdakı Nümayəndələr Palatasının beynəlxalq səviyyədə tanınan qanunverici orqanı arasında parçalandı. ==== Prezidentlik ==== 2015-ci ilin oktyabr ayının əvvəlində Birləşmiş Millətlər Təşkilatının Liviyadakı nümayəndəsi Bernardino Leon, Liviya üçün Milli Birlik Hökumətini, Baş nazir olaraq ölkənin şərqində, qərbində və cənubunda olan üç millət vəkili olaraq, Fayiz Sərrac Prezident Şurasının rəhbərlik etməsini təklif etdi.
Alın payı
Alın payı – (lat. lobulus frontalis) çəpgənin ön şöbəsini işğal edərək dal tərəfdə – mərkəzi şırım vasitəsilə təpə payından və bayır tərəfdə – bayır şırım vasitəsilə gicgah payından ayrılır. Yarımkürənin içəri səthində alın payı ilə təpə payı arasındakı hüdudu mərkəzi şırımın içəri ucundan aşağı doğru çəkilmiş xəyali xətt təşkil edir. Alın payının dal hissəsində mərkəzi şırıma paralel olaraq mərkəzönü şırım – lat. sulcus paracentralis gedir. Mərkəzönü şırımdan iki digər şırım – yuxarı və aşağı alın şırımları – lat. sulci frontalis superior et inferior başlayaraq boylama istiqamətdə öə doğru gedir. Bu şırımlar vasitəsilə alın payı aşağıdakı qırışlara bölünür. Mərkəzönü qırışıq – lat. gyrus precentralis (gyrus centralis anterior – BNA) mərkəzi şırımla mərkəzönü şırım arasında yerləşir.
Daşma payı
Daşma payı (Bleed) – çapda vərəqin kəsiləcəyi yerin kənarından kənara çıxan çapdır. Başqa sözlə, daşma payı kəsiləcək sahədir.
Gicgah payı
Baş beyin yarımkürələrinin bir payı da gicgah payıdır. Gicgah payı eşitmənin mərkəzidir. Burada səslər ayırd edilir. Gicgah payı həm də emosiyalarin və yaddaşın tənzimində iştirak edir. Baş beyin yarımkürələrində yan şırım gicgah payını hüdudlandırır. Yazılı nitq gicgah payı ilə əlaqədardır. == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1982 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Qardaş payı
Qardaş payı — rejissor Səlcuq Aydəmirin komediya janrında çəkdiyi film. NTC media tərəfindən hazırlanmış filmin ilk seriyası 13 fevral 2014-cü ildə Star TV də göstərildi. Filmin ilk mövsümünün rejissoru Səlcuq Aydəmir olmuşdur. 22 seriyadan sonra 7 avqust 2017-ci ildə filmin ilk mövsümü bitmişdir. Filmin ikinci mövsümü 29 yanvar 2015-ci ildə başlamış və 30 aprel 2015 tarixinədək 35 seriyası nümayiş olunmuşdur. Filmin baş rollarında Əhməd Kural, Murad Cəmcir və Seda Bakan oynamışlar. == Mövzusu == Film iki mühəndis qardaşın dünyanı xilas edəcək bir qurğunun icadı xəyalından bəhs edir. Metin , Ali və Feyza Özdemir qardaşları dünyanı xilas edəcək olan borla çalışan bir motor ixtira edəcəklərdir. Bu motorun həqiqi ixtiraçısı ataları olan Tahsin Özdemirdir. Ancaq 13-cü seriyada ataları öldüyündən işləri qarışmışdır.
Təpə payı
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1982 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
İnvestisiya payı
İnvestisiya payı — investisiya fondunu təşkil edən əmlakın mülkiyyətində onun sahibinin payını, idarəedici şirkətdən pay investisiya fondunun düzgün idarə edilməsini tələb etmək hüququnu, etibarlı idarəetmə müqaviləsinə xitam verildikdə pul kompensasiyası almaq hüququnu təsdiq edən adlı qiymətli kağız pay investisiya fondunun bu pay investisiya fondunun investisiya paylarının bütün sahibləri ilə (pay investisiya fondunun fəaliyyətinə xitam verilməsi). Açıq paylı investisiya fondunun investisiya payı həm də bu pay sahibinin idarəedici şirkətdən investisiya payının geri alınmasını və bununla əlaqədar onun payına uyğun pul kompensasiyasının ödənilməsini tələb etmək hüququnu təsdiq edir. bu paylı investisiya fondunu təşkil edən əmlaka ümumi mülkiyyət hüququ, istənilən iş günü. İnvestisiya payı səhm qiymətli kağızı deyil. İnvestisiya payı ilə təsdiq edilmiş hüquqlar sənədsiz formada qeydə alınır. Açıq və interval vahid investisiya fondlarının idarəetmə şirkətləri tərəfindən buraxılan investisiya paylarının sayı məhdudlaşdırılmır. Qapalı paylı investisiya fondunun idarəedici şirkəti tərəfindən buraxılmış investisiya paylarının sayı bu pay investisiya fondunun etibarlı idarə edilməsi qaydalarında göstərilir. İnvestisiya payının nominal dəyəri yoxdur. Bir mülkiyyətçiyə məxsus olan investisiya vahidlərinin sayı kəsr sayı kimi ifadə edilə bilər. Qiymətli kağızların investisiya vahidlərindən törəmə alətlərin buraxılmasına yol verilmir.
Ənsə payı
Ənsə payı – lat. lobus occipitalis çəpgənin dal şöbəsini tutur, öndən lat. sulcus paretooccipitalis və sulcus occipitalis transversus vasitəsilə təpə payından ayrılır. Ənsə payı ilə gicgah payı arasındakı hüdudu təpədaxili şırımın dal ucunu yan şırımın dal ucu ilə birləşdirən xəyali xətt təşkil edir. Ənsə payının yuxarı yan səthində olan şırımlar o qədər sabit deyildi; burada yuxarı və bayır ənsə şırımları – lat. sulci occipitalis superior et laterales və bunların arasında eyni adlı qırışıqlar – lat. gyri occipitalis superior et laterales vardır. Ənsə payının aşağı səthində xüsusi şırım və qırışıqlar yoxdur; buranı gicgah payında olan şırım və qırışıqlar işğal edir. == Aid şəkillər == == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1982 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Bir payız gecəsi (mahnı)
Payız konserti (film, 1962)
== Məzmun == Film-konsert ümumi bir süjet əsasında qurulmuşdur. Film çəkən qrup istedadlar axtararkən xalqımızın sevimli sənətkarı Lütfəli Abdullayevə rast gəlir. Onlar aktyordan istedadlar axtarıb tapmaqda yaradıcı qrupa köməklik göstərməyi xahiş edirlər. Beləliklə, məşhur müğənilərdən Müslüm Maqomayev, Şövkət Ələkbərova, rəqqasə Əminə Dilbazi, Flora Kərimova ("Çinar" rəqs ansamblınin solisti kimi) və başqaları filmə çəkilirlər.
Bayaz
Bayaz — XX əsrə qədər Azərbaycan ziyalıları mühitində ailələrdə saxlanılan əlyazmalar. Bayazda seçmə şeir parçaları, dualar, ailənin xeyir-şərinə (ölüm, təzə uşağın doğulması, evlənmə, səfərəçıxma və s.) dair qeydlər, tarixlər yazılırdı. Ədəbiyyat həvəskarları buraya xoşladıqları şeir parçalarını, hikmətamiz sözləri də yazıb saxlayardılar. Başqa sözlə, bayaz qismən müasir xatirə albomlarını, qismən cüngləri, qismən də indiki vətəndaşlıq sənədlərini əvəz edirdi.
Bayıl
Bayıl — Bakıda yaşayış məntəqəsi. "Bayıl" sözü Azərbaycan dilinin bəzi dialektlərində "arxac", "heyvan saxlanan yer" mənasında işlənməkdədir. == Təhsil == == İdman == Məntəqə ərazisində Bayıl stadionu fəaliyyət göstərir.