Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ferula
İlankölgəsi (lat. Ferula) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Fəsəli
Qatlama (qaz. қаттама; qırğ. каттама; türk. katmer; monq. гамбир) və ya fəsəli - türk xalqlarının və həmçinin monqol və bolqar mətbəxlərinə aid, xəmir və kərə yağı və ya digər qatı yağdan ibarət laminat bir xəmirdən hazırlanmış ləkəli yüngül xəmirdir. Kərə yağı xəmirin içinə qoyulur, bişmədən əvvəl dəfələrlə qatlanan və yuvarlanan bir paton düzəldir. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Betela
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === == Növləri == Piper abajoense Bornst. Piper abalienatum Trel. Piper abbadianum Yunck. Piper abbreviatum Opiz Piper abellinum Trel. & Yunck. Piper aberrans C.DC. Piper abutiloides (Kunth) Kunth ex Steud. Piper achoteanum Trel. Piper achotense Trel.
Jefea
Jefea (lat. Jefea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Alvara Hefels
Alvara Hefels (6 aprel 1982) — Alman aktrisa. Onun çəkildiyi tamaşalarda "Keynoxrhasen" (2007), "Fak cu Qehte" (2013) və Türk aktrisası Sibel Kekilli ilə birlikdə çəkdiyi "Ayrılıq" (2010) olub.
Ferula communis
Adi ilankölgəsi (lat. Ferula communis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Ferula foetida
Pisiyli ilankölgəsi (lat. Ferula foetida) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Ferula krylovii
Krılov ilankölgəsi (lat. Ferula krylovii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Ferula marathrophylla
İyli şüyüd (lat. Anethum graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin şüyüd cinsinə aid bitki növü. == Sinonimləri == Anethum graveolens var. anatolicum N.F.Koren' Anethum graveolens subsp. australe N.F.Koren' Anethum graveolens var. chevallieri Maire Anethum graveolens var. copiosum N.F.Koren' Anethum graveolens var. nanum N.F.Koren' Anethum graveolens var. parvifolium N.F.Koren' Anethum graveolens var. tenerifrons N.F.Koren' Angelica graveolens (L.) Steud.
Ferula narthex
Konusgövdə ilankölgəsi (lat. Ferula narthex) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Fətəli xan
Fətəli xan Qovanlı-Qacar — Astrabad hakimi. Fətəli xan Əfşar — Urmiya xanı, Cənubi Azərbaycan və Şimali İran hakimi. Fətəli xan Qubalı — Quba xanı, Şimali-Şərqi Azərbaycan hakimi. Fətəli xan (Şəki xanı) — Şəki xanı. Fətəli şah Qacar — Qacarlar sülaləsindən olan 2-ci İran şahı. Fətəli xan Xoyski — ADR-in Daxili və Xarici İşlər naziri. Fətəli xan (İrəvan) — İrəvan xanı Hüseynqulu xanın nəvəsi, Sərdarabad qalasının rəisi. Fətəli xan — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə.
Fətəli İsmixanov
Fətəli İsmixanov (??-1942) — Azərbaycan maarifçisi, tərcüməçisi. 1915-1917-ci illərdə "Yeni İqbal" və daha sonra "Açıq Söz" qəzetlərində məqalələri ilə çıxış etmiş, erməni hərəkatları haqqında Azərbaycan dilində məlumatlar vermişdir. Kiqarmyants adlı erməni müəllifin "Erməni hərəkatının qısa tarixi" adlı kitabını 1917-ci Azərbaycan dilinə tərcümə edərək "Açıq Söz" qəzetində dərc etmişdir. Bu kitabda ermənilərin Azərbaycan torpaqlarını ələ keçirmək üçün düşündükləri planlar, kimlərə, hansı dövlətlərə müraciət etdikləri qeyd olunub. == Erməni dilindən tərcümələri == "Qaynana", Adelyan ; tərc. ed. İsmixanov "Alvan", Araks ; ermənicədən çevirəni. İsmixanov "Yaşayanlar", Arazi ; çevirəni. F. İsmixanov "Xaos", A. Şirvanzadə ; tərc. ed.
Fətəli şah
Fətəli şah Qacar (1771, Damğan, Simnan ostanı – 23 oktyabr 1834, İsfahan) — Qacar şahı. Əsl adı Baba Xan olub İranda hökm sürən Qacar ​​Xanədanının banisi Ağaməhəmməd şahın qardaşı Hüseynqulu xan Qovanlı-Qacarın oğludur. Əmisi Ağaməhəmməd şah Qacar uşağı olmadığı üçün onu vəliəhd təyin etdi və Fars, Kirman, Yəzd əyalətlərinə vali olaraq göndərdi. Baba Xan əmisi öldürülüncə Farsdan Tehrana gəldi və Fətəli şah adıyla hökmdarlığını elan etdi. Taxta ən yaxın dəstək ordunun böyük bir hissəsi üzərində hakim olan Hacı İbrahim xandan gəldi. Əvvəl 1801-ci ildə Xorasan xanlarını özünə bağlayaraq səltənətini sağlamlaşdıran Fətəli şah çox keçmədən İngiltərə, Fransa və Rusiyanın at oynatdıqları bir rəqabət meydanına çevrilən İranda bəzən bunlardan birinə, bəzən da digərinə dözmək surətiylə varlığını davam etdirdi. Bu rəqabətdən, Fransa və Rusiyanın əməllərinin reallaşmasını önləmək və özləri üçün böyük bir təhlükə olaraq gördükləri əfqanları İranın nəzarəti altında tuta bilmək üçün böyük səy göstərən İngiltərə qazanclı çıxdı. 1801-ci ildə Britaniya və İran arasında siyasi və ticarət müqaviləsi imzalandı. == Həyatı == Baba xan (əsl adı Fətəli xandır. Ulu babasının şərəfinə adlandırılıb) 1769-cu (hicri 1185-ci) ildə Astrabadın Siyahçalında dünyaya gəlib.
Mirzə Fətəli
Mirzə Fətəli Axundov (tam adı: Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov; az-əbcəd. میرزا فتحعلی آخوندزاده‎) və ya Mirzə Fətəli Axundzadə (12 (24) iyul 1812, Şəki – 10 (22) mart 1878, Tiflis) — Azərbaycan dramaturqu, maarifçi, şair, materialist filosof və ictimai xadim; Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi. Axundov həmçinin romantik və müasir Azərbaycan millətçiliyinin sələflərindən biri idi. Qafqaz Arxeologiya Komissiyasının sədri (1864–1878). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Fətəli Axundzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır.
Ferula caucasica
Qafqaz ilankölgəsi (lat. Ferula caucasica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, prioritet növüdür. Regional IUCN Statusu: VU D2. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, gövdənin boyu 50 sm-dir. Kökətrafı yarpaqları enli-rombvaridir, üçərbölümlüdür, son ayaları bölünmüş iti dişciklidir, uzunluğu 2 sm-dir. Ləçəkləri sarı, uzunsov-yumurtavaridir, çılpaqdır, uzunluğu 2,5 mm-ə yaxındır. Kənarları qanadlı olan meyvələri nisbətən nazikdir. Mərkəzi çətir qısasaplaqlı, 4-9 şüalıdır.
Ferula oopoda
Yumurtavari ilankölgəsi (lat. Ferula oopoda) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B2ab (ii, iii,); C2a. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik monokarp bitkidir, hündürlüyü 1 m-ə yaxındır. Gövdəsi düzdür, qalındır, yuxarı hissəsində budaqlar bərabər ölçüdədir. Gövdə yarpaqlarının qınları dərivaridir, çılpaqdır, üfürülmüş kimidir, ucu bərkdir. Yarpaq ayaları xətvaridir. Kökətrafı yarpaqlarının son ayaları rombvaridir, çox sayda yarılmış lələklidir, qalın-xətvaridir, uzunluğu 2-4 sm, eni 1,5-2 mm-dir. Gövdə yarpaqları çox kiçikdir, çox şişikin, ağtəhər, dərivari qınlıdır.
Ferula persica
İran ilankölgəsi (lat. Ferula persica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c; B1ab (iii). Azərbaycanın nadir növüdür.<ref> == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Yarpaqları tez quruyan, bozumtul, hər iki tərəfədən qısa tüklü, kökətrafı yarpaqları qısa, yoğunsaplaqlı, enli romb şəklində, üçər, üçqat lələkvari yarılmışdır. Gövdə yarpaqları çox kiçilmiş, enli şişkin, qınlıdır. Çətirləri çoxçiçəklidir, mərkəzdəkilər oturaq, 12 -20 şüalıdır, yan tərəfdəkilər uzun, yoğun ayaqlardadır. Meyvə uzunsov ellipsvaridir, 11-14 mm uzunluğunda, 7-9 mm enindədir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləməsi aprel-may, meyvə əmələgəlmə iyun aylarına təsadüf edir. Kserofitdir.
Ferula szowitziana
Soviç ilankölgəsi (lat. Ferula szowitziana) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1abc (ii,iii,iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir.Bitkinin hündürlüyü 50 sm-dir. Kökətrafı yarpaqları üçküncdür, üçər bölümlüdür, son ayları lansetvari və ya ovalvaridir, 15 mm uzunluğundadır. Ləçəkləri uzunsovdur, kənardakılar tükcüklüdür, uzunluğu 1,5 mm-dir. Meyvələrinin kənarları enli qanadlıdır, diametri yarımmeyvə ilə bərabərdir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə may-iyun, meyvəvermə iyul ayına təsadüf edir. Aşağı dağ qurşaqlarında, gilli-gipisli və quru, daşlı dərələrdə rast gəlinir.
Betela mastica
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Feaea linearis
Acmella decumbens (lat. Acmella decumbens) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Acmella decumbens var. decumbens Ceratocephalus decumbens (Sm.) Kuntze Ceratocephalus decumbens var. decumbens Ceratocephalus decumbens var. macropodus (DC.) Kuntze Ceratocephalus macropodus Kuntze Feaea linearis Spreng. Rudbeckia decumbens Sm. Selloa linearis (Spreng.) DeCandolle Spilanthes americana var. stolonifera (DC.) A.H.Moore Spilanthes arnicoides var. macropoda (DC.) Baker Spilanthes decumbens (Sm.) A.H.Moore Spilanthes decumbens var.
Əyn-Dəfla
Əyn-Dəfla (ərəb. عين الدفلى‎) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Tell-Atlas massivinin yüksək dağlarında, Şelif çayının cənubunda yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 283 metr yüksəkdir. == Əhalisi == İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Əş-Şəliffdə yerləşir.
Fətəli fəthi (roman)
"Fətəli fəthi" (rus. Фатальный Фатали) — Azərbaycan yazıçısı Çingiz Hüseynovun tarixi mövzuda yazdığı roman. == Ümumi məlumat == "Fətəli fəthi" romanının ilk variantı "Labüdlük" adı ilə povest kimi nəşr olunmuşdur. Müəllif əsər üzərində işləmiş, daha sonra onu roman kimi nəşr etdirmişdir. Roman əvvəlcə rus dilində yazılmış, sonra isə Azərbaycan dilində yenidən işlənilmişdir. Bu mənada "Fətəli fəthi" romanının iki variantı mövcuddur. == Mövzu == "Fətəli fəthi" romanının mövzusu XIX əsr Azərbaycan tarixindən alınmışdır. Əsərin baş qəhrəmanı böyük Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundovdur. Müəllif M.F.Axundovun timsalında Azərbaycanın Rusiya və İran imperiyaları arasında parçalanması tarixinə güzgü tutmuşdur. == Janr == Müəllif "Fətəli fəthi" romanının janrını "tarixi fantaziya" kimi müəyyənləşdirmişdir.
Fətəli xan (İrəvan)
Fətəli xan Qovanlı-Qacar — İrəvan xanı Hüseynqulu xanın nəvəsi, Sərdarabad qalasının rəisi. Həyatı haqqında mənbələrdə çox məlumat yoxdur. Sərdarabad qalası İrəvan xanlığında ikinci böyük qalalardan olmuşdur. Qala 1815-ci ildə istifadəyə verilmişdi. II Rusiya-Qacar müharibəsi zamanı Sərdarabad qalasının rəisi idi. Müharibə dövründə, 1827-ci ildə qalaya Qafqazdakı rus qoşunlarının baş komandanı Paskeviçin əmri ilə K.X.Benkendorf Sərdarabad qalasına hücum etmişdi. Fətəli xanın başçılığı ilə qalada 3 min nəfərlik qarnizon və 22 top var idi. Sərdarabad qalasını qəfil həmlə ilə ələ keçirməyə çalışan general Benkendorf aprelin 16-da səhər 5 taqım və 4 topla qalaya hücum etsə də, yalnız axşam gizlicə qalaya yaxınlaşa bildi. Lakin qaladakılar rusların gəlişindən xəbər tutdular və onlara toplardan atəş açmaqla rusları geri otuzdurmağa nail oldular. Benkendorf qaladakıların könüllü təslim olması üçün qala rəisinin yanına elçi göndərdi.
Fətəli xan Dağıstani
Fətəli xan Dağıstani (1694, Dağıstan vilayəti (Səfəvilər) – 1722, Şiraz) — Dağıstanın köklü qumuq ailələrindən olan Şamxal ailəsinə mənsub əsilzadə. Səfəvi şahı Hüseynin dövründə (1694–1722) 1716-cı ildən 1720-ci ilə qədər Səfəvi imperiyasının baş vəziri olmuşdur. Dağıstanın Qumuq nəslindən olan Fətəli xan digər Səfəvi baş vəzirlərindən fərqli olaraq sünni idi, halbuki sünnilər ənənəvi olaraq Səfəvi imperiyasında təzyiqlərlə üzləşirdilər, Fətəli xan baş vəzir vəzifəsinə qədər yüksəlməyi bacarmışdı. Onun şahı olan Hüseynin dövlət işlərinə o qədər də marağı olmadığı üçün demək olar ki, bütün dövlət işlərinin həll edilməsini Fətəli xana tapşırmışdı, lakin dövlət işlərinin hamısının onun öhtəsinə buraxılması onun xeyli sayda düşməninin ortaya çıxması ilə nəticələndi. Bu, onun 1720-ci ildə hiylə ilə vəzifədən endirilməsinə yol açdı. Kor edilən və Şiraza sürgün edilən Fətəli xan elə orada da vəfat etdi. Onun yerinə bu vəzifəyə Məhəmmədqulu xan Şamlı gəldi. == Ailəsi == Fətəli xan qumuq şamxalları nəslindən gəlməkdə idi. Onun babası Aldas (İldas) Mirzə Şamxal və ya digər adı ilə İldırım xan Şamxal, atası isə Səfi xan və ya digər adı ilə Əlqas Mirzə idi. Onun ailəsi Səfəvi imperiyasının Dağıstan bölgəsində Terek çayı sahilində bir bölgəni idarə etməkdə idi.
Fətəli xan Qacar
Fətəli xan Qovanlı-Qacar (1686 – 1726) — Qacar xanı, Astrabad və Mübarəkabad hakimi. == Həyatı == Fətəli bəy Şahqulu xan oğlu Astrabad civarında doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Oymaqlarına başçılıq etmişdi. Fətəli bəy Şah Sultan Hüseyndən öncə sultan, sonra xan ünvanı almışdı. Fətəli xan Mübarəkabad qalasının hakimi olmuşdu. Qəzvin hakimi Məhəmməd xan Türkman və vəziri Əhməd sultan onu tutmaq üçün ora gəlir. Fətəli xan yomut türkmənlərinin yanına qaçır. Orda evlənir. Eşidir ki, qardaşlarını qalada öldürüblər.