Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Serov
Serov — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Belaya Tserkov
Bila Tserkva (ukr. Біла Церква) — Ukraynanın Kiyev vilayətində şəhər.
Saylau Serikov
Serikov Saylau Dosumoviç (rus. Сериков Сайлау Досумович, 24 dekabr 1940 - 20 noyabr 1991) - Qazaxıstan SSR Daxili İşlər Naziri sabiq müavini. Qarakənd faciəsində həyatını itirmişdir. 24 dekabr 1940-cı ildə Qazaxıstan SSR Qostanay vilayətinin Qarasay rayonunda anadan olmuşdur. 1964-cü ildə daxil işlər orqanlarında vəzifəyə başlamışdır. Almatı şəhərinin Frunze rayon şöbəsinin mühafizə milisi diviziyasında siravi polis işçisindən, komandir vəzifəsinə qədər yüksəlmişdir. 1970-ci ildə Almatı şəhəri Lenin rayon polis idarəsinin rəis müavini, 1974-cü ildə isə rəisi vəzifəsinə yüksəlmişdir. 1977-ci ildə "Qırmızı Əmək Bayrağı" Ordeni ilə təltif edilmişdir. 1985-ci ildə, Saylau Serikov Qazaxıstan SSR Daxili İşlər Nazirinin müavini vəzifəsinə çəkilmişdir. Bu zaman o polis-polkovniki rütbəsində olmuşdur.
Şelkov rayonu
Şelkov (çeç. Шелковски кӏошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Şelkovski kəndidir. == Coğrafiya == Rayon Çeçenistan Respublikasının şimal-şərq hissəsində yerləşir. Çeçenistanın Qroznı, Qudermes (cənubda Terek çayı boyunca) və Naursi (qərbdə) rayonları, eləcə də Dağıstanın Xasavyurt, Babayurd, Qızılyar, Tarumov və Noqay rayonları ilə həmsərhəddir. Sahəsi 2994.12 km² (Çeçenistanın ən böyük rayonudur), uzunluğu şimaldan cənuba 60 km, qərbdən şərqə 75 km-dir. Neft və tikinti materialları hasil olunan yataqlara sahibdir. == Tarix == Rayon yaranmazdan əvvəl onun ərazisi Terek vilayətinin Kizlyar bölməsinin bir hissəsi olmuşdur. 1921-ci ilin əvvəllərində Terek quberniyasının təşkili ilə ərazi Kizlyar qəzasının tərkibinə daxil edilir. 16 noyabr 1922-ci ildə Qəzəıyar vilayətinin bir hissəsi Qızılyar dairəsiolaraq Dağıstan SSR tərkibinə daxil edilir.
Mütəllib Serov
Mütəllib Arif oğlu Serov (9 iyun 2000, Ziliban, Zaqatala rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mütəllib Serov 2000-ci il iyunun 9-da Zaqatala rayonunun Ziliban kəndində anadan olub. 2007-2018-ci illərdə 5 saylı Zaqatala şəhər natamam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Mütəllib Serov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mütəllib Serov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mütəllib Serov oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Car kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütəllib Serov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Valentin Serov
Valentin Serov (rus. Валенти́н Алекса́ндрович Серо́в; 7 (19) yanvar 1865, Sankt-Peterburq – 5 dekabr 1911[…], Moskva) — Rus rəssam, portret rəssam. == Həyatı == Valentin Aleksandroviç Serov 7 yanvar 1865-ci ildə Sankt-Peterburqda, bəstəkar Aleksandr Nikolayeviç Serov və Valentina Semyonovna Serovanın ailəsində anadan olmuşdu.Serov çox erkən 1871-ci ildə 6 yaşındaykən atasını itirir.Atasının ölümündən sonra anası təhsilini davam etdirmək üçün Münhenə gedir. Bir qədər sonra Serov da anasının yanına köçür.Onlar 1872 -1873-cü illərdə Münhendə yaşayırlar. Serovun anası gənc pianoçu, musiqi həvəskarı idi və uşağına az diqqət yetirirdi, lakin o, oğlunun qabiliyyətini erkən gördü və onu Karl Keppeninqin yanına rəsm dərsləri almaq üçün göndərdi. 1873-cü ildən Serov alman qrafiki Karl Keppeninqdən dərs almağa başladı.Serovun doqquz yaşı olanda heykəltaraş Mark Antokolski onun qabiliyyətini hiss edir və anasına oğlan üçün rus rəssamlarından birini müəllim tutmağı məsləhət görür. 1874-cü ildən Serov Parisdə daha sonra Moskvada Repindən dərs almağa və onunla bir yerdə işləməyə başlayır.Hətta ,Repin qeyd edirdi,ki Serov işə o qədər aludə olurduku,ona ara-sıra işdən uzaqlaşmağı təklif edirdim.
İvan Serov
İvan Aleksandroviç Serov (rus. Ивáн Алексáндрович Серóв, 12 (25) avqust 1905 və ya 1905, Voloqda – 1 iyul 1990, Moskva) — sovet təhlükəsizlik və kəşfiyyat xidmətinin görkəmli lideri, Sovet İttifaqı Qəhrəmanı, ordu generalı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (1954-1958) və Baş Kəşfiyyat İdarəsinin (1958-1963) komandanı. O, Lavrenti Beriyanın rəhbərliyi altında fəaliyyət göstərən NKVD-də komissar müavini vəzifəsində xidmət etmiş, İosif Stalinin ölümündən sonra baş verən siyasi mübarizələr zamanı əsas rol oynamışdır. Serov Mərkəzi və Şərqi Avropada gizli polis qüvvələrinin yaradılmasında və 1958-ci ildə baş verən Macar inqilabının yatırılmasında mühüm rol oynamışdır. Serov həm siyasi kəşfiyyat idarəsi (KQB), həm də hərbi kəşfiyyat idarəsinə (QRU) rəhbərlik etmiş şəxs olaraq adını Sovet və rus tarixinə yazmışdır. == Erkən yaşları və hərbi karyerası == Serov 13 avqust 1905-ci ildə Rusiya imperiyasının Voloqda quberniyasında yerləşən Sokolski rayonunda etnik rus ailəsində anadan olmuşdur. Rusiyada əsas dəyişikliklər də onun uşaqlıq illərinə təsadüf etmiş və 1917-ci ilin noyabrında Bolşevik inqilabı ilə bu dəyişikliklər öz kuliminasiya nöqtəsinə çatmışdır. 1923-cü ildə 18 yaşı olarkən Qırmızı Ordu sıralarına daxil olmuş, 1926-cı ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuş, 1928-ci ildə isə Leninqradda yerləşən Artilleriya Zabitləri Məktəbini uğurla başa vurmuşdur. Onun hərbi karyerasında əsas addımı Frunze Hərbi Akademiyasınından məzun olması hesab edilir. Serov 1939-cu ildə NKVD-yə daxil olmuşdur.
Bərqov
Bərğov – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bərqov oyk, sadə. Quba r-nunun Vəlvələ i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XIX əsrin ortalarına aid sənədlərdə indiki Birinci Nügədi kəndinə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin ərazi XIX əsrin sonlarında Zərqava kəndi əhalisinin istifadəsinə verilmişdir. Kəndin ərazisi Vəlvələçaydan çəkilmiş bəndlərlə suvarılır. Azərbaycan dilinin dialektlərində bər "axar suyun qarşısını kəsmək üçün maneə, bənd" mənasında işlənir. Yerli əhalinin dilində Bərğov kimi tələffüz olunan oykonim "suyun bəndə salındığı yer və ya bəndə salınmış çay" mənasına uyğundur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 793 nəfər əhali yaşayır.Əhalisi tatlardır.
Bərğov
Bərğov – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bərqov oyk, sadə. Quba r-nunun Vəlvələ i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XIX əsrin ortalarına aid sənədlərdə indiki Birinci Nügədi kəndinə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin ərazi XIX əsrin sonlarında Zərqava kəndi əhalisinin istifadəsinə verilmişdir. Kəndin ərazisi Vəlvələçaydan çəkilmiş bəndlərlə suvarılır. Azərbaycan dilinin dialektlərində bər "axar suyun qarşısını kəsmək üçün maneə, bənd" mənasında işlənir. Yerli əhalinin dilində Bərğov kimi tələffüz olunan oykonim "suyun bəndə salındığı yer və ya bəndə salınmış çay" mənasına uyğundur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 793 nəfər əhali yaşayır.Əhalisi tatlardır.
Serket
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Sərkan
Sərkan — İranın Həmədan ostanının Tuysərkan şəhristanının Mərkəzi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,557 nəfər və 1,418 ailədən ibarət idi.
Sərkar
Sərkar (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Sərkar (Samux) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd.
Sərkeş
Sərkeş (Culfa)
Şirkox
Şirkox-i Sülfa (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Şirkox-i Ülya (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Şerlok
Şerlok bu mənalara gələ bilər:
Serros
Serros (isp. Cerros) — arxeoloji ərazi, indiki Belizin şimalında keçmiş Mayya yaşayış məntəqəsi. Bu, son klassik dövrdən postklassik dövrlərə qədər fəaliyyət göstərmişdir. Ərazi öz zirvəsinə Mesoamerikada gec preklassik erada çatmışdır və onun zirvəsində əhalinin sayı təxminən 1,089 nəfər idi. == Təsviri == Sahənin mərkəzi körfəzlə birbaşa bitişikdir və bir neçə nisbətən böyük strukturlardan və pilləli piramidalardan, akropol kompleksindən və iki top meydançasından ibarətdir. Sahənin cənub tərəfində sahənin mərkəzi hissəsini və bir neçə təpəni əhatə edən ayparaşəkilli kanallar şəbəkəsi var. Yaşayış strukturları kanaldan kənarda davam edir, ümumiyyətlə cənub-qərbə və cənub-şərqə doğru ayrılır; qaldırılmış sahələr kanal sistemindən kənarda da mövcuddur.
Abid Şərifov
Şərifov Abid Qoca oğlu (6 yanvar 1940, Nuxa) — Azərbaycan Respublikası Baş Nazirinin sabiq müavini (1995–2018). == Həyatı == Abid Qoca oğlu Şərifov 1940-cı il yanvarın 6-da Şəki şəhərində anadan olmuşdur. 1947-ci ildə Şəki şəhər 10 saylı orta məktəbin 1-ci sinfinə gedərək, orta təhsilini 1957-ci ildə həmin məktəbdə başa vurmuşdur. Həmin il Azərbaycan Dövlət Politexnik İnstitutunun "İnşaat" fakültəsinə daxil olmuş, 1962-ci ildə institutu "İnşaat mühəndisi" ixtisası üzrə bitirmişdir. Gənc mütəxəssis kimi "Bakıbaştikinti" idarəsinə təyinat alan Abid Şərifov 2 saylı trestin 25 nömrəli tikinti idarəsində tikinti ustası vəzifəsində əmək fəaliyyətinə başlamış, 1971-ci ilə qədər həmin idarədə iş icraçısı böyük iş icraçısı işləmişdir. 1971-ci ildən isə "Bakısosialmədəntikinti" trestinin 9 nömrəli tikinti idarəsində istehsalat şöbəsinin rəisi, sonra baş mühəndis kimi fəaliyyətini davam etdirmişdir. 1972-ci ildə "Bakıbaştikinti" idarəsinin 23 nömrəli tikinti idarəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 1978-ci ildə Ulyanovsk şəhərində Nəriman Nərimanovun heykəlinin quraşdırılması ölkə rəhbərliyi tərəfindən həmin idarəyə tapşırılarkən, A. Şərifovun fəal iştirakı ilə bu iş vaxtında, yüksək keyfiyyətlə yerinə yetirilmişdir. Həmin ildən A. Şərifov öz fəaliyyətini Azərbaycan SSR Nazirlər Sovetinin əsaslı tikinti şöbəsində böyük referent kimi davam etdirməyə başlamışdır. A. Şərifov 1980-ci ildə SSRİ Nəqliyyat və Tikinti Nazirliyinin "Azərnəqliyyattikinti" trestinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Aleksey Jarkov
Aleksey Jarkov (rus. Алексей Жарков; 27 mart 1948, Moskva, RSFSR, SSRİ – 5 iyun 2016, Moskva) — Sovet, Rusiya teatr və kino aktyoru. == Həyatı == Aleksey Dmitriyeviç Jarkov 27 mart 1948-ci ildə anadan olub. MXAT məktəb-studiyasında təhsil alıb (1970). Rusiyanın əməkdar artisti (1984), xalq artistidir (1994).69 yaşlı aktyor uzun sürən ağır xəstəlikdən sonra 5 iyun 2016-cı ildə dünyasını dəyişib.
Altay Səidov
Altay Ağasəid oğlu Səidov (Seyidov) (11 iyul 1926, Bakı – 10 sentyabr 2015) — Azərbaycan teatr rəssamı, Azərbaycan SSR əməkdar rəssamı (1979) == Həyatı == Altay Səidov 11 iyul 1926-cı ildə Bakıda anadan olub. 1943–1946-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1948–1953-cü illərdə isə İ. Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. 29 oktyabr 1953-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına quruluşçu rəssam götürülüb və 1967-ci ildən bu kollektivdə baş rəssam işləyib. O, dəvətlə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşalara da səhnə tərtibatı vermişdir. Altay Səidov 10 sentyabr 2015-ci ildə vəfat edib. == Bədii tərtibat işləri == == Mükafatları == Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 9 fevral 1979 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005 == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016.
Anatoli Strekov
Strekov Anatoli Sergeyeviç (22 oktyabr 1945, Moskva) — texnika elmləri doktoru. == Həyatı == Strekov Anatoli Sergeyeviç 1945-ci ildə Moskva şəhərində anadan olmuşdur. 1975-ci ildə "Neft və qaz quyularının qazılması" AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1967-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun "Layların neftveriminin artırılması üsulları" laboratoriyasında laborantdan laboratoriya rəhbərinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1980-1984-cü illərdə bu institutun dissertantı olub. 1987-ci ildə o "Neft hasilatında suda həll olunan polimerlərin reoloji xassələrinin tənzimlənməsi yolu ilə, tətbiq edilməsi səmərəliliyinin artırılması" mövzusunda namizədlik, 1994-cü ildə isə "İşçi agentlərin hərəkətliyinin tənzimlənməsi yolu ilə layların neft veriminin artırılmasının fiziki-kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 2003-cü ildən bu günə qədər Azərbaycan MEA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) "Layların neftveriminin artırılması üsulları" laboratoriyasının rəhbəri işləyir. == Elmi fəaliyyəti == Strekov A.S. neft yataqlarının işlənilməsi və layların neftveriminin artırılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: laya fiziki və kimyəvi sahələrlə təsir zamanı neftin sıxışdırılmasının fiziki-kimyəvi qanunauyğunluğunun tədqiqi və onların bazasında neftveriminin artırılmasının və neft hasilatının intensivləşdirilməsinin artıq məlum olan və yeni yaradılan üsul və texnologiyalarının təkmilləşdirilməsi. Strekov A.S. 110-dən artıq elmi məqalənin müəllifidir.
Andrey Markov
Andrey Andreyeviç Markov (rus. Андре́й Андре́евич Ма́рков; 2 (14) iyun 1856, Ryazan – 20 iyul 1922[…], Petroqrad) — rus professor, akademik və riyaziyyatçı. Ehtimal nəzəriyyəsi, ədədlər nəzəriyyəsi və riyazi analiz sahəsində işləri var.
Arif Şərifov
Şərifov Arif Rza oğlu — AzMİU-nin Elm və texnika işləri üzrə prorektoru, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının "Əməkdar müəllimi". == Həyatı == Arif Şərifov 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunun "İnşaat, yol maşınları və avadanlığı" ixtisasını bitirmiş və təyinatla gənc mütəxəssis kimi "İnşaat maşınları" kafedrasında assistent vəzifəsinə işə götürülmüşdür. 1969-cu ildə Leninqrad (Sankt-Peterburq) İnşaat mühəndisləri İnstitutunun aspiranturasına daxil olmuş, 1971-ci ildə namizədlik, 1994-cü ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 1973-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun komsomol komitəsinin katibi vəzifəsində işləmiş, AzLKGİ XXIX qurultayına nümayəndə seçilmişdir. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun partiya komitəsi katibinin təşkilat məsələləri üzrə müavini vəzifəsində çalışmışdır. 1967-ci ildən "İnşaat, yol və meliorasiya maşınları" kafedrasında assistent, baş müəllim, dosent, professor vəzifələrində işləmiş və yeni yaradılmış "Mexanikləşdirmə və avtomatlaşdırma" fakültəsinin ilk dekanı seçilmişdir. İnşaat, yol və meliorasiya maşınlarının hidravlik sistemlərindəki işçi mayelərin təmizlənməsi problemləri ilə məşğul olur. 120-dən çox elmi məqalənin, monoqrafıyanın, 7 müəlliflik şəhadətnaməsinin, 20 dərslik, dərs vəsaiti və metodiki göstərişlərin müəllifıdir. Hazırda "İnşaat, yol və meliorasiya maşınları" kafedrasının müdiri, Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində fəaliyyət göstərən D.02.042 Dissertasiya Şurasının, Kvalifıkasiya məsələləri üzrə, Müsabiqə komissiyasının Sədri və Təhsil Nazirliyinin "Nəqliyyat" bölməsi üzrə tədris-metodiki şurasının üzvüdür. Bir sıra beynəlxalq və respublika elmi konfranslarında iştirak etmişdir.
Azad Şərifov
Azad Ağakərim oğlu Şərifov (7 aprel 1930 – 24 dekabr 2009) — Azərbaycan kino xadimi, publilist, jurnalist. == Həyatı == 7 aprel 1930-cu ildə Bakıda teatr xadimi ailəsində anadan olub. Atası Ağakərim Şərifov şərqdə Cəfər Cabbarlı adına ilk teart muzeyinin yaradıcısı idi. A. Şərif iki ali təhsil almışdı: Azərbaycan Dövlət Konservatoriyasını və Bakı Dövlət Universitetinin bitirmişdi. Azad müəllimin 19 yaşında ikən "Molodyoj Azerbayjana" qəzetində alpinistliyə aid oçerkləri digər nəşrlərin də diqqətini cəlb edir. "Fizkulturnik Azerbayjana" qəzetinin demək olar, hər sayında onun yazılarına yer verilir və həmin nəşrdə işə dəvət olunur. Bir müddət sonra "Pionerskaya pavda"nın Azərbaycan üzrə xüsusi müxbiri təyin edilir. 1956-cı ildə "Molodyoj Azerbayjana" qəzetində şöbə müdiri, redaktor müavini kimi fəaliyyət göstərir. 1959-cu ildə qəzetin ilk azərbaycanlı redaktoru kimi tarixə düşür. Peşəkarlığı və kollektivdəki yüksək idarəçilik xüsusiyyəti ilə seçilən A. Şərifov bir il sonra Moskvaya Ümumittifaq Leninçi Komsomol Gənclər İttifaqına nəşriyyat bölməsinə dəvət olunur.
Ağakərim Şərifov
Ağakərim Şərifov (1 noyabr 1949, Lənkəran) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. 05.11.2000–02.12.2005-ci illər ərzində Milli Məclisin İqtisadi Siyasi Daimi Komisiyasının üzvü olub. Hal-hazırda "Azərenerji" ASC "Enerjisisteminin İdarəetmə Vasitələri Şəbəkəsi" MMC director müavini vəzifəsində işləyir (12 fevral 2007-ci ildən). Yeni Azərbaycan Partiyasının üzvüdür. == Həyatı və fəaliyyəti == Ağakərim Şərifov Şirəli oğlu 1 noyabr 1949-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. 1966-cı ildə Lənkəran 3 saylı orta məktəbi bitirib. 1973-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib, Avtomatik elektrik rabitə mühəndisi peşəsinə yiyələnmişdir. İlk əmək fəaliyyətinə 1 saylı Bakı Tikinti Trestinin, 8 tikinti idarəsindən başlayıb (1968–1969). 1971–1973-cü illər ərzində Rabitə Nazirliyi BTŞ-nın ATS-37 idarəsində baş elektro-mexanik vəzifəsində işləyib. 1973–1974-cü illərdə Almaniya Demokratik Respublikasında Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur.
Bəxtiyar Şərifov
Bəxtiyar Nadir oğlu Şərifzadə (d. 1962, Qax rayonu – ö. 24 iyun 2016, Bakı) — Azərbaycan Respublikasının əməkdar artisti. Mətn oxuyan. Film səsləndirən. Film aparıcısı. == Həyatı == Azərbaycanın Qax rayonunda anadan olan və yaradıcılığı dövründə 23 sənədli filmi səsləndirən, çoxsaylı verilişlərin kadr arxası mətnini oxuyan Bəxtiyar Şərifzadə AzTV-nin radiosunda çalışmışdır. Bəxtiyar Şərifzadə diktor fəaliyyəti ilə yanaşı Azərbaycanda bir çox filmlərin səsləndirilməsində, dublyaj işində iştirak edib. 24 iyun 2016-cı ildə Bakı şəhərində vəfat etmiş və 25 iyunda doğulduğu Qax rayonunun Güllük kəndində dəfn olunmuşdur. == Təltifləri == Azərbaycan Respublikasının əməkdar artisti — 04.11.1998 == Filmoqrafiya == Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-dublyaj: titrlər Tikdim ki, izim qala (film, 1997) Tikdim ki, izim qala.