Şelkov rayonu

Şelkov (çeç. Шелковски кӏошт[4]) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Şelkovski kəndidir.

Şelkov rayonu
Шелковски кӏошт
Bayraq Gerb
Bayraq Gerb

43°30′32″ şm. e. 46°19′57″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Şelkovski[1]
Tarixi və coğrafiyası
Yaradılıb 1923
Sahəsi
  • 3.000 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 63.767 nəf. (2024)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu 87136
Rəsmi sayt
Şelkov rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon Çeçenistan Respublikasının şimal-şərq hissəsində yerləşir. Çeçenistanın Qroznı, Qudermes (cənubda Terek çayı boyunca) və Naursi (qərbdə) rayonları, eləcə də Dağıstanın Xasavyurt, Babayurd, Qızılyar, Tarumov və Noqay rayonları ilə həmsərhəddir.

Sahəsi 2994.12 km²[5] (Çeçenistanın ən böyük rayonudur), uzunluğu şimaldan cənuba 60 km, qərbdən şərqə 75 km-dir. Neft və tikinti materialları hasil olunan yataqlara sahibdir.

Rayon yaranmazdan əvvəl onun ərazisi Terek vilayətinin Kizlyar bölməsinin bir hissəsi olmuşdur. 1921-ci ilin əvvəllərində Terek quberniyasının təşkili ilə ərazi Kizlyar qəzasının tərkibinə daxil edilir[6]. 16 noyabr 1922-ci ildə Qəzəıyar vilayətinin bir hissəsi Qızılyar dairəsiolaraq Dağıstan SSR tərkibinə daxil edilir[6][7]. Ancaq Şelkovski rayonunun ərazisi isə bir qədər sonra 4 yanvar 1923-cü ildə Dağıstana birləşdirilir. Terek vilayətinin Qızılyar mahalı 13 fevral 1924-cü ildə rəsmi olaraq fəaliyyətini ləğv edildi. Qızılyar rayonunun yenidən vilayətə qaytarılmasının mümkünlüyü məsələsinə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 14 yanvar 1924-cü il tarixli qərarı xitam verildi və Dağıstan MSSR-na verilmiş ərazilər onun tərkibində qaldı. Şelkovski rayonu inzibati vahid kimi 1925-ci ildə artıq mövcud idi. 1928-1929-cu illərdə Şelkovski rayonu Dağıstan MSSR-nin kantonlarından biri olaraq mövcudluğunu qoruyurdu.

1938-1944-cü illərdə yeni yaradılmış Stavropol diyarının Qızılyar mahalının rayonlarından biri olmuşdur (1943-cü ilə qədər Orconikidze diyarı).

1944-1957-ci illərdə isə Qroznı vilayətinin bir hissəsi idi.

9 yanvar 1957-ci ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Çeçen-İnquş MSSR-nın RSFSR tərkib hissəsi kimi bərpası haqqında" və RSFSR Ali Soveti Rəyasət Heyətinin 721-4 nömrəli "Çeçen-İnquş MSSR-nın bərpası və Qroznı vilayətinin ləğvi haqqında" əmri ilə Çeçen-İnquş MSSR bərpa edildi. Üstəlik o dövrdə mütləq əksəriyyəti ruslardan ibarət[8] olan və heç vaxt ÇİMSSR tərkibinə daxil olmayan Naurski və Şelkov rayonlarının ərazisi Çeçen-İnquş Muxtar Nəticədə ərazi itkiləri üçün bir növ "kompensasiya" olaraq əvvəllər Stavropol diyarına aid olan Naurski, Karqalinski və Şelkovski rayonları Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasına verildi. 1957-ci ildən 1991-ci ilə qədər Şelkovski rayonu Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibində idi. 1991-ci ilin dekabrından bu günə qədər rayon Çeçenistan Respublikasının tərkibində olmuşdur.[9]

Bölgə əhalisinin etnik tərkibi:

1989 2002 2010[10]
Ümumi əhali 45 011 50 233 53 548
çeçenlər 16 876
(37,5 %)
37 714
(75,1 %)
43 459
(81,16 %)
noqaylar 6 620
(14,7 %)
3 504
(7,0 %)
3 268
(6,10 %)
ruslar 14 180
(31,5 %)
3 992
(7,9 %)
2 901
(5,42 %)
qumuqlar 1 791
(4,0 %)
1 702
(3,4 %)
1 640
(3,06 %)
tatarlar 643
(1,3 %)
760
(1,42 %)
avarlar 1 866
(4,1 %)
1 538
(3,1 %)
639
(1,19 %)
darginlər 583
(1,2 %)
233
(0,44 %)
ləzgilər 25
(<0,1 %)
131
(0,24 %)
ukraynalılar 276
(0,6 %)
55
(0,1 %)
24
(0,04 %)
ermənilər 46
(0,1 %)
27
(0,1 %)
21
(0,04 %)
inquşlar 117
(0,3 %)
36
(0,1 %)
12
(0,02 %)
digərləri 3 239
(7,2 %)
414
(0,8 %)
460
(0,86 %)
  1. 1 2 3 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
  2. 1 2 GEOnet Names Server. 2018.
  3. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  4. "Названия районов на чеченском языке". 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
  5. "Чеченская Республика. Общая площадь земель муниципального образования". 2017-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
  6. 1 2 "Краткая справка об административно-территориальных изменениях Ставропольского края за 1920—1992 гг". 2018-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
  7. "А. Цуциев. Атлас этнополитической истории Кавказа (1774—2004). Карта 22 (1922—1928). Советское национально-государственное строительство". 2020-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
  8. "Этнокавказ. Национальный состав Чечни по переписям 1897—2002". 2019-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
  9. "Этнополитические процессы в Чечено-Ингушской АССР в 1957–1990 гг". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
  10. "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населённым пунктам, сельским населённым пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.