Saylau Serikov

Serikov Saylau Dosumoviç (rus. Сериков Сайлау Досумович; 24 dekabr 1940, Kostanay vilayəti20 noyabr 1991, Azərbaycan) — Qazaxıstan SSR Daxili İşlər Naziri sabiq müavini. Qarakənd faciəsində həyatını itirmişdir.

Saylau Serikov
Şəxsi məlumatlar
Doğum tarixi 24 dekabr 1940(1940-12-24)
Doğum yeri
Vəfat tarixi 20 noyabr 1991(1991-11-20) (50 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Qarakənd faciəsi
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Rütbəsi polkovnik
Təltifləri "Qırmızı əmək bayrağı" ordeni

24 dekabr 1940-cı ildə Qazaxıstan SSR Qostanay vilayətinin Qarasay rayonunda anadan olmuşdur. 1964-cü ildə daxil işlər orqanlarında vəzifəyə başlamışdır. Almatı şəhərinin Frunze rayon şöbəsinin mühafizə milisi diviziyasında siravi polis işçisindən, komandir vəzifəsinə qədər yüksəlmişdir. 1970-ci ildə Almatı şəhəri Lenin rayon polis idarəsinin rəis müavini, 1974-cü ildə isə rəisi vəzifəsinə yüksəlmişdir. 1977-ci ildə "Qırmızı Əmək Bayrağı" Ordeni ilə təltif edilmişdir.[1]

1985-ci ildə, Saylau Serikov Qazaxıstan SSR Daxili İşlər Nazirinin müavini vəzifəsinə çəkilmişdir. Bu zaman o polis-polkovniki rütbəsində olmuşdur.[2]

20 noyabr 1991-ci il yerli saatla 14:42 vurulan SSRİ DİN-nin Mi-8 helikopterində həlak olmuşdur.

Almatı şəhərində dəfn edilmişdir. Ölümündən sonra xatirəsini əbədiləşdirmək məqsədiyə Almatı şəhərindəki küçələrdən birinə onun adı verilmişdir.[3]

  1. "Карточка ID-195 - Сериков Сайлау Досумович". 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-11.
  2. Даурен ЗАРКЫМХАНОВ — Хранитель частицы истории страны [ölü keçid]
  3. "Память погибших 25 лет назад в Нагорном Карабахе почтили в Алматы". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-11.