Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Beluqa
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Gəlugah
Gəlugah (fars. گلوگاه‎) — İranın Mazandaran əyalətinin şəhərlərindən biri və Gəlugah şəhristanının paytaxtıdır. Gəlugah əhalisi Ümranlı elindən ibarətdir. Şəhərdə danışılan dil Azərbaycan dilidir (Azərbaycan Türkcəsi). 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 18,720 nəfər və 4,927 ailədən ibarət idi.
Gəluqah
Gəlugah (fars. گلوگاه‎) — İranın Mazandaran əyalətinin şəhərlərindən biri və Gəlugah şəhristanının paytaxtıdır. Gəlugah əhalisi Ümranlı elindən ibarətdir. Şəhərdə danışılan dil Azərbaycan dilidir (Azərbaycan Türkcəsi). 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 18,720 nəfər və 4,927 ailədən ibarət idi.
Kaluqa
Kaluqa - müasir Rusiyada şəhər, eyniadlı vilayət mərkəzi. Kaluqa Oka çayının dik sahilində salınmışdır. Kaluqa sözünü müəyyən mənada qala mənasını verən kaluqa "qala qapısı" mənası ilə bağlayırlar. Kaluqa sözü türk-monqol mənşəlidir; xalqa~kalqa~kalqan~kaluqan~kaluqa "darvaza, alaqapı", "giriş-çıxış qapısı" (zastava) deməkdir. Görünür, bu yerdə keçmişdə tatar zastavası "giriş-çıxış qapısı" yerləşirdi Bununla yanaşı kalqa, kaluqa əski türkcə vəliəhd, monqol-tatarlarda titul, şahın (xanın) böyük oğluna verilən "kalqa" titulu ilə bağlı da ola bilməsi ehtimalını da nəzərə almaq lazımdır. Məşhur türk əsilli soylardan olan rus familiyası Kaluginlər zadəgan nəsli bu torpaqla bağlı ailə olmuşdur. Hələ inqilaba qədər bu ailənin Kaluqada mülk torpaqları var idi. Hazırda Kaluqa Rusiyanın ən iri müasir sənaye mərkəzidir. == Tarixi == IX əsrə aid (859-cu il) sənədlərdən xəzərlərin burada hakim olduqları məlumdur. 1117-ci ildə isə Vladimir Monomaxın Kaluqaya hərbi yürüşü göstərilir.
Selena
Selena — ay ilahəsi. Yunan mifologiyasındakı analoqu Artemidadır.
Seliya
Seliya (latış. Sēlija‎; lit. Sėla) və ya Auqşzeme (lit. Augšzeme) — Latviyanın mədəni diyarı. O, Zemqale diyarının tərkibi hissəsi sayılır. Seliya adı bu torpaqlarda yaşamış sellar xalqından gəlir. == Coğrafiya == Seliya Latviyanın cənub-şərqi hissəsində, Dauqava çayının sol sahilində yerləşir (sağ qolunda isə Vidzeme və Latqale yerləşir). Qərbində o, Zemqaledən Taurkalne meşə massivi ilə ayırılır, şərqdə isə Belarusnan yanında olan Karslava şəhərinə qədər uzanır. Onun cənubunda isə Litvadır.
Selloa
Selloa (lat. Selloa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Selloa breviligulata Longpre Selloa ligulata (Cuatrec.) H.Rob. Selloa linearis DC. Selloa macdonaldii (B.L.Turner) H.Rob.
Seçura
Seçura səhrası (Peruan səhrası) — Perunun qərb sahilində, Cənubi Amerikanın şimal-qərbində yerləşən səhra. Səhra And dağları ilə Sakit okean arasında yerləşir. Şimaldan cənuba uzunluğu 150 km, materikin daxilinə doğru isə eni 20–200 km arasında dəyişir. Səhranın sahəsi 188 735 km² təşkil edir. Əsasən qum və daşlıqlardan ibarətdir. Bir növ Atakama səhrasının şimal qutaracağını təşkil edir. Seçura səhrasında dünyanın ən böyük fosforit yataqları vardır. Burada üstəlik nadir element və metallara rast gəlinir. Perunun beş iri şəhərindən ikisi yerləşir:Pyora və Ciklao. == İqlim == Səhra ekstra arid regiona daxildir.
Səlcuq
Səlcuq bəy Dukak oğlu Qınıq (türk. Selçuk Bey, türkm. Seljuk Beg Dukak, 960-1009) — Səlcuqlu sülaləsinin banisi, oğuz bəyi. == Həyatı == Türkmənləri dünyaya tanıtdıran ən böyük şəxsiyyət Səlcuq bəy və onun övlad və nəvələri olmuşdur. İslam dinini qəbul edən Oğuz boylarına rəhbərliyi əlinə alan Səlcuq bəy peçeneq türklərinin hücumlarından ölkəsini qorumuş, Qaraxanlı Türk dövləti ilə savaşmış, Qəznəvi Türklərini - Qəznəviləri məğlub etdikdən sonra tarixdə məşhur Səlcuqlu dövlətini qurmuşdur. Səlcuqlu dövləti Səlcuq bəydən sonra da övlad və nəvələri tərəfindən zaman-zaman genişlənmiş, Türküstanın böyük bir qismi ilə yanaşı, Farsistan, Xorasan, Azərbaycan, Gürcüstan, İraq, Anadolu və bütün Ön Asiyanı öz hakimiyyətləri altına alaraq müəzzəm bir İmperatorluq qurmuşlar. XI əsrdən XIV əsrə qədər Türküstandan Aralıq dənizinə qədər böyük bir ərazidə İmperatorluq quran Səlcuq Bəyin oğulları Arslan, Yusif, Musa, nəvələri Toğrul, Çağrı, nəticələri Alp Arslan, Məlik şah və başqaları bir neçə dövlət qurmuş, bu dövlətlərdən bəziləri[hansı?] Böyük Səlcuqlu İmperatorluğuna tam bağlı olmuş, bəziləri isə müstəqil dövlətlər olmuşlar. Tarixdə Səlcuq Bəyin nəvələri olan Toğrul və Çağrı Bəylərin türkmən topluluğuna səlcuqlular, oğlu Yusif Yınalın topluluğuna isə Yınallılar deyilmişdir. Böyük Səlcuqlu Türk sultanı Toğrul bəy Abbasi Xəlifəsi Əl-Qaim bi-Əmrullahın dəvəti ilə Türkmən-Oğuz boylarından ibarət müəzzəm bir ordu ilə Bağdada daxil olmuşdu. Tarixçilər[kimlər?] göstərirlər ki, Türk və Oğuzlardan təşkil olunan 120 minlik Səlcuqlu ordusunun Bağdada girməsi Xilafət mərkəzində bir həyəcan dənizini andırırdı.
Vetluqa
Vetluqa — Rusiya Federasiyasında yerləşən şəhər, Nijeqorod vilayətinə daxildir.
Selgi
Kareliya MSSR-də relyefin tirə formalarının yerli adıdır. Selgi adətən şam meşələri ilə örtülü olur, aralarındakı çökəkliklərdə isə bataqlıq və göllər yerləşir.
Selva
Selva (isp. selva, lat. silva — meşə) — Ekvatorial meşələr-selva adlanır, Amazon və Orinoko ovalığının, Braziliya və Qviana yaylalarının xeyli hissələrini tutur. Afrika meşələrindən sahəsinin, rütubətliyin, bitki və heyvanlar aləminin çox olması ilə fərqlənir. == Bitki örtüyü == Bitki örtüyü çoxmərtəbəli olub, seyba, kakao, heveya, palma və qovun ağaclarından ibarətdir. == Torpaqları == Torpaqları qırmızı-sarı ferraritdir. == Heyvanlar aləmi == Heyvanları ilanlar (anakonda, boa), meymun, kisəlilər, yaquar və s. == Selvalar == Selva Cənubi Amerikada Meksikada Selva Selva Konqoda Selva Yeni Qvineyada == Xarici keçidlər == Tropik meşələr Comunidad Nativa de Queros Selva Perú Cusco Arxivləşdirilib 2009-03-31 at the Wayback Machine Portal Selva Lluviosa (ing.). Yağışlı Selva Arxivləşdirilib 2010-11-06 at the Wayback Machine (ing.).
Selya
Selya (isp. Sella) — İspaniyada yerləşən, şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 38.72 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahıya alınmasına görə əhali 649 nəfərə çatmışdır. Şəhər mərkəzdən 50 km məsafə uzaqlıqdadır.
Seuta
Seuta (isp. Ceuta; ərəb. سبتة‎) - İspaniyanın Şimali Afrikada yerləşən ərazisi. İspaniya konstitusiyasına görə Melilya ilə birlikdə muxtar statusa malikdir. Mərakeş ilə sərhəd olan şəhərin ərazisi 19 km²'dir. Aralıq dənizi ilə 20 km, Mərakeş ilə 8 km sərhəd zonası mövcuddur. Pireney yarımadasına 14 km məsafədə yerləşir. Seuta 1995-ci ilin 14 mart tarixinə qədər Kadiz muxtar bölgəsinin tərkibində olmuş və həmin tarixdən sonra muxtar ərazi statusu almışdır. İspaniya Avropa İttifaqına daxil olmamışdan əvvəl Seuta, Melilya və Kanar adaları azad liman statusuna malik idi. 2011-ci ilin məlumatına əsasən 82 min nəfər əhalisi vardır.
Soluq
Soluq (Həştrud)
Şelun
Şelun (IV əsr – 410) — qəbilə başçısı olan kimi hərbi dəyişiklər etdi. Hunların hərbi sistemini qəbul etdi. Minlik, yüzlük yaradıb, onlara minbaşı, yüzbaşı təyin elədi.Bu dəstələrin bayrağı vardı.Kim birinci düşmən dəstəsinə girib məğlub edərdisə onlara qənimət və qullardan pay ayırardı. Qorxaqları dəyənəklə döydürərdi. 399-ci ildə Vey ordularına məğlub oldu. Hun qəbilələrini məğlub edib başçıları Şibaetsini öldürən Şelun 402-ci ildə özünü xanlar xanı - xaqan elan etdi. Özünü Çyudufa xaqan adlandıran Şelun həm də Douday xan adı ilə tanınırdı. Douday sienbi dilində "düzgün ox atan" mənasına gəlir. O tarixdə ilk dəfə xaqan titulu istifadə edən insandır. 410-cu ildə Şimal Vey orduları tərəfindən öldürüldü.
Beluxa dağı
Beluxa ("Üçbaşlı", "Katun zirvəsi", qaz. Мұзтау Шыңы) — Altay dağlarında ən yüksək zirvə (4509 m), Rusiyanın ən yüksək zirvələrdən biri. Zirvə Ust-Koksin rayonda yerləşir. Beluxa massivindən Rusiya və Qazaxıstan sərhəddi keçir. Dağ yamaclarından Katun çayı başlanğıcını götürür. Bir-birindən gədiklə ayrılan iki zirvəsi var: Qərbi Beluxa (hündürlüyü 4440 m) və Şərqi Beluxa (hündürlüyü 4506 m). Qranit, qneys və metamorfik şistlərdən təşkil olunmuşdur. Altayda müasir buzlaşmanın iri (ümumi sahəsi 70 km²) mərkəzlərindən biridir. Şimal yamacında 2000– 2500 metr hündürlüyədək enən Mönsu, Rodzeviç və Tronov Qardaşları; cənub yamacında 2000 metr hündürlüyədək enən dərə buzlaqları (Berel buzlağı və Katun buzlağı) var. "Beluxa" təbiət parkı Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Elçin Səlcuq
Elçin Quliyev və ya Elçin Səlcuq (10 noyabr 1964, Yengicə, İliç rayonu – 17 dekabr 2009, Bakı) — Azərbaycan jurnalisti. == Həyatı == Quliyev Elçin Abdulla oğlu 1964-cü il noyabrın 10-da Naxçıvan MR-nın Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 17 dekabr 2009-cu ildə qaraciyər serrozundan vəfat etmişdir. == Fəaliyyəti == 1980-ci illərin Azadlıq hərəkatı dövründə "Meydan", "FV-ÇP" kimi qeyri-leqal qəzetlərin nəşrində və yayılmasında fəal iştirak etmişdir. 1990-cı ildə "Azadlıq" qəzetinin ilk əməkdaşlarından biri olub, 1997-ci ilə qədər burada çalışmışdır. 1997-1998-ci illərdə "525-ci qəzet"də çalışmış, 1998-2001-ci illərdə "Detektiv" qəzetinin təsisçisi və baş redaktoru olmuşdur. == Əsərləri == Elçin Səlcuq "Kədərin sirri" kitabında yazıçı-dramaturq, alim Kamal Abdullanın bədii yaradıcılığını araşdırmış, onun əsərlərinin özəlliklərini təhlil etməyə çalışmışdır. Kitabın redaktoru şair Etimad Başkeçid və naşir Əliş Mirzallıdır. Ön sözü müəllifi şair Salam Sarvandır.
Gəlugah (Babol)
Gəlugah — İranın Mazandaran ostanının Babül şəhristanının Şərqi Bəndpey bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,512 nəfər və 644 ailədən ibarət idi.
Gəlugah (Babül)
Gəlugah — İranın Mazandaran ostanının Babül şəhristanının Şərqi Bəndpey bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,512 nəfər və 644 ailədən ibarət idi.
Gəlugah şəhristanı
Gəlugah şəhristanı — İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Gəlugah şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 39,450 nəfər və 10,365 ailədən ibarət idi.
Gəluqah-Babol
Gəlugah — İranın Mazandaran ostanının Babül şəhristanının Şərqi Bəndpey bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,512 nəfər və 644 ailədən ibarət idi.
Gəluqah (Babol)
Gəlugah — İranın Mazandaran ostanının Babül şəhristanının Şərqi Bəndpey bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,512 nəfər və 644 ailədən ibarət idi.
Gəluqah şəhristanı
Gəlugah şəhristanı — İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Gəlugah şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 39,450 nəfər və 10,365 ailədən ibarət idi.
Kaluqa (balıq)
Kaluqa (lat. Huso dauricus) — Nərələr fəsiləsindən balıq, Ağ balıqlar cinsinə aid baliq növü. Amur çayı hövzəsində 55° ş.e və 34° ş.e arasında yerləşən bölgədə yaşayır. Onlsra hətta 50 metr suyun dərinliyində belə rastlamaq mümkündür. Maksimal qeydə alınmış uzunluğu 560 sm təşkil etmişdir. Olduqca əhəmiyyəli balıq növüdür. Sənaye əhəmiyyətlidir. == Təsviri == Uzunluqları 5,6 metr təşkil edir (6 metrlik keçmişdə olması ehtimal edilir), çəkisi 1 tondur. Ağzı ayparavari formaya malikdir. Birinci bel üzgəci olduqca iri olur.