Elçin Səlcuq

Elçin Quliyev və ya Elçin Səlcuq (10 noyabr 1964, Yengicə, İliç rayonu17 dekabr 2009, Bakı) — Azərbaycan jurnalisti.

Elçin Səlcuq
Elçin Quliyev
Doğum tarixi 10 noyabr 1964(1964-11-10)
Doğum yeri
Vəfat tarixi 17 dekabr 2009(2009-12-17) (45 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Sirroz
Milliyyəti azərbaycanlı
Təhsili

Quliyev Elçin Abdulla oğlu 1964-cü il noyabrın 10-da Naxçıvan MR-nın Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 17 dekabr 2009-cu ildə qaraciyər serrozundan vəfat etmişdir[1].

1980-ci illərin Azadlıq hərəkatı dövründə "Meydan", "FV-ÇP" kimi qeyri-leqal qəzetlərin nəşrində və yayılmasında fəal iştirak etmişdir. 1990-cı ildə "Azadlıq" qəzetinin ilk əməkdaşlarından biri olub, 1997-ci ilə qədər burada çalışmışdır. 1997-1998-ci illərdə "525-ci qəzet"də çalışmış, 1998-2001-ci illərdə "Detektiv" qəzetinin təsisçisi və baş redaktoru olmuşdur[2].

Elçin Səlcuq "Kədərin sirri" kitabında yazıçı-dramaturq, alim Kamal Abdullanın bədii yaradıcılığını araşdırmış, onun əsərlərinin özəlliklərini təhlil etməyə çalışmışdır. Kitabın redaktoru şair Etimad Başkeçid və naşir Əliş Mirzallıdır. Ön sözü müəllifi şair Salam Sarvandır. Kitab 2005-ci ildə çap olunmuşdur[3].

  1. "Elçin Səlcuq yaşasaydı…". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-17.
  2. "Mərhum jurnalist Elçin Səlcuqla bağlı dərgı hazırlanacaq". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-17.
  3. "Elçin Səlcuq: "Kədərin sirri"". 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-17.