Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Laşlo Sinko
Laşlo Sinko (18 Mart 1970 – 31 İyul 2015) — Macarıstanlı film aktyoru. O, 1959-cu il ilə 2009-cu il arasında 90-dan çox film və televiziya şousunda rol oynamışdır.
Sibel Siber
Sibel Siber (türk. Sibel Siber; 13 dekabr 1960, Nikosiya, Nikosiya rayonu[d]) — Şimali Kipr Türk respublikasından olan bir siyasətçi. 2013-cü ilin iyun ayından sentyabr ayına qədər ŞKTR Baş naziri vəzifəsini icra edən icra edən ilk qadın olur. 2013-2018-ci illərdə də ŞKTR məclisinin sədri olmuşdur. Siber Fatma Ekenoğlundan sonra bu vəzifəni tutan ikinci qadın olur. == Bioqrafiyası == 13 dekabr 1960-cı ildə Lefkoşada anadan olmuşdur. Atası Altay Adademir, Meluseya kəndindən olan bir ibtidai sinif müəllimi, anası Aysel Klaudiyadan bir ev xanımı idi. Atası vaxtaşırı müxtəlif məktəblərə təyin olunduğundan ailə daim köçürdü. 16 yaşında Sibel İstanbul Universitetinin Tibb Fakültəsinə daxil olur, bu dövrdə tələbələrlə əlaqəli siyasi hadisələrin zirvəsi yaşanır. 1983-cü ildə universiteti həkim ixtisası ilə bitirmişdir.
Bioko
Bioko (1973-cü ilədək Fernando-Po,1979-cu ilədək Masias-Ngema-Biyoqo) — Atlantika okeanının Qvineya körfəzində ada. Afrika sahilləri yaxınlığındadır; Ekvatorial Qvineyanın ərazisidir. == Sahəsi == Sahəsi 2017 km2 . Uzunluğu 70 km, eni 30 km-ədək. == Əhalisi == Əhalisi təqribən 258 min (2005). Bioko ölkənin daha çox məskunlaşmış hissəsidir. == Xüsusiyyətləri == Bir neçə vulkan konusunun (hündürlüyü 3007 m-ədək) birləşməsindən yaranmışdır. Dağ yamacları rütubətli tropik meşələrlə örtülüdür. Piko-de-Santa-İsabel qoruğu Bioko ərazisindədir. Kakao, qəhvə plantasiyaları var; maniok, yerfındığı, şəkər qamışı becərilir.
Disko
Disko (ing. Disco - diskoteka) — 1970-ci illərin əvvəllərində yaranmış rəqs musiqinin bir növüdür. Diskonun vətəni ABŞ-dır. Bu janrda ilk ifa edənlər sırasına İsaak Hayes, Barri Vayt və bir çox məşhur ifaçılar daxildirlər.
Kibdo
Kibdo (isp. Quibdó) — Kolumbiyanın qərbində yerləşən şəhər, Çoko departamentinin inzibati mərkəzi hesab olunur. == Haqqında == Şəhər dəniz səviyyəsindən 53 m yüksəklikdə yerləşir. 2008-ci ildə hesablamalara görə əhalisinin sayı 104,309 nəfərə çatmışdır. 1654-cü ildə qurulan şəhərə San Fransisko De Kibdo adı verilmişdir. 1948-ci ildən Çoko departamentinin inzibati mərkəzinə çevrilmişdir. Şəhər departamentin inzibati və iqtisadi mərkəzi hesab olunurdu. Bölgədə çoxlu miqdarda qızıl və platin çıxarılmaqdadır. Atrato çayı şəhərin daxili ilə axır. Latın Amerikasında ən nəmli yerlərdən biri olaraq tanınır, yağıntı miqdarı ildə 8989 mm və 10 700 mm olur.
Nikko
Nikko (Nikkō (日光市, Nikkō-shi)) — Yaponiyanın müqəddəs şəhəri. == Ümumi məlumat == Nikko – Yaponiyanın müqəddəs məkanlarından biridir. Toçiqi prefekturasında yerləşir. Nikko ("günəş işığı") şəhəri qeyri-adi gözəlliyə malik ərazidə, qar basmış zirvələrlə əhatə olunan hündür dağların ətəyində yerləşir. Burada rast gəlinən ağacların əksəriyyəti 300 ildən çox tarixə malikdirlər. Bu ərazidə yerləşən və Yaponiyanın şintoizm məbədlərindən hesab olunan Tosyoqu məbədi də həmin ağaclarla həmyaşıddır. Nikko şəhərinin buddizm və şintoizm məbədləri YUNESKO-nun dünya mədəni irs siyahısına daxil edilmişlər. Nikko şəhəri Tokiodan 140 km.lik məsafədə yerləşir. Nikko şəhərində yerləşən "Nikko Milli Parkı" öz ərazisindəki 97 metr hündürlüyündə olan Keqon şəlaləsi və Tyudzendi gölü diqqəti xüsusilə cəlb edir. Şəlaləyə aparan yol isə 1300 m hündürlüyündədir.
Seiko
"Seiko"nun ilk divar saatı 1892-ci ildə, qol saatı isə 1913-cü ildə yaranıb. Firmanın yaradıcısı Kintaro Hottari olub. Ən böyük arzusu saat firması yaratmaq olan Kintaro 18 yaşında ilk mağazasını açıb. 1895-ci ildə firma cib saatlarını kəşf edib. Firma tərəfindən yaradılan batareyasız saatlar 1988-ci ildə meydana gəlib. Əsas məqsədlərinin yüksək keyfiyyət dərəcəsinə görə seçilmək olan "Seiko" dünyanın 4 məşhur saat firmasından biri kimi tanınır. "Seiko" "Sportura" markasını istehsal edərək, dünyada ən güclü idman saatları kolleksiyalarından biri kimi öz mövqeyini daha da möhkəmləndirib. Möhkəmliyi və etibarlı işin təmin edilməsi məqsədilə bu saatların hamısı, yüksək təzyiq altında su keçirməmək qabiliyyətinə malikdir.
Sekko
A sekko və ya Fresko-sekko (it. a secco — "qurunun üzərinə", fresco-secco — "quru freska") — divar rəssamlığı texnikası. Freskadan fərqli olaraq, sərt, qurumuş və təkrar nəmləndirilmiş suvaq üzərinə çəkilir. Bu rəsm texnikasında bitki mənşəli yapışqana və ya yumurtaya ovxalanmış, yaxud da əhənglə qarışdırılmış boyalardan istifadə edilir. Sekko işin sürətini artırmağa, iş günü ərzində freskaya nəzərən daha çox sahədə rəsm çəkməyə imkan verir, lakin freska qədər uzunömürlü deyil. A sekko texnikası orta əsr rəssamlığında freska ilə eyni dövrdə yaranmış və xüsusilə XVII-XVIII əsrlərdə Avropada geniş yayılmışdı. == Məşhur sekko rəssamları == Cotto Cun Makevan — şotland rəssamı. Beohar Rammanohar Sinha — hind rəssamı. Rudolf F. Zallinger (1919 — 1995) — amerikalı rəssam.
Sibay
Sibay — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Sibir
Sibir (rus. Сибирь) — Avrasiyanın şimal-şərq hissəsində böyük coğrafi ərazi. Qərbdən Ural dağları, şərqdən Sakit okean, şimaldan Şimal Buzlu okean, cənubdan Qazaxıstan, Monqolustan, Çin əhatə edir. Sibir dedikdə Rusiya Federasiyasının tərkibidə olan ərazi başa düşülür. Ancaq coğrafi Sibirə Qazaxıstanın şimalı və Uzaq Şərq də daxildir. Sibir Qərbi Sibirə və Şərqi Sibirə bölünür. Həmçinin Cənubi Sibir, Şimal-Şərqi Sibir və Orta Sibir anlayışı da vardır. == Qərbi Sibir == Ural və Yenisey çayı arasında yerləşən Qərbi Sibir ilk yaşayış məntəqəsidir. Əhalinin əksəriyyətinin yaşadığı Sibir torpaqlarının ən inkişaf etmiş hissəsidir. === Tarixi === === İqlimi === === Təbii qaynaqlar === === İqtisadiyyatı === == Şərqi Sibir == Sibirin şərq hissəsi, Asiyanın şimal-şərqini əhatə edir.
Sibiu
Sibiu (almanca: Hermanştat, macarca: Nagyszeben) — Rumıniyada Transilvaniya regionunda şəhər, Sibiu administrasiya əyalətinin mərkəzi. Əhalisi 171,5 min nəfərdir (2002). Sibiuda məşhur alman şairi Oskar Pastior anadan olmuşdur.
Sibos
Sibos (ing. Sibos – Swift International Banking Operations Seminar) və ya SIBOS — Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il təşkil etdiyi beynəlxalq sərgi-konfrans. Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanılmışdır. İlk konfrans Brüsseldə keçirilmişdir. Hər il keçirilən bu sərgi-konfransa dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələri qatılırlar. Müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən SIBOS sərgi-konfransı ümumdünya bank-maliyyə sektorunun əhəmiyyətli nailiyyətlərindən sayılır. Sibos dünyanın maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq, ən əsası isə işgüzar əlaqələrin qurulması baxımından çox mühüm platforma hesab edilir.
Sibth.
Con Sibtorp (ing. John Sibthorp; 28 oktyabr 1758, Oksford – 8 fevral 1796, Bat, Somerset qraflığı) — ingilis botaniki. == Bəzi elmi əsərləri == Sibthorp, J. (1794). Flora oxoniensis. 422 p. Sibthorp, J.; Smith, J.E. (1806—1813). Florae Grecae prodromus. 2 vols. Sibthorp, J.; Smith, J.E.; Lindley, J. (1806—1840). Flora graeca.
Sikkə
Sikkə — metaldan və ya başqa materialdan düzəldilmiş müəyyən forma, kütlə və dəyərə malik pul kütləsidir. Hazırda xırda pul kimi işlənən, eləcə də kolleksiya, xatirə və investisiya sikkələri buraxılır. Adətən sikkələr dairə formasında hazırlanır. Sikkənin üzərində zərb olunduğu yer, tarix, hökmdarın və ya ilahların təsviri, mühüm tarixi hadisə təsvir oluna bilər. == Etiomologiya == Sikkə sözu ərəb mənşəli sözdur. Dilimizə ərəb işğalından sonra keçmişdir. == Tarix == İlk sikkələr demək olar ki, e.ə. VII əsrdə qədim Çin və qədim Lidiya dövlətində meydana gəlmişdir. İlk qızıl sikkələr 2500 il bundan əvvəl Lidiyada (Kiçik Asiyanın qərb hissəsi) yaranıb. İlk dövrlərdə tədavüldə eyni zamanda qızıldan və gümüşdən düzəldilmiş sikkələr olmuşdur.
Sikoz
Sikoz — stafilokokklarin törətdiyi xroniki iltihabi xəstəlik.
Sirkə
Sirkə – üzümdən, almadan, baldan və s.-dən hazırlanan turş maye. == Ümumi məlumat == Sirkə üzüm, xurma, əncir, bal və s.-dən çəkilir. Ən çox üzüm sirkəsi işlənir. == Hazırlanma qaydası == == Sirkə təbabətdə == Sirkə soyuqluq və quruluq verir, bədənə tez sorulur, dərmanların təsirini sürətləndirir. Susuzluğu yatırır, həzmə kömək edir, iştahı artırır, bəlğəmi əridir və onun xaric olmasını asanlaşdırır, mədə iltihabı üçün münasibdir. Acqarına bir müddət sirkə işlətmək bağırsaq qurdunu öldürür. Onu isidib içərək özünü qusdurmaqla mədəni təmizləyirlər. Sirkə ilə qarqara etmək boğaz, qırtlaq və diş ağrısı üçün xeyirlidir. Ona duz qataraq ağızı qarqara etmək diş dibinin qanamasını kəsir. Yaralı yerlərin kənarlarına sirkə sürtmək yaranın ətraflara yayılmasının qarşısını alır.
Şibam
Şibam — Yəməndə şəhər. Dünyanın ən darısqal şəhəri. Yəmənin Şibam yaşayış məntəqəsi dünyanın ən darısqal şəhəridir. Şibam vaxtilə Xardaraut çarlığının paytaxtı olub. Bu şəhər müqayisəyəgəlməz memarlıq üslubu ilə fərqlənir. Şibamın memarlığı YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilib. Şəhərdə gil kərpiclərdən inşa edilmiş evlərin təxminən 500-ü çoxmərtəbəlidir. Şibamdakı binalar incəliklə inşa edilib, bununla bərabər, bir-birinə çox yaxındır. Küçələr qaranlıq və son dərəcə dardır.
Şibyə
Şibyələr (lat. Lichenes). Bu qrupa 400 cins-13000-ə yaxın növ daxildir. Şibyələr təbiətdə çox geniş yayılmışdır. Onların nümayəndələrinə qütblərdən tutmuş mülayim iqlim qurşaqlarına qədər hər yerdə rast gəlmək olur. Mülayim və soyuq iqlim qurşaqlarında şibyələr daha geniş yayılmışdır. Tundra şəraitində şibyələrin geniş talaları vardır. Şibyələr dağlarda, qayaların, ağacların üzərində daha çox olur. Ümumiyyətlə, başqa bitkilərin yaşaya bilmədikləri yerlərdə şibyələr yaxşı bitir və daşların, qayaların üzərini bəzən tamamilə örtür. Şibyələr məhv olduqdan sonra onların yaşadıqları yerlərdə mamırların və başqa bitkilərin yayılması üçün əlverişli torpaq sahələri yaranır.
Şinço
Şinço (新潮, Shinchō; Yeni dalğa) — "Shinchosha" tərəfindən nəşr olunan Yaponiya aylıq ədəbi jurnalı. 1904-cü ildə fəaliyyətə başlamasından bəri bir çox aparıcı yapon yazıçılarının əsərlərini nəşr etdirmişdir. Bu, Yaponiyanın aparıcı beş ədəbi jurnalından biridir. Jurnalda Yaponiya ədəbi əsərlərinin ingilis dilinə tərcümələri dərc olunur. Jurnal "Şinço ədəbi mükafatı"nı təqdim edir.
Şirkox
Şirkox-i Sülfa (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Şirkox-i Ülya (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Şıbır
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Şibuy
Şibuy (渋い) – yapon dilində sadə, gözə çarpmayan, incə gözəlliyi ifadə edən termin. Muromaçi dövrünün sənətkarları tərəfindən yaradılmış konsepsiyadır. Termin rəng, dizayn, dad, səs, hətta insan davranışına şamil edilə bilər. Şibusa (渋さ) və şibumi (渋み) isim formalarıdır. == Terminologiya == Şibuy anlayışı Yaponiyada orta əsrlərin estetika anlayışı nəticəsində yaranmış, vabi-sabi və iki kimi konsepsiyaları əhatə etmişdir. "Şibuy" sözü kal, yetişməmiş alçaya istinadən hərfi mənada "büzücü" və ya "turş" deməkdir. Belə ki, bu termin ortaya çıxdığı ilk vaxtlarda alçaldıcı mənada işlədilirdi. Lakin orta əsrlərin sənətkarları sadə, gözə çarpmayan gözəlliyi ön plana çıxardıqdan sonra müsbət mənada işlədilən terminə çevrilmişdir. Xüsusilə, Edo dövründə səssiz və cəlbedici atmosferə üstünlük verən şəxslər arasında geniş istifadə olunan termin olmuşdur. Usta müğənninin sakit mahnısı, təcrübəli aktyorun intizamnlı performansı və ya tanınmış keramika sənətçisinin sadə dizaynı şişirdilmiş, təvazökar gözəlliyə malik olduğu üçün şibuy kimi qiymətləndirilirdi.
Çieko
Çieko — ad. Çieko Hase — keçmiş Yaponiya qadın futbolçusu. Çieko Homma — keçmiş Yaponiya qadın futbolçusu.
Şinzo
Şinzo — ad. Şinzo Abe — Yaponiyanın keçmiş Baş Naziri (2012–2020). Şinzo Koroki — Yaponiya futbolçusu.
A sekko
A sekko və ya Fresko-sekko (it. a secco — "qurunun üzərinə", fresco-secco — "quru freska") — divar rəssamlığı texnikası. Freskadan fərqli olaraq, sərt, qurumuş və təkrar nəmləndirilmiş suvaq üzərinə çəkilir. Bu rəsm texnikasında bitki mənşəli yapışqana və ya yumurtaya ovxalanmış, yaxud da əhənglə qarışdırılmış boyalardan istifadə edilir. Sekko işin sürətini artırmağa, iş günü ərzində freskaya nəzərən daha çox sahədə rəsm çəkməyə imkan verir, lakin freska qədər uzunömürlü deyil. A sekko texnikası orta əsr rəssamlığında freska ilə eyni dövrdə yaranmış və xüsusilə XVII-XVIII əsrlərdə Avropada geniş yayılmışdı. == Məşhur sekko rəssamları == Cotto Cun Makevan — şotland rəssamı. Beohar Rammanohar Sinha — hind rəssamı. Rudolf F. Zallinger (1919 — 1995) — amerikalı rəssam.