Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Senecio albaniae
Senecio albaniae (lat. Senecio albaniae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Albaniya
Albaniya (alb. Shqipëria və ya Shqipëri), tarixi mənbələrdə Arnaudluq, rəsmi adı Albaniya Respublikası (alb. Republika e Shqipërisë) — Balkan yarımadasının cənub-qərbində yerləşən ölkə. Adriatik və İoni dənizləri sahilərində yerləşir və şimal-qərbdən Monteneqro, şimal-şərqdən Kosovo, şərqdən Şimali Makedoniya və cənubdan Yunanıstan ilə həmsərhəddir. Tirana həm ölkənin paytaxtı, həm də ən böyük şəhəridir, sonrakı böyük şəhərləri arasında Durres, Vlyora və Şkoder yer alır. Ölkənin 28,748 km2 ərazisində müxtəlif iqlim, geoloji, hidroloji və morfoloji şərait mövcuddur. Albaniya landşaftı ilə əhəmiyyətli müxtəlifliyə malikdir, belə ki burada Alban Alpları, Korab, Skanderbeq, Pind və Keravniya kimi qarlı dağlardan tutmuş Aralıq dənizi boyunca yerləşən Adriatik və İoni dənizlərinin qızmar və günəşli sahilərinə qədər rast gəlmək olar. Albaniya müxtəlif vaxtlarda illiriyalılar, frakyalılar, yunanlar, romalılar, bizanslılar, venesiyalılar və osmanlılar kimi müxtəlif sivilizasiyaların məskunlaşdığı yer olub. 12-ci əsrdə Albanlar Arberiya muxtar knyazlığını qurdular. Albaniya krallığı və Albaniya knyazlığı 13–14-cü əsrlər arasında formalaşmışdır.
Albanlar
Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar ― Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xalqlarından biri. Ümumi sayları 9 milyon nəfərdir. Təxminən 70%-i müsəlmanlardır. Müsəlmanların əksəriyyəti sünni, azı isə bəktaşidir. Qalan hissəsi katolik və paroslav xristianlarıdır. Ənvər Xocanın dövründə Albaniyada ateizm təbliğ edilirdi. Kommunist hökmranlığın mirası olaraq, müsəlman və ya xristian olan albanların əksəriyyəti dindar deyil və əhəmiyyətli bir qismi dinsizdir. == Tarixi == Albanların əcdadları Avropanın ən qədim avtoxton xalqı olan illiriya tayfaları, xüsusən dardanlar hesab edilir. Albanlar haqqında ilk tarixi qeydlər XI əsrə aiddir.
Albalan
Albalan — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Toponimin tərkibindəki albalı ağac adı, «an» isə «məkan», «yer» mənasındadır. == Tarixi == == Toponimikası == Cəlilabad r-nunun Xəlilli i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim al (burada "qırmızı") və balan (türk dillərində "başınağacı") sözlərindən düzəlib, "qırmızı başınağacı" deməkdir. 1917-ci ildə bu oykonim Alıbağan şəklində qeydə alınmışdır. Bu məqamda həmin oykonim Alı (antr.) və bağan/bakan (türk dillərində "asılı", "aid"; "məxsus"; "tabeliyində olan") sözlərindən düzəlib, "Alı (və ya Əli) adlı şəxsə məxsus kənd" deməkdir. Toponimi "Alının bələni (aşırımı)", "boz aşırım" kimi yozanlar da var. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 593 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Albanca
Alban dili (gjuha shqipe) — Hind-Avropa dilləri ailəsinə aiddir. Balkan yarımadasında, Kosovo, İtaliya və Yunanıstan ərazisində yayılmışdır. Alban dili iki əsas dialektə bölünür: cənub (tosk) və şimal (qek). Alban dilinin fonoloji sistemi 7 sait və 29 samit fonemdən ibarətdir. Qrammatik quruluşuna görə sintetik-flektiv dillərə aiddir. Sintaktik baxımdan sərbəst söz sırası üstünlük təşkil edir.
Alanin
Alanin (Ala, A) (HO2CCH(NH2)CH3) eyni zamanda 2-aminopropanoik turşusu olaraq adlandırılır. Ən çox istifadə olunan aminturşulardandır. Proteinlərin təxminən %7.8'i alanin özülündən ibarətdir. D-alanin, bəzi bakteriyaların hüceyrə divarlarında və peptid antibiotiklərin formullarında da vardır.
Albana
Albana — Azərbaycanda, qədim dövrlərdə mövcud olmuş şəhər. Yunan coğrafiyaşünası Ptolemey "Coğrafi təlimnamə" əsərində Albananın Kas çayı mənsəbində olduğunu göstərmişdir. Bir sıra alimlər buranı Qax rayonundakı Torpaqqala, Rusiyadakı Dərbənd və Zərdab rayonundakı Əlvənd kəndi ilə eyniləşdirirlər. Albananın Bakı yaxınlığında olması da güman ediliir. Lakin Quba rayonundakı indiki Alpan kəndinin Albana olması ehtimalı alimlər arasında daha inandırıcı qəbul edilmişdir.
Albaniya (Dağıstan)
Albaniya — Dağıstanın Tlərata rayonunda kənd.
Albaniya (dəqiqləşdirmə)
Albaniya bu mənalarda gələ bilər: Albaniya — Balkan yarımadasında dövlət. Albaniya — Qafqazda mövcud olmuş qədim dövlət. Albaniya — Dağıstanda kənd. Albaniya (satraplıq) — Azərbaycanla bağlı ərazi.
Albaniya (satraplıq)
Azərbaycan Sasanilər dövründə - III-IV əsrlərdə Azərbaycanda feodal münasibətlər yarandı. Arşakilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan 226-cı ildə İranda Parfiya dövlətini süquta uğradaraq Sasanilər dövlətinin əsasını qoydu. Atropatenada bu dövrdə də zərdüştlüyə sitayiş olunurdu. Albaniya 226-cı ildə Sasanilərdən asılı vəziyyətə düşdü. Atropatena isə 227-ci ildə onun vilayəti oldu. 510-cu ildə Sasanilər dövlətində Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. I Xosrov Ənuşirəvanın dövründə (531-579) Albaniya, Atropatena və İberiya Sasani dövlətinin Şimal mərzbanlığına daxil edildi. Erkən orta əsrlərdə Albaniyada, Çola, Şəki, Ut, Qarabağ, Paytakaran və s. vilayətlər var idi. Uti vilayətində Bərdə şəhəri, Şəki və Çola arasında Qəbələ şəhəri yerləşirdi.
Albaniya (toponim)
Albaniya — Qafqazdan Şotlandiyaya kimi müxtəlif ərazilərdə istifadə olunan toponimdir. Dünyada toponim daha çox balkan ölkələrindən biri olan Albaniya Respublikasının adı kimi məşhurdur. == Albaniya (Qafqaz) == Qafqaz Albaniyası (q.yun. Ἀλβανία, [Aluank], orta fars. Arran) e.ə. IV əsrdən b.e. VIII əsrinə kimi Cənubi Qafqazda, müasir Azərbaycan, Gürcüstan, Ermənistan və Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlətdir. Ölkənin adının mənşəyi tam müəyyənləşdirilməmişdir. Rusiya tarixçisi Kamilla Trever özünün "Qafqaz Albaniyasının tarixi və mədəniyyəti haqqında oçerklər: e.ə. IV əsr – b.e.
Albaniya Prezidenti
Albaniya Prezidenti (alb. Presidenti i Shqipërisë), rəsmi şəkildə Albaniya Respublikasının Prezidenti (alb. Presidenti i Republikës së Shqipërisë) — dövlət başçısı, silahlı qüvvələrin Ali Baş Komandanı və alban həmrəyliyinin nümayəndəsi. Prezidentin parlament seçkilərinin, eləcə də referendumun, amnistiya və mükafatların tarixini təyin etmək səlahiyyəti var. Vəzifəsini yerinə yetirmədiyi təqdirdə parlamentin spikeri prezident səlahiyyətlərinin icrasına başlayana və ya yeni prezident seçilənə qədər prezident səlahiyyətlərini icra etmək vəzifəsini öz üzərinə götürür. Albaniya Prezidentinin Aparatı ölkə prezidentinin birinci dərəcəli heyətindən, habelə prezidentə hesabat verən köməkçi heyətdən ibarətdir. Ofis paytaxt Tiranada Prezident Aparatında yerləşir. Albaniya Konstitusiyası Prezident Aparatının binalarında, prezidentin iqamətgahında, prezident tərəfindən istifadə edildikdə nəqliyyat vasitələrində və digər mərasimlərdə istifadə edilən prezident yükünün görünüşünü və istifadəsini müəyyən edir. Prezidentin xanımı Albaniyanın birinci xanımı kimi tanınsa da, onun prezidentlikdə rəsmi vəzifəsi yoxdur. Adətən Prezident sarayında və rəsmi səfərlərdə protokol rolunu oynayır.
Albaniya Respublikası
Albaniya (alb. Shqipëria və ya Shqipëri), tarixi mənbələrdə Arnaudluq, rəsmi adı Albaniya Respublikası (alb. Republika e Shqipërisë) — Balkan yarımadasının cənub-qərbində yerləşən ölkə. Adriatik və İoni dənizləri sahilərində yerləşir və şimal-qərbdən Monteneqro, şimal-şərqdən Kosovo, şərqdən Şimali Makedoniya və cənubdan Yunanıstan ilə həmsərhəddir. Tirana həm ölkənin paytaxtı, həm də ən böyük şəhəridir, sonrakı böyük şəhərləri arasında Durres, Vlyora və Şkoder yer alır. Ölkənin 28,748 km2 ərazisində müxtəlif iqlim, geoloji, hidroloji və morfoloji şərait mövcuddur. Albaniya landşaftı ilə əhəmiyyətli müxtəlifliyə malikdir, belə ki burada Alban Alpları, Korab, Skanderbeq, Pind və Keravniya kimi qarlı dağlardan tutmuş Aralıq dənizi boyunca yerləşən Adriatik və İoni dənizlərinin qızmar və günəşli sahilərinə qədər rast gəlmək olar. Albaniya müxtəlif vaxtlarda illiriyalılar, frakyalılar, yunanlar, romalılar, bizanslılar, venesiyalılar və osmanlılar kimi müxtəlif sivilizasiyaların məskunlaşdığı yer olub. 12-ci əsrdə Albanlar Arberiya muxtar knyazlığını qurdular. Albaniya krallığı və Albaniya knyazlığı 13–14-cü əsrlər arasında formalaşmışdır.
Albaniya bayrağı
Albaniya bayrağı — Albaniyanın Dövlət bayrağı Albaniya Respublikasının dövlət bayrağı mərkəzində ikibaşlı qara qartal şəkli həkk olunmuş qırmızı düzbucaqlı zolaqdan ibarətdir. Bayrağın eninin uzunluğuna nisbəti 5:7-dir. Qırmızı rəng xarici işğalçılara qarşı uzun müddət mübarizə aparan alban vətənpərvərlərin tökülən qanının rəmzidir. Albaniyanın hazırkı dövlət bayrağı 1945-ci ildə rəsmi olaraq təsdiqlənib. Qırmızı zolaqlı ikibaşlı qara qartal şəkli 1443-cü ildə Albaniyanın müstəqilliyinin əsasını qoymuş Georgi Kastriotın bayrağında mövcud idi. O, Skanderberq adı ilə daha çox məşhurdur. Çox güman ki, bayraqdakı qartal şəkli onun tərəfindən seçilib. Bayraqda məhz qartal şəkli əbəs yerə öz əksini tapmayıb. Belə ki, albanlar ta qədim zamanlardan ölkələrini "şkiperi" adlandırırlar ki, bu da tərcümədə "qartallar ölkəsi" mənasını verir. Onlar özlərini qartalların nəslinin davamçıları hesab edirlər.
Albaniya coğrafiyası
Albaniya Avropanın cənub-şərqində, Balkan yarımadasının qərbində qərarlaşır. Ölkənin sahillərini Adriatik dənizi və İon dənizi yuyur. Albaniya şərqdən qərbə 150 km, şimaldan-cənuba isə 340 km məsafədə uzanır. == Sərhədləri == Ölkənin sərhədlərinin ümumi uzunluğu 717 km-dir. Şimal-qərbdə Monteneqro (172 km), şimal-şərqdə Kosovo (112 km), şərqdə Makedoniya Respublikası (151 km), cənub-şərqdə Yunanıstan (282 km) ilə sərhədə malikdir. Ölkənin sərhədləri sahil əraziləri istisna olaraq digərləri təbii coğrafi sərhədə malik deyildir. Albaniyanın sərhədləri Londonda dünyanın güçlü dövlətləri tərəfində müəyyənləşdirilmişdir. Birinci Dünya müharibəsi dövründə Albaniya İtaliya, Serbiya, Yunanıstan və Fransa tərəfindən işğal edilmişdir. 1921-ci ildə əvvəlki sərhədlər çərçivəsində bərpa edilir. Sərhədlərin süni şəkildə təşkili öz növbəsində gələcəkdə müüəyyən konfliktlərin yaranmasına səbəb olmuşdur (Kosovo müharibəsi və Kosovonun müstəqilliyinin elan edilməsi).
Albaniya dağlaləsi
Albaniya dağlaləsi (lat. Tulipa albanica) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü.
Albaniya memarlığı
Albaniya memarlığı — Albaniya Respublikası ərazisində müxtəlif mədəniyyətlərə – illiryalılara, qədim yunanlara, Roma İmperiyasına, Osmanlı İmperiyasına və italyan memarlığına aid olan abidələr kompleksi. == Tarixi == Ölkədəki İlliriya qalalarının qalıqları qədim memarlıq tikililərindəndir. Belə ki, onlar e.ə. VII əsrə aid edilir. Sonrakı dövrlərdə antik ənənələrin geniş yayılmasına baxmayaraq, Albaniyanın milli mədəniyyəti – ənənəvi tikililər, keramika, metal emalı inkişaf etməkdə davam edirdi. Albaniya memarlığının formalaşmasında illiryalıların, qədim yunanların, Roma İmperiyasının, Osmanlı İmperiyasının və italyan memarlığının böyük rolu olmuşdur. == Xristian memarlığı == XIII-XIV əsrlərdə Bizans üslubunda kilsə incəsənəti inkişaf etmişdir. Həmin dövrə aid əsas memarlıq abidələri bunlardır: Mesopotam kəndində Müqəddəs Nikolay kilsəsi; Lavdaridə Müqəddəs Troitsa kilsəsinin divar rəsmləri. XVII-XVIII əsrlərdə də Voskopoya və Vitkuki şəhərlərində çoxsaylı kilsələr tikilmişdir. == Türk-islam memarlığı == XV-XIX əsrlərdə Albaniyada türk-islam memarlıq ənənələri üstünlük təşkil etmişdir.
Albaniya musiqisi
Albaniya musiqisi — Albaniya ərazisində formalaşmış musiqi. == Tarixi == Albaniya xalq musiqisində müxtəlif üslublar var. Xalq mahnı ifaçılığı üçün üçsəslilik səciyyəvidir. Mahnılar, adətən, simli musiqi alətləri ilə müşayiət olunur. Profesional musiqi Albaniyada kommunist quruluşu yaradıldıqdan sonra inkişafa başlamışdır. 1947-ci ildən Tiranada musiqi, dram və rəssamlıq şöbələrindən ibarət bədii lisey, 1950-ci ildə Dövlət filarmoniyası, 1956-cı ildə Dövlət opera və balet teatrı, 1962-ci ildə konservatoriya açılmışdır. 1954-cü ildə ilk alban operası olan Prenk Yakovanın "Mrika" əsəri, 1963-cü ildə ilk milli balet olan T. Dayanın "Xəlil və Xeyriyyə" əsəri tamaşaya qoyulmuşdur. İnsturmental musiqi və kantata-oratoriya janrında Kristo Kono, Çesk Zadey, S. Qatsanın, mahnı janrında isə K. Trakonun əsərləri məşhurdur. 1965–1975-ci illərdə V. Novanın "Qəhrəman qız", Prenk Yakovanın "İskəndərbəy" operaları, K. Lyaranın "Partizan", T. Dayanın "Balıqçılıq uşaqları" baletləri və s. əsərlər tamaşaya qoyulmuşdur.
Albaniya mədəniyyəti
Albaniya mədəniyyəti — Albaniyada və albanlar tərəfindən formalaşmış mədəniyyət. == Dil == == Musiqi == == Ədəbiyyat == == Teatr == Albaniyada teatr sənəti XIX əsrin axırlarından inkişafa başlamışdır. Milli dramaturgiyanın yaranmasında maarifpərvər yazıçılardan Sami Fraşeri, Mihal Qrameno, Fan Noli, Andon Çayupi və başqalarının rolu olmuşdur. Albaniya 1912-ci ildə milli istiqlaliyyət qazandıqdan sonra ölkədə həvəskar teatr hərəkatı genişlənmişdir. Nasist işğalı dövründə Albaniyada partizan teatrları yaradılmışdır. Bunlar əsasında 1944-cü ildə Tiranada, sonra isə başqa şəhərlərdə ilk professional teatrlar təşkil edilmişdir. Xalq hakimiyyəti qurulduqdan sonra Albaniya teatrlarında milli, rus və sovet dramaturqlarının, Vilyam Şekspir, Fridrix Şiller, Jan Batist Molyer və başqalarının əsərləri tamaşaya qoyulmağa başlanmışdır. 1960-cı illərdən teatrların repertuarına alban dramaturqlarının əsərləri ilə yanaşı, Çin yazıçılarının da pyesləri daxil edilmişdir. Bir çox alban aktyor və rejissor SSRİ-də təhsil almışdır. 1959-cu ildə Tiranada ali aktyor məktəbi yaradılmışdır.
Albaniya mətbəxi
Alban mətbəxi (alb. Kuzhina shqiptare) — albanların milli mətbəxi. Aralıq dənizi mətbəxlərinə aid olduğundan, İtaliya və Türkiyə mətbəxi təsiri altında formalaşıb. Alban mətbəxi qara istiot kimi ədviyyatların və ət və balıq hazırlanmasında istifadə edilən qaraqınıq, nanə, reyhan və rozmarin kimi Aralıq dənizi otların istifadəsi ilə səciyyələnir, istiot çili və sarımsaq da bəzən istifadə olunur. Tərəvəz demək olar ki, istənilən xörəydə istifadə olunur. Adətən bütün tərəvəzlər ölkənin Aralıq Dənizi regionlarında yetişdirilir və yerli bazarlarda satılır, adətən yerli sakinlər bazarlardan təzə tərəvəzi səhər alırlar, ancaq bazarlar bütün günü işləyir. Albanların gün ərzində ən önəmli yeməyi lançdı, hansı ki gjellë (pörtlədilmiş ət) ibarətdir. Bu yemək əsas sayılır və pomidor, xiyar, yaşıl istiot və avropa zeytunu kimi müxtəlif tərəvəzlərlə bişirilir. Həmçinin, ona duz, zeytun yağı, sirkə və ya limon suyu vurulur. Ət xörəklərdə geniş istifadə olunur, xüsusilə bağırsaqlar və baş, hansılar ki digər hissələr arasında delikates sayılır.
Albaniya parlamenti
Albaniya parlamenti (alb. Kuvendi i Shqipërisë) — təkpalatalı Albaniya Məclisi və ya Xalq Məclisi (alb. Kuvendi Popullor). Albaniyanın ali qanunverici orqanı bir palatadan – 100 üzvü majoritar sistem üzrə birmandatlı dairələrdən iki turdan ibarət, digər 40 üzvü isə partiya siyahıları üzrə 4 faizli baryeri aşmaq şərti ilə ümumi və bərabər seçki əsasında gizli səsvermə yolu ilə 4 il müddətinə seçilən 140 üzvü olan Xalq Məclisindən ibarətdir. Konstitusiyada nəzərdə tutulmuş mütləq səs çoxluğu ilə qəbul edilən azsaylı qərarlar istisna olmaqla, Məclis bir qayda olaraq qərarlarını deputatların sadə səs çoxluğu ilə qəbul edir. Məclis üzvlərinin azı 3/5-nin səs çoxluğu ilə Konstitusiyada nəzərdə tutulmuş təsisatların təşkili və fəaliyyəti haqqında, vətəndaşlıq haqqında, ümumi və yerli seçkilər haqqında, referendum haqqında, fövqəladə vəziyyət haqqında, dövlət qulluqçularının statusu haqqında, amnistiya haqqında, Respublikanın inzibati bölgüsü haqqında və s. qanunların və bütün məcəllələrin qəbulu Parlamentin səlahiyyətlərinə aiddir. Parlamentdə qəbul edilən qanunlara Prezident veto qoya bilər və bu halda bütün deputatların mütləq səs çoxluğu ilə vetonu dəf etmək qaydası təsbit edilmişdir.
Albaniya tarixi
== Alban xalqının formalaşması == Albaniya ərazisində yaşayan qədim xalqlardan biri də İlliryalılardır. == Orta əsrlər == === Osmanlı dövrü === 1385-ci ildə Timurtaş paşa, İstip, Manastır və Ohri vilayətlərini ələ keçirdi. Bolqarıstanda Sofiya Osmanlı hakimiyyətinə keçdi. Serbiya və Bosniya kralları, Xorvatiya və Albaniya şahzadələri osmanlılara qarşı birləşdi və 30.000 nəfərlik bir orduyla Timurtaş paşanı Plosnik deyilən yerdə məğlub etdilər. Osmanlı dövləti 1417-ci ildə bu ölkəyə daxil olub, 1913-cü ildə son Osmanlı Həsən Rza Paşanın şəhid edilməsi ilə də buranı tərk edib. === İskəndər bəyin üsyanı === İskəndər bəy deyilən Yorgi Kostriota 1443 ilə 1468 illəri arasında Osmanlı hakimiyyətinə qarşı girişilən üsyanı idarə etmişdir. == İkinci Dünya Müharibəsi illərində == == Müharibədən sonrakı Albaniya == Avropada müsəlmanların çoxluq təşkil etdiyi yeganə ölkə olan Albaniya 1944-cü il noyabrın 29-da azad edildi. 1946-cı ilin yanvarında Albaniya Xalq Respublikası elan olundu. Albaniya Kommunist partiyası isə Albaniya Əmək Partiyası adlandı. Albaniya Əmək Partiyasının Mərkəzi Komitəsinin birinci katibi və stalinizmin qatı tərəfdarı olan Ənvər Xoca 1946-cı ildən 1985-ci ilin aprelinədək, yəni ölənə qədər ölkəyə rəhbərlik etdi.
Albaniya şəhərləri
== Həmçinin bax ==
Albaniya şərabı
Albaniya şərabı bənzərsiz şirinlik və yerli sortları ilə xarakterizə olunur. Albaniya 2009-ci ildə təxminən 17.500 ton şərab istehsal etmişdir. Kommunizm dövründə istehsal sahəsi 20.000 hektara (49.000 akra) qədər genişləndirilmişdir. == Tarix == Albaniya Avropanın ən uzun bağçılıq tarixlərindən birinə malikdir. Bu günün Albaniya bölgəsi buzlaq çağı əsnasında üzümün təbii olaraq yetişdiyi nadir yerlərdən biri olmuşdur. Bölgədəki ən qədim toxumların 4.000 ilə 6.000 yaş arasında olduğu müəyyən olmuşdur. Antik Roma yazıçısı Kiçik Plini İllirya şərabını açıqlayarkən "çox şirin və ya ləzzətli" və "bütün şərablar arasında üçüncü sıranı aldığını" ifadə etmişdir. Alban ailələrin ənənəvi şərab və rakı hazırlamaq üçün öz bağçalarında üzüm yetişdirdiyi bilinməkdədir. Osmanlı işğalı dövründə üzüm bağı bir eniş yaşadı və ümumiyyətlə xristianlığın yayıldığı əksər bölgələr də bu müşahidə olundu. === Kommunizmdən bu günə === Müstəqillikdən sonra bağçılıq dərhal geniş sahələrə yayıldı, amma 1933-cü ildə üzüm biti tərəfindən az qala yox edildi.
Albaniya ədəbiyyatı
Albaniya ədəbiyyatı — müasir Albaniya ərazisində və onun sərhədlərindən kənarda formalaşmış ədəbiyyat. Alban xalq ədəbiyyatı epik qəhrəmanlıq dastanları, tarixi və lirik nəğmələr, mərasim nəğmələri, atalar sözü və s. ilə zəngindir. == Tarixi == Alban dilində dövrümüzədək gəlib çatan ilk yazılı abidə – “Xaç suyuna salınmanın formulu” (1462), ilk kitab – “Meşari” (Q.Buzuku tərəfindən tərcümə olunmuş dini mətnlər – “Dua kitabı”, 1555) hesab edilir. XVI–XVII əsrlərdə P.Budi, M.Barleti, F.Barde, P.Boqdani tarixi, dini-didaktik və epistolyar janrda əsərlər yazmışlar. XVIII əsrdə alban ədəbiyyatında Yaxın Şərq mədəniyyətinin təsiri ilə satirik, mənəvi və məişət məzmunlu improvizasiyalı beyteji janrı yaranmışdır. Şairlərdən İ.Frakula, H.Z. Kamberi, M.Çami, S.Naibinin yaradıcılığı Şərq, xüsusən türk və fars poeziyası ilə sıx bağlı ol muşdur. Onların əsərlərində məhəbbət və təbiətin tərənnümü ilə yanaşı, ictimai motivlər də müəyyən yer tutur. XVI əsrdən İtaliyada yaşayan albanlar (arbereşlər) arasında da ədəbiyyat inkişaf etmişdi. XIX əsrdə arbereşlərdən İ.De Rada, Q.Dara (kiçik), Z.Serembe və b.-nın şeir və poemaları yayılmışdı.