Albaniya Avropanın cənub-şərqində, Balkan yarımadasının qərbində qərarlaşır. Ölkənin sahillərini Adriatik dənizi və İon dənizi yuyur. Albaniya şərqdən qərbə 150 km, şimaldan-cənuba isə 340 km məsafədə uzanır.
Ölkənin sərhədlərinin ümumi uzunluğu 717 km-dir. Şimal-qərbdə Monteneqro (172 km), şimal-şərqdə Kosovo (112 km), şərqdə Makedoniya Respublikası (151 km), cənub-şərqdə Yunanıstan (282 km) ilə sərhədə malikdir.[1][2]
Ölkənin sərhədləri sahil əraziləri istisna olaraq digərləri təbii coğrafi sərhədə malik deyildir. Albaniyanın sərhədləri Londonda dünyanın güçlü dövlətləri tərəfində müəyyənləşdirilmişdir. Birinci Dünya müharibəsi dövründə Albaniya İtaliya, Serbiya, Yunanıstan və Fransa tərəfindən işğal edilmişdir. 1921-ci ildə əvvəlki sərhədlər çərçivəsində bərpa edilir. Sərhədlərin süni şəkildə təşkili öz növbəsində gələcəkdə müüəyyən konfliktlərin yaranmasına səbəb olmuşdur (Kosovo müharibəsi və Kosovonun müstəqilliyinin elan edilməsi).
Ölkənin sahil xəttinin ümumi uzunluğu 362 km-dir. Sahilləri az girintili-çıxıntılıdır. Ən böyük adası Sazandır. Məhəlli suları sahildən dənizin daxilinə doğru 12 dəniz mili təşkil edir.
Albaniyanın ərazisinin böyük qismini Dinar öndağlığı əraziləri əhatə edir. Əsasən əhəng daşı, dolomit və digər tikinti materialları ilə zəngindir. Albaniya faydalı qazıntılarla zəngindir: Xrom, Dəmir filizi, Nikel, Boksit və duz. Dağ önü ərazilərdə neft, təbii qaz, bitum və fosfat kimi qazıntılar mövcuddur. Ərazisi yüksək seysmikliyə malikdir.
Ərasinin 3/4 dağ və təpəliklərdən ibarətdir.
Ən hündür nöqtəsi 2 764 metrdir (Korab)
Albaniya subtropiq iqlimə malikdir. Yayı isti və quru, qışı isə yumşaq və rütubətlidir. Yay ayları dənizlərdə suyun temperaturu iyulda 24—25 °C, yanvarda 8-9 °C təşkil edir. Dağlıq ərazilərdə qar bir neçə ay müddətində yerdə qalır. Şimal rayonlarında qış nisbətən sərt keçir.
Şimal Alban alp zonasında yağıntı 2500 mm, sahil zolağında 1000–1350 mm, şərq zonasında isə 760 mm-dir. Yağlntı əsasən payız və qış ayları düşür. İyun-avqust ayları ay ərzində cəmi 32 mm yağıntı düşür.[3]
Albaniyada əsas ekoloji problemlər ərazilərim meşəsizləşməsi və eroziyadır. Üstəlik şirin su tutarları getdikcə çirkləndirilir. 1990-ci illərdə təbiətin qorunması məqsədilə bir çox qoruq və yasaqlıqlar yaradılmışdır.[3] Ölkədə ümumilikdə alti milli park və 24 qoruq qoruq vardır. Onların ümumi sahəsi 76 min. ha-dır (1997) (Ölkə ərazisinin 1%).[3][4]