Albaniya memarlığı — Albaniya Respublikası ərazisində müxtəlif mədəniyyətlərə – illiryalılara, qədim yunanlara, Roma İmperiyasına, Osmanlı İmperiyasına və italyan memarlığına aid olan abidələr kompleksi.
Ölkədəki İlliriya qalalarının qalıqları qədim memarlıq tikililərindəndir[1]. Belə ki, onlar e.ə. VII əsrə aid edilir[1].
Sonrakı dövrlərdə antik ənənələrin geniş yayılmasına baxmayaraq, Albaniyanın milli mədəniyyəti – ənənəvi tikililər, keramika, metal emalı inkişaf etməkdə davam edirdi[1].
Albaniya memarlığının formalaşmasında illiryalıların, qədim yunanların, Roma İmperiyasının, Osmanlı İmperiyasının və italyan memarlığının böyük rolu olmuşdur.
XIII-XIV əsrlərdə Bizans üslubunda kilsə incəsənəti inkişaf etmişdir[1]. Həmin dövrə aid əsas memarlıq abidələri bunlardır:
XVII-XVIII əsrlərdə də Voskopoya və Vitkuki şəhərlərində çoxsaylı kilsələr tikilmişdir[1].
XV-XIX əsrlərdə Albaniyada türk-islam memarlıq ənənələri üstünlük təşkil etmişdir[1]. Həmin dövrə aid əsas memarlıq abidələri bunlardır:
1944-cü ildən 1991-ci ilə qədər şəhərsalmada memarlıq keyfiyyətləri azalmışdır. Belə ki, kütləvi şəkildə sosialist yaşayış massivləri, geniş yollar, fabriklər, şəhər meydanları inşa edilsə də, əslində onlar sökülən tarixi binaların yerində inşa edilmişdir.