Albalan — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Hamarqışlaq kənd inzibati ərazi dairəsində kənd.[1]
Albalan | |
---|---|
39°08′ şm. e. 48°25′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+04:00 |
Əhalisi | |
Əhali sayı |
|
Rəsmi dili | Azərbaycan dili |
Xəritədə yeri | |
|
Toponimin tərkibindəki albalı ağac adı, «an» isə «məkan», «yer» mənasındadır.[2]
Burovar silsiləsinin ətəyindədir. Oykonim al (burada "qırmızı") və balan (türk dillərində "başınağacı") sözlərindən düzəlib, "qırmızı başınağacı" deməkdir. 1917-ci ildə bu oykonim Alıbağan şəklində qeydə alınmışdır. Bu məqamda həmin oykonim Alı (antr.) və bağan/bakan (türk dillərində "asılı", "aid"; "məxsus"; "tabeliyində olan") sözlərindən düzəlib, "Alı (və ya Əli) adlı şəxsə məxsus kənd" deməkdir. Toponimi "Alının bələni (aşırımı)", "boz aşırım" kimi yozanlar da var.[3]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 593 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cəlilabad rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |