Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sabaha ümidlə baxanlar (film, 1991)
== Məzmun == Film Bakıdakı "Azərelektroştamp" zavodunun xalq təsərrüfatı üçün istehsal etdiyi müxtəlif növ cihazlardan söhbət açır. Kinolentdə aktyor və rejissor Şahmar Ələkbərovun və aktyor Yaşar Nurinin zavod kollektivi ilə görüşü də öz əksini tapmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiq Yüzbaşov, Ceyhun Mirzəyev Ssenari müəllifi: Teymur Bəkirzadə, Tatyana Bəkirzadə Operator: Azad Rzayev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Abaxan
Balan
Balan (En) — Fransada kommuna. Balan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Balan xalçası — İranda xalça.
Banan
Banan — banankimilər fəsiləsindən çoxillik ot bitkisi cinsi. Qısa gövdəli və iri kökümsovlu hündür, bəzən də nəhəng otdur. Vətəni Asiya, Afrika və Avstraliyanın tropik və subtropik bölgələridir. 70-ə yaxın növü var. İstisevən hibrid növləri (M. paradisiaca və M. sapientum) daha çox yayılmışdır. Kökdən çıxan iri, qınlı yarpaqları çoxqatlı boru — yalançı gövdə əmələ gətirir. Bircinsiyyətli və ikicinsiyyətli çiçəkləri nəhəng salxımı xatırladır. Meyvələri salxımda toplaşır, hər salxımda 300-ə qədər meyvə olur, ümumi kütləsi 50–60 kq-a çatır. Yeyilir, qurudulur, konserv, marmelad, şirə, şərab, banan unu və s. hazırlamaq üçün istifadə edilir.
Baqan
Paqan müasir Myanmanın ərazisində yerləşən qədim paytaxt şəhərdir. Şəhər İrivadi çayının qərb sahili boyunca 145 km cənubi-qərbdə Mandalaya, Maquey dairəsində Çauk şəhəri yaxınlığında yerləşir. Hazırda qədim şəhərin yerində arxeoloji zona məbədlər, monastırlar yerləşir. Aşkar mədəni və tarixi əhəmiyyətinə baxmayaraq, siyasi səbəblərdən YUNESKO-nun Dünya İrsi siyahısına salınmadı. == Tarixi == Paqan xarabalıqları 40 км² sahəni əhatə edir. Məbədlərin əksəriyyətinin XI-XIII əsrlərdə tikildiyi Paqan şəhəri Krallığın paytaxtı idi. Krallığın paytaxtını kral Pinbya 874-cü ildə Paqana köçürüb. 1287-ci ildə bu səltənət Monqollar tərəfindən işğal edilmişdir. Bu şəhər monqollar tərəfindən talan olunaraq çoxlu dini əşyalar oğurlandı.
Barxan
Barxan — səhralarda küləyin təsiri altında sovrulan qum təpəsi. == Haqqında == Barxan təpəsi planda oraq və ya nal şəklində göstərilir. Küləktutan yamacı az meyilli, küləktutmayan yamacı isə dik və qısa olur. Barxan küləyin rejimindən asılı olaraq tirə, təpə formasında olur və öz yerini dəyişir. Böyük Səhrada, Liviya və Nubiya səhralarında hündürlüyü 100 metrdən çox olan barxanlar var. == Ədəbiyyata gətirilməsi == Barxan, adını aldığı Türküstan kimi daxili hissələrdəki açıq çöl rayonlarının səciyyəvi xüsusiyyətini təşkil edir. Bu sözü 1881-ci ildə Rus təbiətşünas Alexander von Middendorun elmi ədəbiyyata gətirdiyi qəbul edilir. == Barxan ehramlar == Barxan ehramlar piramidal dyunlar, ulduzvari dyunlardır. Piramidal formalı qum yığınları. Barxan ehramları sadə-bir mərkəzdə birləşən eyni ölçülü, dik yamaclı tirələrdən və kompleks (mürəkkəb) — bir neçə zirvəsi olan, bir çox müxtəlif ölçülü tirələrdən ibarət formaları olur.
Bayan
Toponimlər Bayan (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Bayan (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.
Bazan
Bazan (fars. باذان‎) (Bazan ibn Sasan) — Sasanilər imperiyasının Yəməndə mərzibanı. == Həyatı == Həbəşistanın Yəmən valisi Əbrəhənin iki oğlu Məsruk ilə Yəksumun Yəməndəki yerli ərəblərə qarşı böyük bir zülm və qətliama girişməsi üzərinə Himyarilərin soyundan gələn Seyf ibn Zuyazan Həbəşlilərə qarşı Sasanilər imperiyasıdan yardım istəmiş, Kisra I Xosrov da (Ənuşirvani Adil 531-579), yaşlı və təcrübəli komandanlarından Vəhrizi kiçik bir orduyla Yəmənə göndərmişdi. Aparılan savaşda vali Məsruk öldürülmüş və Seyf ibn Zuyazan Sənada iqtidarı ələ keçirmişdi. Həbəşlilərin bir neçə il sonra Seyfi öldürmələri üzərinə Kisra, Vəhrizi dörd min əsgərlə təkrar Yəmənə göndərmişti. Ölümünə qədər Sənada Sasanilər valisi olaraq qalan Vəhrizdən sonra sırasıyla Mərziban, Təynucan, Xürrə Xosrov və Bazan vali olmuşdular. Bazan iranlı əsgərlərin Yəmənli qadınlarla evlənməsi nəticəsində təşəkkül edən və Əbna adı verilən zümrəyə mənsubdu. peyğəmbərin dəvəti üzərinə müsəlman oldu. Onun müsəlman oluşuna dair xəbərlər, peyğəmbərin Kisraya (II Xosrova) göndərdiyi məktubla ilgili rəvayətlər arasında yer almaqdadır. peyğəmbər hicrətin 7- (628-ci) ildə Abdullah ibn Huzafə əs-Səhmiyi bir məktubla Kisra II Xosrov Pərvizə göndərmişdi.
Boxan
Bo Xan - monqol və buryat mifologiyasında Uryanxay boyunun atası olan adam. Böyük bir döyüşçüdür. Bir nur içində müqəddəs bir dağın təpəsinə enən ilk yoldaşı və torpaqdan çıxıb gələn ikinci yoldaşı nəsillərinin ortaya çıxmasını təmin edər. Bunlar Oğuz Kağanın iki yoldaşını tapmasını xatırlatmaqdadır. == Etimologiya == (Bog / Boğ) kökündən törəmişdir. Bolmaq (olmaq) və boğmaq mənası daşıyır. Monqol və kalmık dilində Bö (Böğö) şaman, Bogd / Bogdan isə övliya mənalarını verər, bu sözlərlə əlaqəli ola bilər. Yenə monqolcada Boh güləşçi deməkdir. Tunqus dilində "Buguca" totem deməkdir.
Balan (En)
Balan (fr. Balan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Monlyuzel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01027. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 2348 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 1875 nəfər (15-64 yaş arasında) əmək qabiliyyətli insanlar arasında 1640 nəfər iqtisadi fəal, 235 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 87.5%, 1999-cu ildə 74.1%). 1640 fəal sakindən 1590 nəfər (1162 kişi və 428 qadın), 50 nəfər işsiz (17 kişi və 33 qadın) işlədi. 235 hərəkətsiz 85 nəfər arasında şagird və ya tələbə, 93 nəfər təqaüdçü, 57 digər səbəblərə görə hərəkətsizdir.
Balan (Kəleybər)
Balan (fars. بالان آبش‌احمد‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 413 nəfər yaşayır (90 ailə).
Balan (Sərdəşt)
Balan (fars. بالان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (29 ailə).
Balxan körfəzi
Balxan körfəzi — Xəzər dənizinin şərqində yerləşir. Türkmənbaşı körfəzinin şimal-şərqində yerləşir. Şimali Çələkən körfəzi ilə Dərdcə yarımadası ilə ayrılır. XX əsrdə uzunluğu 100 km, eni isə 15 km təşkil edirdi. Orta dərinliyi 0,5-1 metrdir. Maksimal dərinliyi 2 metri keçmir. Bu səbəbdən gəmiçilik üçün yararsırdır. Suyuun səviyyəsi qalxarkən körfəz vaxtı ilə mövcud olan çayın estuarisi ilə şərqə genişlənir. Rəvayətə görə buraya Amudərya çayı axırdı. Yüksək buxarlanma səbəbindən burada duzluluq Xəzərdən 2-3 dəfə yüksək olur.
Banan müharibələri
Banan müharibələri — 1898-1934-cü illər arasında ABŞ və Mərkəzi Amerika və Karib hövzəsi ölkələri arasında “Mehriban qonşuluq siyasəti” yaradılması ilə əlaqədar baş verən müharibələr nəzərdə tutulur. Başqa sözlə ABŞ-nin Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinə işğal məqsədilə etdiyi müdaxilə seriyaları nəzərdə tutulur. Bu hərbi müdaxilələr əksər hallarda ABŞ Dəniz qoşunları korpusu vasitəsilə həyata keçirilirdi.1921-ci ildə Dəniz qoşunları “Kiçik Müharibələrin strategiyası və taktikası” nizamnaməsini hazırlayırlar.Bəzi hallarda isə hərbi-dəniz donanması da top atəşi ilə öz köməkliyini göstərərək dəstək olurdular,eləcə də ordunun digər qüvvələrindən də istifadə olunurdu. 1898-ci ildə imzalanan Paris müqaviləsinə görə,İspaniya Kuba,Puerto-Riko və Filippin üzərində nəzarət hüququnu ABŞ-yə güzəştə edir. Bundan sonra ABŞ Panama, Meksika, Honduras, Nikaraqua, Haiti və Dominikan Respublikasına müdaxilələr edir. Müdaxilələr seriyası yalnız Prezident Franklin Ruzveltin başçılığı altında qoşunların Haitidən çıxarılması ilə başa çatır. Bu münaqişələrin səbəbi müxtəlif olsa da,əsas səbəb iqtisadi xarakterlə bağlı idi. ABŞ-nin bu hərbi müdaxilələri və ticarət maraqları arasındakı əlaqədən yaranan termin tarixə “Banan müharibələri” adı ilə düşür. Ayrıca qeyd etmək lazımdır ki, ”United Fruit Company” şirkəti Karib hövzəsi, Mərkəzi Amerika və Cənubi Amerikanın şimal hissəsi üzrə olan banan, tütün, şəkər çuğunduru istehsal aksizlərinin əhəmiyyətli maliyyə paketlərinə malik idi. ABŞ həmçinin yenicə tikilmiş,donanma gücü və qlobal ticarət baxımından çox əhəmiyyətli olan Panama kanalında nəzarət və təsir dairəsi olduğunu əsaslandıraraq,öz siyasi maraqlarını da irəliyə çəkirdi.
Banan respublikası
Banan respublikası beynəlxalq siyasətdə siyasi baxımdan qeyri-sabit, iqtisadi baxımdan bir və ya bir neçə əkinçilik məhsulunun istehsalından və ixracatından asılı və ümumiyyətlə, korrupsiya, sui-istifadə ilə iç-içə kiçik bir seçmələr qrupu tərəfindən idarə olunan ölkələri təsvir etmək üçün alçaldıcı mənada istifadə edilən siyasi termindir. Tipik olaraq, bir banan respublikası, son dərəcə təbəqələşmiş sosial siniflər cəmiyyətinə, ümumiyyətlə böyük bir yoxsul işçi sinfinə və bu cəmiyyətin işgüzar, siyasi və hərbi elitlərindən ibarət olan hakim sinif plutokratiyasına sahibdir. Hakim sinif iqtisadiyyatın ilkin sektorunu əməyin istismarı yolu ilə idarə edir, beləliklə, banan respublikası termini, irimiqyaslı əkinçilik fəaliyyətinin, xüsusən banan becərilməsinin istismarını dəstəkləyən xidmətçi bir oliqarxiya üçün təhrifedici bir tərifdir. Banan respublikası siyasi elm termini kimi ilk dəfə Amerika yazıçısı O. Henri tərəfindən "Cabbages and Kings 1904" (kələmlər və şahlar) kitabında istifadə olunmuşdur. Honduras, ilk banan respublikası dövlətidir. XX əsrin əvvəllərində "United Fruit Company"nin ölkə içində olduqca təsiri var idi. Hətta yüksək vergilər istəyən bir başçını aşırdaraq yerinə yeni birini seçdilər. 1871-ci ildə amerikalı dəmiryolu şirkəti sahibi Henry Meyqsin Kosta Rika hökumətiylə imzaladığı dəmiryolu inşa müqaviləsi çərçivəsində, haqqında danışılan inşaata başlanmış, digər tərəfdən tikinti şirkəti işləyən işçilərə aşağı xərcli bir yemək axtarışında olduğu üçün inşa etməkdə olduğu dəmiryolu xətti boyunca banan yetişdirməyə başlamışdır. == İstinadlar == == Xarici keçidlər == From Arbenz to Zelaya: Chiquita in Latin America – Video raporu Democracy Now!
Banan şirniyyatı
Bavan (Urmiya)
Bavan (fars. ‎‎‎باوان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.106 nəfər yaşayır (208 ailə).
Bayan-Ölgiy
Bayan-Ölqiy vilayəti (monqolca: Баян-Оглий аймаг; Qazaqça: Бай-Өлке; Azərbaycan Türkcəsi: Bay-Ölkə; "Zəngin Ölkə") — Monqolustanın 21 vilayətindən (aymaqından) biri. Özündə 13 rayonu (sumu) birləşdirən Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. == Ərazisi == 1939-cu ildə yaradılan Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. Bayan-Ölqiy vilayətinə 13 rayon (sum) daxilidir. Vilayətini paytaxtı Tsaqaannuur şəhəridir. == Əhalisi == 2017-ci ildə olan məlumatlara əsasən Bayan-Ölqiy vilayətinin əhalisinin 88,7% i Qazaqlardan ibarət olup cəmi 101 592 nəfərdir.
Bayan-Öndör
Bayan-Öndör (monq. Баян-Өндөр) — Monqolustanın Uverxanqay aymakında yerləşən sumdur. Aymakın paytaxtından 120 kilometr məsafədə, Bumbat qəsəbəsinin mərkəzində yerləşmişdir. Əhalisi 5100 nəfərə bərabərdir. Ulan-Batordan 303 km məsafədə yerləşmişdir.. == Təsviri == === Relyefi === Sumun səth sahəsi çoxlu kələ-kötürlüklə zəngindir. Sumda çoxsaylı dağarası şoran çökəkliklərə rast gəlmək olar. Bu da sum üçün xarakterik əlamətlərdən biridir. === İqlimi === Kəskin-kontinental iqlimə malikdir. Yanvarda orta temperaturu - 15°-25°С, iyulda - +14°+20°С bərabərdir.
Bayan (Daşkəsən)
Bayan (erm. Բանանց)— Azərbaycan Respublikasının Daşkəsən rayonunun Bayan kənd inzibati ərazi dairəsində kənd. 21 dekabr 2012-ci il tarixli "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na görə Bayan kənd inzibati ərazi dairəsi tərkibindəki Bayan kəndinin ərazisindən 11,57 ha (bundan dövlət mülkiyyətində olan 0,8 ha, bələdiyyə mülkiyyətində olan 2,57 ha və xüsusi mülkiyyətdə olan 8,2 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir. == Toponimikası == Toponimiyada bu söz çox vaxt türk dillərindəki bayan (qadın, xanım, varlı, dövlətli, zəngin) sözü ilə açıqlanılır. Lakin nəzərə almaq lazımdır ki, qədim abidələrin dilində baya (müasir Azərbaycan dilində "bayaq") sözü də işlənmişdir ki, bu da "əvvəlki, keçmiş, yaxın keçmiş" mənasını ifadə etmişdir. Bundan başqa, həmin sözün bayın variantı da işlənməkdədir. Qədim lüğətlərdə bayın "al qırmızı gül növü" kimi izah edilir. Tədqiqatçıların əksəriyyəti bu fikirdədir ki, bayan komponentli toponimlər qaraqalpaq, uyğur və qırğız xalqlarının tərkibindəki bayan adlanan türk qəbiləsinin adı ilə bağlıdır. Monqolustanda Bayan-Tümen, Bayan-Uleqey, Bayan-Xara, Bayan-Xonqor, Cənubi Azərbaycanda Bayan, Bayandaş, Buryat toponimiyasında Bayanqol və s. coğrafi adlar qeydə alınmışdır.
Bayan (Oğuz)
Bayan — Azərbaycan Respublikasının Oğuz rayonunda Bayan kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Oğuz rayonunun Bayan kəndi Oğuz şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Bayan kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Bayan kəndinin adı 24 Oğuz qəbiləsindən biri olan bayandurların adı ilə bağlıdır. "Bay"ın "dövlətli, zəngin, varlı", "böyük, ali" mənaları da (Azərbaycan dilinin izahlı lüğəti) ilkin mənadan törəmişdir. "Bayan" sözündəki "an" cəmlik bildirir. 1917-ci ildə Boyan variantında qeydə alınmışdır. Toponimiyada bu söz çox vaxt türk dillərindəki bayan (qadın, xanım; varlı, dövlətli, zəngin) sözü ilə açıqlanılır. Lakin nəzərə almaq lazımdır ki, qədim abidələrin dilində baya (müasir Azərbaycan dilində "bayaq") sözü də işlənmişdir ki, bu da əvvəlki, keçmiş, yaxın keçmiş" mənasını ifadə etmişdir. Bundan başqa, həmin sözün bayın variantı da işlənməkdədir. Qədim lüğətlərdə bayın "al qırmızı gül növü" kimi izah edilir.
Bayan (Portuqaliya)
Bayan (port. Baião) — Portuqaliyada şəhər tipli qəsəbə, Portu dairəsində eyni adlı munisipalitetin mərkəzi. Keçmiş inzibati bölgüyə əsasən Doru-Litopal əyalətinin tərkibinə daxil idi. Bayan qəsəbəsi Şimal regionuna daxil olan Tameqa iqtisadi-statistik subregionun tərkibinə daxildir. Əhalisinin sayı 2,8 min məfərdir (2006). Sahəsi 175,71 km².-dir. Qəsəbənin himayəçisi Müqəddəs Varfolomey (portuqaliya dilində:São Bartolomeu) hesab olunur. Qəsəbədə Müqəddəs Varfolomey bayramı 24 avqustda keçirilir. == Coğrafi mövqeyi == Bayan qəsəbəsi Portu şəhərindən 49 km şimalda yerləşir. Munisipalitet şimalda Amarante munisipaliteti, şərqdə Pezu-da-Requa, Mezan-Fruy munisipalitetləri, cənubda Rezende, Sinfaynş munisipalitetləri, qərbdə Marku-de-Kanavezeş munisipaliteti ilə əhatə edilmişdir.
Bayan (dəqiqləşdirmə)
Toponimlər Bayan (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Bayan (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.
Bayan bələdiyyəsi
Bayan bələdiyyəsi (Daşkəsən) — Daşkəsən rayonunda bələdiyyə. Bayan bələdiyyəsi (Oğuz) — Oğuz rayonunda bələdiyyə.
Bayan kilsəsi
Bayan kilsəsi — Daşkəsən rayonunun Bayan kəndində Çiçərvəng məbədinin yanında yerləşir. Daşkəsən şəhərindən təxminən 20 kilometr aralıdadır. Məbədə gedən yolun 1,5 km qeyri-qənaətbəxşdir və məbədin harada yerləşməsi haqqında heç bir müvafiq göstərişli nişanlar yoxdur. Digər məbədlər kimi bu məbədin üzərində yerləşən alban xaç daşı və başqa dini əşyalar ermənilər tərəfindən oğurlanaraq aparılmışdır.
Bayan monastırı
Bayan monastırı — Daşkəsən rayonunun Bayan kəndində yerləşən qədim alban monastırı. == Tarixi == Bayan monastırının IV–V əsrlərdə tikildiyi güman edilir. Məbəd hazırda qəza vəziyyətindədir və uçmaq təhlükəsi ilə üz-üzədir. Ərazi baxımından rayonda olan digər monastırlardan böyüklüyü ilə seçilən tikilinin əsas binasından başqa həyətdə çoxlu sayda otaqlar, sədd divarları, təsərrüfat damları və çay daşlarından tikilmiş xeyli sayda quyular var. Mərkəzdə böyük bir meydan yerləşir. Bu isə vaxtilə burada dini ayinlərin keçirildiyini deməyə əsas verir. Monastırın özü ağ və qırmızı rəngli qaya daşlarından inşa olunub. Sütunların inşasında istifadə olunan daşların üzərinə döyülən xaç işarələri bu günədək qalmaqdadır. Daşların üzərində alban əlifbası ilə yazılmış kiçik kitabələr də var. Məbədin inşası zamanı səs akustikasını yaratmaq üçün divarlarına içi boş küplər yerləşdirilib.
Baden-Baden
Baden-Baden (alm. Baden-Baden‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Karlsruhe inzibati dairəsində şəhər. Sahəsi 140.18 km2, əhalisi 54581 nəfərdir (2005). == Ümumi məlumat == Şvarsvald dağlarının ətəklərində, 700 m hündürlükdə balneoloji və iqlim kurortudur. Əsas təbii müalicə amili natrium xloridli, radonlu termal (68 °C-yədək) bulaqlar dır; oynaq, həzm sistemi orqanları, ürək-damar, periferik əsəb sistemi xəstəlik ləri müalicə olunur. İqlimi yumşaq (ortaillik temp-r 9,7 °C), mülayim rütubətlidir (ortaillik nisbi rütubət 79%). Sanatoriyalar, müalicə otelləri, mineral su hovuzları, içməli su qalereyaları var. Üzüm müalicəsi (avqust–oktyabr) tətbiq edilir. Hələ 3 əsrdə burada Sivitas-Aureliya-Akvenzis kurortunun əsasını qoymuş romalılar Baden-Badenin bulaqlarından müalicə məqsədləri ilə istifadə etmişlər. Baden-Badendə beynəlxalq şahmat turnirləri (1870, 1925, 1981) keçirilir.