Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xəncərəbənzər çıxıntı
Xəncərəbənzər çıxıntı (lat. processus xiphoideus) — döş sümüyünün ən qısa və ensiz hissəsi olub, aşağı və sərbəst ucunu təşkil edir. Xəncərə bənzədiyindən belə adlandırılmışdır. Forma və ölçüsü dəyişkən ola bilir. Dəri üzərindən ucu əllənə bilinir.
Sıxıntı
Sıxıntı və ya darıxma — mənfi çalarlı emosiya və ya əhvali-ruhiyyənin bir növü olub, aktivliyin azalması, hər hansı bir fəaliyyətə, ətrafımızdakı dünyaya və digər insanlara marağın olmaması ilə xarakterizə olunan passiv psixi vəziyyət. Sıxıntı, apatiyadan fərqli olaraq, əsəbilik və narahatlıqla müşayiət olunur. == Səbəbləri == Sıxıntı vəziyyəti həm xarici səbəblərdən (monoton iş, gözləntilər, ünsiyyətin olmaması, sensor məhrumiyyət), həm də daxili boşluq, sevincə səbəb olan emosional təcrübələr keçirə bilməmək, həyatda məqsəd və mənanın olmaması hissi ilə yarana bilər. == Təsnifatı == Ekzistensial psixologiya ekzistensial sıxıntı və nevrotik sıxıntı arasında fərq qoyur. Psixoanalitik yanaşmada sıxıntıya münaqişə və nəzarət problemləri prizmasından baxılır. Belə ki, Feniçel hesab edirdi ki, sıxıntı "bizə etmək istədiyimizi etməyə icazə verilməyəndə və ya etdiyimiz istəmədiyimiz şeyi etmək məcburiyyətində olduqda yaranır." == Fiziologiyası == Sıxıntı biləvasitə fizioloji vəziyyətdəki dəyişikliklərdən asılı deyil. Bir insan darıxanda, onun beyin qabığında tormozlanma prosesləri üstünlük təşkil edir, lakin eyni zamanda monoton işi yerinə yetirmək və ya onun tamamlanmasını gözləmək ilə əlaqəli kiçik bir həyəcan sahəsi var. Sıxılan və ya darıxan insanlar diqqəti yayındırmağa, səbirsizlik və narazılıq hissini yaşamağa, aktiv fəaliyyət göstərməyi qeyri-mümkün edən şərtlərdən qaçmaq istəyinə meyillidirlər. Klinik sınaqlar göstərir ki, süni şəkildə yaranan sıxıntı vəziyyətində, subyektlərin qanında kortizol səviyyəsi yüksəlir, stress hormonu, artan səviyyəsi hipotalamo-hipofiz-adrenal oxun (HPA) həddindən artıq aktivliyini göstərir. Xroniki yüksək kortizol səviyyələrinin insult, ürək xəstəliyi və diabet kimi bir sıra stresslə əlaqəli xəstəliklərlə əlaqəli olduğu bilinir.
Arxeoloji qazıntı
Arxeoloji qazıntı — arxeoloji qalıqların üzə çıxarılması, işlənməsi və qeydə alınması prosesidir. Tədqiq olan ərazilər qazıntı sahəsi hesab edilir. Bu yerlər tədqiqat zamanı dəyişilə bilər. Arxeoloji qazıntı prosesi bir neçə həftədən bir ilə qədər davam edə bilər. Arxeoloji qazıntı sahədən əldə edilən informasiyanın bərpasını təmin edir. Bu informasiya artefaktları (qədim insanlar tərəfindən hazırlanmış əşyalar), xüsusiyyətləri, ekofaktları (heyvan sümükləri, kömür və s.) və ən əsası arxeoloji konteksti əhatə edir. Qazıntı prosesi başlamazdan əvvəl, arxeoloji qalıqların mövcudluğu və ya olmaması yerə nüfuz edən radar kimi müdaxilə xarakteri daşımayan uzaqdan məlumat əldə etmə yoluyla müəyyən edilə bilər. Sahənin inkişafı buradan əldə edilən məlumatlarla izlənilə bilər, ancaq bir sahənin daha detallı incələməsi üçün mütləq qazıntı aparılmalıdır. Qazıntı zamanı arxeoloqlar tez-tez stratiqrafik qazıntıdan istifadə edərək sahənin fazalarını bir qat çıxarırlar. Bu, materialın zaman qrafikinin bir-birinə uyğun olmasını təmin edir.
Bizanti
Bizantium və ya Bizantion (yun. Βυζάντιον, lat. Byzantium) — İstanbul şəhərinin Konstantinopoldan əvvəlki adıdır. Əfsanəyə görə, Meqara, Arqos və Korinfdən gələn dori yunanlar tərəfindən e.ə. 667-ci ildə qurulub və adını kral Bizas və ya Bizantasdan (yunanca: Βύζας, ya da Βύζαντας) alıb. Eramızın 330-cu ilində bizanslılar tərəfindən adı Konstantinopol olaraq dəyişdirilib. Şəhəri 1453-cü ilin may ayında türklər ələ keçirdikdən sonra Kostantiniyye və ya Dersaadet kimi adlandırılır. Yunanca "εις τήν Πόλι(ν)" (/is tin boli/) yəni "şəhərə" adı türklər tərəfindən sıx istifadə olunurdu. 1930-cu ildə Türkiyə Cumhuriyyəti dövründə şəhərin adı rəsmi olaraq İstanbul olur. == Tarixi == == İstinadlar == Necdet Sakaoğlu (1993/94a): "İstanbul'un adları".
Tikinti
İnşaat və yaxud Tikinti — dedikdə yaşayış binasının, qurğuların, sənaye təyinatlı obyektlərin, körpülərin, tunellərin və başqa mühəndislik əsərlərinin bünövrədən istismara yararlı vəziyyətə gətirilməsi prosesi nəzərdə tutulur. İnşaat latın termini olub birlikdə və yığılı deməkdir ki, bu sözdə fransız literaturasından gəlir. Əsrlər boyu insanlar özləri üçün sığınacaq tikmiş və sadə inşaat alətləri hazırlamışdır. Bürünc dövründə isə şəhərlər böyüyür və bir qrup peşəkar ustalar sinifi ortaya çıxır. Bəzən inşaat fəaliyyəti üçün qul əməyindəndə istifada olunurdu. Orta əsrlərdə bu sahə inkişaf edir, 19-cu əsrdən etibarən isə inşaat işlərinin aparılmasına kömək edən texnikalar hazırlanmağa başlayır. == Sektorlar == Ümumi olaraq inşaatın üç sektoru vardır: bina, qurğu və sənaye təyinatlı obyektlərin tikintisi. Binalar əsasən iki sinfi formaya uyğun tikilir. Bunlardan biri yaşayış təyinatlı binalar, digəri isə idarə binalarıdır. Qurğular dedikdə böyük tikinti infrastrukturları, su anbarları, su bəndləri, körpülər, tunellər, avtomobil yolları, parklar və digər mühəndislik əsərləri nəzərdə tutulur.
Çivinli
Çivinli (1991-ci ildən Yeğnacur) — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd. Tarixən İrəvan quberniyasının Aleksandropol (Gümrü) qəzasına, 1930–1995-ci illərdə isə Amasiya rayonuna tabe olmuşdur. == Tarixi == 1915–1916-cı illərdə kənd erməni təcavüzünə məruz qalmış, dağıdılmış, əhalisi Türkiyə ərazisinə sığınmağa məcbur olmuşdur. 1922-ci ildə əhalinin bir hissəsi geri qayıtmış və kəndi bərpa etmişdir. 1988-ci ildə azərbaycanlı əhali yenidən deportasiya olunmuşdur. Rayon mərkəzindən 27 km şimal-qərbdə, Türkiyənin sərhəddində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Bizə görə, toponim kəngərli tayfasının bir qolunu təşkil edən cinli (qədim forması "cen"dir) türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Görünür, cinli etnoniminə "iv" səs birləşməsi sonradan əlavə edilərək çivinli formasına düşmüşdür.
Armatur (tikinti)
Armatur ― dəmr-beton tiklilərdə betonla birləşərək dartılmada yaranan gərginliyi, həmçinin sıxılmış zonalarda betonu bərkitmək üçün tətbiq olunan, bir neçə metal elementin birləşməsidir. Armaturun elementləri sərt (yayılmış ikitavrlar, şveller, bucaqlar) və elastiki (hamar və perodik profilin ayrı-ayrı içlikləri, həmçinin qaynaqlanmış və ya hörülmüş torlar və karkaslar) olanlara bölünürlər. Armatur içliklər poaddan (armatur poladı), kompozitlərdən və s. hazırlana bilir. == Təsnifatı == Armaturlar bir çox göstəricilərinə görə sinifləşdirilirlər: təyinatıa görə, konstruksiyasına görə, tətbiq sahəsinə görə, materialın növünə görə. === Təyinatına görə === Təyinatına görə armaturları bölürlər: işçi armaturalar (en kəsiyi hesablanır, əsas yükün götürülüməsinə xidmət edir, konstruktiv (en kəsiyi armatural örtülmənin ən kiçik faizinə əsasən tapılır, sıxılma və genişlənmə, həmçinin temperaturdan yaranan *deformasiyaları öz üzərinə götürür), yığım (işçi zonaları birləşdirmək üçün tətbiq olunurlar), lövbər === Konstruksiyasına görə === Armaturlar konstruksiyasına görə bölünürlər: eninə olan armaturlar- dayaq yaxınlığında cəmlənən gərginlikdın yarana biləcək maili çatların qarşısını almağa xidmət edir və betonu ensiz zonalarda əlaqələndirir. uzununa olan armaturlar - konstruksiyalarda dartılmada yaranan gərginliyi qəbul edir və şaquli çatların yaranmasının qarşısını alır. === Tətbiq sahəsinə görə === Tətbiq sahəsinə görə aşağıdakı armatur növləri mövcuddurlar: əyiləbilən armaturlar, sərt armaturlar. Əyiləbilən armaturlar dəmir-beton konstruksiyalarında yalnız işçi element kimi istifadə edilr. == Armaturun betonla birləşməsi == Armaturun betonla birləşməsi üç əsas amillə təmin edilir: Betona armaturun mexaniki birləşməsi sayəsində betonun əzilməyə və kəsilməyə müqaviməti artr.
Qarabağa gəzinti
Qarabağa gəzinti — Aka Morçiladzenin romanı. 2005-ci ildə film rejissoru Levan Tutberidze bu roman əsasında film çəkib.
Yaşıl tikinti
Yaşıl tikinti (həmçinin, Ekoloji tikinti, Ekotikinti, Ekodevelopment) — binaların tikilməsi və istismarının ətraf mühitə minimal təsir göstərən növüdür. Məqsədi binanın mövcud olduğu müddət boyunca enerji və maddi ehtiyatlardan istifadənin azaldılmasıdır. Bura binanın layihələndirildiyi yerin seçilməsi, tikintisi, istismarı, təmiri və hətta sökülməsi də aiddir. Yaşıl tikintinin digər məqsədi binaların keyfiyyətinin qorunması və ya artırılması, onların daxili mühitində rahatlığın təmin edilməsidir. Bu tikinti növü klassik tikinti-layihə ənənələrini qənaətlilik, faydalılıq, uzunömürlülük və rahatlıq kimi anlayışlarla təkmilləşdirir. Yaşıl tikinti texnologiyaları daim təkmilləşir və onların əsas məqsədi tikilinin ətraf mühitə və insan sağlamlığına ümumi zərərini azaltmaqdır. Buna aşağıdakılar sayəsində nail olmaq mümkün olur: enerji, su və digər resurslardan daha səmərəli istifadə etmək; insanların sağlamlığına və işçilərin effektivliyinin artırılmasına diqqət yetirmək; tullantıları və ətraf mühitə digər təsirləri azaltmaq. Bənzər yanaşmaya malik olan, lakin daha kiçik miqyaslı təbii tikinti təbii və yerli materiallardan istifadəni nəzərdə tutur.
Qanunsuz tikinti
Qanunsuz tikinti və ya qeyri-qanuni tikinti — etibarlı tikinti icazəsi olmadan aparılan tikinti işi və ya bunun nəticəsi. Nəzarət olunmayan tikinti sahələrində və tikinti prosesi bitmiş binalarda potensial texniki təhlükələrdən başqa, qeyri-qanuni tikinti fəaliyyəti təbiət qoruqları kimi qoruq ərazilərinə təsir etdiyi halda böyük ekoloji pozuntu baş verə bilər. Eyni şəkildə, qeyri-qanuni tikililər xarici ərazilərdə torpaqların zəbt edilməsi və ya qeyri-qanuni məskunlaşma kimi həyata keçirildikdə ciddi siyasi nəticələr ortaya çıxa bilər.. == Ekoloji risklər == Artan torpaq sürüşməsi riskinin İtaliya və Bosniya və Herseqovinada sıx məskunlaşılan urbanizasiyalaşmış ərazilərinin dağlıq ərazilərində qeyri-qanuni tikinti ilə əlaqəli olduğu aşkar edilmişdir. == Aşkarlama == İnsan müşahidəsinə əlavə olaraq, qeyri-qanuni tikililərin geniş miqyasda yoxlanılması üçün peyk şəkilləri və geoməkan məlumat sistemlərindən istifadə etmək mümkündür.
Tikinti amnistiyası
Tikinti amnistiyası, həmçinin yenidənqurma sülhü və yenidənqurma barışığı (türk. imar barışı) — nominal olaraq qeyri-qanuni hesab edilən tikililəri qeydiyyata almaq və leqallaşdırmaq üçün hər hansı bir Türkiyə qanunu. Amnistiya gecəqondular kimi heç bir planlaşdırma icazəsi olmayan binalara, yanğın və zəlzələ təhlükəsizliyi qaydaları da daxil olmaqla rəsmi tikinti qaydalarına məhəl qoymayan tikililərə (geriyə) verilir. Bu amnistiyalar ümumiyyətlə hakimiyyət orqanları tərəfindən qısamüddətli iqtisadi və siyasi mənfəət üçün verilir. Amnistiya qanunları siyasətçilər tərəfindən səs toplamaq üçün populist bir üsul kimi təsvir edilmişdir, çünki onların vaxtı əsasən Türkiyədə son bir neçə onillikdə baş tutan müxtəlif seçkilərlə üst-üstə düşür. == Tarixi == İlk rəsmi rayonlaşdırma amnistiya planı 1984-cü ildə parlament tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, hökumətin oxşar siyasətləri keçmişdə 1940-cı illərin sonlarına qədər həyata keçirdiyi bildirilmişdir. 1948-ci ildən bəri ümumilikdə 19 rayonlaşdırma amnistiyası olmuşdur. Türkiyədə sonuncu tikinti amnistiyası 2018-ci il Türkiyə prezident seçkilərindən beş həftə əvvəl, 2018-ci ilin may ayında hökumət tərəfindən qəbul edilmiş və qaydalara uyğun tikilməyən 3 milyondan çox binaya yaşayış icazəsi verilmişdir. 2018-ci il amnistiyası ilə 2022-ci ilə qədər 7 milyondan çox bina icazə almışdır ki, onlardan 5,8 milyonu yaşayış binalarıdır.
Böyük gəzinti
Böyük gəzinti — 1966-cı ildə istehsal olunmuş Fransa filmi. == Məzmun == 1942-ci il. İkinci dünya müharibəsi əsnasında bir müttəfiq "B17 Flying Fortress" bombardman təyyarəsi işğal altında olan Paris üzərində olarkən almanların açdığı atəş nəticəsində vurularaq düşür. Uçuş komandiri Sir Reginald (Terri Tomas) və digər əməkdaşı paraşütlə tullanmaq məcburiyyətində qalırlar. Endikləri bölgədə bəzi fransız vətəndaşlardan kömək istəyirlər. Bunlardan biri olan boya ustası Oqustin Bouvet (Burvil) və xasiyyətsiz orkestr şefi Stanislas LeFort (Lui de Fünes) Fransanın cənubuna, almanların işğal etmədiyi azad bölgəyə qaçmaq planını düşünürlər… == Mənbə == "Azərbaycan Sovet Ensiklopediyası". X cild. Bakı, 1987, səh. 18.
Gəzinti mayakı
Gəzinti mayakı (参観灯台, sankan today) və ya bəzən dırmaşma mayakı (のぼれる灯台, noboreru today) – Yaponiyada ictimaiyyətə açıq olan və içərisində gəzinti icazəsi verilən mayaklar. Hazırda Yaponiyada 16 belə mayak var. == Haqqında == Gəzinti mayakları sistemi Yaponiya Sahil Mühafizə Təşkilatının təşəbbüsü ilə yaradılmışdır və "Tokokay" təşkilatı tərəfindən idarə olunur. Mayakları ziyarət etmək üçün ziyarətçidən 300 yen tələb olunur. Gəzinti mayakları ictimaiyyətə açıqdır: mayakın yuxarısına dırmaşmaq və içərisində gəzişmək sərbəstdir. Lakin pis hava şəraitində mayaklara giriş məhdudlaşdırıla bilər. Bəzi gəzinti mayaklarında mayakın tarixindən və xüsusiyyətlərindən bəhs edən sərgi otağı olur. Gəzinti mayakı statusunda olan mayaklardan əlavə bəzi mayaklar Mayak Memorial Günü (1 noyabr) və Dəniz Günü münasibətilə ictimaiyyətə açıq olur. == Tarixi == Yaponiyada müasir dəniz mayaklarının tikintisinə Meyci dövründə başlanmışdır. Həmin dövrdə mayaklara daxil olmaq üçün xüsusi icazə almaq lazım idi.
Maliyyə lizinqi
Maliyyə lizinqi və ya maliyyə icarəsi — əmlakın xüsusi olaraq mülkiyyətə alınması və sonradan onun istismar müddətinə yaxınlaşan müddət ərzində müvəqqəti sahiblik və istifadəyə verilməsi və əmlakın bütün dəyərinin və ya dəyərinin böyük hissəsinin köhnəlməsi əməliyyatı. Müqavilənin müddəti ərzində icarəyə verən lizinq ödənişləri vasitəsilə əmlakın bütün dəyərini qaytarır və maliyyə əməliyyatından mənfəət əldə edir. Ümumiyyətlə, maliyyə lizinqi uzunmüddətli kreditləşmənin bir forması kimi qəbul edilə bilər. Maliyyə lizinqi üçtərəfli münasibətlərə malikdir. İcarəyə verən icarəçinin tələbi ilə təchizatçıdan avadanlığı alır və onu icarəçiyə icarəyə verir, onun maliyyə xərclərini tam ödəyir və müvafiq icarə ödənişləri hesabına mənfəət əldə edir. == Maliyyə lizinqinin əlamətləri == Maliyyə lizinqinin əsas xüsusiyyətləri: icarəyə verən əmlakı öz istifadəsi üçün deyil, xüsusi olaraq icarəyə vermək üçün alır; əmlakı və onun satıcısını seçmək hüququ istifadəçiyə məxsusdur; əmlakın satıcısı bilir ki, əmlak xüsusi olaraq lizinq üçün alınıb, bu halda əmlak bilavasitə istifadəçiyə təhvil verilir və onun istifadəsinə qəbul edilir; icarəçi əmlakın keyfiyyəti, onun tamlığı və çatışmazlıqların aradan qaldırılması ilə bağlı zəmanət müddəti ərzində birbaşa əmlakın satıcısına iddialar göndərir; əmlakın təsadüfən itirilməsi və zədələnməsi riski əmlakın qəbulu və istismara verilməsi haqqında aktı imzaladıqdan sonra icarəçiyə keçir. == Hüquqi tənzimləmə == Lizinqin predmeti istənilən istehlak olunmayan əşyalar, o cümlədən müəssisələr və digər əmlak kompleksləri, binalar, tikililər, avadanlıqlar, nəqliyyat vasitələri və sahibkarlıq fəaliyyəti üçün istifadə oluna bilən digər daşınar və daşınmaz əmlak ola bilər. Bununla belə, icarə predmeti torpaq sahələri və digər təbii obyektlər, habelə federal qanunlarla sərbəst dövriyyəsi qadağan edilmiş və ya xüsusi dövriyyə qaydası müəyyən edilmiş əmlak ola bilməz. == İstinadlar == == Ədəbiyyat == Cuming R. C. C. Model Rules for Lease Financing: A Possible Complement to the UNIDROIT Convention on International Financial Leasing // Uniform Law Review. 1998.
Gəzinti (film, 2015)
Gəzinti (ing. The Walk) — rejissor Robert Zemekisin 2015-ci ildə çəkdiyi amerikan tarixi filmi. == Məzmunu == Bioqrafik janrda olan film Filipp Petinin həyatından bəhs edir. Filipp Peti 1974-cü ildə Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin ən yüksək nöqtəsində 400 metr hündürlükdə kəndir üzərində gəzmiş fransız kəndirbazıdır. Filmdə Filipp Petinin obrazını kinoaktyor Cozef Qordon-Levitt canlandırmışdır. == Film haqqında == Filmdə alman bəstəkarı Lüdviq van Bethovenin "Für Elisa" əsərindən istifadə olunmuşdur. Film tənqidçilərin yüksək rəyini alıb. Rotten Tomatoes saytında film 202 resenziya əsasında 86% reytinqə malikdir və orta balla 10 ballıq sistemdən 7,2 bala layiq görülüb. == Rollarda == Cozef Qordon-Levitt — Filipp Peti Şarlotta Lebon — Anni Eliks Ceyms Bec Deyl — Jan-Pyer Kleman Siboni — Jan-Lui Sezar Dombua — Jan-Fransua Ben Şvars — Albert Ben Kinqsli — papa Rudi Stiv Valentayn — Barri Qrinhaus == Xarici keçidlər == Gəzinti — Internet Movie Database saytında.
Qeyri-qanuni tikinti
Qanunsuz tikinti və ya qeyri-qanuni tikinti — etibarlı tikinti icazəsi olmadan aparılan tikinti işi və ya bunun nəticəsi. Nəzarət olunmayan tikinti sahələrində və tikinti prosesi bitmiş binalarda potensial texniki təhlükələrdən başqa, qeyri-qanuni tikinti fəaliyyəti təbiət qoruqları kimi qoruq ərazilərinə təsir etdiyi halda böyük ekoloji pozuntu baş verə bilər. Eyni şəkildə, qeyri-qanuni tikililər xarici ərazilərdə torpaqların zəbt edilməsi və ya qeyri-qanuni məskunlaşma kimi həyata keçirildikdə ciddi siyasi nəticələr ortaya çıxa bilər.. == Ekoloji risklər == Artan torpaq sürüşməsi riskinin İtaliya və Bosniya və Herseqovinada sıx məskunlaşılan urbanizasiyalaşmış ərazilərinin dağlıq ərazilərində qeyri-qanuni tikinti ilə əlaqəli olduğu aşkar edilmişdir. == Aşkarlama == İnsan müşahidəsinə əlavə olaraq, qeyri-qanuni tikililərin geniş miqyasda yoxlanılması üçün peyk şəkilləri və geoməkan məlumat sistemlərindən istifadə etmək mümkündür.
Tikinti Nazirliyi (Vyetnam)
Tikinti Nazirliyi (vyet. Bộ Xây dựng) — Vyetnamda tikinti, tikinti materialları, mənzil və inzibati binalar, memarlıq, şəhər və kənd sahəsində tikintinin planlaşdırılması, şəhər infrastrukturu, ictimai xidmətlər üzrə dövlət idarəçiliyinə cavabdeh olan nazirlik. Bu, həmçinin, dövlət müəssisələrində dövlət kapitalının sahibini təmsil edir.
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası – toplu, sorğu kitabı == Cildlər == Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, I cild, Bakı: Yeni Poliqrafist, 2011, 336 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, II cild, Bakı: Yeni Poliqrafist, 2012, 256 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, III cild, Bakı: Yeni Poliqrafist, 2013, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, IV cild, Bakı: Yeni Poliqrafist, 2014, 232 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, V cild, Bakı: Yeni Poliqrafist, 2015, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VI cild, Bakı: "Şərq-Qərb", 2016, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VII cild, Bakı: "Şərq-Qərb", 2017, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VIII cild, Bakı: "Şərq-Qərb", 2018, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, IX cild, Bakı: "Şərq-Qərb", 2019, 216 səh.
Bakıda tikinti (film, 1946)
Bakıda tikinti – rejissor Niyazi Bədəlov tərəfindən 1946-cı ildə çəkilmiş sənədli film. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film müharibədən sonrakı birinci ildə Bakı şəhərində aparılan tikinti və abadlıq işlərindən bəhs edir. == Məzmun == Film müharibədən sonrakı birinci ildə Bakı şəhərində aparılan tikinti və abadlıq işlərindən bəhs edir. == Filmin üzərində işləyən == Rejissoru Niyazi Bədəlovdur.
Böyük gəzinti (film, 1966)
Böyük gəzinti — 1966-cı ildə istehsal olunmuş Fransa filmi. == Məzmun == 1942-ci il. İkinci dünya müharibəsi əsnasında bir müttəfiq "B17 Flying Fortress" bombardman təyyarəsi işğal altında olan Paris üzərində olarkən almanların açdığı atəş nəticəsində vurularaq düşür. Uçuş komandiri Sir Reginald (Terri Tomas) və digər əməkdaşı paraşütlə tullanmaq məcburiyyətində qalırlar. Endikləri bölgədə bəzi fransız vətəndaşlardan kömək istəyirlər. Bunlardan biri olan boya ustası Oqustin Bouvet (Burvil) və xasiyyətsiz orkestr şefi Stanislas LeFort (Lui de Fünes) Fransanın cənubuna, almanların işğal etmədiyi azad bölgəyə qaçmaq planını düşünürlər… == Mənbə == "Azərbaycan Sovet Ensiklopediyası". X cild. Bakı, 1987, səh. 18.
Böyük gəzinti (film, 1971)
Böyük gəzinti — 1966-cı ildə istehsal olunmuş Fransa filmi. == Məzmun == 1942-ci il. İkinci dünya müharibəsi əsnasında bir müttəfiq "B17 Flying Fortress" bombardman təyyarəsi işğal altında olan Paris üzərində olarkən almanların açdığı atəş nəticəsində vurularaq düşür. Uçuş komandiri Sir Reginald (Terri Tomas) və digər əməkdaşı paraşütlə tullanmaq məcburiyyətində qalırlar. Endikləri bölgədə bəzi fransız vətəndaşlardan kömək istəyirlər. Bunlardan biri olan boya ustası Oqustin Bouvet (Burvil) və xasiyyətsiz orkestr şefi Stanislas LeFort (Lui de Fünes) Fransanın cənubuna, almanların işğal etmədiyi azad bölgəyə qaçmaq planını düşünürlər… == Mənbə == "Azərbaycan Sovet Ensiklopediyası". X cild. Bakı, 1987, səh. 18.
Qarabağa gəzinti (film, 2005)
Qarabağa gəzinti (gürc. გასეირნება ყარაბაღში — Qaseirneba Karabağşi) — gürcü rejissoru Levan Tutberidzenin Gürcüstandakı vətəndaş müharibəsi və Qarabağ müharibəsi haqqında çəkdiyi film. == Məzmun == SSRİ dağılandan sonra Qafqazda vətəndaş və etnik münaqişələr alovlanır. Filmin qəhrəmanları — sıravi tiflisli gənc Qoqliko və Suxumili snayper Spartak — Dağlıq Qarabağa yollanarkən yol yoldaşı olurlar. Biri qumarda uduzduğu pulları geri qaytarmaq, digəri komandirin əmrini yerinə yetirmək istəsə də, onlar birgə hərəkət etməli və bir-birinə dəstək verməli olurlar. Bir-birinə oxşamayan insanların taleyi münaqişə bölgəsində kəsişir. == Film haqqında == Film 1990-cı illərdə Gürcüstanda baş vermiş real hadisələrdən bəhs edən, yazıçı Aka Morçiladzenin eyniadlı hekayəsi əsasında çəkilib. Filmdə rus, gürcü, azərbaycan, erməni aktyorları çəkilib. 2005-ci ildə Anapada keçirilmiş "Kinoşok" kinofestivalında MDB və Baltikanın 14-cü açıq festivalının əsas mükafatını qazanmışdır.
Tikinti və menecement simulyatoru
Tikinti və menecement simulyatoru (TMS) — simulyasiya videooyunlarının növü. Burada oyunçular məhdud resurslardan istifadə edərək uydurma təşkilatlar və ya layihələri inşa edir, onları inkişaf və ya idarə edir. Bəzi strategiya oyunları oyunçunun resurslarının idarə edilməsi və layihənin inkişafı ilə bağlıdır. Bununla belə, strategiya oyunlarından fərqli olaraq, əsas TMS oyunlarında məqsəd rəqibi məğlub etmək deyil, davam edən proseslə bağlı məqsədlərə çatmaqdır. Bu kateqoriyaya aid oyunlar bəzən sadəcə idarəetmə oyunları adlanır.
Xankəndi sualtı tikinti gəmisi
"Xankəndi" sualtı tikinti gəmisi — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aid olan gəmilərdən biri. Xankəndi şəhərinin adını daşıyır. == İnşası == "Xankəndi" sualtı tikinti gəmisi xüsusi olaraq BP şirkətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda nəhəng "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz mərhələ 2" işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilmişdir. Belə ki, 17 aprel 2014-cü ildə "Bakı Gəmiqayırma Zavodu" MMC sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi barədə "Şahdəniz" qaz yatağının işlənilməsi və istismarı üzrə icraçı olan "BP Exploration" MMC ilə dəyəri 400 milyon dollara yaxın olan müqavilə bağlanmışdır. "Xankəndi" sualtı tikinti gəmisinin iki iri gövdə bölməsi müvafiq müqavilə əsasında Sinqapurda inşa edilərək təhlükəsiz şəkildə Bakıya gətirilib və bu iki hissə Bakı gəmiqayırma zavodunda tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilib və müvafiq inteqrasiya işləri yerinə yetirildikdən sonra 2016-cı ilin mayında suya salınıb. Bakı gəmiqayırma zavodunun yanalma körpüsündə "Xankəndi" gəmisinin bütün göyərtə avadanlığı — əsas qaldırıcı kran, köməkçi kranlar, o cümlədən helikopter meydançası quraşdırılaraq gəminin bütün sistemləri, avadanlığı və qurğuları tam inteqrasiya edilib, yoxlanılaraq işə salınıb və sazlanıb. İki ay ərzində açıq dənizdə bütün istismar sınaqları uğurla yerinə yetirilib. "Xankəndi" gəmisinin tikintisində ümumilikdə iki mindən çox insan çalışıb ki, bu işçilərin 75 faizini yerli, 25 faizini isə əcnəbi mütəxəssislər təşkil edib. Gəmi sifarişçiyə təhvil verilmək üçün tam hazır vəziyyətə gətirilib. == İstifadəyə verilməsi == 6 sentyabr 2017-ci ildə gəmisinin təqdimat mərasimi olmuşdur.
ANT İnşaat Təmir Tikinti MMC