Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • CAVALCADE

    n 1. kavalkada, dəstə (gəzməyə çıxmış atlılar dəstəsi); 2. təntənəli nümayiş, kütləvi yeriş; təntənəli mərasim; 3

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • кавалькада

    -ы; ж. (франц. cavalcade от итал. cavalcáta) Группа всадников и всадниц на прогулке; вообще группа всадников, едущих вместе. Отправились на прогулку б

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • CAMELCADE

    n dəvə karvanı

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • DƏVƏ

    ...camel; ikihürgüclü ~ two-humped camel II. s. camel’s; ~ karvanı camelcade; ~ balası young of camel

    Tam oxu »
    Azərbaycanca-ingiliscə lüğət
OBASTAN VİKİ
Anar Cavadzadə
Anar Tahir oğlu Cavadzadə (29 aprel 1990, İmişli rayonu – 17 oktyabr 2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Anar Cavadzadə 29 aprel 1990-cı ildə İmişli rayonunda dünyaya göz açmışdır. 1997-ci ildə İmişli şəhər 2 saylı tam orta məktəbinə daxil olmuşdur. 9-cu sinfə qədər bu məktəbdə təhsil alan Anar, ailəsi ilə Bakıya köçdükdən sonra şəhərin məktəblərindən birində orta təhsilini davam etdirmişdir. Orta məktəbi bitirdikdən sonra topçu vəzifəsi ilə hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra Bakıya qayıtmış, burada bir çox sahələrdə çalışmışdır. 2018-ci ildə çəkilmiş şəhid İlham Cəfərovun 50 illik yubileyinə həsr olunan sənədli filmdə rollardan birini səsləndirmişdir. Bu səsləndirmə xidmətinə və həmçinin, xüsusi səs tembrinə görə "İlin səsi" fəxri adına layiq görülmüşdür. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Anar Cavadzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Müharibədən əvvəl təhsilini davam etdirmək istəsə də, müharibə başlayanda döyüşə yollanmışdır.
Cahanbaxş Cavadzadə
Cahanbaxş Cavadzadə — (Tam adı:Cahanbaxş Salman oğlu Cavadzadə; d.22 mart 1902, Azərbaycan, Yelizavetpol (indiki Gəncə) — ö.6 fevral 1972, Gəncə) — yazıçı, tərcüməçi, nasir, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == Cahanbaxş Salman oğlu Cavadzadə 1902-ci ildə mart ayının 22-də Gəncə şəhərində anadan olmuşdur. 7 yaşında mollaxanada ibtidai təhsil almışdır. 1911–13-cü illərdə ikisinifli rus-tatar məktəbində oxumuşdur. 1914-cü ildə Gəncə ruahni seminariyasına daxil olmuş, 1917-ci ildə Fevral inqilabi ərəfəsində seminariya bağlandıqdan sonra təhsili yarımçıq qalmış, 1918-ci ildə təhsil almaq üçün Konstantinopolşəhərinə getmiş, 1919-cu ilin martın 21-də vətənə qayıtmış burada üçaylıq pedaqoji kursda təhsil alıb ibtidai məktəbin təcrübəçi müəllimi olmuşdur. 1920-ci ildə may-iyun aylarında Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vrangel cəbhəsinə göndərilmiş, sonralar Azərbaycan atıcı polkunda müəllim olmuşdur. Azərbaycan diviziyası ilə Cənubi Azərbaycanın şimal əyalətlərinə, Gilana — Kiçik xanın yaratdığı respublikaya göndərilən yazıçı 1921-ci ilin iyul ayınadək İranda (Ənzəli, Rəşt) qalmış, 1921-ci ilin avqustundan tərxis olunub Gəncəyə göndərilmişdir. 1921–25-ci illərdə Çobanabdallı kənd ibtidai məktəbinə müəllim və müdi təyin edilmiş, 1925–29-cu illərdə isə Gəncədə müxtəlif məktəb və texnikomlarda işləmişdir. 1929-cu ildə Moskva Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, yazıçı 1933–43-cü illərdə Bakıd yaşamışdır. O, burada Baş Mətbuat idarəsində redaktor, Azərnəşrdə tərcüməçi redaktor, müharibə dövründə isə Azərbaycan Radio Komitəsinin Cənubi Azərbaycan şöbəsində redaktor, F.Axundov adına Pedaqoji İnstitutunda müəllim vəzifələrində çalışmışdır. H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda Qərbi Avropa ədəbiyyatı tarixindən mühazirələr deyən C.Cahanbaxş eyni zamanda 1943–50-ci illər "Kirovabad fəhləsi" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri işləmişdir.
Calal Calalzadə
Calal Qaryağdı oğlu Calalzadə (17 oktyabr 1993, Bərdə rayonu – 3 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Calal Calalzadə 1993-cü il oktyabr 17-də Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Calal Calalzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Calal Calalzadə oktyabrın 3-də Madagizin azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunun Mustafaağalı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Calal Calalzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Famil Camalzadə
Famil Hicran oğlu Camalzadə (6 iyun 1996; Xurşud, Salyan, Azərbaycan — 5 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Famil Camalzadə 12 yanvar 1996-ci ildə Salyan rayon Xurşud kəndində anadan olub. 2002 -ci ildə M.Salmanov adına olan orta məktəbi oxuyub. 2010-ci ildə 9-cu sinifi başa vurub. O təhsilini tam başa vurmaq üçün Salyan rayon peşə liseyinə qəbul olub. 2016-cı ilin yanvarın 15-də həqiqi hərbi xidmətə çağrılıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Famil Camalzadə Füzulinin azad edilməsində savaşıb. Famil Camalzadə 2020-ci ildə oktyabrın 3-də Füzuli rayon istiqamətində gedən döyüş əməliyyatlarında döyüş taşırığını yerinə yetirərəkən düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 7 Dekabr 2020-ci ildə Salyanda dəfn edilib.
Mirməmməd Cavadzadə
Cavadzadə Mirməmməd Cavad oğlu (18 may 1927, Lənkəran, Lənkəran qəzası – 7 avqust 2008, Bakı) — Görkəmli uroloq-alim və pedaqoq, dövlət mükafatları laureatı, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru. SSRİ məkanında ilk ən güclü uroloji məktəbin yaradıcısı olub. O, həm də Azərbaycanda uroloji məktəbin yaradıcısı idi. == Həyatı == Mirməmməd Cavadzadə 1927-ci il mayın 18-də Lənkəran şəhərində anadan olmuşdur. 1943-cü ildə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbini, 1948-ci ildə ADTI-nin müalicə-profilaktika fakültəsini bitirmişdir. 1951-ci ildə II Moskva Tibb İnstitutundakı urologiya kafedrası aspiranturasında oxumuş, 1954-cü ildə "Sidik axarının daşları" mövzusunda namizədlik dissertsiyası müdafiə etmişdir. 1954-cü ildən 1957-ci ilə qədər Krım Tibb Institutunda assistent, sonra urologiya üzrə dosent olmaqla, Krım Vilayətinin baş uroloqu işləmişdir. 1962-ci ildə "Böyrəklərin polikistozu" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru adı almışdır. 1963-cü ildə Bakıya dəvət olunmuş və müsabiqə yolu ilə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya və operativ nefrologiya kafedrasına müdir seçilmişdir. Doğma Azərbaycana qayıtdıqdan sonra o, yüksək səviyyəli elmi-klinik müəssisə yaratmış və bununla da müasir klinika məktəbinin və urologiya elmində yeni istiqamətin təməlini qoymuşdur.
Nəsrin Cavadzadə
Nəsrin Cavadzadə (30 iyul 1982, Bakı) — Əslən azərbaycanlı olan Türkiyəli serial və kino aktrisası. == Həyatı == 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə getmişdir. Mərmərə Universiteti Kino və Televiziya Fakültetinin məzunudur. Şahika Tekand Studio Oyunçularında 2 il aktyorluq təhsili alıb. 2007-ci ilin ATV'nin "Yersiz Yurdsuz" adlı serialında oynadı. Ertəsi il Hüseyn Qarabəyin "Getmək: Mənim Marlon və Brandom" və Camal Şanın "Dilbərin Səkkiz Günü" adlı filmlərində iştirak etdi. Daha sonra "Kiçik Ağa" adlı serialda rol aldı. 2014-cü ildə çəkildiyi "Quzu" adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya Qızıl Portağal Film Festivalının Ən Yaxşı Qadın aktrisa mükafatına layiq görüldü. Nəzrin Cavadzadə görkəmli alim Mirməmməd Cavadzadənin nəvəsidir.
Nəzrin Cavadzadə
Nəsrin Cavadzadə (30 iyul 1982, Bakı) — Əslən azərbaycanlı olan Türkiyəli serial və kino aktrisası. == Həyatı == 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə getmişdir. Mərmərə Universiteti Kino və Televiziya Fakültetinin məzunudur. Şahika Tekand Studio Oyunçularında 2 il aktyorluq təhsili alıb. 2007-ci ilin ATV'nin "Yersiz Yurdsuz" adlı serialında oynadı. Ertəsi il Hüseyn Qarabəyin "Getmək: Mənim Marlon və Brandom" və Camal Şanın "Dilbərin Səkkiz Günü" adlı filmlərində iştirak etdi. Daha sonra "Kiçik Ağa" adlı serialda rol aldı. 2014-cü ildə çəkildiyi "Quzu" adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya Qızıl Portağal Film Festivalının Ən Yaxşı Qadın aktrisa mükafatına layiq görüldü. Nəzrin Cavadzadə görkəmli alim Mirməmməd Cavadzadənin nəvəsidir.
Samir Cavadzadə
Samir Cavadzadə (16 aprel 1980, Bakı) — azərbaycanlı müğənni. "Şeron" qrupunun keçmiş üzvü, 2008-ci ildə Elnur Hüseynovla birlikdə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində ilk dəfə təmsil etmişdir. Həmin müsabiqədə Elnur və Samir dueti 8-ci yeri tutmuşdu. == Həyatı və karyerası == Samir Cavazadə 16 aprel, 1980 ilində Bakıda anadan olmuşdur. Uşaqlıqdan etibarən oxumağa başlamışdır. 1992-ci ildə № 9 musiqi məktəbində təhsil almağa başlamışdır. Azərbaycan xalq musiqisinin ifaçısı, xanəndə sayılır. 1997-ci ildə Biznes Universitetinə "Xarici əlaqələr" fakültəsinə daxil olur. İnstitutu bitirdikdən sonra 5 il muğam kurslarında oxuyur. 1 il hərbi xidmətdən sonra Vaqif Gərayzadənin "Şeron" qrupunun üzvünə çevrilir.
Vüqar Camalzadə
Vüqar Vaqif oğlu Camalzadə (9 oktyabr 1974, Bakı) — Bəstəkar, Azərbaycanın əməkdar artisti (2015). == Həyatı == Vüqar Camalzadə 1974-ci il oktyabr 9-da Bakıda doğulub. Ailəlidir 2 övladı var.3 saylı orta ixtisas məktəbinə daxil olub. 1983-cü ildə, 23 saylı 7 illik musiqi məktəbinin piano sinifinə daxil olub. 1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının energetika fakültəsinə daxil olub və 1996-cı ildə bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasının bəstəkarlıq fakultəsinə (müəllim proefessor İsmayıl Hacıbəyov). 2004-cü ildə Musiqi Akademiyasının magistr dərəcəsini qazanıb. Azərbaycan Musiqi Akademisyasında bakalavr dərəcəsi üçün -diplom işi böyük sinfonik orkestr üçün 3 hissəli sinfoniya. Magistr dərəcəsinin - diplom işi kamança və sinfonik orkestr üçün 2 hissəli konsert.Əsərləri: F-no üçün 8 Prelüd (1995); Simfonik mənzərə (1995); Simfonik variasiyalar (1996); Klarnet və f-no üçün 3 hissədən ibarət Sonatina (1997); Violonçel və f-no üçün 3 hissəli Sonata (1997); BSO üçün proqram simfonik musiqi (1999); Kamança və orkestr üçün konsert (2001); Onun ürəyi - nağıl müzikl (2011); Sehirli quş Naranın nağılı -müzikl (2013); Dədə Qorqud baleti (2019); eləcə də bir çox tamaşa, film və seriallar üçün musiqilər. Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Şahin Cavadzadə
Şahin Yaşar oğlu Cavadzadə (15 mart 1995-ci il, Beyləqan- 03 aprel 2016-cı il Talış kəndi, Ağdərə rayonu) — Azərbaycan silahlı qüvvələri xidmətçisi, 2016-cı il aprel döyüşləri şəhidi. Şahin Cavadzadə 1995-ci ildə Beyləqan rayonunda anadan olub. 2001-ci ildə Beyləqan rayonu Fərman Hacıyev adına 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə qədəm qoyub. 2012-ci ildə məktəbi bitirib,iyul ayında həqiqi hərbi xidmətə çağırılıb."N" saylı hərbi hissədə xidmət etmiş,elə xidməti dövründə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə 6 ay təlim keçdikdən sonra "kiçik gizir" hərbi rütbəsi almışdır.2014-cü ilin iyul ayından etibarən Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi fəaliyyətə başlamışdır.03.04.2016 tarixində Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına həlak olmuş,şəhidlik zirvəsinə ucalmışdır. 09.04.2016-ci ildə Beyləqan rayon Hz.Cərciz peyğəmbərdə dəfn olunub. == Həyatı == Cavadzadə Şahin Yaşar oğlu 15.05.1995-ci ildə Beyləqan rayonunda anadan olub.2001-ci ildə Beyləqan rayonu Fərman Hacıyev adına 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə qədəm qoyub.2012-ci ildə məktəbi bitirib,iyul ayında həqiqi hərbi xidmətə çağırılıb."N" saylı hərbi hissədə xidmət etmiş,elə xidməti dövründə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə 6 ay təlim keçdikdən sonra "kiçik gizir" hərbi rütbəsi almışdır.2014-cü ilin iyul ayından etibarən Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi fəaliyyətə başlamışdır.03.04.2016 tarixində Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına həlak olmuş,şəhidlik zirvəsinə ucalmışdır. 09.04.2016-ci ildə Beyləqan rayon Hz.Cərciz peyğəmbərdə dəfn olunub. == Hərbi xidməti == Gizir Şahin Cavadzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olmuşdur.. Aprelin 9-zu isə Şahin Cavadzadə doğulduğu Beyləqan rayonunun Bolsulu kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı.
Şaiq Cavadzadə
Şaiq Faiq oğlu Cavadzadə (28 noyabr 1995 — 4 oktyabr 2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavadzadə Şaiq Faiq oğlu 1995-ci il 28 noyabrda Azərbaycan Respublikasının Ağsu rayonunda anadan oldu. 2002-ci ildə Ağsu rayonundakı Zahid Hüseynov adına tam orta məktəbdə başladığı təhsilini 2013-ci ildə tamamladı. 2014-cü ildə hərbi xidmətini başa vurdu. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şaiq Cavadzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Şaiq Cavadzadə oktyabrın 4-də şəhid olub. Ağsu şəhərində dəfn olunub.
Əli Cavadzadə
Əli Qulu oğlu Cavadzadə (31 yanvar 1924, Bakı – 26 fevral 1996, Bakı) — Müasir Azərbaycan şeirinin yaradıcılarından biridir. 75 illik ömrünün 50 ildən çoxunu milli poeziyanın inkişafına həsr etmişdir. İlk ana dili dərsliyinin müəlliflərindən biri olmuşdur. İran tarixində ilk dəfə olaraq Milli Filarmoniya yaradır və bu filarmoniyanın həm ilk, həm də son müdiri olur. 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Yazıçılar Birliyinin üzvü, Əmək veteranı (1986), Əməkdar incəsənət xadimi (1987). == Həyatı == Əslən Ərdəbilin Çanaqbulaq kəndindən olan atası Qulu və anası Şahbəyimdir. XX əsrin ilk illərinə təsadüf edən növbəti şahsevənlərin basqınlarının birində Əli Tudənin ailəsi Şimali Azərbaycana gəlir. Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olub. Atası Qulu neft mədənində fəhləlik etmiş, sonra isə buruq ustası vəzifəsinədək yüksəlmişdir. Əli 1 yaşında olarkən atası, 5 yaşında isə anası dünyasını dəyişib.
Seyid Məhəmmədəli Camalzadə
Seyid Məhəmmədəli Şeyx Cəmaləddin oğlu Camalzadə (1892-1997) — İran yazıçısı və tarixçisi. == Həyatı == Seyid Məhəmmədəli Camalzadə 1892-ci ildə İsfahanda doğulmuşdu. Atası Seyid Cəmaləddin Vaiz İsfahani Məşrutə hərəkatının tanınmış simalarından idi. 1910-cu ildə Livan fransız Antur kollecini bitirmişdi.Misirdən keçərək Parisə getmişdi.İran səfiri onun Parisə gəlməsini istəməyərək Lozannaya getməsini xahiş etdi. Gənc yazıçı burda Jozefina ilə tanış olmuşdu.İran səfiri onu yenidən yanına çağırıb, məhəbbət macərasına son qoyub, işlə məşğul olmasını tövsiyə etdi. Sonra Lozannanı tərk edib, Lion, Bordo və Dijon şəhərlərinin birində yaşamağı seçməsini tələb etdi.Məhəmmədəli Camalzadə Jozefinanın Dijonda olduğunu bilib, oranı seçdi.Sevgilisini tapıb evləndi. Seyid Məhəmmədəli Camalzadə 1914-cü idə Dijon universitetinin hüquq fakültəsini bitirdi. == İstinadlar == == Həmçinin bax == Seyid Cəmaləddin Vaiz İsfahani == Xarici keçidlər == Mohammad-Ali Jamalzadeh en conversation avec Farhad Sepahbodi, YouTube: — Jamalzadeh dans un parc, — Jamalzadeh, le fameux écrivain iranien, — Part 3, — Part 4.id.