Şahin Cavadzadə

Cavadzadə Şahin Yaşar oğlu 15.05.1995-ci ildə Beyləqan rayonunda anadan olub.2001-ci ildə Beyləqan rayonu Fərman Hacıyev adına 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə qədəm qoyub.2012-ci ildə məktəbi bitirib,iyul ayında həqiqi hərbi xidmətə çağırılıb."N" saylı hərbi hissədə xidmət etmiş,elə xidməti dövründə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə 6 ay təlim keçdikdən sonra "kiçik gizir" hərbi rütbəsi almışdır.2014-cü ilin iyul ayından etibarən Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi fəaliyyətə başlamışdır.03.04.2016 tarixində Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına həlak olmuş,şəhidlik zirvəsinə ucalmışdır. 09.04.2016-ci ildə Beyləqan rayon Hz.Cərciz peyğəmbərdə dəfn olunub.

Şahin Cavadzadə
Şahin Yaşar oğlu Cavadzadə
Şəxsi məlumatlar
Doğum adı Şahin Yaşar oğlu Cavadzadə
Doğum tarixi
Doğum yeri Beyləqan, Azərbaycan
Vəfat tarixi
Vəfat yeri Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Rütbə Gizir
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Cavadzadə Şahin Yaşar oğlu 15.05.1995-ci ildə Beyləqan rayonunda anadan olub.2001-ci ildə Beyləqan rayonu Fərman Hacıyev adına 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə qədəm qoyub.2012-ci ildə məktəbi bitirib,iyul ayında həqiqi hərbi xidmətə çağırılıb."N" saylı hərbi hissədə xidmət etmiş,elə xidməti dövründə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə 6 ay təlim keçdikdən sonra "kiçik gizir" hərbi rütbəsi almışdır.2014-cü ilin iyul ayından etibarən Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi fəaliyyətə başlamışdır.03.04.2016 tarixində Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına həlak olmuş,şəhidlik zirvəsinə ucalmışdır. 09.04.2016-ci ildə Beyləqan rayon Hz.Cərciz peyğəmbərdə dəfn olunub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Gizir Şahin Cavadzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olmuşdur.

Aprelin 9-zu isə Şahin Cavadzadə doğulduğu Beyləqan rayonunun Bolsulu kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Cavadzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Şahin Cavadzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]