Famil Hicran oğlu Camalzadə (6 iyun 1996; Xurşud, Salyan, Azərbaycan — 5 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]
Famil Camalzadə | |
---|---|
Famil Hicran oğlu Camalzadə | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xurşud, Salyan, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020, 2021, 2021 |
Famil Camalzadə 12 yanvar 1996-ci ildə Salyan rayon Xurşud kəndində anadan olub. 2002 -ci ildə M.Salmanov adına olan orta məktəbi oxuyub. 2010-ci ildə 9-cu sinifi başa vurub. O təhsilini tam başa vurmaq üçün Salyan rayon peşə liseyinə qəbul olub.
2016-cı ilin yanvarın 15-də həqiqi hərbi xidmətə çağrılıb.[3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Famil Camalzadə Füzulinin azad edilməsində savaşıb. Famil Camalzadə 2020-ci ildə oktyabrın 3-də Füzuli rayon istiqamətində gedən döyüş əməliyyatlarında döyüş taşırığını yerinə yetirərəkən düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 7 Dekabr 2020-ci ildə Salyanda dəfn edilib.[4][5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Camalzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Famil Camalzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Famil Camalzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]