Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gravity
Gravity — (Azərbaycanca: Yer Çəkimi) Ukraynanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Cavia
Cavia (lat. Cavia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinə aid heyvan cinsi.
Cavid
Cavid — kişi adı; təxəllüs. Hüseyn Cavid İsmayılov — Animator. Fon rəssamı. İkinci rəssam. Fazaçı rəssam. Dekor rəssamı. Cavid Təvəkkül — rejissor, ssenari müəllifi. Cavid İmamverdiyev Cavid İmamverdiyev (rejissor) — rejissor Cavid İmamverdiyev (futbolçu) — futbolçu Cavid Əliyev — Operator Cavid Əhədov — Rejissor Cavid Səfərov — Cavid Səmədov — Cavid Cabbarzadə — Cavid Xaspoladov Cavid Manafov — Cavid Xıdırov — Bu təxəllüsü olan tanınmış şəxslər Hüseyn Cavid — Azərbaycan şairi Turan Cavid — C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, şair Hüseyn Cavidin qızı.
Capsella cavata
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Luciobarbus capito
Zərdəpər (lat. Luciobarbus capito) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. == Qısa təsviri == İki cüt bığı var. Ağızı aşağıda yerləşir və aypara şəkillidir. Dodaqları yaxşı inkişaf etmişdir. Rostrumu uzunsovdur. Bel üzgəcində 4 şaxəsiz, 8 (nadir hallarda 7) şaxəli, anal üzgəcində 3 şaxəsiz, 5 (nadir hallarda 6) şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 56-68, yan xəttdən yuxarıda yerləşən pulcuqların sayı 8-12, aşağıda olan pulcuqların sayı isə 5-8 arasında dəyişir. == Arealı və sayı == Azərbaycan ərazisi daxilində Xəzərin orta və cənub hissəsində və ona tökülən çaylarda, o cümlədən Kür və Araz çaylarında və onların qollarında yayılmışdır. Samurla Xudat arasındakı çaylarda, Lənkəran zonası çaylarında, Mingəçevir və Varvara su anbarlarında təsadüf edilir.
Gravity Falls
Qraviti Fols (ing. Gravity Falls) — Aleks Hirş tərəfindən yaradılmış ABŞ istehsalı cizgi serialı. Seriyalar 15 iyun 2012-ci ildən, 15 fevral 2016-cı ilə qədər Disney Channel və Disney XD kanallarında nümayiş olunub. Serial Meyson "Dipper" Payns (ing. Dipper Pines) və onun əkiz bacısı Meybl Paynsın (ing. Mabel Pines) yay tətili üçün, Oreqonun müəmmalı, paranormal insidentlərin baş verdiyi, fövqəltəbii varlıqların yaşadığı Qraviti Fols qəsəbəsində yaşayan əmisi Stengilə (ing. Stan Pines) yollandıqdan sonra orada baş verən hadisələrdən bəhs edir. Uşaqlar Stenin sahib olduğu "Sirli daxma" (ing. The Mystery Shack) adlı turist tələsini işlətməkdə ona kömək edirlər və qəsəbədə baş verən sirləri araşdırırlar. Hirş 20 noyabr 2015-ci ildə serialın iki sezonla yekunlaşacağını bildirdi, və bunun "öz seçimi olduğunu, ləğv olunmadığını – serialın artıq sona çatdığı" dedi.
Avit
Mark Mesili Flavi Eparxi Avit (rus. Marcus Maecilius Flavius Eparchius Avitus), Roma tarixşünaslığında daha çox Avit kimi tanınır (395, Klermon-Feran – 457) — 455–456-cı illərdə Qərbi Roma imperatoru. 455-ci ildə Petroni Maksim vəfat etdikdən sonra Şimali Afrikada məskunlaşan vandallara qarşı mübarizəyə rəhbərlik etmək üçün vestqotlar tərəfindən imperator seçilmişdir. Şərqi Roma imperiyasından kömək ala bilmədiyi üçün 456-cı ildə vestqotlar tərəfindən taxtdan salınmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Sidonius Apollinaris, Panegyric for Avitus Hydatius, Chronicle John of Antioch, Chronicle Jones, Arnold Hugh Martin, John Robert Martindale, John Morris, "Eparchius Avitus 5", Prosopography of the Later Roman Empire, Volume 2, Cambridge University Press, 1992, ISBN 0-521-20159-4, pp. 196–198. Mathisen, Ralph W., "Avitus (9/10 July 455 – 17/18 October 456)", De Imperatoribus Romanis Max, Gerald E., Political Intrigue During the Reigns of the Western Roman Emperors Avitus and Majorian, Historia, 1979, pp. 225–237. Randers-Pehrson, Justine Davis. "Barbarians and Romans: The Birth Struggle of Europe, A.D. 400–700".
Cabarzadə Cavid
Cavid Cabarzadə (10 avqust 1997, Bülbülə – 24 oktyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Cavid Cabarzadə 1997-ci il avqustun 10-da Bakı şəhərinin Bülbülə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Cavid Cabarzadə 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Cavid Cabarzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cavid Cabarzadə oktyabr 24 — də Hadrutun azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Cabarzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Cabarzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cahit Arf
Cahit Arf (24 oktyabr 1910, Saloniki, Osmanlı imperiyası – 26 dekabr 1997, İstanbul) — Türkiyəli riyaziyyatçı. O, Arf halqaları və Arf yarımqrupu, budaqlanma teoremində Hasse-Arf teoremi, topologiyada 2 xarakteristik halqanın (düyün nəzəriyyəsi və cərrahi nəzəriyyədə tətbiq edilmiş) kvadratik formasının Arf invariantlığına görə tanınır. == Bioqrafiya == Cahit Arf 1910-cu il 11 oktyabrda Osmanlı imperiyasının bir hissəsi olan Salonikidə anadan olub. Ailəsi 1912-ci ildə Balkan müharibəsinin başlanmsı ilə İstanbula köçüb. Ailə nəhayət İzmirdə məskunlaşa bildi və Cahit Arf ibtidai təhsilini burada aldı. Türkiyə Təhsil Nazirliyindən təqaüd alandan sonra təhsilini Parisdə davam etdirdi və Paris Ali Normal Məktəbindən məzun oldu. Türkiyəyə qayıtdıqdan sonra o, Qalatasaray Liseyində riyaziyyat fənnini tədris etməyə başladı. 1933-cü ildə o, İstanbul Universitetinin riyaziyyat kafedrasına qoşuldu. 1937-ci ildə Cahit Arf Göttingenə getdi və Göttingen Universitetindən PhD dərəcəsini aldı. O, burada Helmut Hasse və Josue Kruz de Munyoz ilə birlikdə işləyib.
Cahit Bağçı
Cahit Bağçı (türk. Cahit Bağcı; 25 iyun 1964, Osmancık, Çorum ili) — Türkiyəli siyasətçi, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri == Həyatı == Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. O, üç dönəm – 2007 2011 və 2015-ci illərdə Çorumdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. Orta Şərq Texniki Universitetinin sosiologiya fakültəsini bitirib. Britaniyanın Mançester Universitetində doktorantura təhsili alıb. Türkiyə-Avropa İttifaqı parlament komitəsinin, NATO PA-nın üzvü olub. 1988-ci ildə Dövlət Planlanma Təşkilatının Sosial Planlaşdırma departametində işə başlayıb. 1993-cü ildə Van Yüzüncü İl Universitetində tədqiqatçı olub. Burada sosiologiya kafedrasında dosent və kafedra müdiri vəzifələrində çalışıb. Mançester Universitetində Türk tələbələri dərnəyini yaradıb.
Cahit Berkay
Cahid Berkay (3 avqust 1946, İsparta) — türk kino bəstəkarı. == Həyatı == 12 may 1946-cı ildə İsparta, Uluborluda anadan olmuşdur. == Diskoqrafiya == === Albomları === 1975: Teşekkür Ederim Babaanne / Teşekkür Ederim Babaanne (Enstrümantal) 1997: Film Müzikleri Vol. 1 1999: Film Müzikleri Vol. 2 2001: Film Müzikleri Vol. 3 2005: Sinema Bir Mucizedir Film Müziği 2007: Toprak (Cahit Berkay and Grup Zan) 2009: Yağmurdan Sonra 2012: Arda Kalan (feat. Derya Petek) === Digərləri === 1966: Ararım / Bahçelere Geldi Bahar (Selçuk Alagöz) 1967: Konya Kabağı / Bahçelerde Börülce (Rana Alagöz) 1980: Günlerimiz (Zülfü Livaneli) 1990: Yiyin Efendiler (Cem Karaca, Cahit Berkay, Uğur Dikmen) 1992: Nerde Kalmıştık?
Cahit Kayaoğlu
Cahid Qayaoğlu (türk. Cahit Kayaoğlu; 29 dekabr 1976, Elazığ) — Zaza kökənli Türkiyəli ssenarist və aktyor. Qurdlar Vadisi Pusqu serialında canlandırdığı Cahid Qaya personajı ilə tanındı. == Həyatı və karyerası == Zaza kökənlidir. Daha əvvəl Atatürk Hava Limanı Beynəlxalq Terminalında polis məmuru olaraq çalışdı. Qurdlar Vadisi Pusqu serialında 9-10 mövsümlər (230–300 bölümlər) ssenarisini yazdı və 4-10 mövsümlər (77–300 bölümlər) Cahid Qaya personajını canlandırdı. Qurdlar Vadisi Pusqu serialı ilə yanaşı Qurdlar Vadisi Vətən filmində ssenarisini yazdı və rol aldı.
Cavid Məmmədov
Şeyx Cavid (tam adı: Cavid Məmmədov; Babazanlı, Salyan, Azərbaycan SSR) — azərbaycanlı ilahiyyatçı-alim; Höccətül-islam vəl-müslimin, Əjdərbəy məscidinin axundu (2015-h.h.). Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxül-İslam Allahşükür Paşazadə 13 oktyabr 2015-ci ildə Cavid Məmmədovu Əjdərbəy məscidinin axundu təyin etmişdir.
Cavid Nuruyev
Cavid Əşirəf oğlu Nuruyev (3 mart 1998, Şərur, Naxçıvan Muxtar Respublikası – 4 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavid Nuruyev 1998-ci il martın 3-də Şərur şəhərində anadan olub. 2015–2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Cavid Nuruyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Cavid Nuruyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Nuruyev oktyabrın 4-də Madagizin azad edilməsi zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Nuruyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Nuruyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Cavid Yüzbaşiyev
Cavid Cavanşir oğlu Yüzbaşiyev (20 iyul 1995, Hənifə, Balakən rayonu – 16 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Cavid Yüzbaşiyev 20 iyul 1995-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. 2002-2013-cü illərdə M.P.Vaqif adına 1 saylı Tülü kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Cavid Yüzbaşiyev 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Cavid Yüzbaşiyev 2016-ci ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Yüzbaşiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Yüzbaşiyev oktyabrın 16-də Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Hənifə kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Yüzbaşiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cavid Zeynalov
Cavid Vaqif oğlu Zeynalov (17 oktyabr 1990, Mirimli, Yardımlı rayonu – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavid Zeynalov 1990-cı il oktyabrın 17-də Yardımlı rayonunun Mirimli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş çavuşu olan Cavid Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Zeynalov sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Zeynalov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Zeynalov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24. iyun 2021) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.
Cavid Çələbiyev
Cavid Çələbiyev (17 may 1992, Sumqayıt) — Azərbaycanı təmsil edən boksçu, 2013-cü il Dünya Çempionatının qalibi. == Karyerası == Cavid Çələbiyev 2013-cü ilin iyulunda Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra isə Cavid Çələbiyev Qazaxıstanın Almatı şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Cavid Çələbiyev turnirin 1/32 final mərhələsində Tacikistan nümayəndəsi Araz Avzalşoyeva (2:1), 1/16 final mərhələsində isə son olimpiadanın finalçısı olan Monqolustan nümayəndəsi Tugstsogt Nyambayara (2:1) qalib gəldi və Dünya Çempionatının 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Keniya nümayəndəsi Benson Giçaru oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cavid Çələbiyev rəqibi üzərində qələbə qazandı (2:1) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Hindistan nümayəndəsi Şiva Tapa oldu. Bu görüşdə də Cavid Çələbiyev rəqəbinə qalib gəldi (3:0) və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun Qazaxıstan nümayəndəsi Kayrat Yerəliyev oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cavid Çələbiyev rəqibi üzərində qələbə qazandı (2:1) və Dünya Çempionatının final görüşünə vəsiqə qazandı.
Cavid İmamverdiyev
Cavid İmamverdiyev (rejissor) — Azərbaycan rejissoru. Cavid İmamverdiyev (futbolçu) — yarımmüdafiəçi futbolçu.
Cavid İsmayıl
Cavid İsmayıl (tam adı:İsmayıl Cavid Əjdər oğlu; 1 iyun 1972, Çomaxtur, İliç rayonu) — Azərbaycan iqtisadçısı, hüquqşunas. İqtisad üzrə fəlsəfə doktoru, "İqtisadi araşdırmalar — beynəlxalq jurnal"ın təsisçisi, "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin sədr müavini. == Həyatı == Cavid İsmayıl 1 iyun 1972-ci ildə Naxçıvan MSSR-nin Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1988-ci ildə orta məktəbi, 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildə NDU-nun "Hüquq" fakültəsini, sonra isə 2018-ci ildə "Beynəlxalq münasibətlər" üzrə üçüncü ali təhsilini almışdır. Cavid İsmayıl hələ yeniyetmə vaxtlarından Azərbaycan xalqının SSRİ imperiyasına qarşı apardığı mübarizəyə, milli azadlıq hərəkatına qoşulmuş və könüllü olaraq Naxçıvan ərazisinə soxulmağa cəhd edən erməni quldurlarına qarşı döyüşlərdə fəal iştirak etmişdi. 1989-cu ildə sərhəd hərakatının və SSRİ imperiyasının sərhədlərinin dağıdığılmasının fəal iştirakçısı oıan yeniyetmə Cavid, 1991-ci ilin yanvar ayının 7-də, o vaxtın ən strateji sərhəd ərazisi sayılan, bugünkü Azərbaycan-Türkiyə sərhədinin yerləşdiyi ərazinin Azərbaycana aid olmasına baxmayaraq sərhəd idarə etmə tabeliyi o vaxtkı Ermənistan SSR-in ərazisində yerləşdiyindən Moskva bütün gücünü toplayaraq bu hissədən keçən sərhəd mühəndis-texniki qurğuların toxunulmazlığını təmin etməsində israrlı olduğu halda Cavid İsmayıl ilk olaraq az bir sayda silahdaşları ilə fədakarlıq göstərərək həmin strateji sahəni dağıtmağa nail oldular. Ümumilikdə milli azadlıq hərəkatı zamanı SSRİ DTK tərəfindən üç dəfə istintaqa cəlb edilən yeniyetmə Cavid İsmayıl məhz Türkiyə ilə sərhəddin açılmasında da fəallığına görə istintaqa da cəlb edilmişdi. Ümumiyyətlə xalq tərəfindən imperiyanın tikanlı məftillərinin dağıdılması və həmin hadisə Moskva şəhərində nəşr edilən ümumittifaq miqyaslı qəzet "Moskovski novosti"nin bir neçə nömrəsində işıqlandırlmışdı. Hərbi mükəlləfiyyətlidir, ailəlidir, üç övladı var.
Cavid İsmayılov
Cavid İsmayılov (25 yanvar 1978, Bakı) — 25.01.1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət və rəsmxət müəllimliyi ixtisası üzrə bakalavr (1999–2003) və Pedoqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsində təhsil almışdır (2003–2006). Azərbaycan Rəssamlar İttifaqının (2010) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Haliyədə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı vəzifəsində işləyir. Təsviri İncəsənət kafedrasının dosentidir. Həmin universitetin Memarlıq və təsviri incəsənət kafedrasında müəllim, baş müəllim (2010–2018), Naxçıvan Müəllimlər İnstitutunda İncəsənət kafedrasının müdiri vəzifələrində işləmişdir (2019–2020). == Uğurları == Əsərləri ABŞ-da – oktyabr 2000-ci ildə "Western Sprinqs" Qadınlar Klubunda, Oktyabr-noyabrda Ford Xatirə Kitabxanasında, yanvar 2001-ci ildə Avrasiya Konfransında, apreldə Beynəlxalq Araşdırmalar, Təhsil Mərkəzində, PUC dərnəyinin iclasında, Nortwest İndiana Dünya Ticarət Şurasında, Perdue Universiteti Calumetdə və may ayında Təşəbbüskarlıq-Ticarət sərgisində nümayiş etdirilmişdir. Naxçıvan Dövlət Universitetində (2004), Naxçıvan Rəssamlar Birliyində (2010, 2012), Türkiyə Cumhuriyyətinin Bolu şəhərində (2010) və Bakı şəhərində fərdi sərgilər keçirmişdir (2019). Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi "Naxçıvan — bəşəriyyətin beşiyi" I, II, III, IV və V Beynəlxlaq Rəsm Festivallarının iştirakçısıdır (2012, 2014, 2016, 2018, 2021). Respublikamızda və xarici olkələrdə keçirilən bir çox qarışıq sərgilərdə və festivallarda iştirak etmişdir.
Cavid Şahverdiyev
Cavid Əhmədov
Cavid Təvəkkül — rejissor, ssenari müəllifi. == Həyatı == Cavid Təvəkkül (Cavid Təvəkkül oğlu Əhmədov) 24 iyun 1974-cü ildə Tərtərdə anadan olub. Orta məktəbi Mingəçevirdə oxuyub. Tatarıstan Turizm Akademiyasının prodüserlik fakültəsinin məzunudur (1992-1997). Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili alıb. 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti tərəfidən tərəqqi medalı ilə təltif olunmuşdu. "Mən və şəhər" (2003), "Ağlayan əsgər" (2003) kliplərin müəllifidir. Aktyor Təvəkkül Əhmədovun oğludur. == Mükafatları == 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Cavad xan.
Cavid Əhədov
Cavid Əhədov — Azərbaycan rejissoru, aktyor. == Həyatı == Cavid Əhədov 1969-cu ildə anadan olmuşdur. 2015-ci ildə "Köhnə saat" animasiya filminin rejissor həllinə görə" Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatına layiq görülmüşdür. Çəkdiyi "Köhnə saat" filmi 2015-ci ildə "Ən yaxşı cizgi filmi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Ad günü (film, 1992) (cizgi filmi) Zəka yatarsa...
Cavid Əliyev
Cavid Əliyev (əsgər, 1996) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Cavid Əliyev (əsgər, 2001) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Cavid Nəcəfov
Cavid Nəcəfqulu oğlu Nəcəfov (1929, Novxanı – 21 may 2007) — dövlət xadimi Azərbaycan SSR "Kənd təsərrüfatı istehsalının mexanizasiya və elektrifikasiyası" idarəsində rəisi. == Həyatı == Əslən Novxanı kəndindən olan C.Nəcəfov 1929-cu ildə Bakı şəhərində anadan olub. Onun Məktəb illəri Böyük Vətən müharibəsinin ağır illərinə təsadüf edib. Ona görə də balaca Cavid çox çətinlik və ehtiyac içində, öz zəhməti, ağlı və biliyi sayəsində 1947-ci ildə orta məktəbi başa vurur və indiki Azərbaycan Texniki Universitetinin "Nəqliyyat" fakültəsinə daxil olur. 1952-ci ildə Azərbaycan Texniki Universitetini bitirdikdən sonra C.Nəcəfov elə həmin il əmək fəaliyyətinə başladı. İlk olaraq Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində mühəndis-mexanizator kimi işə qəbul edilib. 1953–54-cü illərdə həmin nazirlikdə böyük mühəndis vəzifəsinə keçirildi. Bu illərdə öz işgüzarlığı və zəhmətkeşliyi ilə digər işçilərdən fərqlənirdi. Ona görə də 1954–55-ci illərdə onu Karyaqin (indiki Füzuli) rayonunda MTS — da baş mühəndis vəzifəsinə təyin edirlər. Bundan sonra 1955–61-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində əvvəlcə böyük mühəndis, sonra isə "Mexanizasiya və elektrifikasiya" idarəsində rəis müavini – baş mühəndis vəzifələrinə qədər yüksəlmişdir.
Çavizm
Çavizm (isp. chavismo) — 1999–2013-cü illərdə Venesuela prezidenti olan Uqo Çavesin ideya və təcrübələrinə əsaslanan solçu siyasi ideologiya. Sosializm, solçu populizm, vətənpərvərlik, bolivarianizm və indixenizm elementlərini, həmçinin Karib hövzəsi və Latın Amerikası inteqrasiyasını özündə birləşdirir. Çavizm tərəfdarları üçün çavista (isp. Chavista) terminindən də istifadə edilir. Çavezin özü 2005-ci ildən bəri öz ideologiyasını "XXI əsr sosializmi" olaraq təyin edir.