Cavid İsmayıl (tam adı:İsmayıl Cavid Əjdər oğlu; 1 iyun 1972, Çomaxtur, İliç rayonu) — Azərbaycan iqtisadçısı, hüquqşunas. İqtisad üzrə fəlsəfə doktoru, "İqtisadi araşdırmalar — beynəlxalq jurnal"ın təsisçisi, "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin sədr müavini.
Cavid İsmayıl | |
---|---|
Cavid Əjdər oğlu İsmayıl | |
Doğum tarixi | 1 iyun 1972 (52 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Əjdər İsmayılov |
Elm sahələri | iqtisadiyyat, hüquq |
Elmi dərəcəsi | İqtisad üzrə fəlsəfə doktoru |
İş yeri |
|
Təhsili | |
Tanınır | İqtisadçı, Hüquqşunas, Araşdırmaçı |
Vikianbarda əlaqəli mediafayllar |
Cavid İsmayıl 1 iyun 1972-ci ildə Naxçıvan MSSR-nin Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1988-ci ildə orta məktəbi, 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildə NDU-nun "Hüquq" fakültəsini, sonra isə 2018-ci ildə "Beynəlxalq münasibətlər" üzrə üçüncü ali təhsilini almışdır.
Cavid İsmayıl hələ yeniyetmə vaxtlarından Azərbaycan xalqının SSRİ imperiyasına qarşı apardığı mübarizəyə, milli azadlıq hərəkatına qoşulmuş və könüllü olaraq Naxçıvan ərazisinə soxulmağa cəhd edən erməni quldurlarına qarşı döyüşlərdə fəal iştirak etmişdi.[1]
1989-cu ildə sərhəd hərakatının və SSRİ imperiyasının sərhədlərinin dağıdığılmasının fəal iştirakçısı oıan yeniyetmə Cavid, 1991-ci ilin yanvar ayının 7-də, o vaxtın ən strateji sərhəd ərazisi sayılan, bugünkü Azərbaycan-Türkiyə sərhədinin yerləşdiyi ərazinin Azərbaycana aid olmasına baxmayaraq sərhəd idarə etmə tabeliyi o vaxtkı Ermənistan SSR-in ərazisində yerləşdiyindən Moskva bütün gücünü toplayaraq bu hissədən keçən sərhəd mühəndis-texniki qurğuların toxunulmazlığını təmin etməsində israrlı olduğu halda Cavid İsmayıl ilk olaraq az bir sayda silahdaşları ilə fədakarlıq göstərərək həmin strateji sahəni dağıtmağa nail oldular.
Ümumilikdə milli azadlıq hərəkatı zamanı SSRİ DTK tərəfindən üç dəfə istintaqa cəlb edilən yeniyetmə Cavid İsmayıl məhz Türkiyə ilə sərhəddin açılmasında da fəallığına görə istintaqa da cəlb edilmişdi. Ümumiyyətlə xalq tərəfindən imperiyanın tikanlı məftillərinin dağıdılması və həmin hadisə Moskva şəhərində nəşr edilən ümumittifaq miqyaslı qəzet "Moskovski novosti"nin bir neçə nömrəsində işıqlandırlmışdı.[2]
Hərbi mükəlləfiyyətlidir, ailəlidir, üç övladı var.
Cavid İsmayıl professor Əjdər İsmayılovun oğlu, istiqlalçı, partizan, "Qırmızı tabor"un komandirlərindən olan, əsasən Şərur-Dərələyəz istiqamətində erməni daşnaqlarına qarşı mübarizə aparmış, Nuru Paşanın ödül verdiyi Tağı İsmayılovun isə nəvəsidir.
Cavid İsmayıl 1996-cı ildən bu hal-hazıra qədər Hüquq Mühafizə statuslu dövlət orqanında xidmət etməsilə yanaşı, hələ məktəbli vaxtlarından onun elmə olan böyük marağı bu istiqamətdə inkişaf etməsinə aparmışdır. Belə ki, 1997–2000-ci illərdə AMEA İqtisadiyyat İnstitutunun disertantı olmuşdur. 2000-ci ildə "Azərbaycan sənayesində sahibkarlığın formalaşması və inkişafına vergi sisteminin təsiri" mövzusunda dissertasiyasını müdafiə etmiş və iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.[3]
İkinci iş yeri olaraq iqtisad üzrə fəlsəfə doktoru kimi bir sıra ali məktəblərdə iqtisadiyyat və hüquq sahəsində dərslər demişdir.
Cavid İsmayıl mərkəzi Fransanın Paris şəhərində yerləşən dövri nəşrlər üçün nəzərdə tutulan ISSN 2522–9451 — Beynəlxalq Standart Seriya Nömrəsi (ing. International Standard Serial Number)[4] təqdim edilmiş müstəqil beynəlxalq elmi jurnal olan "İqtisadi araşdırmalar — beynəlxalq jurnal"ın təsisçisidir.[5] Bununla yanaşı mediada əsasən Cavid İsmayıl imzası ilə, publisist yazıları, hekayə və şeirləri ilə də tanınır.[6]
Eyni zamanda Cavid İsmayıl Azərbaycanın içtimai həyatında da, yaxından və çox fəal iştirak edir.[7] O, türk xalqların zəngin mədəniyyətini və qədim tarixini təbliğ etmək və türk xalqları arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə kömək etmək etmək, türk xalqlarının tarixini, mədəniyyətini, folklorunu və adət-ənənələrini təbliğ etmək, tarixi araşdırmaların aparılmasına dəstək vermək, o cümlədən Azərbaycan xalqının milli- mənəvi və tarixi dəyərlərinin qorunması sahəsində maarifləndirmə işi aparmaq[8], türk xalqları arasında həmrəyliyin və tarixi əlaqələrin gücləndirilməsinə yardım etmək məqsədilə yaradılmış "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin təsiçilərindən biri, sədr müavinidir.[9][10][11][12][13]