Cavid Vaqif oğlu Zeynalov (17 oktyabr 1990, Mirimli, Yardımlı rayonu – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Cavid Zeynalov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 oktyabr 1990(1990-10-17) |
Doğum yeri | |
Vəfat tarixi | 30 sentyabr 2020(2020-09-30) (29 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020-ci ildən |
Rütbəsi | Baş çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Cavid Zeynalov 1990-cı il oktyabrın 17-də Yardımlı rayonunun Mirimli kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun baş çavuşu olan Cavid Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Zeynalov sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Zeynalov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Zeynalov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]