Cavid Çələbiyev (17 may 1994, Sumqayıt) — Azərbaycanı təmsil edən boksçu, 2013-cü il Dünya Çempionatının qalibi.[1]
Cavid Çələbiyev | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Cavid Namiq oğlu Çələbiyev | ||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||
Doğum tarixi | |||||||||||
Doğum yeri | Sumqayıt, Azərbaycan | ||||||||||
Boyu | 174 sm. (5 ft 6 in) | ||||||||||
İdman növü | Boks | ||||||||||
Medallar
|
|||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Cavid Çələbiyev 2013-cü ilin iyulunda Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra isə Cavid Çələbiyev Qazaxıstanın Almatı şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.[2] Cavid Çələbiyev turnirin 1/32 final mərhələsində Tacikistan nümayəndəsi Araz Avzalşoyeva (2:1), 1/16 final mərhələsində isə son olimpiadanın finalçısı olan Monqolustan nümayəndəsi Tugstsogt Nyambayara (2:1) qalib gəldi və Dünya Çempionatının 1/8 final mərhələsinə adladı.[2] Bu mərhələdə onun rəqibi Keniya nümayəndəsi Benson Giçaru oldu.[2] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cavid Çələbiyev rəqibi üzərində qələbə qazandı (2:1) və turnirin 1/4 final mərhələsinə adladı.[2] Bu mərhələdə onun rəqibi Hindistan nümayəndəsi Şiva Tapa oldu.[2] Bu görüşdə də Cavid Çələbiyev rəqəbinə qalib gəldi (3:0) və turnirin yarım-final mərhələsinə adladı.[2] Finala gedən yolda isə onun Qazaxıstan nümayəndəsi Kayrat Yerəliyev oldu.[2] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cavid Çələbiyev rəqibi üzərində qələbə qazandı (2:1) və Dünya Çempionatının final görüşünə vəsiqə qazandı.[2] Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Vladimir Nihitin oldu.[2] Bu görüşdə Cavid Çələbiyev rəqibinə qalib gəldi (3:0) və Dünya Çempionatının qızıl medalına sahib oldu.[2] Bu 21 yaşlı Cavid Çələbiyevin nüfuzlu beynəlxalq turnirlərdə birinci qələbəsi oldu.
2015-ci ildə Birinci Avropa Oyunlarında və Dünya Çempionatında Azərbaycanı son Dünya çempionu Cavid Çələbiyevin əvəzinə gənc Tayfur Əliyev təmsil elədi. Tayfur Əliyevin olimpiya lisenziyasına sahib ola bilməməsindən sonra məşqçilər 2016-cı ildə Cavid Çələbiyevə etimad göstərdi. Cavid Çələbiyev 2016-cı ilin aprelində Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı və bütün rəqibləri üzərində qələbə qazanaraq həm turnirin qalibi oldu, həm də olimpiya lisenziyasına sahib oldu.[3] Bununla da Cavid Çələbiyev Azərbaycanı avqustda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi.[4] -56 Kq. turnirində çıxış edən Cavid Çələbiyev olimpiadanın 1/16 final mərhələsində Qazaxıstan nümayəndəsi Kayrat Yerəliyev oldu.[4] Görüşün birinci raundunda Cavid Çələbiyev qalib gəlsə də, növbəti raundlarda rəqibinə məğlub oldu.[4] Nəticədə Cavid Çələbiyev görüşü 0:3 hesabı ilə məğlub başa vurdu və Rio-de-Janeyro Olimpiadasında mübarizəsini dayandırdı.[4][5]
Olimpiadadan sonra Cavid Çələbiyev 2017-ci ilin mayında Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.
Həmin ilin iyununda isə Cavid Çələbiyev Avropa Çempionatında mübarizə apardı.[6] Cavid Çələbiyev turnirin 1/16 final mərhələsində Litva nümayəndəsi Edgaras Surdelisa qalib gəlsə də (4:1), 1/8 final mərhələsində Fransa nümayəndəsi Sofian Oumihaya gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə məğlub oldu (2:3) və Avropa Çempionatında mübarizəsini başa vurdu.[6]
2018-ci ildə Dünya və Avropa Çempionatları baş tutmadı. Cavid Çələbiyevin növbəti turniri 2019-cu ilin iyununda Belarusda baş tutan II Avropa Oyunlarında mübarizə apardı.[7] Cavid Çələbiyev turnirin 1/16 final mərhələsində Bosniya və Herseqovina nümayəndəsi Nihola İvhoviça (5:0), 1/8 final mərhələsində isə Moldova nümayəndəsi Dorin Busçaya (5:0) qalib gəldi və Avropa Oyunlarının 1/4 final mərhələsinə adladı.[7] Bu mərhələdə onun rəqibi Gürcüstan nümayəndəsi Otar Eranosyan ilə üz-üzə gəldi.[7] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cavid Çələbiyev rəqibinə 2:3 hesabı ilə məğlub oldu və medalın bir addımlığında mübarizəni dayandıraraq turniri beşinci pillədə başa vurdu.[7]
2020-ci ilin martında isə Cavid Çələbiyev London şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı.[8] Dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbilə turnir nəticələri saxlanılmaqla 2021-ci ilin aprelinə Paris şəhərinə (Fransa) təxirə salındı.[8] Nəticədə Cavid Çələbiyev turniri beşinci pillədə başa vuraraq olimpiya lisenziyasına sahib oldu və 2021-ci ilin avqustunda Azərbaycanı XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.[8] Olimpiadanın 1/16 final mərhələsində onun rəqibi Ukrayna nümayəndəsi Yaroslav Xartsiz oldu.[9] Həmin görüşdə Cavid Çələbiyev rəqibinə 5:0 hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı.[9] İyulun 31-də baş tutan 1/8 final mərhələsində isə Cavid Çələbiyev Ermənistan nümayəndəsi Ovanes Baçov ilə üz-üzə gəldi.[10] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cavid Çələbiyev rəqibinə 1:4 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.[10][11] Cavid Çələbiyev görüşdən sonra müsahibəsində "referilərin qərarını ədalətsiz" adlandırdı.[12]
Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2022-ci il tarixli 3695 nömrəli Sərəncamına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Çələbiyev Cavid Namiq oğlu "Tərəqqi" medalı ilə təltif edildi.[13]
Dünya Çempionatı | Qazaxıstan | |||
Avropa Olimpiya Təsnifat Turniri | Türkiyə | |||
Olimpiya Oyunları | Braziliya | |||
Avropa Çempionatı | Ukrayna | |||
Avropa Oyunları | Belarus | |||
Avropa Olimpiya Təsnifat Turniri | Fransa | |||
Olimpiya Oyunları | Yaponiya |