Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cihan Özkara
Cihan Özkara (14 iyul 1991, Hamm, Şimali Reyn-Vestfaliya) — Azərbaycan milli futbol komandasının oyunçusu. Hazırda Alamaniya 3-cü liqasının "Proyssen" klubunda oynayır. Hücumçu mövqeyində çıxış edir. == Karyerası == === Klub karyerası === Karyerası ərzində Azərbaycan, Almaniya və Türkiyə klublarının heyətində çıxış etmişdir. === Milli komanda karyerası === 2012-ci ildə Azərbaycan milli futbol komandasına dəvət olunmuş və indiyə kimi 18 oyunda meydana çıxmış və 1 qol vurmuşdur.
Noman Çələbi Cihan
Noman Çələbi Cihan (1885, Çirki[d], Tavriya quberniyası[d], Rusiya imperiyası – 23 fevral 1918, Sevastopol, Rusiya) — Krım Tatar əsilli xadim. == Həyatı == Noman 1885-ci ildə Krımın quzeyində, Canköy yaxınlığındakı Büyük Sunak kəndində yaşayan İbrahim Çələbinin ailəsində doğulub. Onu kənd məktəbinə göndəriblər, lakin məktəb hökumət tərəfindən qapadıldığından o təhsilini bölgədəki Akçokra mədrəsəsində, sonra isə Ağməsciddəki, yəni indiki Simferopoldakı Rüştiyyə və Bağçasaraydakı məşhur Zincirli mədrəsədə davam etdirib. Onun dünyagörüşünün formalaşmasında Mustafa Əfəndinin rolu böyük olub. Təhsil illərində İsmayıl bəy Qaspıralının "Tərcüman", Rəşid Mediyevin "Vətən xadimi" qəzetlərini və İstanbuldan gələn kitabları diqqətlə oxuyan, rus dili öyrənən və bu dil vasitəsilə inqilabçıların əsərlərini oxuyan, onların mitinqlərdəki çıxışlarını dinləyən Noman üsyankar bir ruhda böyüyüb. 1905-ci il inqilabı, inqilab nəticəsində bəzi islahatların həyata keçirilməsi, çarın xalqın xeyrinə bəzi güzəştlərə getməsi gənc Nomanı daha da ruhlandırıb. İmperya güclərindən xalqını qurtarmaq, haqsızlı-ğa, qanunsuzluğa son qoymaq üçün yollar axtarıb. Yeniyetməykən Krımda və İstanbulda nəşr olunan qəzetlərə məqalələr yazan Noman qohumları Əbdülhalim Çələbi və Əbubəkir Çələbinin maddi yardımıyla 1906-cı ildə təhsilini davam etdirmək üçün İstanbula gedir. Orada Mər-can İdadisində oxuyaraq dini biliklərini dərinləşdirir. Sonra universitetin hüquq fakültəsində təhsilini davam etdirir.
Turhan Cihan Şimşek
Turhan Cihan Şimşək, Almaniyanın Gəlincik şəhərində doğulmuşdur. İndi isə İstanbulda yaşayır. "Bez Bebek" serialında Səlim rolunu canlandıran və eyni zamanda Krispi reklamlarından da tanıdığımız Cihan, hazırda Disney Channeldə çəkilən Zəng Vurulanda serialında Metehan xarakterini canlandırır.
Turhan Cihan Şimşək
Turhan Cihan Şimşək, Almaniyanın Gəlincik şəhərində doğulmuşdur. İndi isə İstanbulda yaşayır. "Bez Bebek" serialında Səlim rolunu canlandıran və eyni zamanda Krispi reklamlarından da tanıdığımız Cihan, hazırda Disney Channeldə çəkilən Zəng Vurulanda serialında Metehan xarakterini canlandırır.
Nəcib Cihanov
Nəcib Cihanov (2 (15) yanvar 1911 – 2 iyun 1988, Ufa) — tatar bəstəkar, müəllim və dövlət xadimi. == Həyatı == 2 yanvar 1911-ci ildə Ural şəhərində anadan olmuşdur. Uşaqlar evində yaşayan Nəcib burada musiqi dərslərə almağa başladı. İlk musiqi müəllimi Svetçina Sankt-Peterburq Konservatoriyasının məzunu idi. 1928-ci ildə isə musiqi məktəbində oxumaq niyyəti ilə bacısı Faizanın yaşadığı Kazan şəhərinə gəldi. Kazan şəhərində N. A. Shevalinadan musiqi dərsləri almağa başladı. 1929-cu ildə Şərq Musiqi Kollecinə daxil olsa da, buradakı təhsilini davam etdirə bilmədi. Kollec müəllimləri ilə birgə çıxışlar edən Cihanov M. A. Pyatnitskayanın sinfində, violonçeldə - R.L.Polyakovda fortepianoda oxudu. 1931-ci ildə bəstəkar A.S. Klyuçaryovun məsləhəti ilə Moskvaya getdi və 1935-ci ildə məzun olduğu Regional Musiqi Kollecinə (indiki P.İ. Çaykovski adına Moskva Konservatoriyası nəzdindəki Akademik Musiqi Kolleci) daxil oldu. Üçüncü kursda ixtisasını dəyişib kompozisiya sinfində oxudu.
Cahan
Cahan — varlıqların məcmusu, bütün reallıq və ya mövcud olan hər şey. Cahanın təbiəti müxtəlif sahələrdə fərqli konseptuallaşdırılmışdır. Bəzi konsepsiyalar cahanı unikal olaraq görür, digərləri isə "cahanların çoxluğundan" danışır. Monistlər cahana sadə bir obyekt kimi yanaşır, pluralistlər isə cahanı hissələrdən ibarət kompleks kimi təhlil edir. Müxtəlif kontekstlərdə "cahan" termini, məsələn, Yer kürəsi və onun üzərindəki bütün canlılar, bütövlükdə bəşəriyyət, beynəlxalq və ya qitələrarası əhatə dairəsi ilə əlaqəli daha məhdud məna daşıyır. Bu mənada dünya tarixi bütövlükdə bəşəriyyət tarixinə aid edilir, dünya siyasəti millətləri və qitələri aşan məsələləri öyrənən politologiyanın intizamıdır. Digər nümunələrə "dünya dini", "dünya dili", "dünya hökuməti", "dünya müharibəsi", "dünya əhalisi", "dünya iqtisadiyyatı" və ya "dünya çempionatı" kimi terminlər daxildir. == Həmçinin bax == Empirizm Kainat Qlobus == İstinadlar == == Xarici keçidlər == World. The World Factbook. Central Intelligence Agency.
Cihad
Cihad yəni Allah yolunda savaşmaq — İslamda dinin vacib əməllərindən biridir. Bu savaşda məqsəd haqq ayinlərin kafirlərə qəbul etdirilməsi, İslam hakimiyyətinin bərpasıdır. Quran bir çox ayələrdə cihadı ən həyati bir prinsip kimi önə çəkir. Belə ki, Quranda cihadın fitnə aradan qalxıb, İslam hakimiyyəti bərpa olanadək davam etdirilməsinin zəruri olduğu qeyd olunur.: "(Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər (Allaha şərik qoşmağa) son qoysalar (bilsinlər ki), Allah onların nə etdiklərini görəndir (bunun əvəzində mükafatlarını verəcəkdir)." Cihadı 5 qismə bölmək olar: Kafirlərə tövhidi qəbul etdirmək üçün ibtidai cihad (allahpərəstliyin, ədalətli ictimai quruluşun bərqərarı, İslamın bərqərarı, məzlumlar və məhrumların zülm-sitəmdən qurtuluşu, fitnə-fəsadın aradan qaldırılması, haqpərəstlik) Zamənə imamının icazəsi ilə şərtlənmiş cihad (şiə məzhəbində — zamanə imamı qeybə olduğundan bu cihad hazırda mümkünsüzdür); Müsəlmanları öldürmək və ya qarət etmək məqsədilə hücum edən kafirlərlə savaş; onların məqsədi İslamın kökünü kəsmək olur; Müsəlmanları öldürmək, onların malını qarət etmək üçün hücum edən kafirlərlə cihad; bu cihadda kafirlərin İslamı məhv etmək məqsədi olmur; Canın, malın və namusun müdafiəsi üçün savaş; bu savaşda məqsəd İslam torpaqlarını, müsəlmanların can və malını düşməndən qorumaqdır. Bu savaş yalnız düşmənin hücumundan sonra baş verir və siz malınızı, canınızı, namusunuzu, şərəfinizi qorumaq üçün düşmənlə savaşa qalxmalısınız.
Cihaz
Qurğu (yun. ,ing. device) — süni şəkildə yaradılan və texnika sahəsində müəyyən funksiyaların həyata keçirilməsi üçün istifadə olunan obyektdir. Sinxronlaşdırıcı impulslar olmadan işləyə bilən qurğular asinxron qurğular adlanır. Bu qurğuların tərkibində xüsusi sxemlər olur ki, hər bir mikroəməliyyat bitdikdən sonra həmin sxem növbəti mikroəməliyyatın başlanmasına icazə verən impuls göndərir. Asinxron qurğuların cəldliyi sinxron qurğulara nisbətən daha yüksəkdir. == Elektrik cihazlarının siyahısı == Akselerometr - təcili ölçən cihaz. Ampermetr - cərayan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur.
Cahan Ağamirov
Ağamirov Cahan Mirbaba oğlu (19 aprel 1945, Təbriz) — Azərbaycanlı nizamişünas, şərqşünas, fars dili mütəxəssisi və filologiya üzrə fəlsəfə doktoru. Gəncə Dövlət Universitetinin Praktik xarici dillər kafedrasının baş müəllimi. Cahan Ağamirov, "İran ədəbiyyatşunaslıqında Nizami irsinin öyrənməsi və tədqiqi" mövzüsünda dissertasiya işinin müəllifidir. Alim, XII əsrdə yaşamış Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin mədəni irsinin öyərnilməsi sahəsindəki fəaliyyətlərinə görə tanınmışdır. == Həyatı == Cahan Ağamirov 1945-ci ilin 29 aprel tarixində İranın Təbriz şəhərində anadan olmuşdur. Həmin dövrdə ölkə Pəhləvilər sülaləsi tərəfindən idarə edilməkdə idi. Babası Hacı Seyyid Ağabala ağa Gəncədə dövrün tanınmış din xadimi olmuşdur. Atası Mirbaba Ağamirov, XX əsrin əvvəllərindən etibarən tez-tez İrana səfərlər etmiş və Təbriz şəhərində ticarət əlaqələri yaratmışdır. Atasının Təbriz-Gəncə arasında ticarətlə məşğul olduğu və əsasən müxtəlif ədviyyat məhsullarını İrandan gətirərək, Gəncə bazarlarında satdığı məlumdur. Tez-tez İrana səfərlər etməsi və İrana məxsus passporta sahib olması səbəbindən 1937-ci ildə atası Mirbaba Ağamirov İrana sürgün edilmişdir.
Cahan Holding
Cahan Holdinq — 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir. Holdinq avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir. Prezidenti Vüqar Abbasov olan "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqı yarandığı gündən indiyədək Azərbaycan Respublikasında fəaliyyət göstərməklə Respublikamızın sosial iqtisadi inkişafında, bir sıra yeni iş yerlərinin açılmasında həmçinin respublika vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında öz töhfələrini vermişdir.
Cahan Holdinq
Cahan Holdinq — 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir. Holdinq avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir. Prezidenti Vüqar Abbasov olan "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqı yarandığı gündən indiyədək Azərbaycan Respublikasında fəaliyyət göstərməklə Respublikamızın sosial iqtisadi inkişafında, bir sıra yeni iş yerlərinin açılmasında həmçinin respublika vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında öz töhfələrini vermişdir.
Cahan Məmmədov
Cahan Məmmədov — 1993–2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini, "Şərəf nişanı" ordeni təltifçisi. == Həyat və fəaliyyəti == 1949-cu ildə Tovuz rayonunda anadan olub. 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırması, iqtisadiyyatı və təşkili fakültəsinə daxil olub, həmin institutu 1975-ci ildə bitirərək, iqtisadçı ixtisasını almışdır. 1968–1970-ci illərdə Almaniya DR-da hərbi xidmətdə olub. 1970–1972-ci illərdə Bakı Baş tikinti idarəsinin 12 №-li Tikinti Quraşdırma İdarəsində çilingər; 1972–1976-cı illərdə Azərbaycan Dövlət Əmək Ehtiyatlarından İstifadə Komitəsində mühəndis-iqtisadçı, böyük iqtisadçı; 1976–1986-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İstehsalat Texniki Təminat Komitəsində texniki rezin məmulatları şöbəsində böyük mühəndis-iqtisadçı, Xüsusi geyim, təsərrüfat malları və avadanlıqların təckizatı şöbəsinin rəisi, Tikinti Materiallarının təchizatı şöbəsinin rəisi, Maşın, avadanlıq və istehsal təyinatlı malların təchizatı üzrə Baş idarəsinin rəisi; 1986–1989-cu illərdə Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsində Maddi-Texniki Təchizat üzrə Baş idarənin rəis müavini, rəisin birinci müavini; 1991–1992-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Maddi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifələrində işləmişdir. 1992-ci ilin dekabr ayından 1993-cü ilin may ayına kimi həmin Nazirliyin "Azəraqro-təchizatmexanikləşdirmə" Respublika İstehsalat Birliyində sədrin birinci müavini; 1992-ci ildə Rusiya FR-nın Sankt-Peterburq Dövlət İqtisad Universitetində "Bazar iqtisadiyyatı şəraitində Aqrar bölmənin maddi-texniki təminatı" mövzusunda iqtisad elmləri namizədi dərəcəsi almaq üçün müdafiə edib. 1994–2015-ci illərdə "Marketinq" kafedrasında saathesabı müəllim işləyib. 1993–2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini vəzifələrində çalışmışdır. 2008-ci ildən Azərbaycan Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətində – Aparatın rəhbəri vəzifəsində işləyir. Çoxsaylı məqalələri, dərslik və dərs vəsaitləri çapdan çıxmışdır.
Cahan Məmmədzadə
Cahan Saleh oğlu Məmmədzadə (24 avqust 1994, İsmayıllı rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cahan Məmmədzadə 1994-cü il avqustun 24-də İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub. Nişanlı idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Cahan Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cahan Məmmədzadə noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahan Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahan Məmmədzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahan Məmmədzadə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Cahan Pəhləvan
Məhəmməd Cahan Pəhləvan (fars. محمد جهان پهلوا‎; tam adı: Cahan Pəhləvan Şəms əd-Diniyə va-d-Din Əbu Cəfər Məhəmməd ibn Eldəniz, fars. نصرت الدین محمد بن ایل دنیز‎; Nüsrətəddin Əbu Cəfər Məhəmməd Cahan Pəhləvan; 1136 və ya 1137, اردبیل, Eldənizlər və ya Naxçıvan – fevral 1186 və ya aprel 1186, Həmədan, Eldənizlər) — Atabəylər dövlətinin ikinci hökmdarı, Atabəy Şəmsəddin Eldənizin oğlu, sərkərdə. 1175-ci ildə Atabəy Şəmsəddin Eldənizin ölümündən sonra taxt-taca sahib oldu. Atabəy Şəmsəddin Eldəniz 1175-ci ilin oktyabr-noyabr aylarında vəfat etdi. Onun ölüm xəbəri o zaman Həmədanda olan oğlu Cahan Pəhləvana yetişəndə o, dərhal Naxçıvana gəldi, dövlət xəzinəsini və taxt-tacın əmlakını, eləcə də bütün qoşunları öz nəzarəti altına saldı. Eldənizin siyasətindən narazı olan İraq əmirləri Cahan Pəhləvanın Həmədanı tərk etməsindən istifadə edərək, Sultan Arslanşahı böyük ordu ilə Azərbaycana hücum etməyə təhrik etdilər, lakin Zəncanda xəstələnərək, Həmədana qayıdan sultan Arslanşah, Cahan Pəhləvanı Həmədana dəvət edir, dövlət idarəsini ona tapşırdıqdan az sonra vəfat edir. Mənbələr onun Atabəy tərəfindən zəhərlənməsini də təsdiq edir. Rəqibini aradan götürən atabəy, Arslanşahın 7 yaşlı oğlu III Toğrulu sultanlıq taxtına əyləşdirir, özü də onun atabəyi olur. Bundan az sonra Cahan Pəhləvan onun tabeliyindən çıxmış vassalı, Xuzistan hakimi Aydoğdu Şimlanın çıxışını yatırmalı oldu.
Cahan Talışinskaya
Cahan Rza qızı Talışinskaya (9 fevral 1909, Lənkəran, Lənkəran qəzası – 1 mart 1967, Bakı) — Azərbaycan müğənnisi-xanəndəsi, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == === İlk illəri === Cahan xanım Talışinskaya 1909-cu ildə fevral ayının 9-da Lənkəran şəhərində anadan olmuşdur. O, Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı idi. 1918-ci ildə onun ailəsi Bakıya köçür. Cahan böyük bacısı Bilqeyis xanımın evində qalırdı. Bilqeyis xanım "Yeni yol" qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi. O, Azərbaycan qızlar seminariyasına qəbul olundu və eyni zamanda musiqi və vokal ilə marağlanırdı. Bacısının evində piano var idi və Cahanın gözəl musiqi qabiliyyəti olduğundan tanış melodiyaları pianoda çalırdı. Beləliklə, xüsusi musiqi savadı olmadan o, pianoda və tarda gözəl ifa edə bilirdi. Xanəndənin oğlu, Azərbaycanın əməkdar memarı Nazim Məmməd oğlu Hacıbəyov öz xatirələrində Cahan xanımın hər hansı bir alətdə, – istər qarmon, istər fleyta, istər qaval olsun, – necə asanlıqla çalmağından danışır.
Cahan Teymur
İzzəddin Cahan Teymur — Elxanlılar sülaləsindən, elxanlığa iddiaçı. Atası Keyxatunun oğlu Alafranq idi. == Həyatı == 1339-cu ildə Tacəddin Həsən noyon tərəfindən taxta gətirilmişdi. Haqqında çox məlumat yoxdur. Adına sikkə kəsilən bölgələrə Bağdad, Bəsrə, Ərzincan, Mosul, Samsun, Sincar daxil idi. 1340-cı ildən sonra Həsən Cəlayir müstəqil hakimiyyətə başladı.
Cahan şah
Müzəffərəddin Cahan ibn Yusif və ya Cahanşah (1397, Mardin – 11 noyabr 1467, Muş) — dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi. Cahanşah Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. "Həqiqi" təxəllüsü ilə Azərbaycan ədəbiyyatında öz yeri olan şairdir. == Uşaqlıq və gənclik illəri == Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa indiki Ermənistan ərazisi, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olur. Cahanşah hələ erkən yaşlarından atası Qara Yusifin hərbi yürüşlərində və dövlət idarəçiliyində iştirak edərək həm də yaxşı təhsil almışdır. O öz dövrünün ən savadlı və maarifpərvər hökmdarlarından sayılır. 1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər. Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən Şirvanşah I Xəlilullahın köməyinə Şahrux gəlir.
Cao Zihan
Cao Zihan (d. 4 sentyabr 1993) — Çini təmsil edən su poloçusu. == Karyerası == Cao Zihan, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Cihad Abaoğlu
Cihad Abaoğlu (türk. Cihat Abaoğlu; 1914, Konya, Konya vilayəti – 25 dekabr 1979, İstanbul) — Türkiyə həkimi. O, 1939-cu ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirmişdir. Abaoğlu 1947-ci ildə universitetə daxil olmuş, 1961-ci ildə İstanbul Universiteti Tibb Fakültəsinin professoru olmuşdur. O, 1965-ci ildə həmin universitetin dekanı olmuşdur. Abaoğlu 1979-cu ildə İstanbulda vəfat etmişdir. Onun çap olunmuş 3 kitabı var.
Cihad Abdo
Cihad Abdo (ərəb. جهاد عبدو‎; 21 oktyabr 1963 və ya 21 oktyabr 1962, Dəməşq) — məşhur suriyalı aktyor. == Həyatı == 21 oktyabr 1962-ci ildə Suriyanın Dəməşq şəhərində anadan olmuşdur. Dəməşq Universitetini bitirmişdir. == Mühacirət == Cihad Abdo 2017-ci ildə ABŞ-də siyasi sığınacaq alıb. Rejimə etiraz edən Cihad Suriyada baş verən vətəndaş müharibəsindən sonra Şamdan Los-Ancelesə qaçmaq məcburiyyətində qalıb. Bu ölkədə öz peşəsinə uyğun iş tapmayan Abdo aylıq maaşı 300 dollar olan kuryerliklə məşğul olmaq qərarına gəlib. == Ailəsi == Həyat yoldaşı Fadia Afashe insan hüquqları üzrə vəkildir. == Karyerası == Cihad Abdo 43 filmdə rol alıb. Onu Hollivuda 2011-ci ildə çəkildiyi "Bab al Hara" (azərb.
Cihat Arman
Cihat Arman (16 iyul 1915, İstanbul - 14 may 1994, İstanbul) — Türkiyə futbolçusu, qapıçı, məşqçi. == Həyatı == Cihat Arman 16 iyul 1915-ci ildə İstanbulda anadan olmuşdur. === Oyunçu karyerası === 15 yaşında futbol oynamağa başladı. Qapıçı mövqeyisində çıxış edirdi. Oyun karyerasına 1934-1937-ci illərdə çıxış etdiyi Gənclərbirliyində başlamışdır. Sonradan, 1939-cu ildə bağlanan Güneş klubuna keçdi. Onun növbəti və oyunçu karyerasında sonuncu klubu Fənərbaxça oldu. Onun heyətində 308 matç keçirmiş və "Uçan qapıçı" ləqəbini qazanmışdır. 1944-cü ildə Türkiyə çempionatının qalibi oldu, üç dəfə İstanbul Futbol Liqasında (1944, 1947-1948) qalib gəlmişdir, İstanbul Liqa Kubokunu (1945) qazanmışdır. 1936-cı ildə Berlində keçirilən Yay Olimpiya Oyunlarında 9-16-cı yerləri bölüşən Türkiyə milli futbol komandasının üzvü idi.
Ciran (Piranşəhr)
Ciran (fars. جران‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 236 nəfər yaşayır (34 ailə).
Do Jihan
Do Ji-han (24 sentyabr 1991, Seul) Cənubi Koreya-lı aktyorudur. O The Tower (2012) filmində və KBS2-nin Hwarang: The Poet Warrior Youth (2016–2017) serialındakı rolları ilə tanınır. 26 dekabr 2018-ci ildə hərbi xidmətə çağırılıb. == Həyatı == Ci-Han 24 sentyabr 1991-ci ildə Tecon, Cənubi Koreya-da doğulmuşdur.Ci-Han, 24 dekabr 2018-ci il tarixdə məcburi hərbi xidmətə göndərildi.
Georgiya Şihan
Lauren Cohan
Loren Koen (ing. Lauren Cohan; 7 yanvar 1982, Çerri-Hill, Nyu Cersi) — amerikalı-britaniyalı aktrisa və model. AMC telekenalında yayımlanan "Gəzən ölülər" serialındakı Meqqi Qrin personajı ilə tanınma qazanmışdır. O, 2023-cü ildən etibarən "The Walking Dead: Dead City" serialında öz rolunu yenidən ifa edir. Loren həm də "Fövqəltəbii", "Vampirin gündəlikəri" və "Çak" seriallarına çəkilmişdir. == Həyatı == Loren Koen 7 yanvar 1982-ci ildə Nyu-Cersi ştatının Çerri-Hill şəhərində anadan olmuşdur. Atası amerikalı, anası isə şotlanddır. O, 13 yaşına qədər Nyu-Cersidə böyümüşdür. Gənc yaşlarında anasının vətəni olan Böyük Britaniyaya, Surreyə köçmüşdür. Loren həm də bir il Corciya ştatında yaşamışdır.
Mark Şihan
Mark Şihan (29 oktyabr 1976, Dublin – 14 aprel 2023) — müğənni, bəstəkar, musiqiçi, gitaraçı, mahnı müəllifi. 1996–2001-ci illərdə Mytown qrupunun üzvü olub. 2001-ci ildə The Script alternativ rok qrupunun həmtəsisçisi olub və gitara ifa edib. == Həyatı == 1976-cı il oktyabr ayının 29-da İrlandiyanın paytaxtı Dublin şəhərində anadan olub. Kiçik yaşlarından gitara dərslərinə gedən Mark 1996-cı ildə dostu Danny O'Donoghue ilə "MyTown" pop qrupunu yaradır. O bu qrupda gitarist vəzifəsini yerinə yetirirdi, ancaq onun vokalist bacarığı da var idi. 2001-ci ildə "MyTown" qrupu dağılır. Bu qrupun 4 üzv var idi. O və Danny O'Donoghue 2001-ci ilin payızında The Script pop-rok qrupunu yaradırlar (The Script hazırda yalnız rok qrupudur). "The Script" qrupuna 1 üzv daha dəvət edilir (Glen Power).