Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
OPEC
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. == Haqqında == OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
OPEK
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. == Haqqında == OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Anna Maria Jopek
Anna Mariya Yopek (14 dekabr 1970, Varşava) — Polşa caz müğənnisi. == Həyatı == 14 dekabr 1970-ci ildə Varşavada doğulub. == Albomları == Ale jestem (1997) Szeptem (1998) Jasnosłyszenie (1999) Dzisiaj z Betleyem (1999) Bosa (2000) Barefoot (international edition of Bosa) (2002) Nienasycenie (2002) Upojenie (feat.
Anna Mariya Yopek
Anna Mariya Yopek (14 dekabr 1970, Varşava) — Polşa caz müğənnisi. == Həyatı == 14 dekabr 1970-ci ildə Varşavada doğulub. == Albomları == Ale jestem (1997) Szeptem (1998) Jasnosłyszenie (1999) Dzisiaj z Betleyem (1999) Bosa (2000) Barefoot (international edition of Bosa) (2002) Nienasycenie (2002) Upojenie (feat.
DJ Mic Check
Sagopa Kajmer (türk: [sɑgopɑ kɑʒmæɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic Check və Silahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978, Samsun) — Türkiyə reperi, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısı və diceyi. Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceyliklə işləməyə başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi(tr) Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu. 1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda Silahsız Kuvvet adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan Yeraltı Operasyonu albomunda yer aldı. Əvvəl Silahsız Kuvvet təxəllüsünü istifadə edən sənətçi daha sonra Sagopa Kajmer adından istifadə etməyə başladı və Sagopa Kajmer adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə On Kurşun, 2004-cü ildə Bir Pesimistin Gözyaşları albomunu yayımladı. G.O.R.A. filminin musiqilərini bəstələdi.
Köpək
İt — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. == Haqqında == Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asan tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaça bilir və yaxşı üzür.
Çopak
Çopak (mac. Csopak) — Macarıstanın Vesprem medyesində Balaton gölünün ətrafında yerləşən kənd. Ənənəvi üsullarla istehsal edilən şərabına görə daha çox tanınır. Çopakda çimərliyi Macarıstanın ən çox turist qəbul edən məkanlarından biridir. Çimərliyin ətrafı qumla örtülmüşdür. Kənddə avqust ayları ərzində şərab günləri keçirilir. Mərasimlərdə xalq musiqisi ifa olunur və yerli sakinlər tərəfindən Çopak mətbəxinin müxtəlif təamları turistlərə təqdim edilir.
Çökək
Çörək
Çörək ― xəmirin bişirilməsi ilə əldə olunan un məmulatı. Bu xəmirə çox vaxt duz, birləşdirici maddələr, qıcqırdıcı və bəzi çörək növlərinə isə günəbaxan, xaşxaş və başqa bitki tumları da əlavə edilir. Tumlar çörəyin üzərində bəzək kimi də istifadə edilə bilər. Çörək ayrıca da yeyilir. Çox vaxt onu yağla, mürəbbə, bal və ya pendirlə yeyirlər. Avropa arasında müxtəlif ət deli hazırlanmış yeməklər olan çörəyə tez-tez rast gəlinir. Bu buterbrod adlanır. Çörəkdən sendviç üçün də istifadə edilir. Çörəyi ayrıca yemək olar, kərə yağı, fıstıq və ya günəbaxan yağı, mürəbbə, marqarin, marmelad, mürəbbə, jele, bal ilə də istehlak edilir ki, bu da mahiyyətcə sendviç adlanan yeməkdir. Çörək sendviç bazası kimi də istifadə olunur.
Bul (çörək)
Bul (fr. Boule)- Fransız dilində "Top" mənası verən, Fransız çörəyinin ənənəvi forması ki bir əzilmiş topa bənzər.Hər hansı un növü ilə hazırlana bilən bir köntöy bulka forma dır.
Karel Çapek
Karel Çapek (9 yanvar 1890[…], Male-Svatonyovise[d][…] – 25 dekabr 1938[…], Vinoqradı[d]) — çex yazıçısı. == Həyatı == 1915-ci ildə Praqa universitetinin fəlsəfə fakültəsini bitirmiş, kitabxanaçı, ev müəllimi işləmiş, jurnalistlik etmişdir. İlk hekayələrini qardaşı Yozef Çaperlə birlikdə yazmışdır. R.U.R (Rossumun Universal Robotları), "Makropulos üsulu" (1922), sosial-fantastik pyeslərində , "Mütləq fabriki" (1922), "Krakatit" (1924) romanlarında, "İtaliyadan məktublar" (1923), "İngiltərədən məktublar" (1924), yol oçerklərində, yumoristik hekayələrində burjua cəmiyyəti tənqid olunur. "Hordubal" (1933), "Meteor" və "Adi həyat" (hər ikisi 1934) trilogiyası kiçik adamların acınacaqlı taleyindən bəhs edir. "Salamandralarla müharibə" (1936) fantastik romanında, "Ağ xəstəlik" (1937), "Ana" (1938) pyeslərində militarizm, faşizm və irqçilik nəzəriyyəsi satira atəşinə tutulur. Yaradıcılığı müasir sosial fantastikanın inkişafına əhəmiyyətli təsir göstərmişdir.
Köpək balığı
Köpəkbalıqları (lat. Selachimorpha) — Qığırdaqlı balıqların dəstəüstü. Bura 8 müasir dəstə, 20 fəsilə və 350-yə yaxın növ daxildir. Bundan başqa dəstəüstünə 4 nəsli kəsilmiş dəstə də daxildir. Təxminən 400 milyon ildir ki, köpək balıqları mövcuddurlar. Bədənində sümük əvəzinə qığırdaq olan bu balıqlar suda çox çevik hərəkət edirlər. Akulaların həyat tərzi çox müxtəlifdir, əksəriyyəti yırtıcıdır, balıqla qidalanır, yalnız balina-akula və nəhəng akula plankton yeyəndir; az miqdarda olsa da bentosla qidalanan növləri də var. Qidalanmada qoxu bilmənin əhəmiyyəti böyükdür. Akulalar qana qarşı daha çox həssasdır, insan üçün də təhlükəlidir. İnsana hücum edən akulalardan pələngi akulanı, ağ akulanı, çəkici akulanı, qumluq akulalarını göstərmək olar.
Köpək pozası
Kövrək çörək
Kövrək çörəyi paxlava, piroq istehsalında istifadə edilən kövrəkdən fərqlidir. Oxlov ilə açılmış xəmirin saç üzərində bişirilməsi ilə əldə edilər. Kövrək çörəyinin ən əhəmiyyətli xüsusiyyəti dayanıqlı olmasıdır. Türk mədəniyyətində köməkləşərək bir səfərdə qonşu və qohumların da iştirakıyla edilər. Edildiyi zaman isə hər kəs üçün çox miqdarda edilər. Üst üstə düzülərək lay halında anbarlanar və üzəri örtülər. İstifadə ediləcəyi zaman üzərinə su səpilər bir az gözlədilərək yumşalması təmin edilər. yeyilməyə hazır hala gələn kövrək, eləcə yenilə bildiyi kimi, müxtəlif yemək vəsaiti olaraq da istifadə edilə bilər.
Meyvəli çörək
Meyvəli çörək (alm. Früchtebrot‎) — Avstriya və alman mətbəxinin ənənəvi yeməyi. Xəmirdə quru meyvələrin böyük bir payı ilə, şirin çörəklə təqdim olunur. Meyvəli çörək, adətən, kiçik çörəklər şəklində bişirilir, şirəli və möhkəm xəmirə malikdir, üzərində bəzən badam və albalı ilə bəzədilmiş qurudulmuş meyvə və qoz-fındıq görünür. == Tarixi == Cənubi Almaniya, Avstriya və Cənubi Tirolda, milad üçün qurudulmuş armudların çörəklərə əlavə edilməsinə dair bir ənənə var idi. Dialektdən asılı olaraq, bu xəmirlərə Hutzeln, Hutzen (Alemannik dialekti) və ya Kletzen (Bavaro-Avstriya ləhcəsi) adını verdilər. Maddi rifahın artması və cənub meyvələrinin idxalatının inkişafı ilə meyvəli çörəyin üçün reseptlərə quru ərik, kişmiş, xurma, əncir və digər quru meyvələrdən daxil edilmişdir. Əvvəlcə çörək xəmirinə heç bir dadlandırıcı əlavə edilmədikdə, sonra reseptə bal və ya şəkər daxil etməyə başladı. Bəzən meyvə xəmir görünüşünü pozan normal bir maya çevrildi, lakin qurudulmuş meyvələri yandırmağa imkan verdi. == Adət və mərasimlər == Meyvəli çörək Andreyev günündə (30 noyabr) bişirilir.
Çökək Hamam
Çökək hamam — Gəncədəki Cümə Məscidi yaxınlığında yerləşən tarixi hamamdır. 1606-cı ildə memar Şeyx Bəhaəddinin layihəsi əsasında Gəncədə tikilmişdir. Binanın tikintisində gil-əhəng qatışığı və qırmızı kərpicdən istifadə olunub. Bina günbəzlidir. Tikilidə bir ara dekorativ sənət mərkəzi yerləşmişdir. 2013-cü ildə təmir işləri aparıldıqdan sonra tarixi abidəni "V&GO" Hoteli qanunsuz olaraq hamam-saunaya çevirmişdir. == Tarixi və memarlıq quruluşu == Səfəvi hökmdarı I Abbasın əmri ilə 1601-ci ildə Gəncədə Cümə məscidinin (yaxud Şah Abbas məscidi) inşasına başlanılmışdır. 1606-cı ildə Cümə məscidinin inşasından bir müddət sonra memar Şeyx Bahəddin həmin il bir az yaxınlıqda Çökək hamamın tikintisinə başlayıb. Hamamın tikintisində o zamanın ənənəvi materialları – qırmızı kərpic və yumurtanın ağı, gil və əhəngin bərkidici qarışığından istifadə edilib. Hamam iki iç-içə zaldan ibarətdir: mərkəzində çarhovuz və fəvvarə olan əsas zal istirahət üçün, kiçik zal isə yuyunmaq üçün nəzərdə tutulub.
Çökək Xuluf
Çökək Xuluf — Azərbaycan Respublikasının Şəmkir rayonunun Keçili kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Keçili kənd inzibati ərazi vahidinin tərkibindəki Çökək Xuluf kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Çörək (1970)
Çörək ağacı
Çörək ağacı (lat. Artocarpus altilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin artokarpus cinsinə aid bitki növü. Malayziya, İndoneziyavə Papua Yeni Qvineyada bitir. Vətəni Malay arxipelaqıdır. Cənubi Asiyada daha çox becərilir və əhalinin qidasında mühüm əhəmiyyətə malikdir. == Meyvəsi == Çörək ağacı diametri 15-30 sm olan dairəvi formada mürəkkəb meyvə əmələ gətirir. Qabığı yaşıl, sarımtıl-yaşıl və ya qəhvəyi rəngdədir. Ətliyi xəmirəoxşar sarımtıl kütlədən ibarətdir. Daxilində 2-3 ədəd şabalıd boyda iri toxumu olur. Meyvəsinin iyi xoşagəlməzdir.
Çörək muzeyi
Çörək muzeyi (Ağdam) — Azərbaycanın Ağdamda çörək və çörək məmulatları, əkinçilik alətləri, onların tarixi haqqında muzey. Çörək muzeyi (Ulm) — Almaniyanın Ulm şəhərində yerləşən çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında muzey.
Çörək qiyamları
Tunisdə çörək qiyamları — 1980-ci illərdə Tunisdə baş vermiş qiyamlar. İlk hadisə Kebili qubernatorluğunun, Duz rayonunun mərkəzi Duz şəhərində baş verdi. Qərb mətbuatında dərhal çörək qiyamları adlandırılan hadisələr üç planda səciyyələnə bilər: . Birinci -beynəlxalq. Bu mənada Tunis qiyamları tipoloji olaraq Misirdə 1977-ci il yanvar partlayışından, Tunis qiyamlarının qurtarmasından dərhal sonra Mərakeşdə 1984-cü ildə başlayan gərginliyə qədər Şimali Afrika ölkələrində baş verən bütün qiyamlara oxşayır. İkinci ümummilli miqyasda. Hər yerdə olduğu kimi, qiyamların bilavasitə bəhanəsi, qarşısında öhdəlik götürmüş hökumətlərin Beynəlxalq Valyuta Fondunun tövsiyələri ilə , bu fondun gələcəkdə də yardımını almaq üçün qoyduğu şərtləri yerinə yetirməsi oldu — istehlak mallarına dövlət subsidiyalarının ləğvi ya da ixtisarı. 1983-cü ilin sonu — 1984-cü ilin əvvəlindəki hadisələr, ümumilli planda götürülərək, Tunisdə 70-ci illərin ikinci yarısından — 80-ci illərin birinci yarısına qədər, baş verən qiyamlardan dördüncüsü idi. 1) Birincisi dinçilərin 1977-ci ildə, Susda təşkil etdiyi etirazlar: 2) İkincisi 26yanvar 1978-ci il ümumilli tətili; 3) 26 – 27 yanvar 1980-ci il Qafsdaki silahlı qiyamı. Bir neçə kəlmə də qiyamları regional səciyəsi barədə.
Şərikli çörək
Şərikli çörək — rejissor Şamil Mahmudbəyovun eyniadlı filmi. == Məzmun == Kinopovestdə İkinci dünya müharibəsinin son günlərində və müharibədən sonrakı ilk aylarda uşaqların çətin, fərəhsiz həyatından danışılır. == Festivallar və mükafatlar == 1) 1970-ci ildə Rejissor Şamil Mahmudbəyova və ssenarist Alla Axundovaya filmə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı verilmişdir. == Film haqqında == Film ssenarist Alla Axundovanın kinoda ilk işidir. Film aktyor Fərhad İsrafilovun kinoda ilk işidir. Filmin çox hissəsi İçərişəhərdə, “Böyük qala” küçəsində çəkilib. Ümumilikdə, kinostudiyanın pavilyonlarında, Kubinka, Nalçikdə də lentə alınıb. Uşaqların yun çırpdığı, vedrənin yuxarıdan aşağı çırpıldığı, qonşuların olduğu məhəllə indiki Səadət sarayı yaxınlığında yerləşir. Məşhur “O boyda Çörçill bundan geyinib, bu hələ fikirləşir" frazasının olduğu bazar Nalçik şəhərindədir. Filmdə adı keçən “Quba meydanı” isə Kubinkada lentə alınmışdı.
Səadəddin Köpək
Səadəddin Köpək (ərəb dilində: سعد الدين كوبك بن محمد təxmini olaraq 1238–1239-cu illərdə edam edilmişdir) Anadolu Səlcuqlu Dövlətinin dövlət xadimi, əmiri və baş memarı olmuşdur. Sultan I Əlaəddin Keyqubad və Qiyasəddin Keyxosrovun dövründə vəzifədə olmuş və dövlət idaəsində mühüm rol oynayaraq böyük söz sahibi olmuşdur. == Həyatı == Səadəddin Köpəyin həyatının ilk illəri haqqında tarixi mənbələrdə kifayət qədər məlumat mövcud deyildir. Ancaq atasının və anasının Konyada hörmətli ailələrə mənsub insanlar olması və anasının adının Şahnaz xanım olduğu istiqamətində iddialar mövcuddur. Çox güman ki, özü də Konyada anadan olmuşdur. Əsl adı "Köpək ibn Məhəmməd"dir. Səadəddin ona verilmiş olan ləqəbdir. “Köpək” sözünün o dövrdə türkcədə geniş yayılmış olmasa da, bir ad kimi işlənildiyi, Artuqlularda da bir türk bəyinin bu adı daşıdığı və bu adın o dövrdə təhqir mənasında işlənilmədiyi, əksinə "sadiq" mənasında işlənildiyi məlumdur. O, I Əlaəddin Keyqubadın dövründə əmir vəzifəsində işləmiş və tarixçi İbn Bibi tərəfindən əmir-i şikâr, miniatürçü və memar kimi qeyd edilmişdir. 1226-cı ildə I Əlaəddin KeyqubadınHarput ətrafında Əyyubilərlə apardığı müharibə zamanı Səlcuq ordusunun sol qanadında yerləşmiş olan qüvvələrinə komandanlıq etmişdir.
Aloo düz çörək
Aloo düz çörək Trinidad mətbəxindən bir növ xəmir qızartmasıdır. Xəmirin doldurmasını hazırlamaq üçün qaynadılmış və soyulmuş kartoflar kimyon, duz, istiot, acı qırmızı bibər (sous və ya toz) və sarımsaq ilə birlikdə əzilir. Trinidad'da küçə yeməyi olaraq satılır.
Ağdam Çörək Muzeyi
Çörək muzeyi — Azərbaycanın Ağdam şəhərində çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında muzey. 25 noyabr 1983-cü ildə muzey ilk ziyarətçilərini qəbul etmişdir. Muzeydə 2800-ə yaxın eksponat vardı. Muzey Azərbaycan SSR dövləti tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunurdu. Muzeyə bitişik ərazidə təndirxanası olan "Sünbül" kafesi ziyarətçilərə xidmət göstərirdi. Kompleksə karvansara da daxil idi. Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşmüşdü. Birinci mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. İkinci mərmi isə 1992-ci ilin avqust ayının 12-də, saat 16:40 radələrində Əsgəran rayonunun Xanabad və Naxçıvanik kəndi istiqamətindən atılan zaman muzeyə düşərək, muzeyi tamamilə məhv etmişdir. Yanğını söndürməyə cəhd göstərilsə də, muzeyi xilas etmək olmadı və nəticədə muzeydə olan 1500-dək eksponat yanaraq məhv olmuşdur.
Böyük Köpək (bürc)
Böyük Köpək (lat. Canis Major) — göyün cənub yarımkürəsində balaca bürc.