Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fort-Corc (Nyu-York)
Fort-Corc (ing. Fort George) — indiki Nyu-York ştatında mövcud olmuş beş qalanın adı. == Tarixi == İlk Fort-Corc 1626-cı ildə Niderlandın Yeni Amsterdam koloniyasında tikilmiş və Fort-Amsterdam adlandırılmışdır. Britaniya ordusu 1664-cü ildə onun adını Fort-Ceyms adlandırmışdır. 1673-cü ildən 1674-cü ilə qədər qısa müddətə Hollandiyalılar tərəfindən Fort-Villem Hendrik kimi yenidən tutulmuşdur. Britaniyalılar onu 1691-ci ildə Fort-Vilyam Henri, 1703-cü ildə Fort-Enn və ya Kraliça qalası, nəhayət 1714-cü ildə Fort-Corc adlandırmışdılar. Şimal tərəfindəki qalalar 1776-cı ildə ABŞ İstiqlal müharibəsində amerikalılar tərəfindən dağıdıldı və nəhayət 1790-cı ildə sökülmüşdür. İkinci Fort-Corc 1755-ci ildə Nyu-Yorkun Osveqo şəhərində britaniyalılar tərəfindən tikilmiş, lakin 1756-cı ildə Fransa komandiri Lui-Jozef de Monkalm tərəfindən dağıdılmışdır. Üçüncü Fort-Corc 1755-ci ildə Nyu-Yorkun Leyk-Corc gölündə inşa edilmişdir. 1777-ci ildə dağıdılmış və 1780-ci ildə tərk edilmişdir.
Corc
Corc — Dünyada çox işlədilən ad və soyad.
Kork
Kork (irl. Bruachbhaile Chorcaí, ing. Cork) — İrlandiyanın cənub-qərbində Manster vilayətində yerləşən şəhər. 2016-cı il hesablamalarına görə, şəhər əhalisi 125,622 nəfər təşkil edir. Şəhər qərb istiqamətində iki kanala bölünən və şəhər mərkəzini kiçik adalara bölən Li çayı dərəsində yerləşir. Dünyanın ən böyük təbii limanı da burada yerləşir. Yerli sakinlər şəhəri İrlandiya vətəndaş müharibəsində inqilabçı qüvvələrin mərkəzi olmasına istinadən ölkənin "həqiqi paytaxtı" adlandırırlar. Şəhərin şüarı latın dilində "Statio Bene Fida Carinis", yəni "Gəmilər üçün təhlükəsiz liman" mənasını verir. == Qardaşlaşmış şəhərlər == 2017-ci ilə olan məlumata əsasən, Kork şəhəri aşağıdakı şəhərlərlə qardaşlaşmış şəhər əlaqələrinə malikdir. 2017-ci ilin fevralına olan məlumata görə, şəhər şurası Bordo, Sankt Peterburq və Mayami şəhərləri ilə də "qardaşlaşmış şəhər" olmaq üçün danışıqları davam etdirir.
York
York — Böyük Britaniyada, İngiltərədə şəhər.
Corc Abekassis
Corc Edqar Abekassis (ing. George Edgar Abecassis; 21 mart 1913 – 18 dekabr 1991) — ingilis avtoyarışçısı, Formula-1-də HWM komandasının həmtəsisçisi.
Corc Abela
Corc Abela (22 aprel 1948) — Aprel 2009-ci ildən etibarən Malta 'nın prezidentidir. == Həyatı == Hamrun 'da Lyceum və Qormi yerli ibtidai təhsil məktəbinə getdi. 1965-ci ildə Sənət hissəsindən məzun olduğu Malta Universiteti nə getdi. Qısa bir müddət müəllim olaraq işlərinə davam etdi və bir notarius oldu və 1975-ci ildə vəkil olaraq məzun oldu. Dərhal bir hüquq məsləhətçisi olaraq Baş İşçi Birliyi tərəfindən işə alındı ​​və beləcə əhəmiyyətli bir təcrübə əldə edərək 25 il Birliyin içində çalışdı. 1995-ci ildə Avropa Hüququ üzərinə doktara (Magister Iuris) etdi. == Malta Futbol Federasiyası == 1982-ci ildə, Qormi FC sədri olaraq xidmət verdikdən sonra Malta Futbol Federasiyası başçılığına seçildi. Başçılığı dövründə əhəmiyyətli dəyişikliklərə gedərək təhsil sahələri, idman salonu və fizika müalicə kliniği və infrastruktur inkişaf etdirilmişdir. Malta milli futbol komandasının oyunçularına peşəkar olaraq ilk dəfə təhsilləri ilə məşğul olunmuşdur. == İşçi Partiyası == On il sonra, 1992-ci ildə İşçi Partiyası içində məsul olaraq bir rol aldı.
Corc Adamski
Corc Adamski (ing. George Adamski) – amerikalı-polyak yazıçı, ufoloq və 1940–1950-ci illərdə uçan naməlum obyektlər tərəfindən qaçırıldığını və onlarla dostluq münasibətləri qurduğunu iddia etmiş şəxs. Adamski UNO-larla birlikdə Aya və digər planletlərə uçuşlar apardığını bildirmişdir və XX əsrin ortalarında uçan naməlum obyektlərin qaçırdığı ən məşhur şəxs kimi tanınmaqdadır. Adamski, 1950-ci illərdən etibarən ön plana çıxmağa başlayan uçan naməlum obyekt tədqiqatçılarından biri idi. Özünü filosof, müəllim, tələbə və uçan naməlum obyekt tədqiqatçısı olaraq adlandıran yazıçını bir çox müasiri yalançı, fırıldaqçı və şarlatan olduğunu bəyan etmişdilər. Yazıçı tərəfindən Skandinaviya ufoları ilə baş tutan görüşlərdən və kosmik gəmilərində onlarla səyahətlərini təsvir edən üç kitab yazılmışdır. "Uçan boşqablar endi" adlanan ilk kitab 1953-cü ildə Dezmond Leslinin həmmüəllifliyində nəşr edilmişdir. 1955-ci ildə isə "Kosmik gəmilərin içində" və 1961-i ildə "Uçan boşqabın vidası" adlı sayca üçüncü kitab çıxmışdır. Müəllifin ilk iki kitabı bestseller əsərlər kimi Amerika Birləşmiş Ştatlarında 200 min nüsxədən çox satılmışdır. Adamskinin iddiaları və fəaliyyəti Amerika Birləşmiş Ştatlarından sonra ən çox Yaponiyada əks-səda doğurmuşdur.
Corc Akerlof
Corc Akerlof (ing. George Arthur Akerlof, 17 iyun 1940, Nyu-Heyven[d], Konnektikut) — Amerikalı iqtisadçı. 2001-ci ildə Maykl Spens və Cozef Stiqlitslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Corc Akerlof Berkli Kaliforniya Universitetində iqtisadiyyat professorudur. Corc Akerlofun atası İsveç, anası isə yəhudi əsillidir. Corc Akerlof Lavrensvil məktəbindən məzun olmuş və 1962-ci ildə Yel Universitetində magistr dərəcəsinə yüksəlmişdir. 1966-cı ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsinə yüksəlmiş və London İqtisadiyyat məktəbində işləməyə başlamışdır. Corc Akerlofun həyat yoldaşı Canet Yellen San Fransiskonun Federal Ehtiyat Sisteminin rəhbəridir və Berkli Kaliforniya Universitetində iqtisadiyyat professorudur. Canet Yellen həmçinin Bill Klintonun İqtisadi Məsləhət Şurasında da işləmişdi.
Corc Amik
Corc Amik (ing. George Amick) — 24 oktyabr 1924-cü ildə ABŞ-nin Oreqon ştatında anadan olmuş, 9 aprel 1959-cu ildə Floridada Daytona Beach-də keçirdiyi avtomobil qəza nəticəsində vəfat etmişdir. ABŞ-lı avtomobil yarışçısı, əsasən Amerika milli çempionatında çıxış etmişdir.38 qalibiyyət qazanmışdır. Yarışçı 1955-59-cu illərdə AAA, Usac,1957-58-ci illərdə Indianapolis 500 iştirak etmişdir. Formula 1ə daxil olan bu yarışlarda , Corc 6 xal qazanmış, 1958-ci ildə 15-ci yerdə qərarlaşmışdı. == Yarış karyerası == Amik, karyerasına ABŞ-nin şimal şərq ştatlarında başlayan yarışlarda çıxış edərək başlamış və sonralar Mitjet oyunlarına keçmişdir. Son 3 ildə 38 qalibiyyət qazanaraq hər üç mövsümdən bir ilk on ən yaxşı iştirakçı siyahısına daxil olurdu. 1958-ci ildə AAA yarışlarına, daha sonra USAC yarışlarına qatılmağa başladı. Burada 5 il ərzində 3 dəfə qalibiyyət qazanır.1956-cı ildə Indianapolis 500 yarışlarında iştirak üçün müraciət edir, lakin qəbul olunmur. 1957-ci ildə qəbul olunsa da, sürət aşağı olduğundan yarışa daxil ola bilmir.
Corc Anson
Corc Anson (1697–1762)
Corc Arliss
Corc Arliss (ing. Augustus George Andrews, 10 aprel 1868 — 5 fevral 1946) — Böyük Britaniya kinoaktyoru."Oskar" mükafatına layiq görülüb.
Corc Bayron
the Corc Qordon Bayron 22 yanvar 1788[…], Vestminster borosu, Böyük London[…] – 19 aprel 1824, Mesolonqion[d][…]) — ingilis romantik şairi. İki əsr bundan öncə olduğu kimi bu gün də ingilis şairi Corc Qordon Bayronun yaradıcılığı, əsərlərinin dili və poetikası, ədəbiyyatda bayronizm ictimai əhvali-ruhiyyəsi dünya ədəbiyyatşünaslığının və dilçiliyinin diqqət mərkəzində qalır. Bayronun əsərləri mütaliə edilir, öyrənilir, tədqiqata və təhlilə cəlb olunur. Müvafiq tendensiya Azərbaycan ədəbiyyatşünaslığı və dilçiliyi üçün də yad deyildir. Lakin XXI əsrdə Bayron yaradıcılığını tədqiq etmək həmin işi 50 il bundan öncə həyata keçirməkdən konseptual şəkildə olmasa da, forma etibarilə xeyli fərqlənir. Mütərəqqi romantizmin görkəmli nümayəndələrindən hesab olunan Bayronun yaradıcılığı dünya ədəbiyyatının inkişafına güclü təsir göstərmişdir. Əbəs yerə deyil ki, dünya ədəbiyyatında məhz Bayron "Sevimli şair" ləqəbi ilə tanınır. Dünyagörüşündəki ziddiyyətlər-fərdiyyətçilik, ümidsizlik, ekzotikaya aludəçiliklə yanaşı, üsyankar ruh, azadpərvərlik, məzlum xalqlara rəğbət Bayron yaradıcılığının əsas xüsusiyyətləridir. Onun qəhrəmanları əsasən təkbaşına vuruşur, mübarizə aparır, həyatın ən çətin sınaqlarından çıxış yolunu şəxsi azadlığında görür. == Həyatı == Corc Qordon Noel Bayron 1788-ci il yanvar aynın 22-də Londonda yoxsullaşmış bir lord ailəsində anadan olmuşdur.
Corc Bentam
Corc Bentam (ing. George Bentham; 22 sentyabr 1800 – 10 sentyabr 1884) — ingilis botaniki. == Əsərləri == "Labiatarum genera et species" (London, 1832–1836) (lat.) "Handbook of the British Flora" (1858 и 1865) (ing.) "Flora Honkongensis" (1861) (lat.) "Flora Australiensis" (Ferdinand Müllüer ilə birlikdə, 1863–1870) (lat.) == Şərəfinə adlandırılmış taksonlar == === Cinslər === Benthamia A.Rich. Benthamiella Speg. === Növlər === Acanthocephalus benthamianus Regel Andropogon benthamianus Steud. Gardenia benthamianus F.Muell. Croton benthamianus Müll. Arg. Distemonanthus benthamianus Baill. Nicotiana benthamiana Domin Pinus ponderosa ssp.
Corc Berkli
Corc Berkli (12 mart 1685[…], Kilkenni[d] – 14 yanvar 1753[…], Oksford) — İngilis idealist filosofu. == Həyatı == 12 mart 1685-ci ildə doğulub. 1753-cü ildə vəfat edib. == Fəlsəfəsi == Bir vaxtlar irland əsilli ingilis filosofu Corc Berkli (1685–1753) sübuta yetirmişdi ki, duyğularımıza təsir edən və çevrəmizdə var olan bu maddi aləm — yuxudur. Nə o özü, nə də başqaları sona qədər bu nəzəriyyəyə inanmayıblar. Danışırlar ki, bir gün Berkli həkim dostu Consonla birlikdə gəzintiyə çıxıbmış. Filosof özündən razı halda dostunun qarşısında öyünür: "Mən hamıya sübut eləmişəm ki, bu maddi dünyaya bel bağlamaq, inanmaq olmaz, çünki o, bir yuxu qədər keçicidir. Hələ ki, heç kəs bunun əksini sübut etməyə cürət etməyibdir". Bu sözləri eşidən həkim Conson əyilib, yerdən bir daş götürür və onu zərblə dostu Berklinin ayağına vurur. Özündənrazı filosofun ağrıdan bağırdığının şahidi olan Conson soyuqqanlılıqla deyir: "Hə, bax, bu daş — son dərəcə realdır.
Corc Best
Corc Best (ing. George Best; 22 may, 1946, Belfast, Şimali İrlandiya — 25 noyabr 2005, London, İngiltərə) — bir çoxları tərəfindən futbol tarixinin ən böyük oyunçularından hesab edilən Şimali İrlandiya futbolçusu. Heyətində oynayarkən əfsanəyə çevrildiyi Mançester Yunayted klubundakı oyununa görə daha çox məşhurdur. Best sağ cinah yarımmüdafəçisi mövqeyində oynayırdı. O, yüksək start və məsafə sürətinə, hərəkətlərinin əla koordinasiyasına , ona bir neçə rəqibini dalbadal keçməyə imkan verən əla driblinqə, həmçinin hər iki ayağı ilə əla zərbəyə və yüksək qol duyumuna malik idi. 1968-ci ildə Best Mançester Yunayted ilə birlikdə UEFA Çempionlar Kubokunu qazandı və "Qızıl Top" mükafatına layiq görüldü.
Corc Bidl
Corc Uels Bidl (22.10.1903, Nebraska ştatı, Uaxu – 9.6.1989, Kaliforniya ştatı, Pomona) — amerikan genetiki. == Haqqında == Nobel mükafatı laureatı (1958, E. Teytemlə birlikdə). Nebraska ştatındakı universiteti bitirmişdir (1926). 1928–31-ci illərdə Kornell Universitetinin əməkdaşı, Stanforddakı universitetin professoru (1937–46), 1946–61 illərdə Pasadenadakı Kaliforniya Texnologiya İnstitutunun professoru, Çikaqo Universitetinin rektoru (1961–68 illərdə) olmuşdur. Əsas əsərləri biokimyəvi genetikaya həsr edilmişdir. Metabolizmin genetik nəzarətini, irsiyyətin fiziki və kimyəvi əsaslarını tədqiq etmişdir. Qarğıdalı, drozofil və neyrospor üzərindəki təcrübələrində genlərin təbiətini və funksiyalarını öyrənmişdir. “Bir gen – bir ferment” kimi fundamental konsepsiyanın (1941) müəllifidir.
Corc Blanko
Corc Blanko (19 dekabr 1991, Quadalaxara) — Meksikalı aktyor, müğənni və rəqqas. == Həyatı == 2012-ci ildən bəri fəaliyyət göstərən "Violetta" serialında "Martina Stoessel" ilə birlikdə baş rolu paylaşdığı üçün məşhurluq qazandı.
Corc Bleyk
Corc Bleyk (ing. George Blake) anadan olanda George Blake (George Behar) 1966-cı ildən Georgi İvanoviç Bexter (11 noyabr 1922, Rotterdam, Cənubi Hollandiya – 26 dekabr 2020, Moskva) — Böyük Britaniyalı kəşfiyyatçı, MI6 zabiti, 1951-ci ildə şəxsi mülahizələri əsasında ikili agent kimi sovet kəşfiyyatçısı. 1961-ci ildə Sovet kəşfiyyatının xeyrinə fəaliyyəti, ifşa olunduqdan sonra Britaniya tarixində görünməmiş 42 illik həbs cəzasına məhkum edilmişdir. Bu o zamana qədər Britaniya tarixində ən böyük müddətli cəza idi (hazırda ikinci uzunmüddətli cəza sayılır, 1986-cı ildə uğursuz təyyarə terroru cəhdində ittiham olunan iordaniyalı Nazir Hindaviyə 45 il verildi). 1966-cı il oktyabrın 22-də həbsdən qaçmışdı. Sonradan Moskvada məskunlaşmış və ömrünün sonuna qədər orada yaşamışdır. Rusiya Xarici Kəşfiyyat xidmətinin polkovnikidir. "Sovet İttifaqının tərəfinə keçən ən məşhur Britaniya kəşfiyyat zabitlərindən biridir" — deyə BBC qeyd edirdi. "Əfsanəvi Sovet kəşfiyyatçısı" — Rusiyada Corc Bleyki belə adlandırırlar. "Lenin" ordeni kavaleri, Dövlət təhlükəsizlik xidmətinin fəxri əməkdaşı nişanı, "Kəşfiyyatda xidmətə" görə (sıra nömrəsi № 1) və Rusiya Federasiyası Xarici kəşfiyyat xidmətinin mükafatına layiq görülmüşdür.
Corc Brankoviç
Corc Brankoviç (fevral 1377, Priştina – 2 yanvar 1457 və ya 1456, Smederevo qəsri, Serbiya despotluğu) — Brankoviç ailəsinin Serbiya tarixindəki ilk hökmdarı. == Mənbə == Radovan Samardžić (1892). Istorija srpskog naroda: Doba borbi za očuvanje i obnovu države 1371-1537. Srpska knjiiževna zadruga. s. 239. Erişim tarihi: 11 Eylül 2013.
Corc Bul
Corc Bul (2 noyabr 1815[…] – 8 dekabr 1864[…], Ballintempl[d], Munster[d]) — ingilis riyaziyyatçısı, riyazi məntiqin yaradıcılarından biridir. == Həyatı == Corc Bul 1815-ci il, noyabr ayının 2-də İngiltərənin Linkolnşir şəhərinin Linkoln qəsəbəsində kasıb bir ailədə dünyaya gəlib. Həmin dövrdə qədim dilləri (latın və yunan) öyrənməyə xüsusi maraq var idi. Sözsüz ki, Bulun təhsil aldığı əsasən imkansız ailələrin oxuduğu məktəbdə bu dillər tədris olunmurdu. Lakin Bul sərbəst şəkildə bu dilləri öyrənirdi. Bundan əlavə, riyaziyyat və məntiqlə maraqlanan məhdud təhsilə malik atası Corca bu fənlərin ilkin mərhələsini tədris edirdi. Bul artıq 16 yaşında valideynlərinə kömək etmək üçün özəl bir ibtidai məktəbdə müəllim assistenti kimi fəaliyyətə başladı. O, 4 il iki məktəbdə müəllimlik fəaliyyəti ilə məşğul olur. Bul gələcək həyatı haqqında düşünürdü, özü üçün bir yol seçməyə çalışırdı. O, ilkin biliklərinin normal səviyyədə olduğunu anlasa da peşə baxımından qənaətbəxş hesab etmirdi.
Corc Burnutyan
Corc Burnutyan (ing. George A. Bournoutian); 25 sentyabr 1943, İsfahan – 22 avqust 2021, Nyu Cersi – erməni əsilli Amerikan tarixçisidir. Ermənistan, Qafqaz, Orta Asiya, Cənubi Asiya, Rusiya, Avstraliya və Cənubi Amerika tarixi üzrə ixtisaslaşır. Burnutyan İranika ensiklopediyasında bir neçə məqalənin müəllifidir. == Bioqrafiya == İlk ali təhsilini Tehranda alan Burnutyan təhsilini davam etdirmək üçün ABŞ — a yollanıb, burada Los Anceles universitetində, Riçard Hovanissyanın tələbəsi olub. Los Anceles universitetində Corc Burnutyan bakalavr, (diplom işinin mövzusu "XVII əsrdə İsfahanın erməni icması") magistr (diplom işinin mövzusu "Ermənilərin, gürcülərin və türk-tatar xalqlarının arasında siyasi və milli oyanışın yüksəlişi və onların 1905–07-ci illər Rusiya inqlabında rolu") və doktor (doktorluq işinin mövzusu "Rusiya işğalı öncəsi Şərgi Ermənistan") elmi dərəcəsini alır. IONA kollecində tarix üzrə baş professordur. Ermənistan tarixinə dair bir çox kitabın müəllifidir. Kolumbiya universitetində, Taft universitetində, Nyu-York universitetində, Nyu-Cersi dövlət universitetində, Konnektikut universitetində, Ramalo və Glendeyl kollecində Ermənistan tarixindən dərs deyib. Burnutyan 5 dil bilir (həmçinin tür və azərbaycan dillərini).
Corc Buş
Corc Herbert Volker Buş — ABŞ-nin 41-ci prezidenti. Corc Volker Buş — ABŞ-nin 43-cü prezidenti.
Corc Cabbur
Corc Dallas
Corc Mifflin Dallas (ing. George Mifflin Dallas) — Pensilvaniyanın ABŞ senatoru (1831–1833) və Amerika Birləşmiş Ştatlarının 11-ci vitse-prezidenti (1845–1849). Dallas, eyni zamanda, 1828–1829-cu illərdə Filadelfiyanın meri vəzifəsində çalışmışdır.
Corc Ebbot
Corc Ebbot (ing. George Abbot; 19 oktyabr 1562, Qilford[d], İngiltərə krallığı – 5 avqust 1633, Kroydon, İngiltərə krallığı) — İngiltərə dini xadimi, stüartların hakimiyyəti dövründə prelat, Kenterberi arxiyepiskopu. O, Surreydə parça istehsalçısının oğlu olmuş, Oksfordda oxumuş və müəllim olmuşdur. Robert Ebbotun qardaşı olmuşdur. == Həyatı == Corc Ebbot 1562-ci ildə anadan olmuşdur. 1604-cü ildə İncilin ingilis dilinə tərcüməsi həvalə edilmiş səkkiz ilahiyyatçıdan biri idi. Tərcümə 5 may 1611-ci ildə nəşr edilmişdir. Ebbot, arminianizm istisna olmaqla, bütün təlimlərə şamil edilən nəciblik və dini dözümlülüyü ilə də öyrənmə və zəka ilə seçilirdi. I Ceyms Ebbotun tez-tez onun despotik niyyətlərinə qarşı çıxmasına baxmayaraq, onunla ən mühüm dövlət və kilsə məsələləri barədə məsləhətləşirdi. Corc Ebbot 5 avqust 1633-cü ildə Kroydonda vəfat etmişdir.
Çörək
Çörək ― xəmirin bişirilməsi ilə əldə olunan un məmulatı. Bu xəmirə çox vaxt duz, birləşdirici maddələr, qıcqırdıcı və bəzi çörək növlərinə isə günəbaxan, xaşxaş və başqa bitki tumları da əlavə edilir. Tumlar çörəyin üzərində bəzək kimi də istifadə edilə bilər. Çörək ayrıca da yeyilir. Çox vaxt onu yağla, mürəbbə, bal və ya pendirlə yeyirlər. Avropa arasında müxtəlif ət deli hazırlanmış yeməklər olan çörəyə tez-tez rast gəlinir. Bu buterbrod adlanır. Çörəkdən sendviç üçün də istifadə edilir. Çörəyi ayrıca yemək olar, kərə yağı, fıstıq və ya günəbaxan yağı, mürəbbə, marqarin, marmelad, mürəbbə, jele, bal ilə də istehlak edilir ki, bu da mahiyyətcə sendviç adlanan yeməkdir. Çörək sendviç bazası kimi də istifadə olunur.
Boro (Nyu-York)
Boro (ing. Borough) — Nyu-Yorkun inzibati vahidləri. Şəhərin beş inzibati vahidi var: Manhetten, Bruklin, Kuins, Bronks, Staten-Aylend. Hər bir inzibati vahidi öz seçdiyi prezident idarə edir.
Çor
Alonzo Çörç
Alonzo Çörç (ing. Alonzo Church; 14 iyun 1903[…], Vaşinqton – 11 avqust 1995[…]) — Amerikalı riyaziyyatçı və məntiqçi == Həyatı == Alonzo Çörç 14 iyun 1903-cü ildə Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Görkəmli amerikalı riyaziyyatçı və məntiqçi, informatika elminə böyük töhfələr bəxş etmiş Alonzo Çörç 1924-cü ildə Priston Universitetində bakalavr dərəcəsini almış, 1927-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1929-cu ildə – 27 yaşında isə Pristonda riyaziyyat üzrə professor olmuşdur. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Bul (çörək)
Bul (fr. Boule)- Fransız dilində "Top" mənası verən, Fransız çörəyinin ənənəvi forması ki bir əzilmiş topa bənzər.Hər hansı un növü ilə hazırlana bilən bir köntöy bulka forma dır.