Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Güləyən qağayı
Güləyən qağayı və ya böyük qarabaş qağayı – qağayıkimilər fəsiləsinə aid quş növüdür. == Təsviri == Olduqca iri ölçülü qağayı növüdür. Uzunluğu 58-67 sm, qanad açıqlığı isə 146-162 sm olur. Qamışlıqlarda, göl adalarında, dəniz sahilində iri koloniyalar halında yerdə 2-4 yumurta qoyaraq yuvalayır. == Ekologiyası == Bu quşlar balıqla, xərçəngkimilərlə, həşərat və hətta kiçik məməlilərlə qidalanır.Güləyən qağayı "Afrika-Avrasiya köçəri su quşunun qorunması haqqında saziş ("AEWA") tətbiq olunan növlərdən biridir.
Ağlar-Güləyən (1988)
Ağlar-güləyən qısametrajlı sənədli-bədii filmi rejissor Rauf Nağıyev tərəfindən 1988-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Tədris filmində böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığının əsas cəhətlərindən söhbət açılır. Əyani dərs vəsaiti kimi yaradılmış bu filmdə qızı Səriyyənin atası barədə xatirələri, şairin müasirlərinin onun haqqında söylədikləri fikirlər səslənir. Filmdə bədii səhnələrdə Məlik Dadaşov, Mikayıl Mirzə, Əbdül Mahmudov, Sirus Zindadel, Həsən Adıgözəlzadə və Alim Aslanov çəkilmişlər. == Məzmun == Tədris filmində böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığının əsas cəhətlərindən söhbət açılır. Əyani dərs vəsaiti kimi yaradılmış bu filmdə qızı Səriyyənin atası barədə xatirələri, şairin müasirlərinin onun haqqında söylədikləri fikirlər səslənir.
Ağlar-güləyən (film, 1988)
Ağlar-güləyən qısametrajlı sənədli-bədii filmi rejissor Rauf Nağıyev tərəfindən 1988-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Tədris filmində böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığının əsas cəhətlərindən söhbət açılır. Əyani dərs vəsaiti kimi yaradılmış bu filmdə qızı Səriyyənin atası barədə xatirələri, şairin müasirlərinin onun haqqında söylədikləri fikirlər səslənir. Filmdə bədii səhnələrdə Məlik Dadaşov, Mikayıl Mirzə, Əbdül Mahmudov, Sirus Zindadel, Həsən Adıgözəlzadə və Alim Aslanov çəkilmişlər. == Məzmun == Tədris filmində böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığının əsas cəhətlərindən söhbət açılır. Əyani dərs vəsaiti kimi yaradılmış bu filmdə qızı Səriyyənin atası barədə xatirələri, şairin müasirlərinin onun haqqında söylədikləri fikirlər səslənir.
Adi güləyənquşu
Adi güləyənquşu (lat. Bucephala clangula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin güləyənquşu cinsinə aid heyvan növü.
Güləyənquşu
Güləyənquşu (lat. Bucephala) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Kiçik güləyənquşu
Kiçik güləyənquşu (lat. Bucephala albeola) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin güləyənquşu cinsinə aid heyvan növü.
Biləyən
Biləyən, Bilağan — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Boyat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Biləğan Ağcabədi rayonunun Boyat inzibati ərazi vahidində kənd. 1917-ci ildə Biləqan, 1933-cü ildə isə Biləxan variantında qeydə alınmışdır. Oykonim Beyləqan toponiminin variantı olub, "düzənlik, çöl" deməkdir.
Gözləyən
52°09′59″ şm. e. 4°28′37″ ş. u. Homunculus loxodontus (azərb. insanabənzər fil‎; daha çox "Gözləyən" kimi məşhurdur) — 2016-cı ildə holland rəssam Marqrit van Brifort (nid. Margriet van Breevoort) tərəfindən Leyden Universiteti üçün yaradılmış heykəl (Niderland). Əvvəlcə Leyden şəhərindəki uşaq xəstəxanasının qarşısında quraşdırılıb. 2017-ci ilin fevral ayına olan məlumata görə, heykəl Leyden Universitetinin Tibb Mərkəzinin içərisinə, 10-dan çox başqa heykəllərin də olduğu foyeyə köçürülüb. Heykəl özündə gözləmə otağında stulda oturan dəniz fili başlı boz rəngli varlığı ehtiva edir.
Güləvər
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Südləyən
Südləyən (lat. Euphorbia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi. Ağaclar kollar və ya ot bitkiləri olub, sadə və ya mürəkkəb, çox hallarda yarpaqaltlıqları olan yarpaqlara malikdirlər. Çiçəkləri bircinslidir, çox az hallarda ikicinslidir, adətən ləçəksizdir, nadirən ikiqat çiçəkyanlıqdır və ya tamamilə çiçəkyanlığı yoxdur. Erkəkciklər sərbəstdir və ya az və ya çox dərəcədə sapları ilə bitişmişlər. Ginesey adətən 3 meyvəyarpaqcığından əmələ gəlmişdir, yumurtalıq adətən üstdür. Meyvələri qutucuqdur, nadir hallarda giləmeyvə və ya çəyirdəkmeyvədir. Sıraya 4 fəsilə aiddir ki, onlardan da südləyən fəsiləsi tibbi əhəmiyyətə malikdir. Südləyən fəsiləsinə əsasən Afrika, Cənubi Amerika və Cənubi və Cənub Şərqi Asiyanın tropik və subtropik zonalarında yayılan 300-ə qədər cins daxildir. Həyat formaları son dərəcə rəngarəngdir.
Gülşən
Gülşən — qadın adı.
Gəyən
Gəyən düzü — Cəbrayıl rayonu və Qubadlı rayonu rayonlarının arasında yerləşir. == Adın etimologiyası == Türk mənşəli addır. Tam aydın, işıq olmayan mənalarına malik olduğu bilinir. Bəzi mənbələrdə "gəyən" sözü süd kimi aydın gecə mənasında izah olunur. Şivələrimizdə bu söz genişlik, açıqlıq mənalarındadır. "Mal-qaranı gəyənlikdə bağladılar" deyərkən açıq yerlər nəzərdə tutulmuşdur. Xalq etimologiyasına görə də "Gəyən" adı düzün geniş, ucsuz-bucaqsız olması ilə əlaqədardır. Bu söz genişlik mənası ilə yanaşı, quraqlıq, susuzluq mənalarına da malikdir. Sarı Aşığın aşağıdakı bayatısında bu söz həm geniş, həm də quraqlıq, susuzluq mənalarındadır. == Toponimikası == Mil düzünün bir hissəsidir.
Gülən
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Acı südləyən
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Biləyən bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Göy güləvər
Əkin güləvəri (lat. Centaurea cyanus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik və ya ikiillik nazik ox və ya milşəkilli ot bitkisi olub, düz kökləri, topaşəkilli tükcüklü gövdəsi olmaqla, hündürlüyü 30-80 sm-ə bərabərdir. Kök üstündə olan yarpaqları bozumtul-yaşıl rəngli, topaşəkilli-tükcüklü, çiçəkləyən zaman ölüşkəyən, gövdə yarpaqları iridişcikli, üst yarpaqları bütövkəkarlı, oturaq və xətti quruluşludur. Gövdənin sonunda yerləşən çiçək səbəti yaxşı inkişaf edir. Çiçək səbəti yarpaqlarla bir-birini kirəmit kimi əhatə edir. Çiçək yatağı yastı, uzun qılçıqlardan ibarətdir. Kənar çiçəkləri cinsiyyətsiz, göyümtül, qıfabənzər, beşbölümlü olub, uzunluğu 2 sm-ə qədərdir. Boruşəkilli (daxili) çiçəkləri ikicinsli, göyümtül-bənövşəyi, olub, uzunluğu 1 sm-ə qədərdir. Meşə və meşə-çöl zonalarında, buğda və digər taxıl bitkilərinin (payızlıq və yazlıq) əkin yerlarində və zibilli yerlərdə yaşayır.
Gülbədən bəyim
Gülbədən bəyim (təq. 1523, Kabil – 7 fevral 1603, Aqra) — Baburun üç qızından biri, tarixçi, "Hümayunnamə"nin müəllifi.
Güləhin (Bostanabad)
Güləhin (fars. گلهين‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 197 nəfər yaşayır (49 ailə).
Günəbaxan südləyən
Günəbaxan südləyən (lat. Euphorbia helioscopia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Euphorbia dominii Rohlena Euphorbia helioscopia subsp. dominii (Rohlena) K.Malý Euphorbia helioscopia subsp. helioscopia helioscopia Euphorbia helioscopia subsp. helioscopioides (Loscos & J.Pardo) Nyman Euphorbia helioscopia f. litoralis (Hurus.) Oudejans Euphorbia helioscopia f. major (Mutel) Oudejans Euphorbia helioscopia var. major Mutel Euphorbia helioscopioides Loscos & J.Pardo Euphorbion helioscopium (L.) St.-Lag. Galarhoeus helioscopius (L.) Haw.
Günəbaxanvari güləvər
Günəbaxanvari güləvər (lat. Centaurea solstitialis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
Küləyin istiqaməti
Küləyin istiqaməti. Külək istiqaməti və surəti ilə səciyyələnir. Surət m/san və ya Bofort şkalası üzrə (0-12 bal ilə) göstərilir. Küləyin istiqaməti və surəti flüger və anamometr vasitəsi ilə ölcülur. Surəti 0-dan 50 m/san-yədək, yüksək təbəqələrdə qasırğa zamanı 100 m/san-yədək olur.
Küləyin sürəti
== Külək == Atmosfer təzyiqinin paylanmasından asılı olaraq hava həmişə üfiqi istiqamətdə yer dəyişir. Havanın üfiqi istiqamətdə belə yer dəyişməsinə külək deyilir. Külək həmişə yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru əsir. == Küləyin sürəti == Küləyin sürəti və istiqaməti daima dəyişir. Yer səthində küləyin orta sürəti 5–10m/san olub, bəzən isə güclü atmosfer tufanları zamanı 50m/san.-yə çatır. Atmosferin yuxarı təbəqələrində şırnaq axınlarında küləyin sürəti daima 100 m/san bərabər olur. Küləyin sürəti m/san, km/saat və düyümlərlə ifadə olunur. Metr saniyədən düyümlərə keçmək üçün m/san-ni 2-yə vurmaq lazımdır. Bundan başqa küləyin sürətini ballarla (Bofort şkalası) ifadə etmək olar. Mümkün ola bilən küləyin sürətləri 12 balla ifadə edilir.
Narıncı südləyən
Qətranlı südləyən
Qətranlı südləyən (lat. Euphorbia resinifera) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Səpələng güləvər
Səpələng güləvər (lat. Centaurea diffusa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Sinonimləri == Acosta diffusa (Lam.) Soják Acrolophus diffusus (Lam.) Á.Löve & D.Löve Centaurea ammophila Besser ex DC. Centaurea microcalathina A.O.Tarassov Centaurea myriocephala E.D.Clarke Centaurea myriocephala var. myriocephala Centaurea ovina Pall. ex Steud. Centaurea parviflora M.Bieb. [Illegitimate] Centaurea parviflora Sibth. & Sm. non Lam. Centaurea parviflora auct.
Xallı südləyən
Xallı südləyən (lat. Euphorbia maculata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Anisophyllum maculatum (L.) Haw. Chamaesyce jovetii (Huguet) Holub Chamaesyce maculata (L.) Small Chamaesyce pseudonutans Thell. Chamaesyce supina (Raf.) H.Hara Chamaesyce supina (Raf.) Moldenke Chamaesyce tracyi Small Euphorbia depressa Torr. ex Spreng. Euphorbia jovetii Huguet Euphorbia maculata var. detonsa Engelm. ex Boiss. Euphorbia maculata var.
Yatıq südləyən
Yatıq südləyən (lat. Euphorbia humifusa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Uzunsovyarpaq südləyən
Uzunsovyarpaq südləyən (lat. Euphorbia oblongifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillikdir, hündürlüyü 30(20)-70 sm-dir. Yarpaqları (üst tərəfindən başqa) qısa saplaqlı, küt-ürəkşəkilli, uzunsov, uzunluğu 3–8 sm-dir. Çiçəklər 5–8 saydadır, qoltuq tumurcuğunda olduğu kimi 1–2 dəfə yarıya bölünmüşdür. Qın yarpaqları uzunsov, sivriləşmiş, uzunluğu 1,5–3,5 sm, yarımdairəvidir. Qədəhcik enli-zıngrovlu, uzunluğu 2-,25 mm, içərisi tükcüklü, qısa-yumurtaşəkilli, qısalmış və kirpikcikli qanadlıdır. Qutucuq yastılanmış yumurtaşəkilli, üç dərinşırımlı və dairəvi qabarıq nöqtə şəklində qanadlıdır.
Güləver
Aşağı Güləver — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Yuxarı Güləverdə ilk məktəb 1930-cu ildə yaradılıb. Hazırda Yuxarı Güləverdə bir baza məktəbi, Aşağı Güləverdə bir orta məktəb var. == Coğrafiyası və iqlimi == Güləver kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 17 km qərbdə, dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir. Bulqarların Qıpçaq tirəsi Kollarla, Alban tayfası Kellərlə, Qıpçaq-Qarapapaqlar içindəki Kul tayfası ilə bağlılığını düşünmək mümkündür. Kənd iki yerə bölünür: Yuxarı Güləver (Cipor) və Aşağı Güləver (Gədi-Qeta). == Əhalisi == 1870-ci ildə Yuxarı Güləverdə 7 ailədə 47 nəfər, Aşağı Güləverdə 7 ailədə 47 nəfər, 1918-ci ildə Yuxarı Güləverdə 155 nəfər, Aşağı Güləverdə 218 nəfər, 1926-cı ildə Yuxarı Güləverdə 39 ailədə 231 nəfər, Aşağı Güləverdə 28 ailədə 153 nəfər, 2002-ci ildə Yuxarı Güləverdə 117 ailədə 522 nəfər, Aşağı Güləverdə 173 ailədə 698 nəfər, 2006-cı ildə Yuxarı Güləverdə 117 ailədə 500 nəfər, Aşağı Güləverdə 150 ailədə 781 nəfər.
Quləbənd
Quləbənd — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Əhalisi == Əhalisinin sayı 1080 nəfərdir. == Toponimikası == Xalq etimologiyasına görə, oykonim "Qulu bəndi" deməkdir. Guya vaxtilə Qulu adlı şəxs bənd tikdirmiş, həmin ətrafda salınmış yaşayış sahəsi də Qulubəndi adlandırılmışdır. Azərbaycan dilinin dialektlərində qula "ağ, sarı rəng" mənasında, bən isə "xal, ləkə" mənasında işlənir. Güman etmək olar ki, oykonim kəndin yerləşdiyi ərazinin ümumi görünüşü ilə bağlı yaranmışdır və "səthi ağ-sarı torpaq örtüyündən ibarət yer" mənasındadır.
Quliyev
Quliyev — soyad. Teymur Quliyev — Azərbaycan-sovet dövlət xadimi. Vasif Quliyev (çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu. Namiq Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əliqulu Quliyev Vahid Quliyev — Azərbaycanın Milli Qəhrəmanı.
Queen
Queen – İngiltərə rok qrupu. 1970-ci ildə Smayl qrupunun dağılması ilə Brayan Mey, Rocer Teylor və Freddi Merkuri Londonda Queen qrupunu yaratdılar. Bir il sonra Con Dikonun qrupa daxil olması ilə qrup tamamlanmışdır. 70-ci illərin sonlarında məşhurlaşan qrup indiki dövrə qədər geniş heyran kütləsinə sahibdir. Nə qədər nəzərə alınmasa da qrupun arena rok, qlem rok, hard rok, hevi metal, pop rok kimi tərzlərin inkişafında böyük rolu olmuşdur. 1999-cu ildə Channel 4 tərəfindən keçirilən `Music of the Millenium sorğusunda Queen ən yaxşı ikinci qrup seçilmişdir. Queen qrupunun 18 albomu 18 sinql 8 DVD-si dünya üzrə məşhurluq qazanmış və ən çox albom satan qruplar arasında yerini almışdır. Dünya üzrə 300 milyon albom satmışdır. Bunun 35,5 milyonu ABŞ-də satılmışdır. == Üzvlər == Freddi Merkyuri – solist və pianoçu.
Abasqulu Quliyev
Abasqulu Quliyev (Quliyev Abasqulu Məmməd oğlu; 13 noyabr 1940, Hrazdan – 20 dekabr 2022) — azərbaycanlı kimyaçı, AMEA-nın müxbir üzvü,, əməkdar elm xadimi. == Bioqrafiya == Abasqulu Məmməd oğlu Quliyev 1940-cı ilin noyabrın 13-də Qərbi Azərbaycanın Zəngibasar mahalında anadan olub. Orta təhsilini Uluxanlı məktəbində başa vuran alim 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində təhsilini davam etdirib. Universiteti bitirdikdən sonra təyinatla Sumqayıt "Səthi-aktiv maddələr" zavoduna işləmək üçün göndərilib. 1962-ci ildə Sumqayıt şəhərində yerləşən qapalı Kimya müəssisəsində əmək fəaliyyətinə başlayıb. 1964-cü ildə SSRİ EA-nın Yüksəkmolekullu Birləşmələr İnstitutunun (Sankt-Peterburq) aspiranturasına daxil olub. 1970-ci ildə namizədlik, 1987-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. О, 1989-cu ildə professor elmi adına layiq görülüb. 1968-ci ildən Polimer Materialları İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində işləyib. 1993-cü ildən elmi işlər üzrə direktor müavini, 2007-ci ildən 2014-cü ilə qədər isə institutun direktoru vəzifələrində çalışıb.
Abbas Quliyev
Quliyev Abbas Şahbaz oğlu (15 sentyabr 1916, Şəkərabad, Naxçıvan rayonu – 30 dekabr 1998, Naxçıvan) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == 1916-cı ildə Naxçıvan qəzasının (indiki Babək) Şəkərabad kəndində anadan olmuşdur. 1930-cu ildə ibtidai məktəbi, sonra Bakı şəhərindəki fabrik-zavod şagirdliyi məktəbini, 1936-cı ildə isə Pedaqofi məktəbi bitirib Naxçıvan Dövlət Dram Teatrında aktyorluq etmişdir. 1942-ci ildə Topçular Məktəbini bitirdikdən sonra cəbhəyə getmiş, Bryansk, "Mərkəz", 1 Belorusiya cəbhələri, Oryol, Belqorod, Poltava, Xarkov, Donbas şəhərləri, Dnepr, Visla, Oder çayları uğrunda döyüşlərdə, Varşavanın azad edilməsində fərqlənərək qvardiya kapitanı rütbəsinə qədər yüksəlmiş, 1945-ci ilin mart ayında Almaniyanın Noyştetin şəhəri yaxınlığında gedən döyüşlərdə ağır yaralanmış, müalicədən sonra 1945-ci il avqustun axırlarında 1I dərəcəli Vətən Müharibəsi əlili kimi tərxis olunmuşdur. Ona SSRİ MİK-nın 1934-cü il 16 aprel tarixli qərarı ilə təsis edilmiş 1945-ci il 21 fevral tarixli SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Polşada Visla çayı uğrunda mübarizədə çətin və məsul əməliyyatın yerinə yetirilməsində şəxsi qəhrəmanlıq və cəsurluq göstərdiyinə, Vislanın qərb "sahilində geniş mövqe tutmaqda piyadalara bacarıqla və qətiyyətlə kömək göstərdiyinə görə Topçu batareyasının komandiri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, Lenin, 1-ci dərəcəli Vətən Müharibəsi "Aleksandr Nevski", Qırmızı Bayraq ordenləri və "Qızıl Ulduz" medalı ilə təltif edilmişdir. 1945-ci ildən Naxçıvan Dövlət Dram Teatrının direktoru, 1946–1953-cü illərdə Naxçıvan MSSR Maarif nazirinin müavini, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1953-cü ildən isə Naxçıvan şəhər ZDS İK-nın sədri, 1956–1971-ci illərdə Naxçıvan rayon ZDS-nın sədr müavini, sonra isə Naxçıvan rayon İcraiyyə Komitəsində şöbə müdiri vəzifələrində çalışmışdır. İttifaq əhəmiyyətli təqaüdçü olmuşdur. IV, IX, X çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. 1945-ci il fevralın 25-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O vaxtlar "İzvestiya" qəzeti bu münasibətlə yazmışdı: "Naxçıvan teatrı A. Quliyevin şəxsində müvəqqəti də olsa səhnə xadimini itirsə də, Sovet Ordusu onun simasında bacarıqlı və fədakar zabit əldə etmişdi".
Adil Quliyev
Adil Hüseyn oğlu Quliyev (22 noyabr 1922, Bakı – 16 dekabr 1992, Bakı) — əfsanəvi Azərbaycan təyyarəçisi, Sovet İttifaqı Qəhrəmanı (1-ci Baltikyanı cəbhəsi, 3-cü aviasiya ordusu, 1-ci qvardiya qırıcı aviasiya korpusu, 4-cü qvardiya qırıcı aviasiya diviziyası, 65-ci qvardiya qırıcı aviasiya polku eskadrilya komandirinin müavini). 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü. == Həyatı == 1922-ci ildə Bakıda anadan olmuşdur. Bakı 14 saylı məktəbi bitirmişdir. (Bəzi məlumatlara görə 132 saylı məktəb). 1941-ci ildə hərbi xidmətə çağrılmış və 1942-ci ildə Stalinqrad hərbi təyyarəçilik məktəbini bitirmişdir. 1942-ci ilin oktyabrından Belorussiya, Pribaltika və Şərqi Prussiya səmalarında vuruşmuşdur. 14 mart 1943-cü ildə Staraya Russa şəhəri yaxınlığında təyyarəsi vurulmuşdu. O, təyyarəni cəbhə xəttinə qədər çatdırıb, paraşütlə tullanmış və öz tərəfimizə keçə bilmişdi. Sovet İttifaqı Qəhrəmanı adı, Lenin ordeni və 5932 №-li Qızıl Ulduz medalı ona 1945-ci ilin 23 fevralında verilmişdir.
Akif Quliyev
Akif Quliyev (tarixçi) — AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və Epiqrafika şöbəsinin müdiri, Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəisi, "arxeoloq.az" jurnalının baş redaktoru, "Azərbaycan Arxeoloqlar cəmiyyətinin" təsiscisi, Tarix üzrə fəlsəfə doktoru. Akif Quliyev (bioloq) — bioloq.
Alim Quliyev
Alim Fuad oğlu Quliyev (15 mart 1999, Siyəzən rayonu – 1 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alim Quliyev 15 mart 1999-cu ildə Siyəzən rayonu Yenikənd kəndində anadan olub. 2005-ci ildə Yenikənd kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2017-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanmışdır, 2018-ci ilin oktyabr ayında həqiqi xidməti bitirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra, bir müddət "Giləzi Quşçuluq Şirkəti" MMC-də fəhlə işləmişdir. 2020-ci ildən "Siyəzən Broyler" ASC-da fəhlə işləmişdir. 21 sentyabr 2020-ci il tarixində SHXÇDX-ın Siyəzən bölməsi tərəfindən səfərbər edilmişdir. == İkinci Qarabağ müharibəsində iştirakı == Alim Quliyev Ağdam, Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmanlıq nümayiş etdirib. 4 gün yaralı vəziyyətdə döyüşüb.
Anar Quliyev
Anar Quliyev (1977, Bakı) — Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri. == Həyatı == Anar Quliyev 1977-ci ildə Bakı şəhərində anadan olub. O, 1999-cu ildə Azərbaycan Respublikasının Milli Aviasiya Akademiyasının İqtisadiyyat fakültəsinin İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bitirib, mühəndis-iqtisadçıdır. == Əmək fəaliyyəti == 1999-cu ildə əmək fəaliyyətinə Dövlət Əmlak Komitəsində mütəxəssis kimi başlayıb, 2000–2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində mütəxəssis, aparıcı mütəxəssis, 2001–2005-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş mütəxəssis, böyük məsləhətçi, 2005–2009-cu illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda investisiyaların təşviqi üzrə direktor vəzifələrində çalışıb. 2009–2016-cı illərdə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində şöbə müdirinin müavini, şöbə müdiri, 2016–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində direktorun müşaviri, aparat rəhbəri vəzifələrində işləyib. 2018-ci ildə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2019-cu il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 8 yanvar 2020-ci il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib. == Təltifləri == Dövlət başçısının 16 may 2014-cü il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
Aqil Quliyev
Aqil Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Birinci Qarabağ müharibəsi şəhidi. Aqil Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Aqil M. Quliyev — aktyor, rejissor, ssenari müəllifi, klipmeyker.
Aqşin Quliyev
Aqşin Quliyev (kiçik gizir)
Arif Quliyev
Arif Quliyev (aktyor) — Aktyor, Əməkdar artist (1988), Xalq artisti (1994) Arif Quliyev (neftçi) — Azərbaycan alimi. Arif Quliyev (hüquqşünas) — Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutu Beynəlxalq Hüquq kafedrasının professoru.
Aslan Quliyev
Aslan Quliyev (26 sentyabr 1957, Bilnə, Yardımlı rayonu) — azərbaycanlı yazıçı, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Aslan Quliyev 1957-ci il sentyabrın 26-da Yardımlı rayonunun Bilnə kəndində anadan olub. Burada qonşu Vərgədüz kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1975–1977). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsində təhsilini qiyabi davam etdirmişdir (1978–1983). Bilnə kənd səkkizillik məktəbində müəllim (1980–1984), 183 saylı Yardımlı peşə məktəbində riyaziyyat müəllimi (1984), orada rayon şahmat məktəbinin direktoru (1984–1989), Yardımlı Müəllimlər Evinin direktoru (1989–1991), Yardımlı rayon xalq təhsili şöbəsində inspektor (1991–1992), orada gənc texniklər stansiyasının direktoru (1992–1996) işləmişdir. Hazırda fərdi yaradıcılıqla məşğuldur. Ədəbi yaradıcılığa 80-ci illərdən başlamışdır. Dövri mətbuatda kiçik hekayələrlə çıxış edir. "Bahar küləkləri" (1987), "Serjant mülki geyimdə" (1996), "Yolun sonu", "Yazıçının savaşı", "Sonuncu", "Ağrı", "İsti və soyuq torpaqlarda" adlı nəsr kitablarının müəllifdir. Ümumilikdə Bakıda 15, Türkiyədə 5 nəsr kitabı çap olunub.