Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amblyseius impeltatus
Amblyseius impeltatus (lat. Amblyseius impeltatus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius impeltatus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
İmpeller nasosu
İmpeller nasosu pərli çarxları (impeller) elastiki materialdan hazırlanmış nasosdur. İmpeller gövdə daxilində eksentrik oturdulduğundan fırlanma zamanı pərlərin vəziyyətindən asılı olaraq iki pər arasında qalan boşluq müxtəlif olur. Şəkildən göründüyü kimi, girişdən daxil olan maye pərlər arasında qalaraq sıxılır və beləliklə mayedə təzyiq artır. İmpeller döndükdə isə maye çıxışa tərəf hərəkət etdirilir və çıxışa çatdıqda böyük təzyiqlə çıxış borusuna daxil olur. Beləliklə mayenin nəqli baş verir. İmpeller əsasən gəmilərin mühərriklərinin soyudulmasında tətbiq olunur. Dəniz suyu sorularaq mühərrikin soyutma dövrəsinə vurulur, mühərrikdə istilik mübadiləsi baş verdikdən sonra qızmış su yenidən dənizə axıdılır. İmpeller mühərrikinin üstün cəhəti ondan ibarətdir ki, bu nasos özüsorandır. Nasosun hissələri bir-biri ilə kip birləşdirildiyindən o, havanın sorulmasına da imkan verir. == Mənbə == Əliyev, R.R. Maşınqayırma leksikonu.
İpel çayı
İpel çayı (slovak. Ipeľ, mac. Ipoly) — Slovakiya və Macarıstan ərazisindən axan çaydır. == Əsas xüsusiyyətləri == Çay öz başlanğıcını Lom-nad-Rimaviçou kəndi yaxınlığından Veporske-Vrxi dağlıq massivindən götürür. Uzunluğu-233 km, hövzəsinin sahəsi isə-5151 km²-dir. Çay əvvəlcədən cənub-şərqdən cənuba, daha sonra isə qərbə sonra yenidən şərqə və sonda cənub-şərq istiqamətində axır.
Amper
Amper (işarəsi: A) — Cərəyan şiddətinin vahidi. BS-də əsas vahiddir və cərəyanlı naqillərin maqnit qarşılıqlı təsirinə görə təyin edilir. Aralarındakı məsafə 1 metr olan iki paralel, sonsuz uzun naqildən eyni şiddətdə cərəyan keçərkən onların 1 metr uzunluq hissəsinə vakuumda 2x10−7 N qüvvə ilə təsir edən cərəyan şiddətinə 1 Amper deyilir. Elektrik cərəyanının güc vahidi fransız fiziki, kimyaçısı və riyaziyyatçısı Andre Mari Amperin (1775-1836) şərəfinə belə adlandırılıb.
Lepel
Lepel (belar. Лепель) — Belarusda şəhər. Vitebsk vilayətində yerləşən şəhər Lepel rayonunun inzibati mərkəzidir. Şəhər ölkənin paytaxtı olan Minsk şəhərindən 155 km, vilayətin mərkəzi olan Vitebsk şəhərindən isə 110 km məsafədə yerləşir.
Mişel
Mişel — ad. Mişel Yeo — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisası Mişel Hazanaviçus — Fransa rejissoru, ssenaristi və aktyoru. Mişel Obama — ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı.
İapet
İapet ( yun. Ἰαπετός) — yunan mifologiyasında tanrı titan. Geya və Uranın oğlu, Klimenanın əri. Atlant, Prometey, Epimetey və Menetiyin atası. İapet titanomaxiyada Zevsə qarşı iştirak etdiyinə görə qardaşları kimi Tartara atılmışdır.
İmeyl
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur == Tarixi == İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
İmfal
İmfal - Hindistanın Manipur ştatında şəhər. Həmçinin bu ştatın paytaxtıdır. == İqlimi == İmfal Hindistanın ən şərqində yerləşir. Keppenin iqlimlər təsnifatına görə rütubətli subtropik iqlimə malikdir. Qışları mülayim, qurudur. Ən isti ay iyun, ən soyuq ay isə yanvardır. Şəhərə hər il ortalama 1320 mm yağıntı düşür. Ən yüksək temperatur 35.6 °C 22 may 2009-cu ildə, ən aşağı temperatur isə −2.7 °C 10 yanvar 1970-ci ildə qeydə alınmışdı. == Əhalisi == 2011-ci ilin əhalinin siyahıyaalınması məlumatlarına görə İmfalın əhalisi 264 986 nəfər olmuşdur. Bunlardan 128 931 nəfəri kişi və 136 055 nəfəri isə qadındır.
İmperi
İmperi (lat. imperium, latınca imperare — "idarə etmək" sözündən) — Roma dövlətində həm hərbi, həm də məhkəmə hakimiyyətini əhatə edən ali icraedici səlahiyyət. Roma Respublikasında onu baş maqistratlar və xüsusi vəzifə verilmiş fərdi vətəndaşlar aparırdı. Respublikanın sonrakı dövründə prokonsullar, propretorlar və bəzi komissiyaların ikinci üzvləri də imperiyə sahib idilər. Onun istifadəsinə məhdudiyyətlər respublikanın yarandığı vaxtdan qoyulmuşdur. Kollegiallıq prinsipinə görə, onu daşıyan eyni səviyyəli maqistratların hər birinin onu eyni dərəcədə idarə etməsi nəzərdə tutulurdu. II əsrə qədər Roma vətəndaşlarının ağır işlərdə mühakimə olunmasını, habelə xalqa müraciət hüququnu tələb edən bir sıra qanunlar qəbul edilmişdir. Eyni hüquqlar şərti olaraq Romadan kənarda hərbi və ya digər rəsmi xidmətlərdə olan Roma vətəndaşlarına da şamil edilirdi. Maqistratlardan öz səlahiyyətləri daxilində imperi tətbiq etmələri tələb olunurdu. İmperi rəsmi olaraq kuriya komissiyası tərəfindən bir il müddətinə və ya məmur öz işini başa çatdırana qədər verilirdi.
İmpuls
Cismin kütləsi ilə sürəti hasilinə bərabər olan kəmiyyətə impuls deyilir. p → = m v → {\displaystyle {\vec {\mathbf {p} }}=m{\vec {v}}} Burada p {\displaystyle \mathbf {p} } (vahidi k q ⋅ m s a n {\displaystyle {\frac {kq\cdot m}{san}}} ) impuls, m {\displaystyle m} (vahidi k q {\displaystyle kq} )cismin kütləsi və v {\displaystyle v} (vahidi m s a n {\displaystyle {\frac {m}{san}}} ) cismin sürətidir. Impuls vektorial kəmiyyətdir və sürət istiqamətində yönəlir. İmpulsun, Qüvvə impulsu kimi növüdə var. == Qüvvə impulsu == Qüvvə F {\displaystyle F} ilə onun Δ t {\displaystyle \Delta \mathbf {t} } təsir müddətinin hasilinə bərabər olan kəmiyyətə qüvvə impulsu deyilir. Cismin impulsunun dəyişməsi qüvvə impulsuna bərabərdir. Δ p → = m v → − m v → 0 = F → Δ t {\displaystyle \Delta {\vec {\mathbf {p} }}=m{\vec {v}}-m{\vec {v}}_{0}={\vec {\mathbf {F} }}\Delta \mathbf {t} } Qüvvə impulsunun tapılmasının bəzi tətbiqlərinə baxaq: a) Cismin əvvəlki və sonrakı impulsları bir düz xətt üzrə eyni istiqamətdə yönəldikdə; Δ p = m v 2 − m v 1 {\displaystyle \Delta \mathbf {p} =\mathbf {mv_{2}-mv_{1}} } b) Cismin əvvəlki və sonrakı impulsları bir düz xətt üzrə əks istiqamətdə yönəldikdə; Δ p = m v 2 + m v 1 {\displaystyle \Delta \mathbf {p} =\mathbf {mv_{2}+mv_{1}} } c) Cismin perpendikulyar istiqamətdə səth ilə elastik toqquşarsa, Δ p = 2 m v {\displaystyle \Delta \mathbf {p} =\mathbf {2mv} } , plastiki toqquşarsa Δ p = m v {\displaystyle \Delta \mathbf {p} =\mathbf {mv} } olar. d) Ümumi halda, yəni p 1 {\displaystyle \mathbf {p_{1}} } və p 2 {\displaystyle \mathbf {p_{2}} } müxtəlif istiqamətlərdə olarsa, Δ p {\displaystyle \Delta \mathbf {p} } -nin qiyməti kosinuslar teoreminə görə tapılır: Δ p = p 1 2 + p 2 2 − 2 p 1 p 2 cos ⁡ α {\displaystyle \Delta \mathbf {p} ={\sqrt {p_{1}^{2}+p_{2}^{2}-2p_{1}p_{2}\cos \alpha }}} Burada α {\displaystyle \mathbf {\alpha } } − {\displaystyle -} p 1 {\displaystyle \mathbf {p_{1}} } və p 2 {\displaystyle \mathbf {p_{2}} } vektorları arasındakı bucaqdır deyildir təkan, səbəb, stimul; fiziologiyada qeyri-iradi hərəkət; mexanikada hərəkət prosesində əldə olunan orta əhəmiyyətə malik qüvvə; elektronikada elektrik cərəyanının sürətli və qısa müddətli sıçrayışı; hər hansı bir hərəkəti doğuran daxili səbəb, təkan. Məsələn, yaradıcılıq impulsu. İradə impulsu.
İvdel
İvdel — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir.
İşmael
İsmayıl peyğəmbər – İbrahim peyğəmbərin Həcərdən olan oğludur. == Həyatı == Həcər Şamın qibtilərin şahı (yaxud bir çoxlarının dediyi kimi Misirin şahı) tərəfindən Saraya bağışladığı kəniz idi. Həcər həmişə Saranın qulluğunda hazır olar və onun evində yaşıyardı. İbrahim öz vətənindən hicrət etdikdən sonra Şamda yaşayırdı. İbrahimin birinci arvadı Sara onun xalası qızı idi. Amma üstündən bir neçə il keçsə belə onların övladı olmurdu. Bu zaman İbrahim Saraya Həcəri ona satmağını təklif etdi ki (Bəzi rəvayətlərdə bunun Sara tərəfindən təklif olunduğu yazılır), onunla evlənsin və bəlkə Allah ona bir övlad mərhəmət etdi. Nəhayət İbrahim Həcər ilə evləndi və ondan İsmail dünyaya gəldi. Bu hadisə Şamda baş verdi. Amma çox çəkmədi ki, İbrahim Həcər və oğlu İsmaili götürüb Məkkəyə gəldi və orada onları sakin etdi.
Şapel
Kapella – Kilsəyə nisbətdə daha kiçik xristian məbədi və ya müqəddəs ibadətgahı. Adətən böyük kilsə, kollec, xəstəxana, saray, həbsxana və ya qəbiristanlıq bir təşkilat yaxud məntəqə ilə əlaqəli olur. Zaman-zaman böyük kilsələrin içərisində bir müqəddəsin adına həsr olunmuş kiçik ibadət yerləri, kapellar da mövcud olur. Əsasən isə kiçik yaşayış məntəqələrində və ya yol kənarında dini etiqadları yerinə yetirmək üçün hazırlanmış dua etməyə və şam yandırmağa münasib xüsusi yerlər kimi təsvir olunur.
Akustik impuls
Akustik impuls 1) Qısamüddətli kəskin təzyiq dəyişməsinə malik qaçan səs dalğası, məsələn, partlayış, qığılcım boşalması, cismlərin toqquşması nəticəsində yaranan səs dalğaları. Belə impulsların tərkibində həm yüksək, həm də aşağı təzyiqli sahələr mövcuddur. Onların spektri səltdir. Spektrin maksimum periodu akustik impulsun davametmə müddətinə yaxın olan rəqslər oblastında yerləşir; 2) Tərkibində rəqs dövrlərinin sayı ondan bir neçə yüzə qədər olan (dolmuş akustik impuls adlanan radio impulsun analoqu) kvaziharmonik rəqslərdən ibarət dəstə şəklində səs dalğaları. Əksər hallarda bir-birinin ardınca müəyyən tezliklə təkrar olunan ardıcıllıq müddəti bir akustik impuls müddətindən çox böyük olan identik dolmuş akustik impuls istifadə olunur. Akustik impuls məhdud həcmlərdə akustik tədqiqatlar apararkən göndərilən və qayıdan siqnalları bir-birindən zaman kəsiyində fərqləndirmək, hidroakustika tədqiqatlarında dəniz mühitinin xassələrini tədqiq etmək və dərinliyi ölçmək üçün, hidroloka siyada, US defektoskopiyasında və s. sahələrdə istifadə olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Ambel (İzer)
Ambel (fr. Ambel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38008. Kommunanın 1999-cu il üçün əhalisi 22 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 735-dən ilə 1596 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 140 km cənub-şərqdə, Qrenobldan 50 km cənubda yerləşir.
Amper-tərəzi
Amper-tərəzi — elektrik ölçü cihazlarını yoxlamaq məqsədilə elektrik cərəyan şiddətinin vahidi olan amperi təyin etmək üçün istifadə olunan elektromexaniki cihazdır. Bu cihaz həmçinin cərəyan tərəzisi də adlanır. == Ümumi məlumat == Məlumdur ki: "Amper elə sabit cərəyan şiddətinin vahididir ki, vakuumda sonsuz uzunluğa malik iki paralel naqil bir-birindən 1 metr məsafədə yerləşən zaman bu naqillərin hər 1 metri arasındakı qarşılıqlı təsir qüvvəsi 2·10-7 Nyuton-a bərabər olsun. Tərifdə sonsuz uzun naqillər anlayışı mövcuddur ki, bu da təcrübədə tətbiq oluna bilməz. Buna görə də, real problemləri həll etmək üçün sonlu ölçülərə malik naqilləri olan xüsusi elektromexaniki cihaz — amper-tərəzi hazırlanmışdır. Onun köməyi ilə elektrodinamika qanunları əsasında tələb olunan cərəyan şiddətini hesablamağa imkan verən məlumatlar əldə edilir. İlk amper-tərəzi 1882-ci ildə İngilis fiziki Uilyam Tomson (Lord Kelvin) tərəfindən hazırlanmışdır. Konstruksiyasının fərqləndirici xüsusiyyəti kompakt və dəqiq olmasıdır. Çünki, cərəyanın gücü iki koaksial bir qatlı solenoidlərin qarşılıqlı təsir qüvvəsi ilə təyin olunur. == Konstruksiyası və işi == Dizaynına görə, amper-tərəzi analoq tərəzilərə bənzəyir.
Amper qanunu
Amper qanunu — elektrik cərəyanı elementində maqnit sahəsinin göstərdiyi mexaniki təsir qüvvəsini müəyyən edən qanun. Maqnit sahəsinin cərəyanlı naqilə etdiyi təsir qüvvəsi (F) maqnit sahəsinin induksiyası B, naqilin uzunluğu L, naqildən keçən cərəyan şiddəti İ və naqil ilə maqnit sahəsinin induksiya vektoru arasındakı a bucağının sinusu ilə tərs mütanəsibdir.
Amper çayı
Amper (alm. Amper, Ammer‎) — Almaniyanın Bavariya bölgəsindən axan çay. == Əsas göstəriciləri == Amper çayının uzunluğu 185 km, hövzəsinin sahəsi isə 3247,76 km²-dir. Çay öz başlanğıcını Şimali Alp dağlarından götürür. Ammerze gölünə tökülənə qədər çay Ammer adlanır. Ammer bir çox dağ çaylarının birləşməsindən yaranır. Bunlardan biri Linder çayıdır. Bir çox rəsmi məlumatlarda Amper Linder və başqa çaylarla birlikdə qeyd edilir. Bavariya əyalətində çayın uzunluğu 209,49 km-dir. Çay əvvəl İzar çayına tökülür ki, oradan da Dunaya qovuşur.
Andre Amper
Andre Mari Amper (fr. André-Marie Ampère; 20 yanvar 1775[…], Lion – 10 iyun 1836[…], Marsel) — məşhur fransız fiziki və riyaziyyatçısı. Elektrodinamikanın elmi əsasını yaradanlardan biridir. O, fizika elminə ilk dəfə olaraq "elektrik cərəyanı" anlayışını daxil etmiş, molekulyar cərəyanlar fərziyyəsini irəli sürmüşdür. Amper Paris Elmlər Akademiyasının üzvü olmuşdur. == Fəaliyyəti == Andre Mari Amper zadəgan ailəsindədir. 14 yaşı olarkən Didro və Jan Leron Dalamberin yazdığı 20 cildlik ensiklopediyanı tam oxumuş, təbiət elmləri və riyaziyyat ilə məşğul olmağa başlamışdır. 1801-ci ildə Burk-an-Bresdəki Mərkəzi məktəbin kafedrasına təyin olunmuşdur. 1805-ci ildə Parisin politexnik məktəbində tərcüməçi vəzifəsində çalışmışdır. 1809-cu ildə fəaliyyət göstərdiyi məktəbdə professor adı almışdır.
Appel reaksiyası
Appel reaksiyası - spirtlərdən alkil xloridlərin və alkil bromidlərin tetraxlorid və ya tetrabromid və trifenilfosfin ilə qarşılıqlı təsirləri ilə sintezi metodudur: Sintetik təcrübəyə 1970-ci illərdə Rolf Appel tərəfindən tətbiq edilmişdir [1]. == Reaksiya mexanizmi == Appel reaksiyası fosfinin tetrahalogenmetan ilə halogenofil reaksiyasına əsaslanır. Birinci mərhələdə, trixlorometil və ya tribrommetil qrupunun tetrahalogen metanın halogen atomunda fosfin 1 ilə ayrılan nukleofil əvəzetmə nəticəsində, əlavə - psevdofosfonium duzunun əmələ gəlməsi baş verir. haloform 3, sonra halofosfonium duzunun 4 alkolyat anionunun nükleofili əvəzlənməsi ilə duz 5 əmələ gəlir. Son mərhələdə, psevdofosfonium duz 5-in karbonuna halogenid ionunun nükleofil hücumu baş verir, fosfin oksidin 7 xaric olmasına və alkil halogenid 6 əmələ gəlməsinə, çevrilməyə səbəb olan SN2 mexanizminə gətirib çıxaran nükleofil əvəzlənməsi baş verir. Nəticədə karbinol karbonunun konfiqurasiyası gedir: Reaksiyanın son mərhələsinin arxasında duran qüvvə, sabitliyi P = O əlaqənin əmələ gəlməsinin yüksək (~ 544 kJ / mol) enerjisi sayəsində çox yaxşı bir ayrılma qrupu olan fosfin oksidinin meydana gəlməsidir. == Tətbiqi == Appel reaksiyasının əsas üstünlüyü,onun mülayim və neytral şərtləridir, bu da spirt mühitində turşuluq xassəsi əks etdirən halogenlə əvəz olunan hidroksil qrupudur məsələn, hidrogen xlorid, tionil xloridin geraniolun geraniolxloridə çevrilməsi . Nəticədə fosfor xloridlərin izomerləşməsi və ayrılması ilə geranil və linalil xlorid qarışığının əmələ gəlməsin baş verir . Appel reaksiyası bu çatışmazlıqlardan məhrumdur. Appel reaksiyasında əsas çatışmazlıq- hədəf məhsulu olan stexiometrik miqdarda əmələ gələn fosfin oksiddən ayrılması zərurətidir, məsələn, kifayət qədər yüksək temperaturda distillə, termallabil halogenidlərin izomerləşməsinə və ya rasemizasiyasına və yenidən kristallizasiyaya səbəb ola bilər .
Bulbophyllum impar
Bulbophyllum impar (lat. Bulbophyllum impar) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Dimpl Kapadiya
Dimpl Kapadiya (8 iyun 1957, Bombey) — kəşmirli hind aktrisası == Həyatı == 8 iyun 1957-ci ildə anadan olmuşdur. Tam adı Dimpl Cunnibhay Kapadiyadır. Əslən Qucaratlıdır. Aktrisa Tvinkl Xannanın anasıdır. Karyerasına gənc yaşlarından başlayıb. 1973-cü ildə "Bobbi" filminə çəkiləndə 16 yaşı olub. 1991-ci ildə "Qara şahzadə Adjuba" filminə də çəkilib. 1973-cü ildə Radjeş Xanna ilə ailə həyatı qurub. İki qızı var.
Elektromaqnit impuls
Elektromaqnit impuls (ing. Electromagnetic pulse, EMP) partlayışdan sonra meydana gələn (əsasən nüvə partlayışları) və elektron cihazlara zərər verən dalğalardır. İlk dəfə 1991-ci ildə Körfəz müharibəsində ABŞ tərəfindən elektron bomba (e-bomba) kimi istifadə edilmişdir. ABŞ-nin 2003-cü ildəki İraq müharibəsində də istifadə etdiyi iddia edilir. Nüvə partlayışlarından istiqamətlənən elektromaqnit sahəsinə elektromaqnit impulsu deyilir. Elektromaqnit impulsun yaranması Komptonov (ingilis alimi) mexanizmi nəticəsinə əsaslanır. Nüvə partlayışı anında küllü miqdarda qamma kvantlar və neytronlar yayılır. Partlayışın qamma-kvantı, ətraf mühitin atomları ilə qarşılıqlı təsirdə, müsbət yüklü zəif ionlar və cəld elektronlar əmələ gətirir ki, bunlar da yeni qamma-kvantların törəmələri istiqamətində hərəkət edirlər. Nəticədə ətraf mühitin bu boşluğunda sərbəst elektrik cərəyanı və yüklü sahə əmələ gəlir. Öz növbəsində cəld elektronlar mühitdə ionlaşaraq, müsbət yüklənmiş ionlar və zəif elektronlar yaradırlar.
Gavia imber
Qütb qaqarı (lat. Gavia immer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Gavia immer
Qütb qaqarı (lat. Gavia immer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Georq Zimmel
Georq Zimmel (alm. Georg Simmel‎; 1 mart 1858[…], Berlin – sentyabr 1918, Puerto-Varas) — məşhur alman sosioloqu, filosofu və tənqidçisi, "həyat fəlsəfəsinin" son nəsil nümayəndələrindən. Əsərlərində əsasən mədəniyyət fəlsəfəsi və sosioloji tədqiqatlara yer vermişdir. Çox zaman sosiologiyanın "böyük dördlüyü"nün unudulmuş üzvü kimi təqdim olunur (digər üzvlər Marks, Veber, Dürkheym). Amerika sosioloji dairələrində daha çox "Marks olmayan alman" kimi də tanınmış Zimmelin toplunun fəaliyyətində moda, pul kimi faktorların rolu, şəhər həyatının individual keyfiyyətlərə təsiri və sair bu qismdən maraqlı tədqiqat işləri olmuşdur. == Həyatı == Zimmel çox uşaqlı ailənin sonuncu, yeddinci uşağı kimi dünyaya göz açmışdır. Atası şokolad fabrikinin sahibi olmuşdur və vəfat edərkən övladların kifayət qədər miras qoymuşdur. Buna baxmayaraq, Zimmel üçün əsas miras Beynəlxalq Musiqi Nəşr Evinin yaradıcısı Yulius Fridlander (Julius Friedlände) tərəfindən qalmışdır. O, gənc Georqu öz himayəsinə götürmüş və ona elmlə məşğul ola bilməsi üçün hədsiz böyük məbləğdə vəsait qoymuşdur. Zimmelin ailəsində dini baxışlara münasibət bir qədər mürəkkəb olmuşdur.
Impera
Impera – ERA qrupunun debüt albomu olan Era albomundan çıxarılmış ilk promo sinql. Sinqı 7 oktyabr 1996 – cı ildə Fransada satışa çıxarılmışdır.
Intel
Intel Corporation və ya qısaca Intel — mərkəzi ofisi Santa-Klarada yerləşən Amerikan transmilli korporasiya və texnologiya şirkəti. O, gəlirlərinə görə dünyanın ən böyük yarımkeçirici çip istehsalçılarından biridir və əksər fərdi kompüterlərdə (PC) mövcud olan x86 seriyalı təlimat dəstlərinin tərtibatçılarından biridir. Intel 2007-ci ildən 2016-cı maliyyə ilinə qədər təxminən on il ərzində ümumi gəlirə görə ən böyük ABŞ korporasiyalarının 2020 Fortune 500 siyahısında 45-ci yeri tutub. Intel əksər kompüter sistemi istehsalçıları üçün mikroprosessorlar, həmçinin ana lövhə çipsetləri, şəbəkə interfeysi kontrolleriləri və inteqral sxemlər, fləş-yaddaş, qrafika çipləri, gömülü prosessorlar və kommunikasiya və hesablama ilə bağlı digər cihazlar istehsal edir. Intel (Integrated electronics) 18 iyul 1968-ci ildə yarımkeçirici qabaqcılları Qordon Mur (Mur qanununa görə), Robert Noys (1927–1990), Artur Rok (vençur kapitalisti) tərəfindən təsis edilib və Endryu Qrovun icraçı rəhbərliyi və baxışı ilə əlaqələndirilir. Intel Silikon vadisinin yüksək texnologiya mərkəzi kimi yüksəlişinin əsas komponenti idi. Noys inteqral sxemin (mikroçip) əsas ixtiraçısı idi. Intel 1981-ci ilə qədər biznesində əsas yeri tutan SRAM və DRAM yaddaş çiplərinin erkən tərtibatçısı idi. Şirkət 1971-ci ildə dünyanın ilk kommersiya mikroprosessor çipini yaratsa da, bu fərdi kompüterin uğuruna qədər onun əsas biznesinə çevrilməmişdi. 1990-cı illərdə Intel kompüter sənayesinin sürətlə böyüməsini təmin edən yeni mikroprosessor dizaynlarına böyük sərmayə qoydu.
IMEI
IMEI (ing. International Mobile Equipment Identity — azərb. mobil avadanlığın beynəlxalq tanınma kodu‎)) — hər bir istehsal olunan aparat üçün istifadə olunan unikal kod. Adətən kod, onluq say sistemindən olan 15 rəqəmdən ibarətdir. GSM, WCDMA və IDEN şəbəkələrini dəstəkləyən mobil telefonlarda, həmçinin bəzi peyk telefonlarında tətbiq edilir. == Ümumi məlumatlar == IMEI kod, zavodda, istehsal zamanı telefona mənimsənilir. Bu kod, qurğunun identifikasiyasına (eyniləşdirilməsinə) xidmət edir və aparatın daxilində (proqram təminatında) saxlanılır. Bir qayda olaraq, IMEI kod dörd yerdə göstərilir: aparatı ılk dəfə aktiv etdikdə və ya xüsusi *#06#yes sorğusunu göndərdikdə IMEI kod ekranda əks olunur. akkumulyator batareyasının altında qablaşdırma qutusunda zəmanət talonunda. IMEI kod aparatın seriya nömrəsi rolunu oynayır və şəbəkəyə avtorizasiya (daxil olma) zamanı efirə ötürülür.