Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İtiləmə (film, 2009)
"İtiləmə" (ing. Shank) — 2009-cu ilin, cavan britaniyalı rejissor Saymon Pirsin gənclər arasında zorakılıq və homoseksuallıq haqqında film. Kel adlı 18 yaşlı oğlan gənc bandanın üzvüdür. Özünün boş həyatında narkotik, seks, günahsız insanlara zorakılıqdan başqa heç nə bilmir. Amma onun balaca bir gizli sirri var. Bu sirri banda üzvlərindən ehtiyatla gizlətmək lazımdır: o gizli gay'dir və onun kişilərdən xoşu gəlir. O gizli olaraq bandanın başçısı Connoya aşiqdir, filmin gedişi ilə bilinir ki, o da Kelə biganə deyil. Ancaq açıq şəkildə bu hissləri etiraf etməkdən söhbət belə gedə bilməz: bandada homofobiyaya pərəstiş edilir, elə yaxınlıqda yaşayanlar da «mavisayağı» göründükləri üçün döyülürlər. Başqa bir hücumun qurbanı Olivye adlı fransalı tələbə olur. Hadisələr elə cərəyan edir ki, Keli onun əvvəlki "banda-dostları" izləməyə başlayır və o Olivyenin evində özünə sığınacaq tapır.
İtələmə
İtələmə — İsaak Nyutonun ikinci və üçüncü qanunları tərəfindən tanınan reaksiya qüvvədir. Bir sistem kütləni bir istiqamətdə hərəkət etdirdikdə ya da təcilləndirəndə, təcillənən qüvvəni bərabər böyüklükdə, ancaq əks istiqamətdə bir qüvvə formalaşdırır. Nümunə olaraq stabil qanadlı hava texnikaları, pərvanə və ya reaktiv mühərriklər havayı uçuş istiqamətinin əksi istiqamətində itələməsi sayəsində irəliyə doğru hərəkətlərini təmin edirlər.
Tüləmə
Tüləmə — quşlarda və məməli heyvanlarda tük örtüyünün təzələnməsi prosesi. Tüləmə ilin fəsillərinə görə gedir. Tüləmə nəticəsində lələk və tüklər sıxlaşır, lələklərin, bəzi məməlilərdə isə tüklərin də rəngi dəyişir. Tüləmə bütün bədəni əhatə etməyə də bilər. Buna qismən tüləmə deyilir.
Çiləmə
Çiləmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. Bu oyunu əsasən oyunçuların sayı çox olduğu hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Lakin oyunçular yetərsay olmadıqda uşaqlar bu oyunu dəstələrə bölünmədən, sanama üsulu ilə öz aralarında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bu oyunu iki uşaq aralarında növbə ilə topu çiləməklə oynayırlar. Hələ indiki müasir toplar istehsal olunmadığı bir dövrdə bu məqsədlə at və iri buynuzlu heyvanların xırda tükündən (yunundan) kos (top) hazırlayardılar. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk və ya sanama üsulu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Oyuna başlamazdan əvvəl dəstələr bir-birindən 3-4 metr aralı dayanır. Sanama yolu ilə dəstələrdən biri oyuna başlayır.
İkiləm
Dilemma — İnsanın istəmədiyi halda, hər iki seçimdə seçilən qərarın düzgün olmamasına baxmayaraq qarşılaşdıqda onlardan birini etməyə məcbur edən vəziyyət. Dilemmanın iki növü vardır: Quraşdırıcı dilemma və dağıdıcı dilemma. Əgər nəticədə şərti hökmdə verilmiş xassə, yaxud fikir iqrar edilirsə - qurucuya, inkar idilirsə - dağıdıcıya aiddir. Qurucu dilemmaya nümunə olaraq Y. Semyonovun "Baharın on yeddinci anı" kitabından əsərin baş qəhrəmanı Ştirlisin mühakiməsini verək: "Əgər Berlinə getsəm, məni gestapo həbs edəcək, Moskvaya qayıtsam, onda tapşırığı yerinə yetirə bilməyəcəm. Lakin mən Berlinə gedə bilmərəm, yaxud Moskvaya qayıda bilmərəm. Məni gestapo həbs edəcəkdir, yaxud tapşırığı yerinə yetirə bilməyəcəm". Gətirilən nümunədə alınan nəticə konkret deyil. Lakin belə bir qayda əsas tutulur ki, iki çətin vəziyyətdən ən az çətin olanı seçilir. Dağıdıcı dilemmada isə kiçik müqəddimələrdə verilmiş şərtlər, alternalar da, nəticə də inkar olunur. Məsələn: "Yetərincə vaxtım olarsa, ya kitab üzərində işləyəcəm, ya da səyahətə çıxacam".
Ekstremal ütüləmə
Ekstremal ütüləmə və ya qısaca EÜ – insanların ekstremal yerlərdə paltar ütüləməyə çalışdıqları ekstremal idman növü. Ekstremal Ütüləmə Bürosuna görə bu idman növü dünyada ən təhlükəli idman növlərindən biridir. Medianın ekstremal ütüləməyə olan marağının səbəblərindən biri də ekstremal ütüləmənin həqiqətən idman növü olub-olmadığı məsələsidir. Ekstremal ütüləmə dağlıq ərazilərdə, meşədə, heykəllərin üstündə, küçənin ortasında, magistral yolda, suyun dibində, donmuş gölün buz təbəqəsinin altında kimi yerlərdə yerinə yetirilə bilər. Hətta paraşütlə tullanaraq və xizək sürərək ekstremal ütüləmə edən şəxslər də var. Ekstremal ütüləmə Tom Hayam tərəfindən 1980-ci ildə İngiltərədə yerləşən Yorkşir Deyls Milli Parkında ixtira edilmişdir. O, bacanağı Con Sleyterin düşərgə çadırında ütüləməyə davam etməsindən ilhamlanmışdır. 1990-cı ilə kimi Toni ütü və ütü stolunu özü ilə daşıyaraq qəribə yerlərdə ütüləmə ilə məşğul olmuşdur. İdman növü ilə məşğul olanların çoxu isə hesab edir ki, ekstremal ütüləmə ilk dəfə 1997-ci ildə İngiltərənin Lester şəhərində Fil Şou tərəfindən başladılmışdır. Şou həmin dövrdə Lesterdə bir fabrikdə işləyirdi və ev işlərinə vaxt ayırmaqda çətinlik çəkirdi.
Qlobal istiləşmə
İqlim dəyişikliyi — həm insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu istixana qazlarının hərəkətə gətirdiyi qlobal istiləşməni, həm də bunun nəticəsində hava modellərində özünü göstərən böyükölçülü dəyişiklikləri əhatə edir. Əvvəlki dövrlərdə də iqlim dəyişiklikləri olmasına baxmayaraq, 20-ci əsrin ortalarından bəri insanlar Yer kürəsinin iqlim sisteminə misli görünməmiş dərəcədə təsir göstərmiş və qlobal miqyasda dəyişikliklərə səbəb olmuşdur. İstiləşmənin ən əsas hərəkətverici qüvvəsi 90%-dən çoxu karbon qazı (CO2) və metandan ibarət olan istixana qazlarının emissiyasıdır. Bu emissiyaların əsas mənbəyi enerji istehlakı üçün təbii yanacaqların (kömür, neft və qaz) yandırılması olsa da, bunda kənd təsərrüfatının, ağacların kəsilməsinin və sənaye proseslərinin də rolu var. Milli və ya beynəlxalq arenada tanınan heç bir qurum iqlim dəyişikliyindəki insan faktoruna qarşı çıxmır. İqlim dəyişikliyinə verilən reaksiyalar – günəşi əks etdirən qar və buz örtüyünün yox olması, artmış su buxarı (istixana qazının özü) və quru və okeandakı karbon uducularda baş verən dəyişikliklər – temperatur artımını sürətləndirir və ya yavaşıdır. Qurudakı temperatur artımı qlobal orta artımın təxminən iki qatına bərabərdir, bu da öz növbəsində səhraların ekspansiyasına (genişlənməsinə), isti hava dalğalarının və meşə yanğınlarının artmasına səbəb olur. Artan buxarlanma göstəriciləri daha güclü fırtınalara və ekstremal hava şəraitinə gətirib çıxarır. Temperatur artımı Arktikada amflikasiya olur, bu da permafrostun əriməsinə, buzlaqların geri çəkilməsinə və dəniz buzlarının yoxa çıxmasına təkan verir. Əlavə istilik həmçinin tətikləyici kritik faktorlar riskini də artırır.
Geridönmələrlə izləmə
Geridönmələrlə izləmə (Backtracking)– ekspert sistemlərində: məsələnin cavabını tapmaq üçün proqramın bütün mümkün alternativ yolları yoxlamasından ibarət həll üsulu. Bu alternativlərə bir ağacın budaqları kimi baxmaq olar: proqram bir budaq boyunca axıradək “gedir” və əgər həll tapılmırsa, geriyə qayıdır və axtarışı başqa budaqda davam etdirir. İzlənmə müqaviməti (Backtracking resistance) – təsadüfi bitlər generatorunun (ing. Random Bit Generator, RBG) çıxış ardıcıllığının gələcəkdə generator sındırıldıqda da iddia olunan təhlükəsizlik səviyyəsində ideal, təsadüfi ardıcıllıqdan fərqlənməyəcək şəkildə qalacağının təminatı. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İzləmə sistemi
İzləmə sistemi hərəkətdə olan insanların və obyektlərin müşahidəsi və irəli emal üçün məkan məlumatlarının zamanda düzgün düzülüşünün təchiz olunmasında istifadə olunur. Virtual məkan texnologiyasında izləmə sistemi müşahidəçinin koordinatlarını izləyərkən, virtual məkanı insan müşahidəçisi üçün səhnələyən ümümi sistemdir. İzləmə sistemləri saysızdır. Bəziləri gecikmə müddəti göstəriciləridir, məlumat, maddə nöqtəni keçdikdən sonra toplanır, məsələn bar kod və ya drossel nöqtəsi va ya qapı.. Digərləri Qlobal Mövqetəyinetmə Sistemi (GPS) kimi bilginin hansı tezlikdə yenilənməsindən asılı olan həqiqi vaxt və ya yaxın həqiqi vaxtdır. Maddələri araşdırmaq və avtomatik eyniləşdirmə üçün insana ehtiyac duyan bar kod sistemləri vardır. Böyük bir kütlə, izləmə dünyaları müxtəlif tətbiqlər üçün ayrılıqda qurğu hissəsi və proqram təminatından təşkil olunmuşdur. Bar kod sistemləri Elektronik Məhsul Sistemlərindən (EPC), GPS sistemi isə aktiv həqiqi vaxt yerləşdirmə sistemindən ayrılır.
Şüa izləmə
Şüa izləmə (ing. ray tracing) — görüntünün renderinq (RENDERİNG) olunmasının iki əsas üsulundan biri. Kompüter qrafikasında: görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yoluyla hesablanır. Bundan sonra obyektin atributlarından ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, gürününün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Ümidini itirmə (film, 2009)
Ümidini itirmə (Rom: Vaada Raha; ing: I Promise; Azərbaycan dilinə tərcüməsi: Söz verirəm) 11 sentyabr 2009-cu ildə nümayiş olunmuş hind filmidir. Baş rolda Bobbi Deol, xüsusi səhnələrdə isə Kanqana Ranaut və Atul Aqnihotri çəkilmişdir. Filmin rejissoru Samir Karnikdir. Filmin bir hissəsi Türkiyənin Efes şəhərində çəkilmişdir. Amerika Tibb Assosiasiyasından səxavətli qrant aldıqdan sonra xəstələrinə hər zaman ümid bəxş edən Dr. Dyanesh Kripal “Duke” Chawla (Bobby Deol) sevgilisi Pujaya (Kangana Ranaut) evlənmə təklifi edir və onlar tezliklə evlənməyə hazırlaşırlar. Həmin gecə evə qayıdarkən qəza ilə qarşılaşır və Şərq-Qərb Xəstəxanasının reanimasiya şöbəsində oyanır. Özünə gələndə özünü paramparça və darmadağın olmuş görməsi az imiş kimi, Pucanın artıq onunla heç bir əlaqəsinin olmadığını və onunla ayrıldığını biləndə daha çox travma və şok yaşayır. Üzgün, acı və ümidsizlik içində yaşamaq onun iradəsini sındırır və beləliklə də o, dərman qəbul etməkdən və bütün növ müalicələrdən imtina edir və ölümünü gözləməyə başlayır. Bir gün gənc oğlan Roşan (Dwij Yadav) onun yaşamaq ümidini yenidən alovlandırmaq üçün Dukun həyatına daxil olur.
Buz dövrü 2: Qlobal istiləşmə
Buz dövrü: Ərimə (ing. Ice Age 2: The Meltdown) — 2006-cı ildə istehsal olunmuş animasiyadır. Mamont Manfred (qısa adı: Menni), tənbəl Sid və pələng Diyeqo macəralarına davam edirlər. Onlar öyrənirlər ki, yaşadıqları sahə əriməyə başlayacaqdır. Bu səbəbdən buranı tərk etmək məcburiyyətində qalırlar. Skret adında dələ isə əvvəlki kimi öz palıd qozasının axtarışındadır. Mamont Menni hələ öz növündən biriylə qarşılaşmamışdır. Dünyada qalan son mamont olduğuna inanmağa çalışarkən Elli adlı mamontla tanış olur. Ancaq Elli özünün mamont olduğunu qəbul etməməkdədir. Elli qardaşlarını opossumlar olan Kreş və Eddini hesab edir… «Buz dövrü 2» — Internet Movie Database saytında.
Buz dövrü 2: Qlobal istiləşmə (animasiya, 2006)
Buz dövrü: Ərimə (ing. Ice Age 2: The Meltdown) — 2006-cı ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Mamont Manfred (qısa adı: Menni), tənbəl Sid və pələng Diyeqo macəralarına davam edirlər. Onlar öyrənirlər ki, yaşadıqları sahə əriməyə başlayacaqdır. Bu səbəbdən buranı tərk etmək məcburiyyətində qalırlar. Skret adında dələ isə əvvəlki kimi öz palıd qozasının axtarışındadır. Mamont Menni hələ öz növündən biriylə qarşılaşmamışdır. Dünyada qalan son mamont olduğuna inanmağa çalışarkən Elli adlı mamontla tanış olur. Ancaq Elli özünün mamont olduğunu qəbul etməməkdədir. Elli qardaşlarını opossumlar olan Kreş və Eddini hesab edir… == Saundtrek == == Xarici keçidlər == «Buz dövrü 2» — Internet Movie Database saytında.
Buz dövrü 2: Qlobal istiləşmə (film, 2006)
Buz dövrü: Ərimə (ing. Ice Age 2: The Meltdown) — 2006-cı ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Mamont Manfred (qısa adı: Menni), tənbəl Sid və pələng Diyeqo macəralarına davam edirlər. Onlar öyrənirlər ki, yaşadıqları sahə əriməyə başlayacaqdır. Bu səbəbdən buranı tərk etmək məcburiyyətində qalırlar. Skret adında dələ isə əvvəlki kimi öz palıd qozasının axtarışındadır. Mamont Menni hələ öz növündən biriylə qarşılaşmamışdır. Dünyada qalan son mamont olduğuna inanmağa çalışarkən Elli adlı mamontla tanış olur. Ancaq Elli özünün mamont olduğunu qəbul etməməkdədir. Elli qardaşlarını opossumlar olan Kreş və Eddini hesab edir… == Saundtrek == == Xarici keçidlər == «Buz dövrü 2» — Internet Movie Database saytında.
Buz dövrü 2: Qlobal istiləşmə (cizgi filmi, 2006)
Buz dövrü: Ərimə (ing. Ice Age 2: The Meltdown) — 2006-cı ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Mamont Manfred (qısa adı: Menni), tənbəl Sid və pələng Diyeqo macəralarına davam edirlər. Onlar öyrənirlər ki, yaşadıqları sahə əriməyə başlayacaqdır. Bu səbəbdən buranı tərk etmək məcburiyyətində qalırlar. Skret adında dələ isə əvvəlki kimi öz palıd qozasının axtarışındadır. Mamont Menni hələ öz növündən biriylə qarşılaşmamışdır. Dünyada qalan son mamont olduğuna inanmağa çalışarkən Elli adlı mamontla tanış olur. Ancaq Elli özünün mamont olduğunu qəbul etməməkdədir. Elli qardaşlarını opossumlar olan Kreş və Eddini hesab edir… == Saundtrek == == Xarici keçidlər == «Buz dövrü 2» — Internet Movie Database saytında.