Çiləmə

Çiləmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaqgənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bu oyunu əsasən oyunçuların sayı çox olduğu hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Lakin oyunçular yetərsay olmadıqda uşaqlar bu oyunu dəstələrə bölünmədən, sanama üsulu ilə öz aralarında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bu oyunu iki uşaq aralarında növbə ilə topu çiləməklə oynayırlar. Hələ indiki müasir toplar istehsal olunmadığı bir dövrdə bu məqsədlə at və iri buynuzlu heyvanların xırda tükündən (yunundan) kos (top) hazırlayardılar.

Oyunun qaydaları

[redaktə | mənbəni redaktə et]
Çiləmə oyunu

Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk və ya sanama üsulu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər.

Oyuna başlamazdan əvvəl dəstələr bir-birindən 3-4 metr aralı dayanır. Sanama yolu ilə dəstələrdən biri oyuna başlayır. Oyuna başlayacaq dəstənin bir üzvü dəstələr arasında, tam ortada dayanır. Sağ əlində tutduğu topu azca yuxarı ataraq növbə ilə sağ və sol ayaqlarında top yerə düşənə qədər çiləyir. Əgər top yerə düşərsə həmin dəstə estafeti digər dəstəyə verir. Oyun beləcə davam edir. Hansı dəstənin oyunçusu daha çox top çiləyərsə o dəstə hesabda irəlidə olar.