Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kənafə
Kənafə (ərəb. كنافة‎ kanāfah) — Ərəb mətbəxində şirin şəkərəsaslı siropu ilə isladılmış pendirli şirniyyat və desert.
Vənənd
Vənənd — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. == Toponimikası == Azərbaycanın qədim yaşayış məntəqələrindəndir. Erməni tarixçisi Moisey Xorenlinin (V əsr) məlumatına görə bu oykonim ədim türkdilli bulqarlardan Vahandur Vəndin adı ilə bağlıdır. Qafqazdan şm-da və qara dəniz sahillərində yaşamış bulqarlar m.ö. II əsrdə Cənubi Qafqaz ərazisinə gəlmiş və binasını qoymuş olduqları yaşayış məntəqələri də tayfanın başçısının adı ilə bağlı olmuşdur(Vənənd). XII əsrdə Qars vilayətində Vənənd yaşayış məntəqəsi və Vənənd mahalı qeydə alınmışdır. Yaşayış məntəqəsi hələ erkən orta əsrdə oradan gəlmiş ailələrin Naxçıvanda məskunlaşması nəticəsində yaranmış və ona köhnə yurdun adı verilmişdir. Tədqiqatçıların bir qisminin ehtimalına görə toponim Azərbaycanın məhçur Əlvəndi tayfasının adından götürülmüşdür. Oykonim hər iki halda etnotoponimdir. == Tarixi == Vənənd Azərbaycanın tarixi yaşayış məntəqələrindəndir.
Kənaf
Çətənə (lat. Cannabis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Bu bitkinin lifi də kətanın lifi kimi, əsasən toxuculuqda istifadə edilmişdir. Bu oxşar bitkilər arasında da bir yaxınlıq vardır. Bu bitkinin lifindən təsərrüfatda, toxumundan isə ərzaq kimi istifadə edilmişdir. Bu bitki də Azərbaycanda qədimdən becərilmişdir. Orta əsrlərdə isə onun yayılma arealı daha da genişlənmişdir. Çətənə XIX əsrdə Quba qəzasının bir sıra kəndlərində və Yelizavetpol quberniyasında becərilmişdir. Çətənə bitkisi XX əsrin əvvəllərində Zaqatala dairəsində, Şəki və Lənkəran qəzalarında geniş yayılmışdı. Çətənə toxumu şum edilmiş sahəyə martın axırlarında səpilir.
Kənəə
Kənəə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənəə kəndi dağətəyi ərazidədir. Keçmiş adı Kənəgə olub. Toponim təhrifə uğramışdır. Əslində Kənagah olmalıdır. Bəzi tədqiqatçıların fikrincə, toponim tat dilindəki kənə (mədən, yataq) və gah (məkan) sözlərindən ibarət olub, “mədən olan yer” mənasındadır. == Əhalisi == Kəndin əhalisi 27 nəfər yaşayır ki, onun da 14 nəfəri kişi, 13 nəfəri isə qadındırdir.
Sənəd
Sənəd (lat. documentum ) – qeyd edilmiş və zaman, məkan üzrə təyin edilmiş informasiyaya malik material daşıyıcı. Başqa sözlə, sənəd – hər-hansı faktı və ya hüququ təsdiq edən işgüzar məlumatdır. Təyinatına görə sənədlər mətnli, qrafiki və təsviri, audovüzal olurlar: Mətnli sənədlər əlyazması, makina və kompüter, kitab, jurnal, blanklar və s. formada olurlar. Qrafiki və təsviri sənədlər şəkil, sxem, kardioqramalar, planlar və s. formada olurlar. Audovüzal sənədlər səs yazılışları, diopozotivlər, kinofilmlər formasında olurlar. == Sənədlər üzrə təsnifat == Yaradıldığı zamana görə Hazırlanma üsuluna görə Hazırlanma məkanına görə Mövzuya görə Təqdimatına görə Yayımına görə == Sənədlərin növləri == İlkin məlumatların alınması üsullarından biri kimi sosioloji tədqiqatlarda sənədlərin təhlili metodu istifadə olunur. İnsanın xüsusi olaraq yaratdığı, məlumatların ötürülməsi və ya saxlanması üçün nəzərdə tutulmuş vasitə sənəd adlanır.
Bazu kələfi
Bazu kələfi lat. plexus brachialis dörd aşağı boyun sinirlərinin və qismən IV boyun və I döş sinirlərinin ön şaxələrindən əmələ gəlir. Bəzən II döş sinirinin ön şaxəsindən də kiçik şaxəcik alır. Ön pilləli və orta pilləli əzələlərin arasından xaricə çıxaraq, aşağı, bayır tərəfə gedir, körpücük sümüyünün altından qoltuq çuxuruna daxil olur. Körpücüküstü və körpücükaltı çuxurları keçərkən körpücükaltı arteriyadan yuxarı və dala yerləşir, öz vəziyyətinə görə iki hissəyə bölünür: körpücüküstü hissə lat. pars supraclavicularis və körpücükaltı hissə lat. pars infraclavicularis. Bazu kələfi qoltuq çuxuruna daxil olarkən üç dəstəyə ayrılır: bayır, içəri və dal dəstələr - lat. fasciculi lateralis, medialis et posterior. Bunlar qoltuq çuxurunda qoltuq arteriyasını əhatə edirlər.
Bel kələfi
Bel kələfi lat. plexus lumbalis üç yuxarı bel və qismən XII döş (ThXII) və IV bel sinirlərinin (L4) ventral şaxələrindən təşkil olunur. IV bel sinirinin ventral şaxəsinin çox qismi bel kələfində iştirak edir, az bir hissəsi isə V bel sinirinin venteral şaxəsi ilə birləşərək bel-oma kötüyünü (lat. truncus lumbosacralis) təşkil edir. XII döş sinirinin ancaq kiçik bir şaxəsi bel kələfində iştirak edir. Bel kələfi bel fəqərələrinin köndələn çıxıntılarının önündə lat. m. psoas major daxilində yerləşmişdir. == Verdiyi şaxələr == Əzələ şaxəsi lat. rami musculares Qalça-qarınaltı sinir lat.
Boyun kələfi
Boyun kələfi lat. plexus cervicalis üç yuxarı və qismən IV boyun sinirlərinin (C1-C3 və qismən C4) ön şaxələrindən əmələ gələrək ota pilləli və kürəyi qaldıran əzələlərin başlanan uclarının önündə yerləşir və döş-körpücük-məməyəbənzər əzələ ilə örtülü olur. Boyun kələfindən çıxan şaxələr üç qrupa bölünür: birləşdirici, dəri və əzələ şaxələri.
Büzdüm kələfi
Büzdüm kələfi lat. plexus coccygeus - V oma və büzdüm sinirinin ön şaxələrindən (S5-Co) əmələ gəlir. Kələf büzdüm əzələsi ilə oma-tin bağının önündə yerləşmişdir və oma kələfi ilə rabitədədir. Büzdüm kələfi lat. nn. ancoccygei özündən adlanan bir neçə şaxələr verir. Bu şaxələr büzdüm əzələsinin önü ilə əvvəlcə aşağı gedir, sonra arxaya keçərək büzdüm sinirinin dal şaxəsi ilə birlikdə büzdüm nahiyəsinin dərisini innervasiya edir. Kələfdən eyni zamanda bir neçə əzələ şaxəsi çıxaraq büzdüm əzələsini, anusu qaldıran əzələni innervasiya edir.
Hənəfi Terequlov
Məmməd Hənəfi Həsən oğlu Terequlov (əsl adı:Məhəmmədhənifə Həsən oğlu Terequlov; 27 noyabr 1877, Tiflis – 18 dekabr 1942, Bakı) — Azərbaycan aktyoru, opera müğənnisi, bariton, teatr xadimi və ictimai xadim, Azərbaycanda opera xorunun banilərindən biri. == Həyatı == Hənəfi Terequlov Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə Hacıbəylinin qardaşıdır. Zaqafqaziya (Qоri) Müəllimlər Seminariyasının məzunu olmuşdur. == Filmoqrafiya == Arşın mal alan (film, 1917) (tammetrajlı bədii film) — rol: Vəli Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 17–20.
Hənəfi Zeynallı
Zeynallı Hənəfi Baba oğlu (1896, Bakı – 13 oktyabr 1937, Bakı) — müəllim, ədəbiyyatşünas, tənqidçi, folklorşünas, mətnşünas, Azərbaycan şifahi xalq ədəbiyyatının ilk tədqiqatçılarından biri,1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Hənəfi Zeynallı 1896-cı ildə Bakının Mərdəkan qəsəbəsində, dəmirçi-nalbənd ailəsində anadan olmuşdur. Babası nalbənd Zeynalabdin bütün Abşeron yarımadasında, həmçinin, Mərdəkan kəndində mahir sənətkar kimi tanınmışdır. Hənəfi Zeynallı altı yaşında olarkən atası vəfat etmişdir. O, kiçik yaşlarından anasının himayəsində yaşamışdır. === Təhsili === Zeynallı yeddinci rus-tatar məktəbinə daxil olmuş, on iki yaşında məktəbdə oxuya-oxuya ailəsini dolandırmaq üçün çəkmə silməklə, qəzet satmaqla məşğul olmuşdur. O, rus-tatar məktəbini bitirdikdən sonra Bakıda Alekseyev adına 3 nömrəli ali-ibtidai məktəbdə təhsilini davam etdirmişdir. Hənəfi Zeynallı 1916-cı ildə həmin məktəbi uğurla bitirir. Daha sonra imtahan verib müsabiqə yolu ilə ali-texniki məktəbə daxil olur. Eyni zamanda, Moskva-Nijniqorod dəmiryol baş idarəsində işləyir.
Hənəfi məzhəbi
Hənəfi məzhəbi — 4 sünni məzhəbindən biri. Əhli-sünnə yolunun davamçılarının böyük hissəsi bu məzhəbi yaşayır. Məzhəbin qurucusu böyük İslam alimi Əbu Hənifədir (əsl adı Numan bin Sabit) (699-767). Hənəfilik Türkmənistan, Əfqanıstan, Türkiyə, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, İordaniya, Tatarıstan, Başqırdıstan, Suriya, İraqın mərkəzi şəhərləri (Ramadi, Bağdad, Tiqrit), İranın Xorasan əyalətində, Cibuti, Bosniya və Herseqovina, Banqladeş, Şri-Lanka və Çinin Sincan-Uyğur Muxtar Rayonunda yayılmışdır. Hənəfi məzhəbi dörd sünni məzhəbinin əhali baxımından ən genişidir. Davamçıları bütün İslam aləminin %56-ni təşkil edirlər. Hənəfi məzhəbi Abbasilər Xilafətinin və Osmanlı dövlətinin rəsmi məzhəbi olmuşdur [mənbə göstərin]. == Hənəfi məzhəbinin əsasları == Hənəfi məzhəbi Şeyxülislam İmam-Əzəm Əbu Hənifənin ictihadları əsasında formalaşmışdır. Onun tələbələri Əbu Yusuf, Şeyx Züfar və Məhəmməd bin əl-Hasan tərəfindən İmam-Əzəmin fikirləri saxlanılmış, sistemləşdirilmiş və gələcək İslam nəsillərinə ötürülmüşdür. Hənəfi məzhəbində hökm vermənin əsasları: Quran Sünnə (səhabələrdən gələn hədislər) İcma Qiyas 2007-ci ildə Hənəfi məzhəbi Tacikistanın rəsmi məzhəbi elan edilmişdir..
Kəmənd paradoksu
Zaman kəməndi və ya kəmənd paradoksu — zaman səfərinə görə keçmişdə olan hadisə gələcəkdə olan hadisənin nəticəsində olması. Onda keçmişdə olan hadisə də həmin gələcəkdə hadisənin qismən və ya tamamilə səbəbi olur.
Oma kələfi
Oma kələfi (lat. Plexus sacralis) — sinir kələfi olub, IV və V bel sinirlərinin ön şaxələri, eləcə də dörd oma sinirlərindən (SI — SIV) təşkil olunmuşdur. Oma kələfi kiçik çanaqda, armudu əzələninön səthində yerləşir. Oma kələfini təşkil edən sini kötükləri böyük oturaq dəliyinə istiqamətlənərək bir yerə toplaşır və üçbucaq şəkilli qalın bir sinir kötüyünü təşkil edir. Üçbucaq şəkilli bu kötüyün ardını bədəndə ən böyük sinir olan oturaq siniri — (lat. n. ischiadicus) təşkil edir. Oma kələfindən iki qrup: çanaq əzələlərinə məxsus qısa və aşağı ətraf əzələlərinə və dərisinə məxsus uzun şaxələr çıxır. == Qısa şaxələr == Əzələ şaxəsi lat. ramus musculares — armudu, daxili qapayıcı, ekiz əzələləri budun kvadrat əzələsini, anusu qaldıran əzələni və büzdüm əzələsini innervasiya edir.
Vənənd hamamı
Vənənd hamamı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kəndində XVII əsrə aid tarixi-memarlıq abidəsi. Hamama birləşən bütün ərazinin "Uzun-küçə" vasitəsilə həm kəndin meydanına, həm də yaşayış məhəllələrinə çıxışı var. Hamamın planlaşdırma strukturu çox dəqiqdir. Uzunluğu 18 metr, eni 15,4 metr olan hamam orta əsrlər texnologiyasına cavab verərək dörd ədəd kvadrata yaxın və ardıcıl yerləşən otaqlardan ibarətdir ki, bu da “T” hərfinə bənzər forma verir. Ümumi sahəsi 189,2 m² olan bu abidənin divarları dağ daşı, tağtavanları və günbəzləri isə bişmiş kərpiclə inşa olunub. Hamama giriş soyunma zalının sağındakı vestibüldəndir. Soyunma zalının diametri 5,1 metrdir. Zalda eni 2,2 metr və 1,1 metr olan 7 ədəd dərin taxça var. Soyunma zalının yuyunma zalı ilə əlaqəsi əks tərəfdən balaca vestibül vasitəsilə yaradılıb. Digər yuyunma zalı 2 bölmədən ibrətdir.
Vənənd məscidi
Vənənd məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kəndi ərazisində orta əsrlərə aid tarixi-memarlıq abidəsi. Məscid 1324-1325–ci illərdə tikilmişdir. Düzbucaqlı formada olan məscidin sahəsi təqribən 375 kv. metr, hündürlüyü 7 m-dir; günbəzlidir. Məscid bir neçə dəfə bərpa olunmuş, XVII əsrin əvvəllərində ona böyük bir bina əlavə edilmişdir. Cümə məscidinin ilkin binası hazırda onun şimal qərb küncünü təşkil edir. Bu hissəyə qərb fasadından açılan qapıdan girmək mümkündür.Qapı yerinin çatmasında iri nəsx xəttilə farsca kitabədə "Yeddi yüz iyirmi beşinci ildə (1324-25... yarandı" yazılmışdır. Digər kitabədə isə göstərilir ki, məscidi 1732-ci ildə vənəndli Məhəmməd Rza bərpa etmişdir. Bərpa zamanı şimal tərəfdəki tağın üzərində fars və ərəb dillərində yazılmış kitabədə XVIII əsrin birinci yarısında Vənəndin, elecə də Naxçıvanın iqtisadi həyatına dair məlumat verilir.
Vənənd nekropolu
Vənənd nekropolu — Ordubad rayonunun Vənənd kəndindən şimal-qərbdə son orta əsrlərə aid arxeoloji abidə. 1968-ci ildə qeydə alınmışdır. Sahəsi təqribən 3 hektardır. Əsasən, qərbdən şərqə doğru istiqamətlənmiş düzbucaq formalı torpaq qəbirlərdən ibarətdər. Bəzi qəbirlərin üstündə sənduqə və qoç fiqurları var. Nekropolda başdaşıları düzbucaqlı şəkildə daş plitədən hazırlanaraq, yuxarısı tağşəkilli sonluqla tamamlanmış qəbir abidələri diqqəti cəlb edir. Onların üzərində süls və nəsx xətlərilə ərəbcə yazılmış kitabə var. Abidə XVI–XVIII əsrlərə aid edilir.
Vənənd çayı
Vənənd çayı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində çay. == Haqqında == Uzunluğu 29 km, sahəsi 91 km²-dir. Zəngəzur silsiləsinin cənub-qərb yamacından (3400 m hündürlükdən) başlanır. Əsasən, yeraltı sular və qar suları ilə qidalanır. Suvarmada istifadə olunur. Aşağı axınında Dəstə çayı adlanır.
Əkin kənafı
Əkin çətənəsi (lat. Cannabis sativa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin çətənə cinsinə aid bitki növü. == Arealı == Rusiyanın Avropa hissəsinin cənub-şərqindən Çinin şimal-qərbivə Pakistana qədər yayılmışdır. == Sinonimləri == Cannabis americana Pharm. ex Wehmer Cannabis chinensis Delile Cannabis erratica Siev. Cannabis foetens Gilib. Cannabis generalis E.H.L.Krause Cannabis gigantea Crevost Cannabis indica Lam. Cannabis indica f. afghanica (Vavilov) Vavilov Cannabis indica var. kafiristanica Vavilov Cannabis intersita Soják Cannabis kafiristanica (Vavilov) Chrtek Cannabis lupulus Scop.
Həsən Hənəfi
Həsən Hənəfi(23 fevral 1935, Qahirə – 21 oktyabr 2021) – Qahirə Universitetinin professoru və fəlsəfə kafedrasının rəhbəri olmuşdur. O müasir islam məsələlərində qabaqcıl mütəxəssis hesab edilirdi. == Həyatı == O, Misirin Qahirə şəhərində sənətçi ailəsində dünyaya gəlmişdi. Yeniyetməlik çağında skripkada ifa etməyi öyrənən Həsən həyatının sonrakı dövründə də bu məşğuliyyətini davam etdirdi. Gənclik illərində inqilabçı siyasi fəaliyyətlərdən ruhlanan Hənəfi Müsəlman Qardaşlığı təşkilatına maraq göstərirdi. Daha sonra Hənəfi Parisdə Sarbonna universitetində təhsil almışdır. == Fəlsəfəsi == Hənəfi fenomenologiya ilə məşğul olan Osman Aminin davamçısı idi və Husserlin metodundan bəhrələnərək klassik islam fəlsəfəsini rekonstruksiya və Avropa şüurunun inkişafını tənqid etdiyi bir trilogiya qələmə almışdır.
Kənd
Kənd — bir çox ölkələrdə şəhər və qəsəbədən daha kiçik yaşayış məntəqəsidir. == Ümumi məlumat == Kənd dar mənada tarixən formalaşmış daimi kiçik yaşayış məskənidir. Azərbaycan dilindəki "kənd" sözü Şərqi İran dillərindəki "kant" (xəndək və ya arxla əhatələnmiş məskən, yer) sözündəndir. "Kant" sözü qədimdən türkdilli xalqlara keçmiş və şəhər mənasında işlənmişdir. Geniş mənada kənd dedikdə təkçə kiçik yaşayış məskəni deyil, həmçinin şəhərə qarşı qoyulan sosial-iqtisadi kateqoriya kimi onun ictimai-iqtisadi, mədəni məişət və təbii-coğrafi xüsusiyyətləri və həyat şəraiti başa düşülür. Cəmiyyətin tarixi inkişafı prosesində kənd həyatının bütün tərəfləri və sosial-iqtisadi kateqoriya kimi kəndin özü, onun əsas siniflərinin, ilk növbədə kəndlilərin və onların ayrı ayrı təbəqələrinin formalaşması, həmçinin şəhərlə qarşılıqlı münasibətlər guclü dəyişikliklərə uğramışdır. Kəndin sosial-iqtisadi xüsusiyyəti sakinlərin torpaqla bilavasitə əlaqəsi, ərazinin təbii sərvətlərindən istifadə ilə müəyyən olunur. Kəndin səpələnməsi, çox da böyük olmaması, əhalinin əsas məşğuliyyətinə görə təbii mühitə uyğunlaşması, işlərin mö mövsümiliyi və s. də bundan irəli gəlir. Şəhərə nisbətən peşələrin azlığı, əmək bölgüsünün, habelə kommunal və mədəni xidmətin daha aşağı səviyyəsi bununla əlaqədardır.
Elektron sənəd
Elektron sənəd — informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd. Hər hansı bir faylı elektron sənəd adlandırmaq üçün bu fayl e-imza ilə kodlaşdırılmalıdır. Elektron sənəddə dəyişiklik etməyə icazə verilmir. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. Elektron sənəd dövriyyəsi — informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya proseslərini nəzərdə tutur. Elektron sənəd dövriyyəsində istifadə olunan proqramlar, texniki vasitələr və texnologiyalar isə elektron sənəd dövriyyəsi vasitələri hesab olunur.
Kənaf (Çətənə)
Sənəd dövriyyəsi
Sənəd dövriyyəsi — hər hansı fakt və hadisənin başlanğıcından onun yekunlaşdığı dövrədək tərtib edilmiş sənədlərə sənəd dövriyyəsi deyilir. == Ümumi anlayış == Sənədlərin daxil olduğu və tərtib edildiyi vaxtdan onun icrasının yekunlaşdırılması və göndərilməsi dövründəki hərəkətinə sənəd dövriyyəsi deyilir. Kargüzarlıq xidməti üzrə bütün əməliyyatların dəqiq və təsirliliyi müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin düzgün təşkilindən asılıdır. Sənəd dövriyyəsinin təşkili sənədlərin tərkibi, müxtəlif sənəd növlərinin nisbəti, onların daxil olma tezliyi kimi kəmiyyət parametrləri ilə xarakterizə olunur. Müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin təşkili həmçinin sənədlərin hərəkəti, işlənilməsinin ardıcıllığı və dəqiqliyindən yəni onların tərtib olunma yerindən icra yerinə ən qısa yolla çatdırılması və icrasından, sənəd üzərində əməliyyatın bir dəfəyə aparılması yəni, sənədin aid olmayan idarəetmə mənbələrinə göndərilməsi, qaytarılması üzrə vaxt məhdudiyyətinin düzgünlüyündən, mexanikləşdirmə və avtomatlaşdırma vasitələrindən maksimum istifadə edilməsindən həlledici dərəcədə asılıdır.
Xartiya (sənəd)
Xartiya (yunanca, chartes - kağız, fərman) — orta əsrlərdə, eləcə də indiki zəmanəmizdə kütləvi-hüquqi xarakterli sənədlərə verilən ümumi addır. Xartiyalara misal olaraq Şəhərin Xartiyası, Kommunal Xartiyalar, 1838-ci il Xalq Xartiyası, Konstitusiya Xartiyaları və s. göstərmək olar.
Mariya Keneşi
Mariya Keneşi (mac. Mária Kenessey; 1 aprel 1946, Budapeşt) — macar türkoloq alim. == Həyatı == Maria Keneşi aprelin 1-i 1946-cı ildə Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 1967-ci ildə Zumplaov Luka Georgiyevlə ailə həyatı qurmuşdur. 2 övladı var == Təhsili == O , ibtidai təhsilini 5-ci sinifdən sonra rus dilində təhsil aldığı Újpest əyalətinin Atilla küçəsindəki məktəbdə almışdır. Ümumi orta məktəbin 8-ci sinfini bitirdikdən sonra ELTE Universiteti nəzdində fəaliyyət göstərən rus dili və ədəbiyyatı təmayüllü gimnaziyada təhsilini davam etdirmişdir. Tədris proqramında rus dilində keçirilən dərslərin üstünlük təşkil etdiyi gimnaziyada Mariya Keneşi Azərbaycan ədəbiyatı ilə o vaxtlar rus dili vasitəsilə yaxından tanış olmağa başlamışdır. O, 1964-cü ildə gimnaziyada dördüncü kursda oxuyarkən olduqca çətin imtahan verərək Azərbaycan Dövlət Universiteti (indiki BDU) Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə qəbul olunur. Burada ona məşhur dilçi-alimlərdən fakültənin dekanı Əlövsət Abdullayev, professorlardan Fərhad Zeynalov, Ağamusa Axundov, Musa Adilov, Yusif Seyidov, görkəmli ədəbiyyatşünaslardan Bəxtiyar Vahabzadə, Abbas Zamanov, Əkrəm Cəfər, Firudin Hüseynov, Cəlal Abdullayev və b. dərs demişdir.
Joqorku Keneş
Qırğızıstan Respublikasının Joqorku Keneşi (qırğ. Кыргыз Республикасынын Жогорку Кеңеши), tez-tez sadəcə Yoqorku Keneş adlandırılır (qırğ. Жогорку Кеңеш) — dövlətin qanunverici orqanı olan 120 deputatdan ibarət Qırğızıstan Respublikasının bir palatalı parlamenti. Joqorku Keneş, nisbi sistemə görə 5 il müddətinə seçilir. Seçkilərin nəticələrinə görə bir siyasi partiyaya parlamentdə 65-dən çox mandat verilə bilər. == Tarixi == Birinci Joqorku Keneş rəsmi olaraq “əfsanəvi parlament” adını daşıyan Qırğızıstan SSR Ali Sovetinin 12-ci çağırışı sayılır. 4 iyun Qırğıstanda "Parlament günü" kimi təsis edilib. == Formalaşma prosesi və quruluşu == 1995-ci ildən 2000-ci ilədək Joqorku Keneşə millət vəkilləri majoritar seçki sisteminə görə seçildi. İki palatadan ibarət idi - Qanunverici Məclis və Xalq Nümayəndələr Məclisi. 1998-ci il islahatına görə, Qanunverici Məclis 60 deputatdan (əvvəl 35 deputat) ibarət idi ki, bunlardan 15 deputat partiya siyahıları ilə seçilirdi.