Vənənd nekropolu — Ordubad rayonunun Vənənd kəndindən şimal-qərbdə son orta əsrlərə aid arxeoloji abidə.
1968-ci ildə qeydə alınmışdır. Sahəsi təqribən 3 hektardır. Əsasən, qərbdən şərqə doğru istiqamətlənmiş düzbucaq formalı torpaq qəbirlərdən ibarətdər. Bəzi qəbirlərin üstündə sənduqə və qoç fiqurları var. Nekropolda başdaşıları düzbucaqlı şəkildə daş plitədən hazırlanaraq, yuxarısı tağşəkilli sonluqla tamamlanmış qəbir abidələri diqqəti cəlb edir. Onların üzərində süls və nəsx xətlərilə ərəbcə yazılmış kitabə var. Abidə XVI–XVIII əsrlərə aid edilir.[1]