Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məmulan
Məmulan— İranın Luristan ostanının Poldoxtər şəhristanının Məmulan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,633 nəfər və 1,725 ailədən ibarət idi.
Məmun
Əbu Əl-Abbas Abdullah ibn Harun Ər-Rəşid (ərəb. أبو العباس عبد الله بن هارون الرشيد‎) (13 sentyabr 786, Bağdad – 9 avqust 833, Tarsus, Mersin ili) — 7. Abbasi xəlifəsi. == Həyatı == Harun ər-Rəşidin oğlu Məmun (813–833) atasının siyasətlərini davam etdirdi. Məmunun türklərdən ibarət ordu qurmasının ən böyük səbəblərindən biri dövlətdəki Fars (İran) təsirini qırmaqdı. Mərvdə ikən baş verən olaylar Məmunun farslara və ərəblərə olan güvənini sarsdı. Məmun sadəcə İran ünsürünə dayanmanın yanlışlığını anlamışdı. Atası Harun dönəmindəki Bərməkilər olayında İran əhlinə olan güvəni azalmışdı. Ərəblərin Əmini dəstəkləməsiylə də onlara güvəni qalmamışdı. O qardaşı Əmin ilə xilafət mübarizəsində — xəzinənin və ordunun Əminin tərəfində qalmasından çəkinərək- dayıları olan Türk xaqanlarına sığınmaq istəmişdi.
Məmur
Məmur — Dövlət idarələrində (əsasən, məhkəmə, polis və s.) çalışan qulluqçu; dövlət xidmətçisi, çinovnik.
Amil (məmur)
Amil — Ərəb xilafəti dövründə vergi məmuru. Əmirin rəhbərliyi altında xüsusi tapşırıqları icra edən və mülki hakim hesab edilən amil adlanan məmur çalışırdı. Əsas funksiyası əhalidən vergi və töycülərin yığılması və onların xilafətin xəzinəsinə göndərilməsi olan amil çox zaman "vergi toplayan" adlandırılırdı. Öz funksiyalarını müstəqil olaraq həyata keçirmələrinə baxmayaraq, amillər adətən əmirin tabeçiliyində olan şəxslər hesab edilirdilər. Əmirlərin və amillərin öz müavinləri və köməkçiləri vardı ki, onların da vasitəsilə idarəçiliyi həyata keçirirdilər.
Mandarin (məmur)
Mandarin (port. mandarim – nazir, məmur, sanskr. mantrin – məsləhətçi) — portuqalların Çin imperiyasında, daha sonradan həm də Koreya və Vyetnamdakı məmurlara verdiyi ad. Ad ("nazir" mənasını verən mandarim) portuqal dili vasitəsilə sanskritdən (mandari – rəhbər, komandir) gəlib və müvafiq olaraq Çin dilindəki quan (官) sözünə uyğundur. Məşhur yanlış düşüncənin əksinə olaraq bu söz yalnız Mançjur sülaləsinin məmurlarını nəzərdə tutmurdu. Çində 1300 il ərzində sərt təhsil senzi mövcud olmuşdur. Mandarin təyin olunmaq üçün ağır imtahan prosedurundan keçmək tələb olunurdu. == Tarixi == Çin imperiyasında dövlət xidməti Çjou sülaləsindən bəri mövcud idi, lakin o dövrdə ən yüksək hökumət postlarını əsasən monarxın yaxınları və ya zadəganların nümayəndələri tuturdu. 605-ci ildə Suy sülaləsi dövründə doqquz rütbəli sistemin Ketszüy sistemi ilə əvəzlənməsindən sonra mandarinlər təbəqəsinin meydana çıxması üçün zəmin yarandı və artıq Tan sülaləsi dövründə tamamilə formalaşdı. Mandarinlər Çində şenşi adlandırılan dövlət qulluqçuları təbəqəsinin yaradıcısı və özəyi oldular.
Məmun Əbdülqəyyum
Məmun Əbdülqəyyum (29 dekabr 1937, Male) – Maldivli siyasətçi, 1978–2008-ci illərdə Maldiv 3-cü prezidenti.
Əl-Məmun
Əbu Əl-Abbas Abdullah ibn Harun Ər-Rəşid (ərəb. أبو العباس عبد الله بن هارون الرشيد‎) (13 sentyabr 786, Bağdad – 9 avqust 833, Tarsus, Mersin ili) — 7. Abbasi xəlifəsi. == Həyatı == Harun ər-Rəşidin oğlu Məmun (813–833) atasının siyasətlərini davam etdirdi. Məmunun türklərdən ibarət ordu qurmasının ən böyük səbəblərindən biri dövlətdəki Fars (İran) təsirini qırmaqdı. Mərvdə ikən baş verən olaylar Məmunun farslara və ərəblərə olan güvənini sarsdı. Məmun sadəcə İran ünsürünə dayanmanın yanlışlığını anlamışdı. Atası Harun dönəmindəki Bərməkilər olayında İran əhlinə olan güvəni azalmışdı. Ərəblərin Əmini dəstəkləməsiylə də onlara güvəni qalmamışdı. O qardaşı Əmin ilə xilafət mübarizəsində — xəzinənin və ordunun Əminin tərəfində qalmasından çəkinərək- dayıları olan Türk xaqanlarına sığınmaq istəmişdi.
Rafiq Bayramov (məmur)
Rafiq Bayramov (tam adı: Rafiq Yasin oğlu Bayramov; 10 noyabr 1972, Bakı) — Fəxri mədəniyyət işçisi, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini (2018–2020). == Həyatı və təhsili == Rafiq Bayramov 10 noyabr 1972-ci il tarixində anadan olub. 1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə medalı ilə bitirib, 1990–1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil almış, 1995-ci ildə BDU-nun tarix fakültəsini Fərqlənmə Diplomu ilə bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə, BDU-nun "Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi" elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləyib, tarixi-tətbiqi araşdırmalarda iştirak edib və bir sıra elmi məqalələrin müəllifi olub. 1995–1997-ci illər ərzində ordu sıralarında — Azərbaycan Respublikasının Milli Qvardiyasında müddətli hərbi xidmətdə olub. == Fəaliyyəti == 1998–1999-cu illər ərzində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999–2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001–2003-cü illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb. 2006–2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib. 2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir.
Rəşad Abdullayev (məmur)
Rəşad Rövnəq oğlu Abdullayev ( ) — azərbaycanlı iş adamı və məmur oğlu; "Səbail" Futbol Klubunun Müşahidə Şurasının sədri (2016—2017). == Həyatı == Rəşad Abdullayev 9 may 1994-cü ildə anadan olmuşdur. Atası Rövnəq Abdullayev uzun illər SOCAR-ın prezidenti olmuşdur. OCCRP sənədlərinə əsasən Rəşad Abdullayevin silinmiş "LinkedIn" profilindən, onun hələ 16 yaşında "SOCAR Trading"də işə başladığı, vəzifəsinin "Ticarət və Biznes üzrə mütəxəssis" olaraq göründüyü qeyd edilmişdir. Amma atası Rövnəq Abdullayev OCCRP-yə cavabında bunun doğru olmadığını, onun SOCAR-la əlaqəli digər qurumlarda sadəcə təcrübəçi olaraq çalışdığını qeyd etmişdir. 2016-2017-ci illərdə "Səbail" Futbol Klubunun Müşahidə Şurasının sədri vəzifəsində çalışmışdır. Evlidir. == Qalmaqalları və OCCRP sənədləri == 2016-cı il mayın 2-də Sözcü qəzetində "Rəşad Abdullayev sürücülük vəsiqələrini polisə atdı" sərlövhəli məqalədərc edilmişdir. Həmin gün axşam saatlarında İstanbul ərazisində Rəşad Abdullayev dostları ilə əyləncədən qayıtdıqdan sonra idarə etdiyi avtomobildə yol-nəqliyyat müfəttişləri tərəfindən saxlanılmışdır. Kifayət qədər sərxoş olduğu müşahidə edilən Abdullayev ondan alkotesterə üfürməsini istəyən polisə çətin anlar yaşatmış və o, bundan imtina etmişdir.
Vüsal Rüstəmov (dövlət məmuru)
Elnur Aslanov (dövlət məmuru)
Elnur Kazım oğlu Aslanov (15 yanvar 1977, Bakı) — 2007-2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri, 2014-2016-cı illərdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru (Ph.D). O, həmçinin "Harvard Business School"un məzunu, iki kitabın, eləcə də bir sıra İT və İnternet layihələrinin sahibi və müəllifidir. == Həyatı və fəaliyyəti == Aslanov Elnur Kazım oğlu 15 yanvar 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetini və Azərbaycan Universitetini bitirmişdir. Fəlsəfə doktoru və MA elmi dərəcələri var. 1997-2001-ci illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr və Siyasi Partiyalarla İş şöbəsində təlimatçı, baş referent, 2001-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin İnformasiya İşinin Təşkili və Analitik Təhlil sektorunda referent, böyük məsləhətçi vəzifəsində 2005-2007-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin köməkçisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilmiş, 17 mart 2014-cü ildə vəzifəsindən azad edilmişdir. E.Aslanov 2 aprel 2014-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 14 avqust 2014-cü il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir. 2016-ci ildə ABŞ-da Harvard Business School-da təhsilini davam etdirmək məqsədilə dövlət işindən uzaqlaşıb.
Rasim Quliyev (jurnalist, məmur)
Rasim Quliyev (tam adı: Rasim Vaqif oğlu Quliyev; 30 avqust 1970, Şahbuz rayonu) — Azərbaycanlı siyasətçi, jurnalist, dövlət məmuru. == Həyatı == Rasim Vaqif oğlu Quliyev 30 avqust 1970-ci ildə Azərbaycan SSR, Naxçıvan MSSR, Şahbuz rayonunda anadan olub. 1977–1987-ci illərdə Qarababa kənd orta məktəbində orta təhsil alıb. 1988-ci ildə Azərbaycan Neft Kimya İnstitutuna qəbul olunub, 1993-cü ildə Geofizik-Mühəndis ixtisası üzrə bitirib. Ailəlidir, 3 övladı, 2 nəvəsi var. Jurnalist Bəhruz Quliyevin böyük qardaşıdır. == İctimai-siyasi fəaliyyəti == 1988–1993-cü illərdən başlayan Azərbaycan Milli Azadlıq Hərəkatı dövründə tələbə hərəkatının aktiv liderlərindən biri kimi SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən dəfələrlə millətçi adı ilə təqib, təzyiqlərə məruz qalıb və dəfələrlə siyasi mövqeyinə görə qısamüddətli həbs olunub. 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 1999-cu il YAP-ın 1-ci qurultayında Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü seçilib. O dövrdə Heydər Əliyevin qatı tərafdarı kimi siyasi fəaliyyət göstərmiş, "yaş senzinin ləğvi" ilə bağlı mitinqlərdə aktiv iştirak edib. 1992-ci ilin 30 dekabrında həmin dövrün hakimiyyəti tərəfindən həbs edilib və ölkədə demokratiyanın, insan haqlarının, söz azadlığının bərqərar olunması tələbi ilə həbsxanada aclıq aksiyası keçirmişdir.
Membran
Hüceyrə membranı, sitoplazmik membran, plazma membranı - canlı hüceyrənin daxili hissələrini onu əhatə edərək xarici mühitdən ayıran bioloji membran, dəri. Membran ion və üzvi birləşmələrin hüceyrə içinə, eləcə də daxildən xaricə keçidini dəqiq şəkildə tənzimləyir. Hüceyrə membranının ana funksiyası huceyredaxili strukturları xarici təsirlərdən qorumaqdır. Proteinləri əhatələyən cüt fosfolipid təbəqəsindən ibarətdir. Hüceyrə membranı toxumada fərdi hüceyrələrin bir-birinə birləşməsi, ion mübadiləsi, hüceyrə divarı, qlükokaliks, hüceyrədaxili sitoskelet kimi bir sıra xarici quruluşun dayaq nöqtəsi olan platformadır. Həyati proseslərin bir çoxu membranlarda baş verir. Bu proseslərin pozulması bir sıra patologiyaıarın yaranmasına səbəb olur. Membran biofizikası hüceyrə membranını öyrənən əsas sahələrdən biridir. == Funksiyası == Hüceyrə membranının yerinə yetirdiyi funsiyalardan əsasən üçünü qeyd etmək olar: Baryer funksiyası – membranlar hüceyrədaxili mühitlə ətraf mühüti təcrid edir və seçici, tənzimlənən keçiriciliyə malikdir. Membran keçiriciliyi hüceyrənin vəziyyətindən asılı olaraq dəyişə bilər.
Membran klaviatura
Membran klaviatura — tərpənməz (yaxud, demək olar ki, tərpənməz) kontaktları örtən və üzərinə simvollar vurulmuş bütöv plastik və ya rezin membrandan ibarət olan klaviatura. Normal klaviaturalardan fərqli olaraq, membran klaviaturalarda klavişləri göstərmək üçün təzyiqəhəssas zonalardan istifadə olunur. Bu zonalar, adətən, membranın altında kiçik qabarcıqlar şəklində olur. Belə klaviaturalardan ilk növbədə printerlərdə və ya çirkli atmosferi olan yerdə işləmək üçün nəzərdə tutulmuş qurğularda istifadə edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mamure qalası
Mamure qalası — Türkiyənin cənubunda, Mersin şəhərinin Anamur ilçəsində, Bozdoğan məhəlləsi yaxınlığında sahil boyu uzanan orta əsrlərə aid qala. == Tarixi == Aralıq dənizi sahil zolağında yerləşib, günümüzə qədər yaxşı vəziyyətdə çatmış Türk qalalarından biridir. Anamurun 6 km şərqində, Bozdoğan kəndi sərhədləri daxilindədir. Hündür qayalıqlar və düzənliklər üzərində qurulmuş Mamure qalası bir çox Anadolu qalaları kimi antik təməllər üzərində inşa edilmişdir. Böyük kəsmə daşlardan tikilmiş olan antik əsasların, hansı tarixdə və kimlər tərəfindən inşa edildiyi tam müəyyən edilməmişdir. Qala üç hissədən ibarətdir. Hündür divarlarla ayrılmış şərqdəki iç həyətli, qərbdəki kənar qala və bunların cənubunda qayalıqlar üzərində inşa edilmiş iç qaladan ibarətdir. 39 qülləsi, su kəhrizləri və məscidi, xarici hissəsində hamamı olan qalanın ətrafı 10 mt enində müdafiə məqsədli xəndəklə əhatə olunmuşdur. Qala və ətrafında III və IV əsrlərdə çox əhəmiyyəti olmayan Roma yaşayışı olduğu təxmin edilir. Qala xaricində və şimalında hamam qalığı vardır.
Matüren-Jak Brisson
Matüren-Jak Brisson (fr. Mathurin Jacques Brisson; 30 aprel 1723 — 23 iyun 1806) — fransız zooloqu və təbiətşünası. == Əsərləri == Regnum animale in classes IX distributum sive Synopsis methodica. Haak, Paris, Leiden 1756–62. Ornithologia sive Synopsis methodica sistens avium divisionem in ordines, sectiones, genera, species, ipsarumque varietates. Bauche, Paris, Leiden 1760–63. Supplementum Ornithologiæ sive Citationes, descriptionesque antea omissæ & species de novo adjectæ, ad suaquaque genera redactæ. Paris 1760. Lettres de deux Espagnols sur les manufactures. Vergera 1769.
Zəki Mürən
Zəki Mürən (türk. Zeki Müren; 6 dekabr 1931[…], Bursa – 24 sentyabr 1996[…], İzmir[…]) — Türkiyə müğənnisi. == Həyatı == Zəki Mürən 6 dekabr 1931-ci ildə Türkiyənin Bursa şəhərində (anası priştinalı, atası makedoniyalı olub) mühacir bir ailədə dünyaya gəlib. Bursada başladığı orta təhsilini İstanbulda, Kiramı Refia Alemdaroğlu Liseyində bitirmişdir. İstanbulda Dövlət İncəsənət Akademiyasının Bəzəmə Bölümü Sabih Gözen atelyesindən məzun oldu. Desən işlərini tələbəlik illərindən başladı və bir çox sərgi keçirdi. Zeki Müren, Bursada Tamburi İzzet Gerçekerdən gördüyü solfecio və üsul dərsləriylə musiki məlumatı almağa başladı. 1949-cu ildə, Boğaziçi Liseyində oxuyarkən Agopos Əfəndi (kino rejissoru və ssenari yazan Arşavir Alyanak'ın atası) ilə Udi Kirkordan aldığı dərslərlə də musiqi təhsilini davam etdirdi. Daha sonra fəsil musiqisini yaxşı bilən və böyük bir repertuvarı olan Şərif İçlinin müxtəlif əsərlərini meşk etdi; Refik Fersanın, Sədi İşılayın, Qədri Şençaların əsərlərindən faydalandı. 1950-ci ildə imtahanla İstanbul Radiosuna girdi.