Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mirnazim Əsədullayev
Mirnazim Müştəba oğlu Əsədullayev (27 avqust 1951, Bakı) — kamança ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti. Həmçinin, kamança ifaçısı Toğrul Əsədullayevin atasıdır. == Həyatı == Mirnazim Müştəba oğlu Əsədullayev 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969–1973-cü illərdə Asəf Zeynallı adına Dövlət Musiqi texnikumunda təhsil aldıqdan sonra o, 1976–1981-ci illərdə Üzeyir Hacıbəyov adına Musiqi Konservatoriyasının kamança ixtisası üzrə ali musiqi savadı almışdır. Bir ifaçı olaraq peşəkar fəaliyyətə 1971–1976-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Şirkətinin XCA orkestrində birinci kamancacı kimi başlamışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə dünyanın bir çox ölkələrində- ABŞ, Kanada, Hindistan, Nepal, Cənubi Koreya, Fransa, Almaniya, İspaniya, İsvecrə, İtaliya, Hollandiya, Belşika, Cexiya, Litva, Ukrayna, Rusiya, Türkiyə, İran , İraq, Özbəkistan və s. ölkələrdə konsertlər verərək, Azərbaycan xalq musiqi mədəniyyətini təmsil etməkdədir. 1969-cu ildən Baba Salahov adına XCA ansamblında işləyərək Azərbaycanın ən məşhur, şöhrətli xanəndələrindən Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Əbülfət Əliyev, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov və onlarla digər xanəndələri müşayət etmişdir. Hal hazırda muğam üçlüyü tərkibində konsert və tədbirlərdə mütəmadi olaraq fəaliyyət göstərir. Mirnazim Əsədullayevin Azərbaycan Televiziya və Radiosunun "Qızıl fond" unda "Nəva", "Rahab", "Çahargah", "Bayatı-şiraz", "Humayun", "Orta-mahur" və başqa lent yazıları qorunub saxlanılır.
Mirna Yukiç
Mirna Yukiç (xorv. Mirna Yukiç) — xorvat əsilli keçmiş Avstriya üzgüçüsü. Dünya çempionatlarında bürünc medallar qazanmışdır. O, keçmiş basketbolçu və atası olan Jelyko Yukiç ilə məşq etmişdir. Avropa və dünyada bir çox uğurlar qazanmışdır. == Ailə == Mirna Yukiç Novi Sad şəhərində (Serbiya) anadan olmuşdur və Xorvatiyanın Vukovar şəhərində böyümüşdür. 1991-ci ilin noyabrında ailəsi ilə birlikdə Xorvatiyanın paytaxtı Zaqreb şəhərinə köçmüşdür. Atası 1996-cı ildə Mladost idman cəmiyyətində ona məşqlər keçməyə başlamışdır. İlk vaxtlar birlikdə məşq etdiyi qardaşı Dinko Yukiç də beynəlxalq yarışlarda yarışan üzgüçü olmuşdur. 1999-cu ilin payızında ailəsi Vyana şəhərinə köçmüşdür və həmin il Mirna Avstriya vətəndaşlığını qəbul etmişdir.
Marnan
Marnan (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ruabon kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38221. Kommunanın 1999-cu il üçün əhalisi 117 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 441 ilə 630 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 45 km qərbdə yerləşir.
Smirna
Smirna (yun. Σμύρνη) — Kiçik Asiyada antik şəhər. Hazırda bu şəhər İzmir şəhərinin daxildədir. == Tarixi == İzmir, yunan şairi Homerin, tarixin atası Herodotun vətəni sayılır. Qədim mənbələrdə adı Smirna kimi çəkilən bu şəhərin tarixni dəqiq söyləmək çətindir. Tarixçilərin dediyinə görə Smirna şəhərinin bir yaşayış məskəni kimi yaranması eramızdan əvvəl 3000-ci ilə aiddir. Lakin son dövrklərdə aparılan arxeoloji qazəntılar nəticəsində aydın oldu ki, izmirdə ilk yaşayış məskənləri e.ə. 6000-cı ilə gedib çıxır. Miladdan öncə 1500-ci ildə Smirna Het dövlətinin tərkibində idi. 1200-cü ildə yunan xalqlarının başda Aqamemnon olmaqla Troya şəhərinə yürüşü nəticədə Troya ilə bərabər Hett dövlətinin də süqutuna gətirib çıxarırdı.
Ətirnaz
Clinopodium (lat. Clinopodium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Minab
Minab- İranın Hörmüzgan ostanının şəhərlərindən və Minab şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 76,776 nəfərdən ibarət idi.
Miras
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir. İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. == Mənbə == a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.).
MİREA
Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti (rus. Московский государственный технический университет радиотехники, электроники и автоматики (МГТУ МИРЭА)) — Rusiyada universitet. == Tarixi və fəaliyyəti == 1947-ci il, senyabrın 1-də SSRİ-in Nazirlər Şurasının 28 may 1947-ci il tarixli sərəncamı ilə Moskvada mühəndislərin hazırlanması və təkmilləşdirilməsi üzrə Ümumittifaq Qiyabi Energetika İnstitutu Sank-Peterburq, Kiyev, Bakı, Daşkənd, Sverdlovsk və Novosibirsk şəhərlərində yaradılan filialları ilə birlikdə fəaliyyətə başlamışdır. Ali məktəb qiyabi təhsil sistemində energetika və radiotexnika ixtisasları üzrə əsas institut idi, müdafiə sənayesi və energetikanın bir çox yeni sahələri üçün mühəndislər hazırlayırdı. Sonradan Omsk, Kemerov, Kirov və bir sıra başqa şəhərlərdə yaradılan filialları və tədris korpusları texniki ali məktəblərin əsası oldu. Ali təhsil ocağı sürətlə inkişafa doğru gedirdi. Belə ki, institutun fəaliyyət prosesində bir çox tədris istiqamətləri, struktur və müasir texniki ali məktəbin kadrları formalaşdırılırdı. Artıq 60-cı illərdə radioelektronika və elektron texnika ixtisasları üzrə peşəkarlara ehtiyac yarandığından bu istiqamət üzrə tədris həyata keçirilməyə başlanır və energetika ixtisasları öz əvvəlki mövqeyini itirir. Beləliklə, yeni tip təhsil müəssisəsinin qurulmasına hazırlıq çərçivəsində istilik enerjisi, hidroenergetika, elektrik enerjisi və elektromexanika fakültələrinin tələbə kontingenti Moskva Energetika İnstitutuna köçürülür. Ali məktəbdə avtomatlaşdırma, telemexanika və ölçü texnikası, hesablama texnikası, radio elektron aparaturanın layihələndirilməsi və istehsalı fakültələri açılır.
Ben Kirnan
Benedikt F. Kirnan (ing. Benedict F. Kiernan; 29 yanvar 1953[…], Melburn) — Avstraliya və ABŞ tarixçisi, A. Vitni Qrisvold Cəmiyyətinin Tarix professoru, Yel Universitetində Beynəlxalq və Ərazi Araşdırmaları professoru. O, Universitetin Kamboca soyqırım üzrə təhsil proqramının təsisçisi və direktoru, Şərqi Timor layihəsi üzrə layihə meneceri olmuşdur. Kirnan soyqırım və insanlığa qarşı cinayətlərin tədqiqi üzrə tanınmış ekspert, Cənub-Şərqi Asiya və soyqırım tarixinə dair çoxsaylı elmi məqalələrin və məqalələrin müəllifidir. == Tənqidi == Kirnanın 1978-ci ilə qədərki ilk nəşrləri, xüsusilə də "Kampuçyadan xəbərlər" məqaləsi qırmızı kxmer rejiminə rəğbət bəslədiyinə görə ictimaiyyət tərəfindən ciddi şəkildə tənqid olunurdu. == Seçilmiş əsərləri == Social Cohesion in Revolutionary Cambodia. Australian Outlook. 1976. Vietnam and the Governments and People of Kampuchea. Bulletin of Concerned Asian Scholars.
II Mirian
II Mirian — Farnavazianlar sülaləsindən səkkizinci İberiya çarı. İran ordusunun köməyi ilə hakimiyyəti geri almışdı. Yerinə oğlu II Artaksias keçdi.
I Mirian
I Mirian — I Saurmaqın kürəkəni idi. Dəryal keçidində dağlı xalqların işğalına qarşı mübarizə aparmışdı. Dianna tanrıçasına inanırdı.
Mahnaz Avşar
Mahnaz Avşar (fars. مهناز افشار‎‎; 11 iyun 1977)— İran aktrisası == Həyatı == Mahnaz Avşar 11 iyun 1977-ci ildə Tehran şəhərində anadan olub. == Filmoqrafiya == Məhəbbət yanğısı, Nader Müqəddəs (1999) Cavan şirlər Mohsen Mohseni Nasab (1999) Dostlar Mehrdad Mirfallah (2000) Negin Əsgər Haşemi (2000) Koma Araş Moayerian (2002) Bal zəhəri İbrahim Şeybani (2002) Şirvani üzünə 13 pişik (2002) Fəsil salatı Firudin Ceyrani (2003) Akvarium Irəc Qədiri (2003) Əmiri niyə öldürdülər?
Maksim Mirnıy
Maksim Nikolayeviç Mirnıy (belar. Максім Мікалаевіч Мірны; doğulub 6 iyul 1977-ci ildə, Minsk, SSRİ) — Belarusiyalı peşəkar tennisçi, əməkdar idman ustası. Keçmişdə dünyadakı ilk raketkası (cütlükdə); qarışıq cütlərdə 2012 Olimpiya çempionu; cütlüklərdə Böyük Dəbilqə turnirlərinin 10 qat qalibi; cütlüklərdə ATP Final Turnirinin ikiqat qalibi (2006, 2011); 53 ATP turnirinin qalibi (onlardan biri təkdir). 29 Noyabr 2018-ci ildə idman karyerasının başa çatdığını elan etmişdir . == Bioqrafiyası == Maksim - Nikolay və Tatyana Mirnıyın iki oğlundan böyüyü idi; qardaşının adı Peterdir. Maksimin ailsə idmançı ailəsi idi: atası 1960-cı illərdə voleybolda SSRİ çempionatının elit divizionunda oynayıb, anası isə keçmiş üzgüçü olub, 1971-ci ildə 200 metr kəpənəkdə (butterfly) BSSR rekordunu müəyyənləşdirmişdir. Maksim 2004-cü ildə model Ksenia Rubçeniya ilə evləndi. Onların dörd övladı var: qızları Melaniya (2004) və Petra (2007), oğulları Demid (2009) və Trofim (2014). Maksim yeddi yaşından tennislə məşğuldur; uşaqlıqdan onun məşqiçisi zaman-zaman Amerikanın müxtəlif mütəxəssisləri tərəfindən köməklik olunan atası idi. Oyun karyerasından əlavə olaraq Mksimin bir sıra qeyri-idman layihələri var: Bradentonda, yerli tennis mərkəzindən aralıda Maksim öz pizza məkanını işlədir.
Mirdza Kempe
Mirdza Kempe (latış. Mirdza Ķempe‎ d. 27 yanvar (9 fevral) 1907, Liepaya, Kurlandiya quberniyası[d] – 12 aprel 1974, Riqa) — Latviya və Sovet şairəsi. Latviya SSR əməkdar mədəniyyət işçisi (1957), Latviya SSR xalq şairi (1967), SSRİ dövlət mükafatı laureatı (1967). == Bioqrafiyası == 27 yanvar 1907-ci ildə Libava (indiki Liepaya, Latviya) şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1927-1928-ci illərdə Latviya Universitetində oxuyur. Bir müddət Riqa Radiosunun aparıcısı işləyir sonra "İnformator" qəzetində çalışır. 1940-1941-ci illərdə Latviya SSRİ-yə daxil olduqdan sonra Riqa Radio Komitəsinin ədəbi və bədii yayımının rəhbəri vəzifəsini icra edir. Böyük Vətən müharibəsi illərində Həştərxan, İvanovo və Moskvada yaşayıb və çalışmışdır. Müharibədən sonra Riqaya qayıdır.
Miriam Giovanelli
Miriam Giovanelli (28 aprel 1989, Roma) — İtaliya-İspaniya aktrisası və fotomodeli.
Miriam adaları
Miriam adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan 3 adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Adalar arxipelaqın şimalında, Cekson adasının şimalı qutaracağından 600 m şimalda yerləşir. == Xüsusiyyətləri == Adalar buzla örtülmürlər. Qrupa daxil olan ən iri ada 700 metr, digər ikisi isə 100 metr uzunluğa malikdir.
Mirsad Türkcan
Mirsad Türkcan (türk. Mirsad Türkcan), ilkin adı Mirsad Yahoviç (serb. Мирсад Јаховић; doğum tarixi 7 iyun 1976-cı il. Novi-Pazar, Raşka dairəsi, Yuqoslaviya) — Serb əsilli Türkiyə peşəkar basketbolçusu. Uzun hücumçu mövqeyində oynuyurdu. == Bioqrafiyası == Mirsad Yahoviç Yuqoslaviyanın Novi Pazar şəhərində anadan olmuşdur və gənc yaşlarında Efes Pilsen məşqişilərinin dəvəti ilə Türkiyəyə köçmüş və adını Mirsad Türkcan olaraq dəyişdirmişdir. Professional basketbol karyerasına Türkiyənin Efes Pilsen klubunda başlamışdır. 1998-ci ildə Hyuston Rokets klubu tərəfindən NBA seçmələri üçün seçildi, daha sonra oyunçunun hüquqları Filadelfiya Seventi Siksers klubuna keçdi. 1999-cu ildə isə Nyu-York Niksiyə verildi. 1999/2000 mövsümündə Türkan, New York Niks və Miluoki Baksda 17 matçda qalib gələrək, Türkiyənin NBA-dakı ilk nümayəndəsi oldu.
Smirna aqorası
Smirna aqorası və ya İzmir aqorası — Smirna şəhərində (indiki İzmir, Türkiyə) yerləşən qədim Roma aqorası. Eramızdan əvvəl 4-cü əsrdə yunanlar tərəfindən inşa edilmiş aqora eramızdan əvvəl 178-ci ildə zəlzələ nəticəsində dağılmışdır. Roma İmperatoru Mark Avreli onun yenidən qurulmasını əmr etmişdir. Tarixi məkanın qazıntı işləri 1933-cu ildə başlamışdır. 2020-ci ildə Smirna aqorası, "Tarixi liman şəhəri İzmir" proyekti çərçivəsində UNESCO ümumdünya irsi siyahısına əlavə olundu.
Mirand (rayon)
Mirand (fr. Mirande) — Fransanın Cənub-Pireney regionun rayonlarından biri. Departamenti — Jer. Suprefektura — Mirand. Rayon əhalisi 2006-cı ildə 37 795 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 22 nəf / km². Rayon ərazisi — 1686 km².
Mircan Təbrizi
Mircan Təbrizi — Azərbaycan da doğulmuş məşhur sufi, övliya Kubrəviyyə şeyxi. == Həyatı == Şafi’i məzhəbinə mənsub fəqih idi. Şah İsmayıl Xətainin Təbrizi ələ keçirməsindən sonra təzyiq və təqibə məruz qaldığı üçün vətəni tərk edib Suriyaya, Hələb şəhərinə getmişdi. Hələbdə yaşamış və burada tədrislə məşğul olmuşdu. H. 934-cü ilin şaban ayında (may 1528) isə Dəməşqə köçmüş və tədris fəaliyyətini burada davam etdirmişdi. Mircan Təbrizi Kubrəviyyə təriqətinə mənsub sufi idi. H. 935-ci ilin məhərrəm ayında (sentyabr 1528) Dəməşqi tərk edərək Azərbaycana getmiş və h. 936-cı ildə (1529) vəfat etmişdi .
Mirnağı Şərifov
Mirnağı Qasım oğlu Şərifov (20 avqust 1995; Bəcirəvan, Cəlilabad rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirnağı Şərifov 20 avqust 1995-ci ildə Cəlilabad rayonunun Bəcirəvan kəndində dünyaya göz açmışdır. == Hərbi xidməti == Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Mirnağı Şərifov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 21 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirnağı Şərifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirnağı Şərifov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirnağı Şərifov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirnağı Şərifov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Miryam Overdam
Miryam Overdam (d. 18 fevral 1973) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Miryam Overdam, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Miryam Vayselbraun
Miryam Vayselbraun (alm. Mirjam Weichselbraun‎ d. 27 sentyabr 1981, İnsbruk) — Avstriya televiziya aparıcısı və aktrisası. 2015-ci ildə Avroviziya Mahnı Müsabiqəsində ev sahibi olaraq Avstriyada keçirilən yarışmanın aparıcısı olmuşdur. Bu da ona Avstriyadan kənarda da tanınmasına vəsilə olmuşdur. == Bioqrafiyası == 27 sentyabr 1981-ci ildə İnsbrukda anadan olub. Media sənayesinə 1998-ci ildə Avstriya regional radio stansiyası olan Antenne Tirolda redaktorluq ilə işləməyə başlamışdır. O, ilk dəfə "BRAVO" jurnalı tərəfindən Girl 2000 seçilməsi ilə şöhrət qazanır. Sonradan Tirol TV regional televiziya şirkətində işlədikdən və Das Magazin mədəni proqramında qısamüddətli işdən sonra 2001-ci ildə yeni yaradılan VIVA Plus televiziya stansiyasına keçir. Burada səkkiz ay "Cologne Day" proqramında iştirak edir.
Murtaz Xurtsilava
Murtaz Xurtsilava (tam adı: Murtaz Kalistratoviç Xurtsilava, gürc. მურთაზ კალისტრატოვიჩი ჰურცილავა, translit. Murtaz K’alist’rat’ovichi Hurtsilava; Bandza kəndi, Gegeçqori rayonu, Gürcüstan SSR, SSRİ) — müdafiəçi mövqeyində çıxış etmiş keçmiş SSRİ və Gürcüstan futbolçusu, futbol məşqçisi. SSRİ idman ustası (1962). SSRİ-nin beynəlxalq dərəcəli idman ustası (1966). SSRİ-nin əməkdar idman ustası (1969).
Mərnab (Heris)
Mərnab (fars. مرناب‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 10 nəfər yaşayır (4 ailə).
Dırnaq
Dırnaq — insanların (bir çox onurğalıların) ayaq və əllərinin uclarında mövcud olan bərk lövhəciklər. Qaşıma, soyma, cızma kimi funksiyaları var. Ayaq dırnaqları əl dırnaqlarına nisbətən daha ləng uzanır. Dırnaqların uzunma sürəti şəxsin orqanizmdən və yaşından asılı olaraq fərqlənə bilər. Uzanmış dırnaqların altında bakteriyaların inkişafı üçün əlverişli mühit yaranır. ABŞ-nin Florida ştatındakı Klivlend klinikasının dermatoloqu Tamar Lior öz araşdırmaları nəticəsində belə bir nəticəyə gəlmişdir ki, insanın dırnaqlarının rəngi vasitəsi ilə bəzi xəstəlikləri aşkarlamaq mümkündür. O dırnaqlardakı rəng dəyişikliklərinin bədəndəki hər hansı bir sağlamlıq problemi ilə əlaqədar olduğunu bildirmiş və rənglərə görə xəstəlikləri aşağıdakı kimi sıralamışır: Dırnaqlarda ağ rəng - Qara ciyərdə hepatit. Sarımtıl rəng - Ağciyərdə emfizema. Sarımtıl və azca qızartılı rəng - Diabet. Yarı ağ, yarı çəhrayı - Böyrək xəstəlikləri.
Şırnak
Şırnak — Türkiyənin Şırnak ilinin inzibati mərkəzi.
Şırnaq
Şırnak — Türkiyənin Şırnak ilinin inzibati mərkəzi.
Kırna
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Mədəniyyəti == === Kırna türbəsi === Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.
Dırnaq göbələyi
Onixomikoz (onychomycosis) — dırnağın göbələk xəstəliyinə tutulması (infeksiyası). Trichophyton rubrum, Trichophyton interdigitale, Trichophyton tonsurans və digər göbələklər tərəfindən törədilir. Xəstəlik törədicisi Epidermophyton floccosum və Microsporum canis də ola bilir. Simptomlara ağ və ya sarı dırnaq rənginin dəyişməsi, dırnağın qalınlaşması və dırnağın dırnaq yatağından ayrılması daxil ola bilər. Ayaq və ya əl dırnaqları təsirlənə bilər, lakin ayaq dırnaqlarında daha çox rast gəlinir. Bir sıra müxtəlif növ göbələklər dermatofitlər və Fusarium da daxil olmaqla onikomikoza səbəb ola bilər. Risk faktorlarına atletin ayağı, digər dırnaq xəstəlikləri, bu xəstəliyə məruz qalma, periferik damar xəstəliyi və zəif immun funksiyası daxildir. Diaqnoz ümumiyyətlə görünüşə görə və laboratoriya testləri ilə təsdiqlənir. Onikomikoz yetkin əhalinin təxminən 10 faizində baş verir, yaşlı insanlar daha tez-tez təsirlənir. Kişilər qadınlardan daha çox təsirlənir.
Dırnaq işarəsi
Dırnaq işarəsi (“ ”) və ya (« ») – mətndə vasitəsiz nitqi, sitatları, əsər, qəzet və jurnal adlarını, sözlərin məcazi mənalarını fərqləndirmək üçün işlədilən qoşa durğu işarəsi. == Dırnaqların əsas növləri == Dırnaqlar öz görünüşlərinə görə aşağıdakı kimi bir-birindən fərqlənirlər: == Rusca yazıda istifadə edilən dırnaqlar == === Qoşa dırnaqlar === Rusca yazıda ənənəvi olaraq fransız «yolka»sından istifadə edilir. Dırnaqlar arasında təkrarən dırnaqdan istifadəyə ehtiyac olduqda və əl yazısında alman „lapka“sından istifadə edilir. == Azərbaycanca yazıda istifadə edilən dırnaqlar == Hal-hazırda azərbaycanca yazıda əsasən “ingilis qoşa” dırnaq işarələrindən istifadə olunmaqdadır. Bununla yanaşı "makina qoşa dırnaq işarəsi" və «yolka»dan da geniş istifadə edilir. Lakin Azərbaycan Respublikası prezidentinin saytında axtarış verilərkən, 8 fevral 2010-cu il tarixindən sonra «yolka»lardan istifadə olunması qeydə alınmamışdır.
Dırnaq lakı
Dırnaq boyası — Əl və ayaq dırnaqlarına sürülən boya. == Tarixi == Misirlilər dırnaq rəngini ictimai sinifləri bir-birindən ayırmaq məqsədi ilə istifadə etmişdilər. Kral Axenatonun həyat yoldaşı Nefertitinin əl və ayaq dırnaqlarını yaqut rənginə, Kleopatranın isə gilanar rənginə boyadığı bilinməkdədir. Alt sinifləri təmsil edən qadınların yalnız donuq rəngləri istifadə edəbilmələrinə icazə verilmişdir.
Dırnaq törpüsü
Dırnaq törpüsü, Savand və ya Sohan — yüngülcə dırnaqların kənarlarını yumşaltmaq və şəkilləndirmək üçün istifadə edilən vasitədir. Manikür və pedikürdə də istifadə edilir. == Mənbə == "A History of Nail Care" (ingilis). Nails Magazine. 2004. 2010-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-07.