Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mugil
Kefal (lat. Mugil) — kefallar fəsiləsinə aid balıq cinsi. Kefal balıqlarının Xəzər dənizində 2 növü yaşayır — qızılı kefal (singil) və sivriburun kefal. Hər iki növ 1930-cu illərdə Qara dənizdən gətirilərək Xəzərə buraxılmışdır. Xəzər dənizinin iqlim və qida şəraiti həddindən artıq əlverişli olduğu üçün kefallar qısa müddətdə yeni şəraitə uyğunlaşaraq Xəzərin hər yerində geniş yayılmışlar. Bu tədbirdə məqsəd Xəzərin ixtiofaunasının növ tərkibini dəniz balıqları hesabına zənginləşdirilməsi olmuşdur. Vətəgə əhəmiyyəti olan bu balıqlar Xəzərdə çoxalaraq, əsas ov obyektinə çevrilmişlər. Çox cəld və müxtəlif səs qıcıqlandırıcılarına qarşı həssas balıqdır. Xəzər dənizi şəraitinə uyğunlaşmış hər iki növün öz xarakterik xüsusiyyətləri var.
Mugil cephalus
Mugil cephalus (lat. Mugil cephalus) — kefal cinsinə aid balıq növü.
Mugil haematocheilus
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Mugil haematochilus
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Mugil soiuy
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Mugil tricuspidens
Zolaqlı kefal (lat. Liza tricuspidens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Ağbil
Ağbil — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == Ağbil oyk., mür. Quba r-nunun Vladimirovka i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XVI əsrə aid Ağbil türbələri bu kəndin ərazisindədir. Yerli əhali bu türbələri Dörd Ağbil adlandırır. Hazırda üçü qalmaqda olan həmin türbələr Şeyxlər üçün tikilmişdir. XIX əsrdə Zeyid kəndindən köçüb gələnlər tərəfindən məskunlaşmış Ağbil kəndi bir müddət Ağbil Zeyid adlandırılmışdır. Oykonim ağ (kiçik) və bil (qəd.
Mobil
Mobil (Alabama) — ABŞ-də, Alabama ştatında şəhər. Mobil telefon — rabitə vasitəsi. Mobil körfəzi — ABŞ-nin Alabama ştatı ərazində, Meksika körfəzində buxta. Mobil bulud texnologiyaları — Mobil genetik elementlər — ilk dəfə olaraq Barbara Mak-Klintok tərəfindən müəyyənləşdirilib. Adlar Mobil Babayev — azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2007). Mobil Əhmədov — azərbaycanlı teatr aktyoru, vokal ifaçı, Azərbaycan Respublikasının xalq artisti (2000).
Mugil so-iuy
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Mubi
Mubi — müstəqil filmləri izləməyə imkan yaradan onlayn striminq platforması və film şirkəti. Platforma kinosevərlərin dünyanın hər yerindən bilinməyən filmləri kəşf edə və qiymətləndirə biləcəyi bir məkan yaratmaq məqsədi ilə türk iş adamı və kino həvəskarı Efe Çakarel tərəfindən təsis edilmişdir. Mubi yalnız diqqətlə seçilmiş film kolleksiyasını nümayiş etdirərək özünü digər platformalardan fərqləndirir. Mubi-nin Kann Film Festivalı, Berlinale və digər nüfuzlu film tədbirləri ilə tərəfdaşlığı abunəçilərə başqa yerlərdə asanlıqla əldə olunmayan filmlərə baxmağa imkan verir.
Ağbil bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağbil türbələri
Ağbil türbələri, Şeyx Məziyyəd türbəsi və ya Ağbil pirləri — Qubanın Ağbil kəndindəki köhnə qəbiristanda yerləşən tarix-memarlıq abidələri. Ağbil kəndində üç türbə olmuşdur ki, onlardan biri tamamilə dağılmışdır. Həmin türbə planda kvadrat formalı olmaqla, qabağa çıxan antları ilə kiçik portal yeri formalaşdırırdı. Daxildən tübə 2.7x2.7 metr ölçüyə malik olmuş, giriş üzərindəki 1.43x48 sm ölçülü kitabədə isə hicri tarix ilə 940-cı il (miladi 1533), o cümlədən türbədə dəfn edilən şəxsin adı — Şah-Murad — göstərilmişdir. == Səkkizbucaqlı türbə == Dövrümüzə çatmış türbələrdən birincisi xaricdən səkkizguşəli formaya malikdir. Bu türbə, bir tərəfdən tarix-memarlıq abidələri ilə kasıb olan dövrə — XVI əsrə aid olması baxımından, digər tərəfdən isə, şimal və cənub türbələrinin xüsusiyyətlərini birləşdirən tipoloji xarakteristikasına görə böyük maraq kəsb edir. Sovet işğalından sonra türbələrdən ikisi dağıdılıb. Türbənin kərpicdən hörülmüş divarları daş kürsülük üzərində ucaldılmış, divar və təməl hissənin hörgüsü eyni ölçüdə aparılmışdır. Buna görə də, kürsülük və tikilinin əsas həcmi halnız hörgü materialının fakturası ilə fərqlənir. Kürsülüyün yalnız faktura xarakteristikası baxımından fərqləndirilməsinə, Cənubi Azərbaycanın bəzi kərpic türbələrində də rast gəlinir.
Ağbil türbəsi
Ağbil türbələri, Şeyx Məziyyəd türbəsi və ya Ağbil pirləri — Qubanın Ağbil kəndindəki köhnə qəbiristanda yerləşən tarix-memarlıq abidələri. Ağbil kəndində üç türbə olmuşdur ki, onlardan biri tamamilə dağılmışdır. Həmin türbə planda kvadrat formalı olmaqla, qabağa çıxan antları ilə kiçik portal yeri formalaşdırırdı. Daxildən tübə 2.7x2.7 metr ölçüyə malik olmuş, giriş üzərindəki 1.43x48 sm ölçülü kitabədə isə hicri tarix ilə 940-cı il (miladi 1533), o cümlədən türbədə dəfn edilən şəxsin adı — Şah-Murad — göstərilmişdir. == Səkkizbucaqlı türbə == Dövrümüzə çatmış türbələrdən birincisi xaricdən səkkizguşəli formaya malikdir. Bu türbə, bir tərəfdən tarix-memarlıq abidələri ilə kasıb olan dövrə — XVI əsrə aid olması baxımından, digər tərəfdən isə, şimal və cənub türbələrinin xüsusiyyətlərini birləşdirən tipoloji xarakteristikasına görə böyük maraq kəsb edir. Sovet işğalından sonra türbələrdən ikisi dağıdılıb. Türbənin kərpicdən hörülmüş divarları daş kürsülük üzərində ucaldılmış, divar və təməl hissənin hörgüsü eyni ölçüdə aparılmışdır. Buna görə də, kürsülük və tikilinin əsas həcmi halnız hörgü materialının fakturası ilə fərqlənir. Kürsülüyün yalnız faktura xarakteristikası baxımından fərqləndirilməsinə, Cənubi Azərbaycanın bəzi kərpic türbələrində də rast gəlinir.
Mobil (Alabama)
Mobil (ing. Mobile) — ABŞ-də, Alabama ştatında şəhər. Meksika körfəzi sahilində bir portdur. Arağ emalı, süllüloz-kağız, kimya sənyesi var. Gəmi, alüminium oksidi, sement istehsal olunur. 1711-ci ildə salınmışdır.
Mobil Babayev
Mobil Rəşid oğlu Babayev (23 dekabr 1945, Kirovabad – 10 noyabr 2023) — azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2007). == Həyatı == Mobil Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində dünyaya gəlmişdir. O, 1953-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfinə qəbul olunmuş, təqribən, 5–6-cı siniflərdə olarkən musiqi bəstələməyə başlamışdır. Bəstəkarlıqdan ilk müəllimi Ədilə Hüseynzadə, daha sonra Müdhət Əhmədov, 8-ci sinifdən etibarən məktəbi bitirənə kimi isə Nazim Əliverdibəyov olmuşdur. 1964-cü ildə viola və bəstəkarlıq üzrə məktəbdən məzun olur və həmin ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının viola sinfinə daxil olmuşdur. 1972-ci ildə Konservatoriyadan məzun olmuş və diplom işi olan 1-ci simfoniya Rafiq Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında səslənmişdir. 1972-ci ildə hərbi xidmətə yollanmış, orada Qırmızı bayraq ordenli mahnı və rəqs ansamblında çalışmışdır. 1973-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərmişdir. İlk mahnılarından biri, sözlərinin müəllifi Zeynal Vəfa olan "Vəfalı dost" olmuşdur. Həmin mahnı 1974-cü ildə Vilnüs şəhərində "Vilnüs qalaları" beynəlxalq mahnı müsabiqəsində birinci yerə layiq görülmüşdür.
Mobil körfəzi
Mobil ABŞ-nin Alabama ştatı ərazində, Meksika körfəzində buxta. Şərqini Fort-Morqan yarımadası və qərbini sədd ada olan Dofin-Aylend formalaşdırır. Mobil çayı və Tenso çayı buxtanın şimalına tökülərək estuari əmələ gətirir. Bundan başqa buxtanın qərbinə Doq çayı, Dir çayı və Faul çayı və şərqinə Fiş çayı kimi bəzi çaylar da tökülür. Saniyədə 62,000 cubic feet (1,800 m3) su axını ilə Mobil buxtası ABŞ-də ən böyük dördüncü estuaridir. Hər il və bəzən yay aylarında bir neçə dəfə balıq və xərçəngkimilər sahilin dayaz hissəsinə və buxtanın sahilinə toplaşırlar. Təzə və asantutulan dəniz məhsulları əldə etmək üçün bura böyük izdiham toplanır və buna görə də bu hadisə yubiley adlanır. Mobil buxtası bu növ yubileyin ad hal olduğu dünyada yeganə yerdir. Mobil buxtasının ərazisi 413 kvadrat mil (1,070 km2) təşkil edir. Uzunluğu 31 mil (50 km), eni isə 24 mil (39 km)-dir.
Mobil sursat
Mobil sursat (həmçinin intiharçı pilotsuz uçuş aparatı, intiharçı dron, kamikadze pilotsuz uçuş aparatı, rouminq silahları və ya kamikadze dron kimi tanınır) sursatların müəyyən müddət ərzində hədəf ərazinin ətrafında fırlandığı və yalnız hədəf aşkar edildikdən sonra hücum etdiyi hava silah sistemidir. Mobil sursatlar, yüksək dəyərli platformalar hədəf əraziyə yaxın yerləşdirildikdən qısa müddət sonra görünən gizli və ya məxfi hədəflərə qarşı daha sürətli cavab müddətlərini təmin edir və həmçinin də hücum əmri asanlıqla ləğv oluna bilindiyi üçün daha seçici olaraq vacib hədəflərə tuşlanmağa imkan yaradır. Mobil sursatlar qanadlı raketlər ilə silahlı pilotsuz uçuş aparatları (SPUA) arasında qəbul edilir və hər ikisi ilə eyni xüsusiyyətlərə malikdir. Onlar qanadlı raketlərdən hədəf ərazinin ətrafında nisbətən uzun müddət dövrə vurması üçün nəzərdə tutulması, SPUA-lardan isə mobil sursatın bir hücumda sərf edilməsinin nəzərdə tutulması və daxili döyüş başlığına malik olması ilə fərqlənirlər. Buna görə də onları qeyri-ənənəvi mənzilli silahlar da hesab etmək mümkündür. Mobil silahlar ilk dəfə 1980-ci illərdə yer-hava raketlərinə (SAM) qarşı Düşmənin Hava Hücumundan Müdafiəsinin Zəiflədilməsi (SEAD) rolunda istifadə üçün ortaya çıxmışdırlar və 1990-cı illərdə bir sıra hərbi hava qüvvələrində SEAD rolunda çıxış etməsi üçün yerləşdirilmişdirlər. 2000-ci illərdən başlayaraq, rouminq silahları nisbətən uzun mənzilli hücumlardan və atəş dəstəyindən tutmuş kürək çantasına sığan bir taktiki döyüş vasitələrinə və hətta çox qısa mənzilli döyüş sistemlərinə qədər əlavə rollar üçün hazırlanmışdır.
Mobil telefon
Mobil telefon — rabitə vasitəsi. Ən çox şəbəkəli danışma üçün işlədilir. Telefonun ikinci dəfə "dünyaya gəlişi" isə XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verdi. Mobil telefonun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır. Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunmuşdur. Həmin gün "Motorolla" şirkəti layihəsinə 100 milyon dollar xərclənən bir aparatı təqdim etdi. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Bu telefonların satış qiyməti 3995 dollar olsa da, minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı. Uzun-uzadı təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim və digər rahatlığı olan qrafik displey əlavə olundu.
Mobil Əhmədov
Əhmədov Mobil Salman oğlu — azərbaycanlı teatr aktyoru, vokal ifaçı, Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Mobil Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncədə doğulub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Bir il sonra isə Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilib və Bülbülün sinfində oxuyub. 1961-ci ildə təhsilini başa vuraraq bir neçə ay Dövlət Radiosunun xorunda işləməyə başlayıb. Sentyabr ayında isə MkT-yə solist dəvət olunub. Elə həmin vaxtdan da qırx ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları ifa edib. Teatrın yetmişdən çox tamaşasında oynamaqla zəngin yaradıcılıq irsi yaradıb, bir neçə rolunu müxtəlif quruluşlarda ifa edib. Müxtəlif təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərib. Sənət dostlarının yüzlərlə şarjını çəkib.
Alois Musil
Alois Musil (çex. Alois Musil) — çex kəşfçisi, şərqşünası, bibliya alimi, səyyahı, etnoqrafı, yazıçısı və katolik keşişi. XVIII-XIX əsrlərin sonlarında ən böyük şərqşünas və ərəbşünaslardan biri hesab olunur. İngilis sosial antropoloqu Ernest Gellner ona Moraviyalı Lourens ləqəbini vermişdir (Tomas Edvard Lourensin şərəfinə). == Bioqrafiya == === Gənclik === Alois Musil 1868-ci ildə Rıxtarjovda Vişkovun ailəsində kənd ailəsində anadan olmuşdur. Onun ən yaxın qohumu çex əsilli məşhur Avstriya yazıçısı Robert Musil idi. O, Kromerjije, Brno və Vysoke Mitoda gimnaziyalarda oxuyub. Gimnaziyanı bitirdikdən sonra 1887-1891-ci illərdə Olomouts Universitetinin İlahiyyat fakültəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1891-ci ildə keşiş təyin edilir və 1895-ci ildə ilahiyyat üzrə doktorluq dərəcəsi alır. Onun teoloji araşdırmaları dərinləşdirmək səyləri onu ərəb dünyasına maraq göstərməyə vadar edir.
Əl-Muzil
Əl-Muzil (ər. المذل) — Allahın adlarından biri. Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz (müşriklər) Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir. Xor və alçaq edilmə, Allahın inkarçıları uğratdığı "dünya əzabı"nın bir hissəsidir. Bütün həyatlarını başqalarına nümayiş etdirmək, onlardan təqdir almaq üçün davam etdirən inkarçılar üçün 'xor və alçaq qılınma' son dərəcə böyük bir əzabdır. Allah Quranda dünyada verilən bu əzabın xüsusiyyətini belə bildirir: Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalançı saymışdılar və (buna görə) əzab da onlara gözləmədikləri yerdən gəldi. Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər! Allah bu xor və alçaq qılan sifətini möminlərin və xüsusilə də elçinin əliylə göstərər.
Əl-Muğni
Əl-Muğni (ər. المغني) — Allahın adlarından biri.
Mobil şəbəkə
Mobil şəbəkə — son qovşaqlara, onlardan olan əlaqənin simsiz olduğu və şəbəkənin quruda hücrələr adlanan ərazilər üzərində paylandığı telekommunikasiya şəbəkəsi. Bu hücrələr hər birinə ən azı bir sabit yerləşmiş qəbuledici tərəfindən təqdim olunur. Bu baza stansiyaları hücrəni səs, verilənlər və digər məzmun növlərinin ötürülməsi üçün istifadə olunan şəbəkə əhatəsi ilə təmin edir. Müdaxilədən qaçmaq və hər bir hücrə daxilində zəmanətli xidmət keyfiyyətini təmin etmək üçün hücrə adətən qonşu hücrələrdən fərqli tezliklər dəstindən istifadə edir. hücrələr birləşdirildiyi halda geniş coğrafi ərazidə radio yayımı təmin edir. Bu çoxsaylı portativ ötürücülərə bir-biri ilə həmçinin stasionar qəbuledicilər və telefonlarla şəbəkənin istənilən yerində ötürücülərə ötürmə zamanı birdən çox hücrə vasitəsilə hərəkət etsə belə baza stansiyaları vasitəsilə əlaqə saxlamağa imkan verir. Mobil şəbəkələr bir sıra funksiyaları təklif edir: Əsas telekommunikasiya provayderləri Yer kürəsinin məskunlaşmış ərazisinin əksəriyyətində səs və verilənlər mobil şəbəkələrini yerləşdirmişdilər. Bu mobil telefonların və mobil hesablama cihazlarının ictimai kommutasiya edilmiş telefon şəbəkəsinə və ictimai internetə qoşulmasına imkan verir. Şəxsi mobil şəbəkələr tədqiqat və ya yerli ictimai təhlükəsizlik agentlikləri, taksi şirkəti üçün göndəriş kimi iri təşkilatlar və donanmalar üçün istifadə edilə bilər. Bir böyük ötürücüdən daha çox tutum.
Mobil hökumət
Mobil hökumət və ya m-hökumət — yalnız mobil telefonlar, notbuk kompüterlər, fərdi rəqəmsal köməkçilər (PDA) və simsiz internet infrastrukturundan istifadə etməklə mümkün olan dövlət xidmətləri və proqramlarından strateji istifadə kimi xidmətlər toplusu. == Üstünlükləri == Mobil hökumət xidmətləri "e-hökumətdə iştirak edən tərəflər, o cümlədən vətəndaşlar, biznes müəssisələri və bütün dövlət strukturlarına faydaların artırılması üçün hər növ simsiz və mobil texnologiya, xidmətlər, tətbiqlər və cihazlardan istifadəni əhatə edən strategiya və onun həyata keçirilməsi kimi" izah edilir. == Ölkələr üzrə == İnfrastrukturun olmaması səbəbindən internetin nüfuzunun aşağı olduğu, mobil bağlantı və nüfuzunun yüksək olduğu inkişaf etməkdə olan ölkələrdə mobil hökumət daha yaxşı seçimdir. Hökumətin vətəndaşlarla qarşılıqlı əlaqəsi SMS kimi vasitələrlə həyata keçirilə bilər. Hindistanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Elektronika və İnformasiya Texnologiyaları Departamenti bütün departamentləri və agentlikləri üçün mobil cihazlar vasitəsilə bütün xidmətlərini təmin etmək üçün mobil proqramlar hazırlamaq və yerləşdirmək planlarını açıqlamışdır. Freymvorkun qəbulunu və vaxtında həyata keçirilməsini təmin etmək üçün hökumət mobil cihazlar vasitəsilə ictimai xidmətlərin əlçatanlığını təmin etmək üçün əsas infrastruktur olan "Mobile Service Delivery Gateway"i (MSDG) inkişaf etdirəcək. == İstinadlar == == Əlavə ədəbiyyat == I. Kushchu and M. H. Kuscu. From e-Government to m-Government: Facing the Inevitable // The 3rd European Conference on e-Government. 2003. 253–260.
Mobil bankçılıq
Mobil bankçılıq — müştərilərinə smartfon və ya planşet kimi mobil cihazlardan istifadə etməklə uzaqdan maliyyə əməliyyatlarını aparmağa imkan verən bank və ya digər maliyyə institutu tərəfindən göstərilən xidmət. Müvafiq internet bankçılığından fərqli olaraq, o, bu məqsədlə maliyyə institutu tərəfindən təmin edilən, adətən tətbiq adlanan proqram təminatından istifadə edir. Mobil bankçılıq əsasən 24 saat işləyir. Bəzi maliyyə institutlarında mobil bankçılıq vasitəsilə hansı hesablara daxil ola biləcəyinə dair məhdudiyyətlər, eləcə də əməliyyat edilə bilən məbləğlə bağlı məhdudiyyətlər var. Mobil bankçılıq internetin mövcudluğundan və ya mobil cihaza məlumat bağlantısının olmasından asılıdır. Mobil bankçılıq vasitəsilə əməliyyatlar təqdim edilən mobil bankçılıq proqramının xüsusiyyətlərindən asılıdır və adətən hesab qalıqlarının və ən son əməliyyatların siyahılarının əldə edilməsini, elektron faktura ödənişlərini, uzaqdan qəbz depozitlərini, P2P ödənişlərini və müştərinin və ya başqasının hesabları arasında pul köçürmələrini əhatə edir. Bəzi proqramlar həmçinin qəbzlərin nüsxələrini endirməyə və bəzən çap etməyə imkan verir. Mobil bank proqramından istifadə səmərəliliyi, sürəti, çevikliyi və həmçinin təhlükəsizliyi artırır, çünki o, istifadəçinin daxili mobil cihaz təhlükəsizlik mexanizmləri ilə inteqrasiya edilir. Bank nöqteyi-nəzərindən mobil bankçılıq müştərilərin nağdsız pul vəsaitlərinin çıxarılması və depozit əməliyyatları üçün bank filialına müraciət etmə ehtiyacını azaltmaqla əməliyyatların aparılması xərclərini azaldır. Mobil bankçılıq nağd pulla bağlı əməliyyatları idarə etmir və müştəri nağd pul çıxarmaq və ya depozit qoymaq üçün bankomata və ya bank filialına müraciət etməlidir.
Mobil cihaz
Mobil cihaz, həmçinin əl kömpüteri və ya rəqəmsal köməkçi — əldə tutulacaq və işləyəcək qədər kiçik həcmdə olan kompüter. Mobil cihazlarda adətən düz LCD və ya OLED ekran, sensor ekran interfeysi, rəqəmsal və ya fiziki butonlar olur. Onların fiziki klaviaturası da ola bilər. Bir çox mobil qurğular internetə qoşula və Wi-Fi, "Bluetooth", mobil şəbəkələr, həmçinin NFC vasitəsilə avtomobil əyləncə sistemləri və ya qulaqlıqlar kimi digər cihazlara qoşula bilər. İnteqrasiya edilmiş kameralar, audio və video telefon zəngləri yerləşdirmək və qəbul etmək imkanı, videooyunlar və qlobal mövqeləşdirmə sistemi (GPS) imkanları geniş yayılmışdır. Güc adətən litium-ion batareya ilə təmin edilir. Mobil cihazlar üçüncü tərəf proqramlarının quraşdırılmasına və işə salınmasına imkan verən mobil əməliyyat sistemlərini işlədə bilər. İlkin smartfonlara 2000-ci illərin sonlarında daha böyük planşetlər qoşulmuşdur. Giriş və çıxış adətən sensor ekran interfeysi vasitəsilə həyata keçirilir. Telefonlar/planşetlər və fərdi rəqəmsal köməkçilər eksklüziv xüsusiyyətlərə əlavə olaraq, noutbuk/masaüstü kompüterin əksər funksiyalarını təmin edə bilər.
Müxbir
Müxbir — ərəb sözü olub "cavab vermək" mənasını bildirir. Ən qaynar xəbərləri çatdıran redaksiya, mətbuat və ya televiziya, radio müxbirlərinin işinin vacibliyini qeyd etmək lazımdır. Xarici ölkələrdə müxbirlər hətta hava limanı və vağzallarda gecələməli olurlar. Vacib bir məsələ ortaya çıxan kimi hadisələrin mərkəzində olurlar. Müxbirin əsas işi ən aktual informasiyaları operativ şəkildə redaksiyaya çatdırmaqdır. Müxbirlər "xəbərlər" janrlarının müəllifləridirlər. Onlardan materialların emosional şəkildə bütün təfərrüatı ilə təqdim olunması gözlənilir. Hər redaksiyanın müxbirlər ştatı var. Onların çiynində informasiya yükü toplamaq yükü dayanır. Müxbirlərin başlıca vəzifəsi müntəzəm surətdə yeni xəbərlər toplamaqdır.
Məqbul (Sayınqala)
Məqbul (fars. مقبول‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (8 ailə).
Əl-Muqsit
Əl-Muqsit (ər. المقسط) - Allahın adlarından biri.
Müvil (Meşkinşəhr)
Müvil (fars. مويل‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,400 nəfər yaşayır (302 ailə).
Əl-Muqit
Əl-Muqit (ər. المقيت) - Allahın adlarından biri.