Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gürcüstan
Gürcüstan (gürc. საქართველო – Sakartvelo) — Cənubi Qafqazda dövlət. Gürcüstan Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Şimalda Rusiya, şərqdə Azərbaycan, cənubda Ermənistan və Türkiyə ilə həmsərhəddir. Ölkənin qərbində isə Qara dəniz yerləşir. Paytaxtı və ən böyük şəhəri Tbilisi şəhəri, ümumi sahəsi 69,700 kvadrat kilometrdir. Gürcüstan 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir. Gürcüstan qədim tarixə malik bir ölkədir. Gürcüstanın tarixi qədim Kolxida və İberiya krallıqlarına gedib çıxır. Dünyada xristanlığı qəbul edən 2-ci dövlət olan Gürcüstan XI və XII əsrlərdə ən qüdrətli çağını yaşamışdır.
Gürcüstan arzusu-Demokratik Gürcüstan
Gürcü arzusu — Demokratik Gürcüstan (gürc. ქართული ოცნება–დემოკრატიული საქართველო, gürcücə "Kartuli osneba-demakratiuli Sakartvelo" kimi oxunur) — Gürcüstanın hakim partiyası, 19 aprel 2012-ci ildə biznesmen Bidzina İvanişvili tərəfindən yaradılıb. Partiya Gürcüstanda 2012-ci ildə parlament seçkilərdə hakim Vahid Milli Birlik Partyasının rəqibi olub.
Baci (Gürcüstan)
Baci (gürc. ბაჯი) — Gürcüstanda, Raça-Leçxumi və Aşağı Svaneti bölgəsində, Ambrolauri bələdiyyəsində yerləşən kənd. Rioni çayının üzərində, Ambrolauri şəhərindən 22 kilometr uzaqlıqda yerləşir.
Daştəpə (Gürcüstan)
Daştəpə — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Gürcüstan-Film
Gürcüstan-film (gürc. «ქართული ფილმი») — Tbilisi şəhərində bədii filmlərin istehsalı ilə məşğul olan dünyanın ən qədim kinostudiyalarından biri. Kinostudiya 1921-ci ildə yaradılmışdır. 1923-cü ildən "Gürcü Saxkinmretsvi" (Qoskinprom), 1953-cü ildən indiki adı ilə adlandırılmışdır. 1930-cu ildən bədii filmlərlə yanaşı cizgi filmlərinin istehsalı ilə də məşğul olmağa başlamışdır. Kinostudiyada çəkilən filimlər ümumittifaq və beynəlxalq kino festivallarının (Kann Film Festivalı) mükafatlarını qazanmışdır. Hazırda kinostudiyaya Direktorlar Şurasının sədri Arçil Menaqarişvili rəhbərlik edir. Gürcüstan-film kinostudiyasında hazırkı dövrə qədər 800 bədii, televiziya üçün hazırlanmış və qısametrajlı filmlər, 600 sənədli filmlər və 300 çizgi filmləri çəkilmişdir. == Tarixi == Gürcü filmlərinin istehsalı tarixi 1908-ci ildən başlayır. İlk çəkilən filmlər sənədli filmlər olub.
Gürcüstan Prezidenti
Gürcüstan prezidenti — Gürcüstan xalqı tərəfindən seçilmiş dövlət başçısı.
Gürcüstan Prokurorluğu
Gürcüstan Konstitusiyasında müəyyənləşdirildiyi kimi, 2017 və 2018-ci illərdə düzəliş edilmiş, Prokurorluğa Gürcüstan Parlamenti tərəfindən 6 il müddətinə seçilən Baş prokuror (გენერალური პროკურორი) rəhbərlik edir. Baş prokurorun namizədliyi, Parlamentə birbaşa hesabat verən və ədliyyə nazirindən, vəkillərdən, hakimlərdən və qanunla müəyyən edilmiş Parlament üzvlərindən ibarət olan Prokurorlar Şurası (.აპროკურორო საბჭო) tərəfindən irəli sürülür. Şura Prokurorluğun müstəqilliyini, şəffaflığını və səmərəliliyini təmin etməkdir.
Gürcüstan Respublikası
Gürcüstan (gürc. საქართველო – Sakartvelo) — Cənubi Qafqazda dövlət. Gürcüstan Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Şimalda Rusiya, şərqdə Azərbaycan, cənubda Ermənistan və Türkiyə ilə həmsərhəddir. Ölkənin qərbində isə Qara dəniz yerləşir. Paytaxtı və ən böyük şəhəri Tbilisi şəhəri, ümumi sahəsi 69,700 kvadrat kilometrdir. Gürcüstan 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir. Gürcüstan qədim tarixə malik bir ölkədir. Gürcüstanın tarixi qədim Kolxida və İberiya krallıqlarına gedib çıxır. Dünyada xristanlığı qəbul edən 2-ci dövlət olan Gürcüstan XI və XII əsrlərdə ən qüdrətli çağını yaşamışdır.
Gürcüstan SSR
Gürcüstan Sovet Sosialist Respublikası (gürc. საქართველოს საბჭოთა სოციალისტური რესპუბლიკა) — SSRİ-nin tərkibinə daxil olan 15 müttəfiq respublikadan biri. 25 fevral 1921-ci ildə təşkil olunmuşdur. 1921-1936-cı illərdə rəsmi adı Gürcüstan Sosialist Sovet Respublikası idi. 25 fevral 1921-ci ildə yaradılmışdır. 1922-ci il martın 12-dən 1936-cı il dekabrın 5-dək Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkibində olmuşdur. Yeganə və hakim partiya Gürcüstan Kommunist Partiyasıdır. Gürcüstan Sovet Sosialist Respublikası Zaqafqaziyanın şimal-qərb hissəsində yerləşirdi. Qonşu respublikalar bunlar idi: şimalda RSFSR, şərqdə və cənub-şərqdə Azərbaycan Sovet Sosialist Respublikası, cənubda Ermənistan SSR. Respublikanın Türkiyə ilə həmsərhəd ərazisi də var idi 1990-cı il noyabrın 14-də Gürcüstan SSR Ali Soveti müstəqil Gürcüstan Demokratik Respublikasının bərpasına qədər keçid dövrü elan etdi və bununla əlaqədar olaraq respublikanın adını Gürcüstan Respublikası adlandırdı. 1991-ci il martın 31-də Gürcüstanın dövlət müstəqilliyinin bərpası ilə bağlı referendum keçirildi və nəticədə 1991-ci il aprelin 9-da Zviad Qamsaxurdiyanın başçılıq etdiyi Gürcüstan Ali Soveti SSRİ-dən ayrılaraq müstəqilliyini elan etdi.
Gürcüstan armudu
Gürcüstan aysorları
Gürcüstan aysorları — 2014-cü il əhalinin siyahıya alınmasına görə Gürcüstanda 2377 nəfər aysor yaşayır (1989-cu ildə - 6206 nəfər). == Tarixi == Gürcüstan torpağına ayaq basmış ilk aysorlar Müqəddəs Yəhya Zedaznlı və 6-cı əsrdə Suriyadan gəlmiş 12 şagirdi hesab olunur. Onlar Gürcüstan monastırlığının qurucuları olmuş, gürcü mədəniyyətində və mənəviyyatında görkəmli rol oynamışlar. XVIII əsrin ikinci yarısında Kartli-Kaxeti çarı II İraklinin rəhbərliyi altında, Gürcüstanı öz protektoratlığına çevirən Rusiya İmperiyasının dəstəyi ilə çox sayda xristian, o cümlədən aysor Osmanlı İmperiyasından Gürcüstana köçürr. İran və Türkiyədən əmək miqrasiyası şəklində yeni köçürmə dalğası, 1828-ci ildə Türkmənçay müqaviləsinə əsasən Gürcüstanın Rusiya İmperiyasına birləşdirilməsindən sonra başlayır. Nəhayət aysorların Önqafqaza ən böyük köçü 1915-1917-ci illərdə, Osmanlı İmperatorluğunun şərqində yaşayan aysorların çoxunun köç etmək məcburiyyətində qaldığı dövrdə baş verir. Bu gün Gürcüstanda olan aysorların əksəriyyəti elə həmin köçkünlərin nəsilləridir. == Yayılması == Gürcüstan aysorları əsasən şəhərlərdə yaşayırlar - Tiflis, Qardabani, Rustavi, Kutaisi, Batumi, Zuqdidi. Gündəlik həyatda yeni arami, gürcü və rus dillərində danışırlar. Qardabani şəhərində yaşayan aysorların bir hissəsi yeni arami dilinin Şimaliboxtan ləhcəsində danışır.
Gürcüstan azərbaycanlıları
Gürcüstan Azərbaycanlıları — Gürcüstan Respublikası ərazisində yaşayan türkəsilli etnik azərbaycanlılar. Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı (Kvemo Kartli), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan MR-da, həmçinin Tbilisi və Rustavi şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar. 2014-cü ilədə keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən 233 000 nəfərdir . == Tarix == Hələ eramızdan əvvəl Gürcüstanın cənub və cənub-şərq ərzisində türkdilli tayfaların yaşaması haqqında çoxsaylı mənbələr, o cümlədən gürcü mənşəli tarixçilərin və etnoqrafların da etirafları mövcuddur. XV-XVI əsrlərdə Qafqazda türk faktorunun güclənməsi ilə əlaqədar olaraq Gürcüstana da etnik Azərbaycanlıların kütləvi köç etməsi müşahidə olunmuşdur. Borçalının dağətəyi və dağlıq bölgələrində hazırda mövcud olan kəndlərin bir çoxu məhz bu dövrdə meydana gəlmiş və ya böyümüşdür. XVII əsrin ilk yarısında İran şahları, xüsusilə I Şah Abbas tərəfindən Kartli və Kaxeti çarlığı ərazisinə Azərbaycanlıların, İranın Fereydan əyalətinə isə gürcülərin köçürülməsi və ya köçünün stimullaşdırılması bəzi tarixçilər tərəfindən dini-etnik ayrı-seçkilik kimi xarakterizə edilsə də, şahlığın ərazisində yaşayan xalqların coğrafi diversifikasiya edilməsi yolu ilə idarə edilməsinin asanlaşdırılması kimi tarixi mühakimələr daha inandırıcı görünür. == Siyasi tarixi == Gürcüstanda yaşayan azərbaycanlılar Qamsaxurdiya zamanında ciddi təzyiqlərə məruz qalmış, dövlət qurumlarında, yerli idarələrdəki azərbaycanlıların əksəriyyəti vəzifələrdən kənarlaşdırılmış, yaşayış məntəqələrinin adları sürətlə gürcüləşdirilmişdir. == Mövcud olmuş milli dövlətlər və dövlət qurumları == Borçalı xanlığı Borçalı Qarapapaq Türk Cümhuriyyəti == Gürcüstanın azərbaycanlılar yaşayan əraziləri == Bu gün Gürcüstanın bir çox bölgəsində və iri yaşayış məntəqələrində azərbaycanlılar kompakt şəkildə məskunlaşıblar. Azərbaycanlılar əsasən Borçalı (Kvemo-Kartli) və Kaxeti regionlarında cəmləşiblər.
Gürcüstan bayrağı
Gürcüstanın bayrağı (ხუთჯვრიანი დროშა) — Gürcüstanın dövlət simvollarından biri. Hal-hazırkı beş qırmızı xaçlı bayraq, orta əsrlərdə mövcud olmuş Gürcü krallığının bayrağı olub və 14 yanvar 2004-cü ildə Gürcüstanın bayrağı kimi təsdiq olunub. Bundan əvvəl 1990 - 2004-cü illərdə istifadə olunan bayraq, 1918 - 1921-ci ildə mövcud olmuş Gürcüstan Demokratik Respublikasının bayrağı olub.
Gürcüstan böyürtkəni
Gürcüstan coğrafiyası
Gürcüstan Asiyanın Ön Qafqaz regionunda yerləşən; bəzən isə Şərqi Avropaya aid edilən ölkə. Təbiət baxımından Gürcüstan olduqca rəngarəngdir. Buna səbəb onun coğrafi yerləşməsi və hündürlük zonallığıdır. Qafqaz regionuna aid bitki və heyvanlar aləmi ərazi quruluşu ilə əlaqədar olduqca zəngindir. Gürcüstan rütubətli Aralıq dənizi iqlim tipi ilə Xəzər və Aral dənizinin yerləşdiyi arid kontinental iqlim tipləri arasında qərarlaşır. Ölkənin ümumi sahəsi 69,7 min km² təşkil edir. Hazırda ərazisinin tərkib hissəsini təşkil edən Abxaziya (8600 km²) və Cənubi Osetiya (3900 km²) onun nəzarətində deyildir. == Relyef == Ölkənin şimal hissəsini Böyük Qafqazın 4000–5000 m hündürlüyə malik zirvələri tutur. Ölkənin ən hündür nöqtələləri: Şaxara (5068 m) və Kazbek (5033 m). Qafqaz dağları cavan dağlardır.
Gürcüstan erməniləri
Gürcüstan erməniləri — Ermənistan Respublikasından kənarda yaşayan etnik ermənilərin təşkil etdiyi Erməni diasporunun Gürcüstanda yaşayan hissəsinin adı. 17-24 yanvar 2002-ci il Ümumumgürcüstan əhali siyahıyaalınmasının yekunlarına əsasən sayları 248.929 nəfərdir. == Mənbə == Армяне в Грузии (с древних времен до сегодняшнего дня). Шота Тетвадзе, Отар Тетвадзе. Тбилиси-2008, 211 стр.
Gürcüstan gerbi
Gürcüstan gerbi (gürc. საქართველოს სახელმწიფო გერბი) — Gürcüstanın rəsmi dövlət simvollarından biridir. 1 oktyabr 2004-cü ildə qəbul edilmiş və üç heraldik versiyası vardır: böyük (əsas), orta və kiçik gerblər. Keçmiş gerb 14 noyabr 1990-cı ildən mövcuddur. == Təsviri == Gürcüstanın müasir gerbi üzərində gürcü torpaqlarının himayədarı hesab edilən Müqəddəs Georginin at üzərində nizə ilə əjdahanı vurma səhnəsi təsvir edilən qırmızı qalxandır. Qalxan iki qızıl aslan tərəfindən tutulan Gürcüstanın Baqrationi çar ailəsinin qızıl tacı ilə taclanır. Qalxanın altında "Güc birlikdədir" devizi olan lent var. Bu gerb qismən Gürcüstan çarlığının Baqrationi evinin orta əsr gerbinə əsaslanır.
Gürcüstan hadisəsi
Gürcüstan hadisəsi – Rusiya imperiyasında baş verən Oktyabr inqilabı və Rusiya Vətəndaş müharibəsinin ardınca 1922-ci ildə Gürcüstan torpaqlarında sosializmin gərəkdirdiyi sosial və siyasi dəyişikliklərin necə reallaşdırılacağına dair bolşevik rəhbər heyəti arasında çıxan siyasi anlaşmazlıq və bunun ardınca baş verən hadisələr nəzərdə tutulur. Gürcü torpaqlarının Qırmızı Ordu tərəfindən məcburiyyətlə Sovet hakimiyyətinə daxil edilməsindən sonra yerli gürcü rəhbərlər Filib Maharadze və Polikarp Mdivani ilə onların mərkəzdəki rəhbərləri mövqeyindəki İosif Stalin və Orconikidze arasında fikir ayrılıqları yaşanmışdı. Fikir ayrılığının kökləri qarışıq idi. Gürcü bolşeviklər Moskvadan muxtar olmaq istəyərkən, mərkəzdəkilər gürcü, azəbaycanlı və erməni torpaqlarını bir araya alacaq olan Cənubi Qafqaz Sovet Federativ Sosialist Respublikasını qurmaq istəməkdə idilər. Gürcüstan hadisəsi eyni zamanda ölmək üzrə olan bolşevik lider Vladimir Leninin məsələyə daxil olması ilə qarmaşıq hala gəlmişdir. Sonunda Stalin-Orconikidze xətti partiyada qəbul edilsə də, Lenin ilə Stalinin arası pozulacaq, bu vəziyyət Lenin Vəsiyyəti də daxil olmaqla, son yazılarına təsir etmişdir. == Arxa planı == Gürcüstan torpaqlarında Sovet hakimiyyəti Qırmızı Ordunun fevral-mart 1921-ci il dövründəki hərbi hərəkatı nəticəsində təmin edildi. Bu hərbi səfər əsasəən Sovnarkomun Millətlər üzrə komissarı olan Stalin ilə Cənubi Qafqaz Bölgə Komitəsinin rəhbəri olan Orconikidze tərəfindən həyata keçirildi. Qırmızı Ordunun bölgəyə gəlməsindən əvvəl yerli bolşevilər arasında Gürcüstanla necə davranmalı məsələsində fikir ayrılıqları mövcud idi. Stalin və Orconikidze menşevik hakimiyyətindəki Gürcüstanın dərhal sovetləşdirilməsini istəyərkən, Trotski Gürcüstanın daxilində hazırlanacaq üsyan ilə oranın sovetləşdirilməsini istəyirdi.
Gürcüstan himni
"Tavisupleba" (gürc. თავისუფლება, "Azadlıq") — Gürcüstanın dövlət himni, 2004-cü ildən bəri bayraq və gerb ilə birlikdə Gürcüstanın dövlət rəmzlərindən biri. Musiqisi Zaxari Paliaşvilinin (1871—1933) "Daisi" ("Alaqaranlıq") və "Abesalom və Eteri" adlı iki operasından götürülüb. Sözlərin müəllifi müasir gürcü şairi Daviq Maqradzedir; o, klassik gürcü şairləri Akaki Sereteli, Qriqori Orbeliani və Qalaktion Tabidzenin şeirlərindən sitatlar istifadə etmişdir.
Gürcüstan hökuməti
Gürcüstan Hökuməti (gürc. საქართველოს მთავრობა) Gürcüstanda ölkənin daxili və xarici siyasətini həyata keçirən ali icraedici hakimiyyət orqanıdır. Orqan Gürcüstan parlamentindən asılı hökumətin başçısı – baş nazir və nazirlərdən ibarətdir. Hökumətin mövcud səlahiyyətləri və vəzifələri 2017 və 2018-ci illərdə qəbul edilmiş Gürcüstan Konstitusiyasına düzəlişlərlə tənzimlənir. 14 may 1991-ci ildən 9 noyabr 1996-cı ilə qədər Gürcüstanın icra hakimiyyəti Gürcüstan Respublikasının Nazirlər Kabineti (საქართველოს რესპუბლიკის მინისტრთა კაბინეტი) adlandırıldı. İrakli Qaribaşvilinin rəhbərlik etdiyi hazırkı hökumət 22 fevral 2021-ci ildən vəzifədədir. == Konstitusiya çərçivəsi == === Tərkibi === Gürcüstan hökuməti baş nazir və nazirlərdən ibarətdir. Baş nazir hökumətin başçısıdır. Nazirliklərə cavabdeh olan və dövlət idarəçiliyinin konkret sektorunu idarə edən nazirlərə əlavə olaraq, hökumətin xüsusi əhəmiyyət kəsb edən tapşırıqlarına nəzarət etmək üçün hökumətə bir və ya bir neçə Dövlət Naziri də təqdim edilə bilər. Hökumət üzvünün siyasi partiyadan başqa hər hansı digər vəzifə tutması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması və ya elmi və pedaqoji fəaliyyət istisna olmaqla, hər hansı digər fəaliyyətə görə haqq alması konstitusiyaya görə qadağandır.
Gürcüstan incəsənəti
Gürcüstan incəsənəti — Gürcüstan mədəniyyətinin bir hissəsi. 1801-ci ildə Gürcüstanla Rusiya arasında müqavilə bağlanması, və Şərqi Gürcüstanında Rusiyaya ilhaq olunması gürcülərin ümumilikdə rus mədəniyyət ilə tanışlıqlara gətirib çıxarmışdır. Bir çox rus memarlığına aid incəsənətə aid elementlər Gürcüstan sənətkarları tərəfindən mənimsənilmişdir. XIX əsrin əvvələrindən başlayaraq Gürcüstan incəsənətində və memarlığında klassik rus memarlıq üslubları hiss edilməyə başlamışdır. Memarıq baxımından fərqlənən Tiflis şəhəri idi. XIX əsrin I yarısında gürcü rəngkarlığında Qərbi Avaropa rus rəngkarlığının təsiri özünü göstərirdi. Bu dövrdə Gürcüstanda görkəmli rəssamlar, heykəltəraşlar fəaliyyət göstərirdi. Milli mövzulara müraciət etməklə realistcəsinə fəaliyyət göstərən rəssamların işləri göz oxşayırdı. Belə rəssamlardan biri Niko Pirosmanaşvili (1862-1918) idi. Gürcü xalq rəssamı olan N. Pirosmanişvili Pikassonun ən sevimli rəssamlardan biri idi.
Gürcüstan iqtisadiyyatı
Gürcüstan iqtisadiyyatı 90-cı illərdə baş verən kəskin tənəzzüldən sonra 2000-ci illərdə tədricən dirçəlməyə başlayıb. Gürcüstan aqrar-sənaye ölkəsidir. 2004-cü ildən etibarən iqtisadiyyatı sabit artım tempi, kiçikhəcmli büdcə kəsiri (2006-cı ildə ÜDM-in 0,3%-i həcmində), valyuta ehtiyatlarının sürətlə artması, xarici dövlət borcunun idarəolunan səviyyəyə düşməsi və inflyasiya proseslərinin sürətlənməsi ilə xarakterizə olunur. == Makroiqtisadi göstəricilər == 2006-cı ildə burada iqtisadi artım 9,6%, adambaşına düşən ÜDM 3153 lari (1771 ABŞ dolları) təşkil etmişdir. Son 3 ildə (2004-2006) büdcə xərclərinin orta illik 47% artması qiymətlərin bahalaşmasını stimullaşdıraraq 2006-cı ildə 8,8%-ə çatmasını şərtləndirmişdir. Xarici ticarət balansında irihəcmli kəsirə baxmayaraq, ölkəyə intensiv axıb gələn xarici investisiyalar daxili valyuta bazarında təzyiq yaradaraq ABŞ dollarına nəzərən larinin məzənnəsini 2002-ci ilin aprelindən etibarən davamlı olaraq bahalaşdırmaqdadır. Gürcüstanın ÜDM istehsalı 1990-cı ildə 8,5 milyard dollar olduğu halda 2010-cu ildə 11,7 milyard dollara yüksəlib. Müqayisə üçün onu bildirək ki, 1990-cı ildə Ermənistanın ümumi daxili məhsul (ÜDM) istehsalı indiki (2010-cu il) qiymətlərlə 2,2 milyard dollar idisə, 2010-cu ildə 9,3 milyard dollar, Azərbaycanda isə 1990-cı ildə olan 6,5 milyardlıq ÜDM istehsalı 2010-cu ilin yekununda 54,3 milyard dollarlıq istehsala çatıb. 1990-cı ildə Gürcüstan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdi. 2010-cu ildə isə Gürcüstan Cənubi Qafqaz iqtisadiyyatının 15,5 faizini formalaşdırır.
Gürcüstan krallığı
Gürcüstan çarlığı (gürc. საქართველოს სამეფო) və ya Gürcü imperiyası — eramızdan əvvəl 11008- ci ildə meydana gələn orta əsr Avrasiya monarxiyası idi. 11-ci əsrdən 13-cü əsrlərə qədər çar IV David və çariça Tamaranın hakimiyyəti dövründə siyasi və iqtisadi gücünün Qızıl çağına çatdı. Gürcüstan Qüdsdəki xaç monastırı və Yunanıstandakı Iviron Monastırı kimi, Şərqi xristianlıqdan və Şimali Qafqazdan İran və Anadolunun şərqinə qədər uzanan və eyni zamanda xarici dini mülkləri qorumaqla, ən böyük ölçüdə Şərqi Avropadan ve Şimali Qafqazdan uzanan Pan-Qafqaz imperatorluğunun aparıcı millətlərindən biri oldu.Bu, indiki Gürcüstanın əsas tarixi müqəddiməsi idi. Bir neçə əsr davam edən səltənət 13-cü əsrdə monqol istilalarının altına düşdü, lakin 1340-cı illərə qədər yenidən suverenliyini təmin etdi. Sonrakı onilliklərdə Qara Ölümlə yanaşı ölkənin iqtisadiyyatını, əhalisini və şəhər mərkəzlərini viran edən Timurun rəhbərliyi ilə çoxsaylı istilalarla yadda qaldı. Bizansın, sonra Trebizond imperiyasının süqutundan sonra çarlığın geosiyasi vəziyyəti daha da pisləşdi. Bu proseslər nəticəsində XV əsrin sonlarında Gürcüstan sınıq bir varlığa çevrildi. 1386-cı ildən etibarən Timur tərəfindən edilən hücumlarla yanaşı, Qara Qoyunlular və Ağ Qoyunluların sonrakı istilaları 1466-cı ilədək çarlığın son anarxiyaya uğramasına və Kartli, Kaxeti və İmereti'nin quruluşlu səltənətlərinin 1490 ilə 1950 arasında müstəqil çarlıq olaraq tanınmasına gətirib çıxardı. 1493-cü ildə hər biri Baqrationi sülaləsinin rəqib bir qolu olmaqla Odishi, Guria, Abxaziya, Svaneti və Samtsxe adlanan beş feodal klanlar quruldu.
Gürcüstan kürdləri
Gürcüstan kürdləri — Gürcüstan əhalisinin etnik qrupunun bir hissəsi. Gürcüstanda yaşayan kürdlərin 90% -dən çoxu yezidi-kürdlərdir. Gürcüstandakı kürdlər siyasi baxımdan bitərəfdirlər, lakin 1999-cu ildə Kürdüstan Fəhlə Partiyasının qurucusu Abdullah Öcalanın sərbəst buraxılmasını tələb edərək Tiflisdə böyük bir nümayiş təşkil etdilər. Gürcüstanda kürdlər kiril əlifbasından istifadə edirlər. Onlar 1920-ci ildə Latın əlifbasından istifadə edirdilər. == Tarix == === Gürcüstan SSR === 1944-cü ildə dövlət qurumları Türkiyənin Sovet İttifaqına düşmən münasibətini nəzərə alaraq müsəlman əhalini Türkiyə ilə həmsərhəd bölgələrdən çıxarılmasına qərar verir. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsi zamanı Ermənistan yezidilərinin bir hissəsi dolanışıqlarını təmin etmək məqsədi ilə Tiflisə üz tutur. Onlar burada işlə təmin olunurlar. 1979–1989-cu illər arasında Gürcüstanda kürd əhalisi təqribən 30 % artır. === Müstəqil Gürcüstan === Müstəqil Gürcüstanda kürd əhalisi tədricən azalır.
Gürcüstan kərtənkələsi
Gürcüstan kərtənkələsi (lat. Darevskia rudis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Xariçi görünüş == Daş kərtənkələlərinə daxil nisbətən iri növ sayılır. Uzunluğu 84 mm təşkil etdiyi halda quyruğu iki dəfə böyükdür. Başı aşkarca sıxılmış formaya malikdir. Orta hesabla boğaz nahiyəsində 20-34 pulcuq vardır. Bədəni boyunca isə 38-58 pulcuqla örtülü olur. Bədənin yuxarı hissəsi erkəklərdə parlaq-yaşıl, zeytunu-yaşıl və ya çoşqun, dişilərdə isə boz rəngdə olur. Bədən boyunca qara rəngli noqtələr vardır. Erkəklərin qarın nahiyəsi yaşıl-sarı, mavi və ya maviyə çalar rəngdə olur.