Gürcüstan coğrafiyası

Gürcüstan Asiyanın Ön Qafqaz regionunda yerləşən[1][2][3][4][5]; bəzən isə Şərqi Avropaya[7] aid edilən ölkə.

Gürcüstan coğrafiyası
Qitə Asiya[1][2][3][4][5]/ Avropa[6]
Region Qafqaz
Koordinatlar 42°00′ş.e., 43°30′ş.u
Sahə
Sahil xəttinin uzunluğu 310 km
Sərhədlər 1461 km
(Ermənistan 164 km, Azərbaycan 322 km,
Rusiya 723 km,
Türkiyə 252 km)
Ən yüksək nöqtə 5068 m Şaxara
Ən alçaq nöqtə 0 m Qara dəniz
Ən böyük çay Kür çayı
Ən böyük göl Paravani gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təbiət baxımından Gürcüstan olduqca rəngarəngdir. Buna səbəb onun coğrafi yerləşməsi və hündürlük zonallığıdır. Qafqaz regionuna aid bitki və heyvanlar aləmi ərazi quruluşu ilə əlaqədar olduqca zəngindir. Gürcüstan rütubətli Aralıq dənizi iqlim tipi ilə XəzərAral dənizinin yerləşdiyi arid kontinental iqlim tipləri arasında qərarlaşır.

Ölkənin ümumi sahəsi 69,7 min km² təşkil edir. Hazırda ərazisinin tərkib hissəsini təşkil edən Abxaziya (8600 km²) və Cənubi Osetiya (3900 km²) onun nəzarətində deyildir.

Ölkənin şimal hissəsini Böyük Qafqazın 4000–5000 m hündürlüyə malik zirvələri tutur. Ölkənin ən hündür nöqtələləri: Şaxara (5068 m) və Kazbek (5033 m). Qafqaz dağları cavan dağlardır. Bu səbəbdən burada tektonik proseslər bü gündə davam edir. Gürcüstanın sahil xətti enir. Yüz il ərzində kolxida ovalığı 13 sm alçalır. Aktiv zona olduğundan zəlzələlər müşahidə edilir. Xüsusi ilə şərqində 5-7 bal gücündə zəlzələlər müşahidə edilir.

Qafqaz dağlarının tən ortası su ayrıcı rolunu oynayır. Burada Krestovı (2384 m) və Mamison (2829 m) aşırımları yerləşir. Əvvəllər buradan Hərbi-Gürcüstan yolu keçirdi (2006-ci ildə). Üstəlik iki yol Rok tuneliTransqafqaz magistralı Abxaz-Gürcüstan münaqişəsiGürcüstan-Osetin münaqişəsi ilə əlaqədar hazırda bağlıdır.

Yüksək dağlıq zonalarda buzlaqlar xarakterikdir. Qərbində kart məşhəlli suxurlar geniş yayılmiş, şərqində isə cavan vulkanik formalara rast gəlinir. Gürcüstanda 600-dən çox buzlaq vardır ki, onunda sahəsi 520 km² təşkil edir. Ən iri buzlaqlar Svanetiyada yerləşir. Ölkənin cənubunda Kiçik Qafqaz silsiləsi uzanır (2850 m). Böyük və Kiçik Qafqaz dağları arasında Kolxida ovalığı yerləşir. Ovalıq üçbucğı xatırladır. Ölkənin şərqində İberiya çökəkliyi yerləşir ki, buradan isə Kür çayı axır.

Ölkənin Qara dənizlə sahil boyu əraziləri dənizdən elədə hündürdə yerləşmir. Şərqində isə düzənliyin hündürlüyü 150 meytə qalxır. Ölkənin Pankis dərəsində Çeçen-Kistinlər yaşayır. Onlar Şimali Qafqaz çeçenlərinin qohum nümayəndələridir. İkinci Çeçenistan müharibəsi (1999—2000) dönəmində əraziyə çoxlu sayda qaçqın çeçenlər gəlmişdir.

Gürcüstanın cənub-qərbində Cənubi Gürcüstan (Cavaxetiya) vulkanik dağlığı yerləşir. Buradan axan çaylar dərin kanyonlar əmələ gətirmişdir. Maksimal hündürlük 3301 metrdir (DiDi-Abuli).

Ölkənin əsas faydalı qazıntılarə marqans (Çiatura), daş kömür (Tkibuli) və elədə böyük olmayan neft ehtiyatları. Ancaq ölkə ərazisində çoxlu sayda termal və mineral mənbələr vardır. Ölkədə 50-dən çox Kurort turizm bölgəsi vardır. Ən məşhuru Borjomi və Sxaltubodur.

Gürcüstanın Qara dəniz sahilləri 310 km təşkil edir. Bunun 105 km hazırda Abxaziyanın nzarətindədir. Sahilləri az girintili-çıxıntılı olduğundan körfəz və yarımadalardan məhrumdur. Ən iri limanları PotiBatumidir.

Hidroqrafiyası

[redaktə | mənbəni redaktə et]
Jinval su anbarı

Çay sistemləri hər yerdə eyni dərəc inkişaf etməmişdir.

Güurcüstan çayları iki hövzəyə aiddir: Qara dəniz (75%), Xəzər dənizi. Gürcüstan ərəzindən axaraq Xəzər dənizi hövzəsinə aid çaylar Kür çayının qollarını təşkil edir və Mingəçevir su anbarında toplanır. Qərbi Gürcüstanın Qara dənizə tökülən çayları vahid çay şəbəkəsi əmələ gətirmir. Bu istiqamətdən axan ən iri çarlar Rioniİnquri çaylarıdır. Çaylar öz başlanğıclarını Qafqaz dağlarından götürdüründən iti axına malik olur. Düzənlikdə yataqları genişlənir, sürətləri isə azalır. Dağ çaylarının üzərində kaskad SES inşa edilmişdur. Gürcüstanda göllər elədə çoz dyildir. Onların çoxu Cavaxetiya orta dağlıq ərazisində rast gəlinir. Ən böyük gölü Paravani gölüdür.

Gürcüstanın iqlimi subtropik və rütubətli mülayimdir.

Bitkilər aləmi

[redaktə | mənbəni redaktə et]

Ölkə ərazisi bitki örtüyü baxımından olduqca zəngindir. Burada relikt bitkiləri olmuqca çuxdur. Buna misal kimi Rododendron, Şümşad, Prunus laurocerasus, xurma və s bitkilərin növlərini göstərmək olar.

Ölkə ərazisinin ⅓ hissəsini meşələr tutur. Əvvəllət Kolxida ovalığının hamısı, İberiya çökəkliyinin yarısını meşələr örtürdü. Ən çox yayılan ağac növləri palıd, Vələs, Şabalıd, Ağ şam, Fıstıq, küknar, şam və s-dir. 2800-3500 metr yüksəkliklərdə alp çəmənlikləri yayılmışdır.

Burada bir çox ağac növləri çay vadiləri boyunca massinlər əmələ gətirir: Sisund şamı (Acarıstan), Qafqaz şamı (Borjomi dərəsində), Eldar şamı (Şərqi Gürcüstanda). Kolxida ovalığında 200 min ha ərazidə bataqlıq yayılmışdır.

Heyvanlar aləmi

[redaktə | mənbəni redaktə et]

Gürcüstanın heyvanlar aləmidə zəngindir. Burada 11 000 növ onurğasız, 84 növ sirinsuda yayılmış balıq növü, 12 suda-quruda yaşayan, 52 növ quş, 3 növ tısbağa, 27 növ kərtənkələ, 23 növ ilan yaşayır. Sürünənlərdən 3 növ ilan və 12 növ kərtənkələ endemikdir. Ölkə ərazisində 109 növ məməli yaşayır[8].

Ən iri məməlilər: ayı, canavar, tülkü, nəcib maral, qaban. Bəbir isə nəsli kəsilmək üzrə olan növdür. Zolaqlı kaftarceyranıda eyni aqibət gözləyir. XX əsrdə Turan pələngiadi monax suitisinin tamamən nəsli kəsilmişdir. Son zamanlar isə ölkəyə Amerika yenotu (Şimali Amerika) və yenotabənzər it (Uzaq Şərq) gətirilmişdir

Statuslu ərazilər

[redaktə | mənbəni redaktə et]

Sovet dönəmində 15 qoruq olmuşdur. Onlar arasında Laqodexi qoruğu, Babaneur qoruğu, Borjomi qoruğu və s. Borjomi qoruğu ərazisindən Bakı-Tbilisi-Ceyhan neft kəməri keçir.

  1. 1 2 "CIA — The World Factbook — Middle East". 2010-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-23.
  2. 1 2 "Map Machine: View From Above @ nationalgeographic.com". 2009-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-23.
  3. 1 2 "Atlas — Xpeditions @ nationalgeographic.com". 2010-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-23.
  4. 1 2 "Service Information". 2006-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-23.
  5. 1 2 "Checklists of Lichens — Near and Middle East". 2011-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-23.
  6. Georgia may be considered to be in Asia and/or Europe. The United Nations classification of world regions Arxivləşdirilib 2010-04-17 at the Wayback Machine places Georgia in Western Asia; the Central Intelligence Agency CIA World Factbook [1] Arxivləşdirilib 2015-10-16 at the Wayback Machine, National Geographic Arxivləşdirilib 2020-12-11 at the Wayback Machine, and Encyclopædia Britannica Arxivləşdirilib 2015-04-26 at the Wayback Machine also place Georgia in Asia. Conversely, numerous sources place Georgia in Europe such as the BBC [2] Arxivləşdirilib 2022-08-12 at the Wayback Machine, Oxford Reference Online [3] Arxivləşdirilib 2019-09-24 at the Wayback Machine, Merriam-Webster's Collegiate Dictionary Arxivləşdirilib 2008-02-01 at the Wayback Machine, and www.worldatlas.com Arxivləşdirilib 2018-02-04 at the Wayback Machine.
  7. BBC [4] Arxivləşdirilib 2022-08-12 at the Wayback Machine, Oxford Reference Online [5] Arxivləşdirilib 2019-09-24 at the Wayback Machine, Merriam-Webster’s Collegiate Dictionary Arxivləşdirilib 2008-02-01 at the Wayback Machine, www.worldatlas.com Arxivləşdirilib 2018-02-04 at the Wayback Machine.
  8. "Nacres". 2012-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-23.