Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suğur
Əvasim (ərəb. العواصم‎, hərf. "müdafiələr, istehkamlar"; təkdə Asimə, اَلْـعَـاصِـمَـة, hərf. "müdafiəçi") — Kilikiya, Suriyanın şimalı və Yuxarı Mesopotamiyada Bizans imperiyası ilə Əməvi və Abbasi xilafətləri arasındakı sərhəd zonasının müsəlman tərəfinə istinad etmək üçün istifadə olunan ərəbcə termin. Bu, VIII əsrin əvvəllərində, müsəlman fəthlərinin ilk dalğası azaldıqdan sonra qurulmuş və Bizans irəliləyişləri tərəfindən əzilən X əsrin ortalarına qədər davam etmişdir. Bu, suğur (اَلـثُّـغُـوْر; təkdə səqr, اَلـثَّـغْـر, hərf. "yarıq, açılış") kimi tanınan möhkəmləndirilmiş istehkamlar zəncirindən yaranmış irəli markalardan, həmçinin əsas əvasim olaraq bilinən sərhəd zonasının arxa və ya daxili sahələrindən ibarət idi. Suğur termini Əndəlus və Mavəraünnəhr yürüşlərində də istifadə edilmişdir. Bu, XIV əsrdə Misir Məmlükləri tərəfindən yenidən canlandırılmaq üçün Fərat regionunda bərpa edilmişdir. == Həmçinin bax == Qazi (islam) == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Honigmann, Ernst (1935). Byzance et les Arabes, Tome III: Die Ostgrenze des Byzantinischen Reiches von 363 bis 1071 nach griechischen, arabischen, syrischen und armenischen Quellen. Corpus Bruxellense Historiae Byzantinae (in German). Brussels: Éditions de l'Institut de philologie et d'histoire orientales.
Sübut (hüquq)
Hüquqda Sübut — qanunla müəyyən edilmiş qaydada əldə edilmiş, onların əsasında işə düzgün baxılması və həlli üçün əhəmiyyət kəsb edən halların olub-olmadığını müəyyən edən faktlar haqqında məlumat. Beləliklə, fiqhdə dəlil məlumat, yəni idrak fəaliyyətinin nəticəsi kimi başa düşülürsə, məntiqdə dəlil həqiqətin, yəni əməlin əsaslandırılmasıdır. Həqiqəti müəyyən etmək üçün dəlil əldə etməyə yönəlmiş idraki fəaliyyət fiqhdə sübut adlanır. Sübut sübutların toplanması, təmin edilməsi, yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Sübut hüququnda ən mühüm anlayışlar sübut predmeti və müxtəlif iş kateqoriyaları üçün fərqli şəkildə müəyyən edilən sübutun hüdudlarıdır.
Suqun yarımadası
Suqun yarımadası (rus. Сугун) — Novosibirsk vilayəti, Tandovo gölünün şimalında yerləşən yarımada. Uzunluğu 8 km, eni 0,5 km təşkil edir. Yerli əhəmiyyətli təbiət abidəsidir. == Təbiəti == Təbiət abidəsi ərazisində meşə-çöl zonası üçün qeyri-adi olan təbii bərpa olunan şam və ağcaqayın meşələrinin fraqmentləri vardır. === Qorunan bitki növləri === Burada nadir və nəsli kəsilməkdə olan bitki növləri yayılmışdır: Stípa pennáta, ural biyanı, Paeónia anómala, Lílium mártagon. === Qorunan heyvan növləri === Yarımadada böyük xallı qartal, kərkincək qızılquş, ördəktutan qızılquş, uzunquyruq yapalaqca, Maxaon, və s. kimi canlılar yaşayır.
Suğur (heyvan)
Marmot (lat. Marmota) və ya suğur — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan cinsi. == Növləri == Marmotun 15 növü var.
Hüquq
Hüquq — davranışı tənzimləmək üçün sosial və ya hökumət institutları tərəfindən yaradılmış və tətbiq edilə bilən qaydalar toplusu, onun dəqiq tərifi uzun müddətdir müzakirə olunan bir məsələdir. "Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir. Bu söz ingilis dilində "right" sözünə uyğun gəlir. Müasir hüquq ədəbiyyatında hüququn ümumi qəbul edilmiş anlayışı yoxdur. Müxtəlif nəzəriyyələrdə hüquqa fərqli tərif verilmişdir. == Hüququn əlamətləri == normativlik (məcburi davranış qaydasını müəyyən edir); ümumilik; dövlətin təminatı ilə icra edilir; obyektivlik; rəsmilik — normalar rəsmi yazılı formada mövcuddur; dəfələrlə qeyri müəyyən müddətdə tətbiq edilir; ədalətlilik; sistemlilik — hüququn daxili sistemləşdirilməsi mövcuddur. == Hüquq haqqında nəzəriyyələr == Bu nəzəriyyələr daha çox hüququn mənbəyini və onun xüsusiyyətlərini izahetmə baxımından irəli sürülmüşdür. Habelə bu nəzəriyyələrdən bəziləri eyni zamanda fəlsəfi məqsəd də güdür. Pozitiv nəzəriyyə — hüququn əsasını dövlətin müəyyən etdiyi normalar təşkil edir və müvafiq məcburiyyət tədbirləri ilə dövlət onun icrasını təmin edir. Hüququn əsas əlaməti onun normalarının məcburi xarakter daşımasıdır.
Sütun
Sütun — memarlıqda daşıyıcı sistemə verilən ad. Sütunlar tikilinin daxilində tavan ilə döşəmə arasında tikilir. Qədim dövrlərdə tikililəri ayaqda tutmaq üçün istifadə olunurdu. Əvvəllər sütunların düzəldilməsində daş, ağac kimi materiallardan istifadə olunurdusa, müasir dövrdə sütunlar dəmir-beton konstruksiyasından düzəldilir Sütunlar tikilinin tavanın yaratdığı yükü döşəməyə ötürürlər. Buna görə sütunda baş verəcək hər hansı zədə tikilinin çökməsinə səbəb ola bilər. == Tarixi == Dünyada sütunlardan ilk dəfə istifadə olunduğu Qədim Misirdə e.ə. 2600-cü ildə tikilən İmotep məbədində müşadidə olunmuşdur. Sütunlardan istifadə edən digər xalq isə farslar olmuşdur. Farslara aid Abadana məbədində 70X70 metr ölçülərundə sütunlar tapılmışdır və bu sütunların çoxu həkə də ayaq üstündədir. Sütunlar dünya tarixində sadəcə memarlıqda deyil, həmçinin vergi daşı, sədəqə daşı kimi istifadə olunmuşdur.
Süxur
Süxur — Yer qabığını əmələ gətirən bii mineral birləşmədir. Mənşəyinə görə süxurlar müxtəlif qruplara bölünür: == Torpaqəmələgətirən süxurlar == Ana süxurları torpaqəmələgətirən süxurlar üçün əsas sayılır, onların üst qatlarından torpaq yaranır. Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır. == Maqmatik süxurlar == Maqmanın yer qabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara maqmatik süxurlar deyilir. (Məsələn:Qranit, Siyenit, Trakit, Andezit, Latit, Diyorit, Qabro, Obsidian, Monsonit, Perlit, Riolit, Qranodiorit, Bazalt, Harzburgit, Diabaz və s.) Maqmatik süxurlar da özlüyündə 2 qrupa bölünür: Effuziv- Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və toyiq şəraitində soyuduqda yaranan süxurlar İntruziv — maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində müəyyəndərinlikdə yavaş-yavaş soyuyub kristallaşaraq yaranan süxurları deyilir. == Sedimental süxurlar == Maqmatik süxurların xarici təsirlər nəticəsində(hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. (Məsələn:Qumdaşı, Gildaşı, Konqlomera və s.) Sedimental süxurların növləri: Mexaniki Sedimentar süxurlar Kimyəvi Sedimentar süxurlar Üzvi Sedimentar süxurlar == Metamorfik süxurlar == Metomorfik süxurlar — yerin daxilində olduğu yerdəcə çöküntü süxurlarından yaranmışdır.
Aliyenasiya (hüquq)
Aliyenasiya və ya alientasiya (ing. Alienation – özgəninkiləşdirmə) — əmlakı müsadirə etmə, səhm, kapital, dəyərlinin sahibkarlıq hüququnun bir şəxsdən başqasına keçmə prosesi. Mülkiyyətçinin iradəsinə əsasən özgəninkiləşdirmə (alqısatqı və ya bağışlama) və mülkiyyətçinin iradəsindən asılı olmayan özgəninkiləşdirmə (məhkəmə qərarının icrası zamanı borcun tutulması məqsədilə borclunun əmlakının müsadirə edilməsi, rekvizisiyası və ya məcburi satılması) fərqləndirilir. Aliyenasiya bu hüququn tam şəkildə verildiyi müstəsna hüquqa sərəncamvermə üsullarından biridir. Hüququn aliyenasiyası ya qeydə alınmalı, ya da müstəsna hüququn qeydiyyatından əvvəl aliyenasiya haqqında müqavilədə yazılı şəkildə ifadə edilməlidir. Hüquq verən zaman hüquq sahibi bu hüququnu itirmir. Müqavilədə hüquq tam şəkildə verilmədikdə, müqavilə lisenziya sayılır.
Arbitraj (hüquq)
Arbitraj (en. Arbitration, ru. Арбитражный суд) — qeyri-rəsmi təşkilat olub, vətəndaşların mübahisələrini araşdırmaq və həll etməklə məşğuldur. Arbitraj xidmətini hüquq təhsil olan şəxs göstərir və məhkəmənin müdaxiləsi olmadan məsələ həll olunur. Mübahisələrin məhkəmədən kənar və ya alternativ həlli üsullarından biridir. Mübahisələrin alternativ həllinin əsas formaları danışıqlar, mediasiya və arbitrajdır və bu üsullar 21-ci əsrdə beynəlxalq səviyyədə və əksər dövlətlərdə milli səviyyədə müasir hüquq praktikasının ayrılmaz hissəsinə çevrilmişdir. == Həmçinin bax == Mediasiya == Xarici keçidlər == The Association for International Arbitration International Institute for Conflict Prevention & Resolution (CPR).
Beynəlxalq hüquq
Beynəlxalq hüquq — hüququn bir sahəsi olmaqla dövlətin xarici münasibətlərini, əlaqələrini nizamlayan normalar sitemidir. Buraya dövlətlər, beynəlxalq təşkliatlar, özünüidarəetmə qabiliyyətinə malik olan xalqlar, milli azadlıq mücadiləsi verən millətlər bəzən isə fiziki və hüquqi şəxslər də aid edilir. Beynəlxaq hüquq çox geniş sahələri əhatə edən beynəlxalq münasibətlər və normalar sistemidir. == Müasir Beynəlxalq hüquq == Müasir Beynəlxalq hüququn 400 il əvvəl yarandığını, formalaşmağa başladığını desək də beynəlxalq sistemin fundamental konsepsiyalarının yaranmasını min illər əvvəl dövlətlərarası siyasi münasibətlərdə görə bilərik. Təxminən e.ə 2100-cü ildə Laqaş və Umma hakimlərinin bağladıqları müqaviləni buna misal göstərmək olar. Bu müqavilə dövlətlərarasındakı sərhədləri müəyyənləşdirirdi. Başqa bir nümunə II Ramzes və Hetlər arasında bağlanmış əbədi sülh və qardaşlıq müqaviləsini göstərə bilərik. Hansı ki e.ə 1286-cı ildə bağlanmışdı. Bu müqavilə Şam şəhərinin şimalında (Kadeş şəhərində) bağlanıb və müharibənin bitməsini, ərazi bütövlüyünü və nəhayət müdafiə alyansının yaradılmasını da nəzərdə tuturdu. Beynəlxalq hüququn əsas on prinsipi mövcuddur: ərazi bütövlüyü prinsipi, xalqların öz müqəddaratını təyin etmə prinsipi və s.
Ekoloji hüquq
Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış qanunun aliliyi və icra edilməsi təmin edilən, insanın və ekosistemin hüquqi müdafiəsi mövcud olan hüquqi dövlət şəraitində mümkündür. == Ekoloji hüquq == Hüquq — cəmiyyətdə insanların münasibətini tənzimləyəli, müəyyən mənada dövlət tərəfindən müəyyən edilən və qorunan normaların məcmusudur. Hüquqi dövlətin yaranması kimi cəmiyyətin mövcudluğu sivilizasiya formasına keçid ilə əlaqədar yaranmışdır. İbtidai icma cəmiyyətində insanlar arasında münasibətlər normalarla həyata keçirilirdi, yəni təbii zəruriliyə əsaslanan adətlər vasitəsilə tənzimlənirdi. Sivilizasiyanın hələ ilk mərhələlərində bu normaları dəqiq formalaşdıran vƏ ciddi şəkildə gözləyən qanunlara ehtiyac yarandı. Uzun müddət hüquq qanunlar şəklində dövlət hakimiyyətinin əlavəsi, davamı kimi mövcud olmuşdur. Qanunları dövlət müəyyənləşdirir, onların həyata keçirilməsini təmin edirdi. Hüquq tam inkişafına və öz rolunun həyata keçirilməsinə yalnız demokratiya şəraitində çatır. Hüququn aliliyi təsdiq edilir, o dövlət hakimiyyəti üzərində yüksəlir, yəni hüquqi dövlət yaranır. Hüquq demokratik cəmiyyət şəraitində: dövlət hakimiyyətini əlaqələndirir və özünə tabe etdirir; dərin əsaslanmalar əldə edir və ölkə konstitusiyasında möhkəmlənir; müstəqil və güclü olan məhkəmə ilə birləşir.
Hakim (hüquq)
Yarğıc və ya Hakim — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Azərbaycan Respublikasının qanunlarına görə hakimlər: Yalnız AR Konstitusiyası və qanunlarına tabedir; Toxunulmazdırlar; Səlahiyyətləri yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər; Cinayət məsuliyyətinə qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilərlər; Başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər; Elmi, pedaqoji və yaradıcılıq fəaliyyətlərindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər; Siyasi fəaliyyətlə məşğul ola bilməz və siyası partiyalara üzv ola bilməzlər. == İslamda şəriət hakimləri == Hakimlik haqqında Qurani-Kərimdə belə buyurulur: "Ey Davud! Biz səni yer üzündə xəlifə (və canişin) etdik. Camaat arasında haqq-ədalətlə hakimlik et və heç vaxt istəklərinə tabe olma ki, səni Allahın yolundan döndərməsin. Həqiqətən də, Allahın yolundan çıxanlar qiyamət gününü unutduqlarına görə (cəza olaraq) böyük əzab görəcəklər." Hz. Əlidən nəql olunan hədisdə deyilir: "Hakimin vəzifəsi budur ki, hansısa bir fəzilət və üstünlük əldə edəndə və ya ona bir nemət veriləndə halı dəyişməsin, onun rəiyyətlə rəftarının dəyişməsinə səbəb olmasın. Allahın ona nəsib etdiyi nemətlər onun, Allah bəndələrinə yaxınlaşmasını və qardaşlarına mehribanlığını artırsın. Bilin, sizin mənim boynumda olan haqqınız, müharibə istisna olmaqla sizdən heç bir sirr gizlətməməyim, hökm çıxarmaq istisna olmaqla, sizinlə məsləhətləşmədən bir iş görməməyim və haqlarınızı gecikdirməməyim (sizin haqq və bəxşişlərinizi vaxtında verməyimdir), onun çatdırılmasını ləngitməməyim və sizin hamınızı bərabər bilməyimdir.
Hüquq Klinikası
Hüquq Klinikası — Hüquq klinikası (eyni zamanda qanuni klinika və ya hüquq fakültəsi klinikası) müxtəlif müştərilərə xidmət göstərən və tez-tez hüquq fakültəsi tələbələrinə hüquqi təcrübə verən bir hüquqi yardım və ya hüquq fakültəsi proqramıdır. Klinikalar , ümumiyyətlə, klinik professorlar tərəfindən idarə olunur. Hüquq klinikaları müəyyən bir sahədə pro — bono işi aparır və müştərilərə pulsuz hüquqi xidmətlər göstərir. Hüquq klinikası Palacky Universitetində tələbələrin hüquqi yardım ofisində iş üzərində işləyərkən hüquq fakültəsi tələbələrinin praktik tədrisi metodu kimi yaranıb, lakin bu gün akademik əlaqələri olmayan pulsuz hüquqi yardımı da əhatə edir. Vəkillərə, hakimlərə və hüquqşünaslara qanunun tətbiqi — etik ölçüləri barədə praktiki bacarıqları təmin edən , akademik əlaqəsi olmayan təcrübi əsaslı hüquq klinikaları mövcuddur ki , onlar eyni zamanda pulsuz ictimai hüquqi xidmətləri də təklif edirlər. == Klinikalara ehtiyac və əhəmiyyəti == Avani Bansalın sözlərinə görə, tərəflərin vəkil tuta bilmədikləri və dövlət tərəfindən hüquqi xidmətlər göstərildiyi hallarda, bu qanuni nümayəndəliyin keyfiyyəti çox vaxt şübhə doğurur. Bu səbəbdən hüquqşünasların kasıb insanlara hüquqi məsləhət verə biləcəyi hüquq fakültələrindəki hüquqi yardım klinikaları və ya qanuni yardım klinikaları yaradılmasına ehtiyac vardır. == Məqsəd və metodlar == Tələbələr, ümumiyyətlə, araşdırma, hüquqi dəlillər hazırlamaq və müştərilərlə görüşməkdə kömək edirlər. Bir çox halda, klinikanın professorlarından biri Məhkəmə qarşısında şifahi mübahisələrdə iştirak edir. Bununla birlikdə, bir çox yurisdiksiyada hüquq klinikasında tələbələrinin məhkəməyə çıxıb mübahisə etməsinə imkan verən "tələbə təcrübəsi" qaydaları mövcuddur.
Hüquq fakültəsi
Hüquq fakültəsi — hüquq elminin tədris olunduğu və bu elm daxilində müxtəlif sahələr üzrə tədqiqatların aparıldığı fakültədir. Onun məzunları hüquqşünas, hakim, prokuror, hüquq məsləhətçisi, notarius və icra hakimi kimi fəaliyyət göstərə bilərlər. Türkiyədə təhsil müddəti 4 ildir. Türkiyədə ilk hüquq fakültəsi 1874-cü ildə yaradılan İstanbul Universiteti Hüquq Fakültəsi olub, Respublika dövründə isə ilk yeni açılan fakültə 1925-ci ildə yaradılmış Ankara Universiteti Hüquq Fakültəsi olmuşdur. Ankara Universiteti Hüquq Fakültəsi 5 Noyabr 1925-ci ildə Atatürk tərəfindən Ankara Ədliyyə Hüquq Məktəbi adı ilə təsis edilmişdir. İstanbul Hüquq Fakültəsinin əsasını 1874-cü ildə Qalatasaray Liseyində “Dârülfünun-u Sultani” şöbəsi olaraq açılan “Məktəb-i Hüquq” təşkil edir. Konya Hüquq Məktəbi 1907-ci ildə qəbul edilmiş qərarla yaradılmış və 1908-ci ildən bu universitetdə təhsil verilməyə başlanmışdır. Ege Universiteti Hüquq Fakültəsi 1978-ci ildə yaradılmışdır. 1982-ci ildə Dokuz Eylül Universitetinin yaradılması ilə hüquq təhsili bu universitetə ​​keçmişdir.
Hüquq jurnalistikası
Hüquq jurnalistikası, ictimai və ya siyasi məqsəd üçün qəsdən və şəffaf şəkildə qərəzsiz bir nöqteyi-nəzərdən qəbul edilən jurnalistika janrıdır. Çünki, həqiqətə uyğun və təbliğatdan fərqlidir. Həm də medianın qərəzli olması və mediada obyektivliyin olmaması hallarından fərqlənir, çünki qərəz olduğu ehtimal olunur. Bəzi insan haqları jurnalistləri ənənəvi obyektivlik idealının ya bütövlükdə, ya da reklamda korporativ sponsorların olması səbəbindən mümkün olduğunu inkar edirlər. Bəziləri ictimai marağın fərqli şəffaf baxışları olan müxtəlif KİV-lər tərəfindən daha yaxşı təmin olunduğunu və ya təbliğat jurnalistikasının makkraker və ya məlumat verən kimi eyni rol oynadığını düşünürlər. == Hüquq jurnalistlərindən perspektivlər == Müstəqil Media Mərkəzi olan "alternativ" jurnalist kooperativinin bir yazarı fəaliyyətə çağırışda aşağıdakıları yazır: Jurnalistikanın klassik prinsipləri obyektivlik və neytrallıq tələb edir. Bunlar artıq ümumdünya hörməti olmayan köhnəlmiş prinsiplərdir … Onlara bağlılığımızı hiss etməməliyik. Əgər biz hər zaman mənalı dəyişiklik etmək istəyiriksə, təbliğat jurnalistikası zəruri təşkilatı təmin edən ən vacib element olacaqdır. Buna görə də, təbliğat sahəsində uğurlu jurnalist olmağı öyrənməyimiz çox vacibdir. Çoxları üçün bu, məqsədləri müəyyənləşdirmək və əldə etmək üçün fərqli bir yol tələb edəcəkdir.
Hüquq müdafiəçiləri
Hüquq müdafiəçiləri — müxtəlif insan hüquqlarının dinc vasitələrlə, bir qayda olaraq, dövlət strukturlarının və ya vəzifəli şəxslərin özbaşınalığından müdafiəsi məsədi ilə ictimai fəaliyyətlə məşğul olan şəxslərdir. Onlar jurnalistlər, ekoloqlar, məlumat verənlər, həmkarlar ittifaqı işçiləri, hüquqşünaslar, müəllimlər, birbaşa fəaliyyətin iştirakçıları və ya sadəcə təkbaşına fəaliyyət göstərən şəxslər ola bilərlər. Onlar işlərinin bir hissəsi kimi və ya könüllü olaraq hüquqlarını müdafiə edə bilərlər. Fəaliyyətləri nəticəsində insan hüquqları müdafiəçiləritez-tez qarayaxma, müşahidə, təqib, saxta ittihamlar, əsassız həbs, birləşmək azadlığının məhdudlaşdırılması, fiziki hücum və hətta qətllər də daxil olmaqla repressiyalara məruz qalırlar. 2020-ci ildə 25 ölkədə ən azı 331 hüquq müdafiəçisi öldürülüb. Beynəlxalq ictimaiyyət və bəzi milli hökumətlər müxtəlif müdafiə vasitələri ilə bu zorakılığa cavab verməyə cəhd göstərmişlər, lakin hüquq müdafiəçilərinə qarşı zorakılıq artmaqda davam edir. Qadın hüquq müdafiəçiləri və ətraf mühitin mühafizəsi ilə məşğul olan insan hüquqları müdafiəçiləri digər məsələlərlə məşğul olan hüquq müdafiəçilərindən daha çox repressiya və risklərlə üzləşirlər. 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatı insan hüquqları müdafiəçilərinin işini qanuniləşdirmək və insan hüquqları fəaliyyətinin müdafiəsini genişləndirmək üçün İnsan Hüquqları Müdafiəçiləri haqqında Bəyannaməni qəbul edir. == Tərif == İnsan hüquqları müdafiəçisi termini BMT Baş Assambleyası tərəfindən hamılıqla tanınmış insan hüquqlarının və əsas azadlıqların təşviqi və müdafiəsi üçün fərdlərin, qrupların və cəmiyyət orqanlarının hüquqları və məsuliyyəti haqqında Bəyannaməni qəbul etdikdən sonra beynəlxalq insan hüquqları ictimaiyyətində geniş istifadə olunmağa başlanır. Bu Bəyannamədən əvvəl “fəal”, “işçi” və ya “müşahidəçi” insan hüquqlarını müdafiə etmək üçün çalışan insanlara qoyulmuş terminlər idi.
Hüquq normaları
Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalardır. == Hüquq normalarının əlamətləri == Hüquq normalarının aşağıdakı əlamətləri var: insanların davranışını tənzimləyir. ümumi xarakter daşıyır. dövlətlə əlaqəlidir, hüquq normalarını ya dövlət müəyyən edir, ya da dövlətin icazəsi olduqdan sonra tətbiq edilir. rəsmi xarakter daşıyır. Dövlət orqanları tərəfindən aktlarda əks edilməklə rəsmiləşdirilir. sistemlilik. Hüquq normaları bir biri ilə bağlıdır, ziddiyət təşkil etmirlər. == Hüquq normalarının quruluşu == Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur: Hipotez (əgər…) — hüquq normasının realizəsi, sanksiyanın tətbiqi müəyyən hərəkətinin edilməsi və ya edilməməsi ilə əlaqələndirilir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilirsə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi.
Hüquq norması
Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalardır. == Hüquq normalarının əlamətləri == Hüquq normalarının aşağıdakı əlamətləri var: insanların davranışını tənzimləyir. ümumi xarakter daşıyır. dövlətlə əlaqəlidir, hüquq normalarını ya dövlət müəyyən edir, ya da dövlətin icazəsi olduqdan sonra tətbiq edilir. rəsmi xarakter daşıyır. Dövlət orqanları tərəfindən aktlarda əks edilməklə rəsmiləşdirilir. sistemlilik. Hüquq normaları bir biri ilə bağlıdır, ziddiyət təşkil etmirlər. == Hüquq normalarının quruluşu == Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur: Hipotez (əgər…) — hüquq normasının realizəsi, sanksiyanın tətbiqi müəyyən hərəkətinin edilməsi və ya edilməməsi ilə əlaqələndirilir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilirsə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi.
Hüquq prinsipləri
Hüquq prinsipləri — hüquqi tənzimlənmənin məzmununu və istiqamətlərini müəyyən edən rəhbər qanunlardır. Bir tərəfdən, müəyyən hüquq qanunlarını ifadə edirlər, digər tərəfdən, hüquqi tənzimləmə bütün sahələrində tətbiq olunan və bütün subyektlərə tətbiq olunan ən ümumi normaları təmsil edirlər. Bu normalar ya qanunda birbaşa ifadə olunur, ya da qanunların ümumi mənasından irəli gəlir. Qanun prinsipləri qanunverici üçün istiqamətləndirici fikirlər kimi çıxış edərək, standartların təkmilləşdirilməsinin yollarını müəyyənləşdirir. Bunlar cəmiyyətin inkişafı və fəaliyyətinin əsas qanunları ilə hüquq sistemi arasındakı əlaqədir. Prinsiplər sayəsində hüquq sistemi bir insanın və cəmiyyətin ən vacib maraqlarına və ehtiyaclarına uyğunlaşır, onlarla uyğunlaşır. Hüquq prinsipləri bütövlükdə qanuna xas olanlara (ümumi hüquqi), onun ayrı-ayrı sahələrinə (sənayesinə) və ya əlaqəli sahələr qrupuna (sektorlararası) bölünür. Məsələn, filial prinsipi cəza hüququnda cəzanın fərdiləşdirilməsi prinsipini, şöbələrarası prinsip mülki prosessual və cinayət-prosessual hüquqdakı rəqabət prinsipini özündə cəmləşdirir. == Hüquq prinsiplərinin növləri == Hüquq prinsipləri bir çox səbəbə görə təsnif edilə bilər. Ən vaciblərindən biri ictimai həyatın bu və ya digər sahəsidir.
Hüquq psixologiyası
Hüquq psixologiyası — psixologiyanın mühüm sahələrindən biri. İnsan tərəfindən hüquq normaları və davranış qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sisteminin reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. Onun məhkəmə psixologiyası, kriminal psixologiya, islah,əmək psixologiyası və s. bölmələri vardır. Psixologiya və hüquq elm sahəsi kimi 1960-cı illərdə yaranmağa başladı. Psixologiyanın prinsipləri və hüquqi tətbiqetməni özündə birləşdirən istənilən araşdırma hüquq psixologiyası sayılır. == Hüquq psixologiyasının predmeti == Hüquq psixologiyası iki mürəkkəb və çox sahəli elmlər sisteminin hüquq və psixologiya elmlərinin qovşağında meydana gəlmişdir.Bu elm sahələrini bir-birinə yaxınlaşdıran və qovuşduran ümumi cəhət onların hər ikisinin obyekti insanın rəftar və davranışı, daxili psixoloji aləmi fərdi psixoloji xüsusiyyətləri ilə əlaqədar olmasıdır. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur.Lakin elmlər bir-birindən öyrəndikləri obyektə görə deyil predmentinə (mövzularına) görə fərqlənirlər.Bu cəhətdən hər bir elmin,o cümlədən insanı öyrənən elm sahələrinin elə özünəməxsus ayrıca predmeti var. Hüquq psixologiyası insanların psixi fəaliyyətinin hüquqla tənzim edilmə sahəsində qanunauyğunluqlarını və mexanizmlərini öyrənən elm sahəsidir. Əgər hüquq insanda hüquq pozma xassəsini əsas götürürsə, hüquq psixologiyası, ilk növbədə insanı hüquq pozuntusuna yol vermiş şəxs, şahid və zərərçəkmiş kimi tədqiq edir.
Hüquq sosiologiyası
Hüquq sosiologiyası — hüquq institutunun digər sosial qurumlarla qarşılıqlı əlaqəsini araşdıran sosiologiyanın bir sahəsi. Hüquq sosiologiyasının maraq dairəsinə hüquq normalarının genezisi, dinamikası, quruluşu, habelə sosial şərtləndirmə və cəmiyyətdəki rolunun öyrənilməsi daxildir. Hüquq sosiologiyası kriminologiya, sosial mühəndislik və hüquq antropologiyası ilə sıx bağlıdır. == Tarixi == "Hüquq sosiologiyası" konsepsiyası ilk dəfə Dionisio Antsilotti tərəfindən 1892-ci ildə təqdim edilmişdir və 1913-cü ildə "Hüquq Sosiologiyasının əsasları" adlı əsər avstriyalı Oyhen Erlix tərəfindən nəşr edilmişdir. Daha sonra, hüquq sosiologiyası Maks Veber, Emil Durkhaym və Leon Düqinin araşdırmaları sayəsində inkişaf etdi. Xüsusilə, Maks Veber və Emil Durkhaym qanunların ictimai münasibətlərə təsirini araşdırdılar. == Hüquq sosiologiyası anlayışları == Hüquq sosiologiyası və hüquq elmləri mövzusu tez-tez təmasda olur, lakin müəyyən hüquqi münasibətlərin öyrənilməsinə yanaşmalar çox fərqlidir. Hüquq elmini ilk növbədə sosial münasibətlərin hüquqi forması maraqlandırır, sosiologiya isə bu münasibətlərin sosial funksiyaları və digər qeyri-hüquqi aspektləri ilə maraqlanır.
Konstantinopolun süqutu
Konstantinopolun süqutu, Konstantinopolun fəthi (türk. İstanbul'un fethi), qərbi mənbələrdə Konstantinopolun çökməsi adlandırılır (yun. Άλωση της Κωνσταντινούπολης) — 6 aprel-29 may 1453-cü ildə baş verən mühasirənin nəticəsində Osmanlı hökmdarı II Mehmedin komandanlığındakı birliklərin Bizans İmperiyasının paytaxtı olan Konstantinopolu ələ keçirməsi. Konstantinopol əvvəllər də dəfələrlə mühasirəyə alınmışdı. VII-VIII əsrlərdə Əməvilər və Abbasilər tərəfindən şəhər mühasirəyə alındı, lakin bu mühasirələr uğursuz oldu. Osmanlılar da şəhəri daha əvvəllər mühasirəyə almışdı. Osmanlılar Mateos Kantakuzinosu Bizans İmperiyasının taxtına keçirmələrinə qarşılıq olaraq Çimpə qalasını almışdılar və Rumelidə ilk dəfə torpaq ələ keçirmişdilər. Rumeliyə keçdikdən sonra sərhədlərini genişləndirən Osmanlı ilk dəfə 1395-ci ildə I Bəyazidin komandanlığı altında Konstantinopolu mühasirəyə aldı. Bəzi mənbələrdə 1391-ci ildə baş verən fərqli bir mühasirədən də bəhs edilir. I Bəyazidin mühasirəsində mancanaqlardan istifadə edilmişdi.
Korporativ hüquq
Korporativ hüquq – kommersiya hüququ institutu olaraq, özündə hüquqi şəxsin təsis olunmasını və fəaliyyəti ilə bağlı münasibətlərin hüquqi nizamlanmasının xüsusi və ümumi metodlarını, davranış norma və qaydalarının vəhdətini təşkil edir. Bu, hüquqi şəxslərin statusunu, fəaliyyətini və yaradılmasını tənzimləyən, eləcə də korporativ münasibətlərin bütün iştirakçıları üçün mütləq olan və dövlət məcburiyyətinin təsiri ilə qorunan hüquq normaları sistemidir. Həmçinin korporasiyanın idarəetmə orqanları tərəfindən müəyyən edilən, onların üzvlərinin iradəsini əks etdirən, korporasiyanın bütün iştirakçıları üçün mütləq olan və korporativ məcburiyyət gücü ilə qorunan, onun yetərsizliyi zamanı isə dövlət məcburiyyəti gücü ilə qorunan normaların cəmidir. Korporativ hüquq elmi biliklərin bir sahəsi kimi özündə korporativ normaların, doktrinal tədqiqatların, eləcə də əsas anlayışların təyini, korporativ münasibətlərinin hüquqi tənzimləməsi prinsipləri, nəzəriyyələri və korporativ hüququn predmeti olan tətbiqi baxışların işlənib hazırlanması da daxil olmaqla korporativ hüquqi münasibətləri birləşdirir. Korporativ hüquq elmi dedikdə təşkilatın hüquqi tənzimlənməsi və korporasiyanın fəaliyyəti haqda olan dinamik inkişaf edən bilik sahəsi (sistemi) başa düşülür. O, korporasiyanın yaranması və fəaliyyəti, korporativ münasibətlərin mahiyyəti ilə bağlı olan obyektiv qanunauyğunluqları öyrənir. == Ədəbiyyat == Emin Kərimov. Azərbaycan korporativ (şirkətlər) hüququ. Bakı, 2014, 233 səh.
Qum (süxur)
Qum — xırda qırıntılı kövrək çökmə süxur. Fiziki aşınma nəticəsində əmələ gəlir. Ölçüsü 0,1 mm-dən 1 mm-ə qədər olan müxtəlif mineral (əsasən, kvars, çöl şpatı və s.) və süxur qırıntılarından ibarətdir. Qum əmələgəlmə şəraitinə görə çay, göl, buzlaq, dəniz, eol mənşəli olur. Qitələrin iç tərəflərində və tropik olmayan sahillərdə qum kvars şəklində silis (silikon dioksit və ya SiO2) olur. Ən yayılmış ikinci qum növü isə kalsium karbonatdır. Qumda qiymətli minerallar – qızıl, platin, almaz, yaqut, rutil, titanit və s. ola bilər. == Radioaktivliyi == Bütün qumlar I dərəcə radioaktivliyə malidirlər (təbii radionuklidlər 370 Bk/kq, radiasiya təhlükəsi yoxdur və tikintidə məhdudiyyətsiz istifadə edilə bilərlər.
Qırx Sütun
Çəhəl Sütun (fars. چهل ستون‎ "qırx sütun") — II Şah Abbasın hakimiyyəti dövründə İsfahanda inşa olunan saray. Saray adını ("qırx sütun") giriş hissəsini dəstəkləyən iyirmi taxta sütundan götürür; girişin önündəki hovuzun suyunda əks olunan sütunlar qırx sütun kimi göründüyü deyilir. Avstriyalı sənət tarixçisi Ebba Koç Çəhəl Sütun adlı saraylarla bağlı məqaləsində Səfəvi, Moğol və Teymuri memarlıq mədəniyyətində qəbul zallarının adətən Çəhəl Sütun olaraq adlandığını bildirir. Moğol hökmdarı Cahan şahın Dehlidə, Şah Təhmasibinin isə Qəzvində tikdiriyi Çəhəl Sütun sarayları buna nümunədir. Yazara görə bu tip saraylar regionda bəhs edilən dövrdə ərəb olmayan xanədanlıqların saray memarlığının ən çox rast gəlinən örnəkləridir. O yazır:" Şübhəsiz ki, bu adlandırma sütunların sayı ilə birbaşa bağlı olmamaqla yanaşı daha çox sütunların çoxluğuna işarədir. Çünki nə Qəzvində nə Dehlidə nə də İsfahandakı sarayların heç birinin qırx sütunu yoxdur" == Tarixi == Bəzi tarixçilər Şah II Abbas tərəfindən bərpa etdirilən bu binanın ilk əvvəl qırx sütun üzərində inşa edildiyini sonradan sarayda yanğın baş verdiyini və nəticədə eyvanın bir hissəsinin yandığını geridə 20 sütunun qaldığı fikrini irəli sürürlər. Restavrasiya ustası Lütfullah Honarfar İsfahan memarlığı haqqında yazdığı kitabda bu fikrin yanlış olduğunu vurğulayaraq, bərpa işləri zamanı tapılan yanğın izlərində buna dair sübuta rast gəlinmədiyini qeyd etmişdir. O həmçinin yazır ki, Sultan Hüseyn dövründə edilən bərpalar zamanı bina əvvəlki vəziyyətinə qaytarılmışdır.
Raquf Orucov
Raquf İbrahim oğlu Orucov (12 iyul 1972, Cinli, Ağdam rayonu — 4 aprel 2016, Talış kəndi, Ağdərə rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsi iştirakçısı, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == === Erkən illəri === Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət Özbəkistanda xidmət etdikdən sonra Qarabağ müharibəsinin başlaması xəbərini almış və Sovet ordusundan ayrılaraq Azərbaycan Ordusunun sıralarına qoşulmuş, üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası almışdı. O, Qarabağda döyüşməyə başlayarkən Ağdamda Allahverdi Qənbərovun rəhbərlik etdiyi özünümüdafiə batalyonuna qatılmışdı. Onun anası Raya xanım 1993-cü ilin 12 iyununda Ağdam rayonunun Cinli kəndini işğal edilməsi nəticəsində şəhid olmuşdur. Elə həmin ildən Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə vermiş, lakin ertəsi il həmin məktəbə qəbul ola bilmişdi. === Şəxsi həyatı === Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurmuşdu, Aqşin və Nihad adında iki oğlu var idi. == Hərbi xidməti == Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnmişdi. 1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat almış, amma gənc zabit ön cəbhədə olmağa üstünlük vermişdi.
Riyazi sübut
Riyazi isbat — elm aləmində qəbul olunmuş aksiom və qaydalar əsasında, ardıcıl məntiqi nəticələrdən istifadə edərək, müəyyən riyazi fərziyyənin doğru olmasını göstərmək deməkdir. Riyaziyyatda isbat fərziyyə müddəalar teorem adlanırlar. Misal üçün, fərz edək ki, "Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Əgər a və b katetlər, c isə hipotenuz olarsa onda a² + b² = c² ". Bu fərziyyə həndəsi aksiom və qaydalar əsasında isbat edilmişdir (bax şəkilə) və Pifaqor (e.ə. 569–475-ci illər) teoremi adlanır.
Sequn Toriola
Sequn Toriola (18 sentyabr 1974) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Sequn Toriola Nigeriyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Sequn Toriola Nigeriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Sequn Toriola Nigeriyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Sequn Toriola Nigeriyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Sequn Toriola Nigeriyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Sequn Toriola Nigeriyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Sequn Toriola Nigeriyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Buğum
Buğum (node) - hər hansı növ qovuşuq, birləşmə. Lokal şəbəkələrdə: şəbəkənin tərkibinə daxil olan və şəbəkənin başqa qurğularına informasiya ötürə bilən qurğu. Ağacşəkilli verilənlər strukturlarında (bazalarının idarə olunmasında və obyekt-yönlü proqramlaşdırmada istifadə olunan): informasiyanın yerləşdirilməsi strukturunda özündən aşağıda yerləşən bir və ya bir bir neçə buğumla (qız) əlaqəsi olan element. Bəzi müəlliflər “bənd” və “element” anlayışlarını fərqləndirirlər; element, verilənlər tipidir, buğum isə bir və ya bir neçə elementdən və ya başqa yardımçı verilənlər strukturundan (məsələn, göstəricilərdən) ibarət olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nuquş
Nuquş (rus. Нугуш, başq. Нөгөш dinlə) — Başqırdıstanda çay, Ağidel çayının sağ qolu. Uzunluğu 235 km-dir. == Ümumi məlumat == Nuquş çayı Yurmatau silsiləsindən başlayır və Cənubi Ural dağlarından keçir. Çay əsasən qar suları ilə qidalanır; Bir qayda olaraq, noyabrın birinci yarısında, çay donur - aprel ayının ikinci yarısında buzlar əriyir. Nuquş Başqırdıstanda ən sürətlə axan çay hesab olunur. Yazda Nuquş çayında böyük ərintilər çox məşhurdur. Axı, turistlər mənzərəli dağlar arasında demək olar ki, qeyri-yaşayış sahələrindən keçirlər. Bundan əlavə, yol boyunca Kuperli şəlaləsi və əsl kanyon olan Pyatilistnik kimi təbiətin inciləri var.
Ququn
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. == Tarixi == Hər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz.
Ququş
Ququş (əsl adı Faiqə Atəşin) ― İranın məşhur müğənnisi və aktrisası. XX əsrin 60 və 70-ci illərində İranın ən tanınmış və sevilən müğənnilərindən biri olmuşdur. İrandan əlavə Qafqazda, Orta Şərqdə və Mərkəzi Asiyada da böyük şöhrət qazanmışdır. 1945–1946-cı illərdə Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Ordunun polkovniki, əslən gəncəli olan Qulu Sübhinin nəvəsi. İran İslam İnqilabından öncə onu "İran musiqisinin qızıl (şah) balığı ("شاه‌ماهی موسیقی ایران") adlandırmışdılar. == Həyatı == Ququş 1950-ci il mayın 5-də Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. Azərbaycanlı mənşəli valideynləri İrana Bakıdan köçmüşdülər. Ququş hələ uşaq ikən, valideynləri bir-birindən ayrılır. Canbaz və əyləndirici artist olan atası Sabir yaşı üçün mükəmməl səsə malik qızını tez-tez özüylə səhnəyə çıxarır, ona mahnılar oxutdurur. Sonralar Ququş şah sarayında və şahanə məclislərində çıxış etməyə başlayır.
Sagum
Sagum — Qədim Romada yundan hazırlanan hərbi geyim. Sagum Roma ordusunda sərkərdə, generallar, yuxarı rütbəli zabitlər tərəfindən geyilən paludamentumdan fərqli olaraq, Roma əsgərləri və aşağı zabitlər tərəfindən geyilən bir paltar idi. Çox kasıb və ya ucqar ərazilərdə yaşayanlar sagumu vəhşi heyvan və ya qoyun dərisindən hazırlayırdılar. Toqadan fərqli olaraq sagum hərbi geyim idi. Sagumun yuxarı üçüncü hissəsi açıq başlıq halında idi, çiyinlərdən kürəyə qatlanırdı və yağışlı havalarda bədənin kürk hissəsinin islanmasının qarşısını alırdı. Pis hava şəraitində həmin hissədən həm də başı örtmək üçün istifadə olunurdu. Hərbi səfərlər zamanı ondan yorğan kimi də istifadə edilirdi. Adi sagum fibulanın (metal sancaq) vasitəsilə sağ çiyinə bağlanırdı. Sagumdan, konsullar istisna olmaqla, bütün Roma [[vətəndaşları istifadə edirdilər. Sagum həmçinin yoxsul insanlar üçün bürüncək hesab olunurdu.
Sucuk
Sucuq — Türkiyədə və Balkanlar coğrafiyasında, orta Asiyaya qədər geniş şəkildə yayılmış kolbasa növüdür. Qurudulmuş bağırsağın içinə ədviyyatlı ət qıyması doldurularaq əldə edilən bir növ ət məhsuludur.
Sucuq
Qozlu sucuq və ya Çurçxela (gürc. ჩურჩხელა) — şam formalı ənənəvi gürcü şirniyyatı. Qozlu sucuk əsasən üzüm şirəsi, qoz-fındıq və undan hazırlanır. Badam, qoz, fındıq, şokolad və bəzən kişmiş ipə saplanır, qatılaşdırılmış üzüm şirəsi, tut şirəsi və ya meyvə şirələrinə batırılır və kolbasa şəklində qurudulur. Şərqi Gürcüstanda sucuk istehsalı Kaxeti, Kartli və ya Mesxetidə buğda unu ilə qatılaşdırılmış yerli üzümdən şirədən hazırlanan tatara adlı qatılaşdırılmış şirə ilə başlayır. Samtsxe-Cavaxetiyada qatılaşdırılmış tut şirəsi hazırlamaq üçün buğda unundan da istifadə olunur. Qarğıdalı unundan Qərbi Gürcüstanda (Raça, Leçxumi, Quriya, Sameqrelo, Abxaziya və Açara əraziləri) istifadə olunur və bu qatılaşdırılmış üzüm şirəsi pelamuşi adlanır. Abxaziyada yerli abxaz dilində adjindjuk kimi tanınır və hədiyyə üçün ən yaxşı suvenir hesab edilir.
Sudur
Sudur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində dağlıq kənd. == Tarixi == Kənd orta əsrlərdə yaranmışdır. == Toponimikası == Sudur oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Vaxtilə burada Sudur palasa və Sudur qazmalar adlı iki kənd mövcud olmuşdur. Sonralar Sudur qazmalar kənd adından ikinci komponent ixtisara uğramışdır. Kənd ərazidəki eyniadlı dağın adını daşıyır. == Əhalisi == == Həmçinin bax == Qusar rayonu == Xarici keçidlər == Cənnətə bir addım qalmış...
Sukuk
Sukuk — şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi, daha dəqiq desək, istiqrazların islami ekvivalentidir. Sələmçiliyin səriətlə qadağa olunması ilə bağlı olaraq, İslam dinində sabit gəlirliyi olan ənənəvi istiqrazlar yolverilməzdir. Ona görə də İslam bankçılığında "sukuk"dan istifadə olunur. Sukuk - maliyyələşdirilən tədbirin mənfəəti sayəsində əldə olunan zəmanətsiz gəliri təmin edir, yəni məqsədli kreditləşmədir.
Sukur
Sukur və ya Sukur Mədəni Landşaftı — Nigeriyanın Adamava ştatındakı Sukur kəndinin üstündəki bir təpədə yerləşən UNESCO-nun Ümumdünya irsi ərazisidir. Mandara dağlarında, Kamerun ilə sərhədə yaxın ərazidə yerləşir. Ərazinin Ümumdünya irsi statusu onun mədəni irsi, maddi mədəniyyəti və təbii ərazilərinə əsaslanmışdır. Sukur, Afrikada Ümumdünya irsi statusu alan ilk mədəni landşaftdır. == Etimologiya == "Sukur" Marqi və Libi dillərində "qisas" deməkdir. Bu söz həmçinin Sukur xalqı arasında meydana gələn Bura dilində "dava" mənasını da verir. == Tarix == Ərazidə sobalar, filizlər və itiləyici daşlar şəklində tapılan dəmir dövrünə aid əşyalar Sukurdan əvvəl mövcud olmuşdur. Sukurda Neolit dövrünə aid bəzi tapıntılar da tapılmışdır. Yaxın tarix 17-ci əsrin Dur sülaləsinə aiddir. Durlar, bölgəni Nigeriyanın şimal-şərqinə dəmir istehsalı üçün əsas xammal tədarükçüsü olaraq təsis etmişdi və bu 20-ci əsrin ilk onilliyinə qədər dəvam etdi.
Suluk
Toponimlər
Sulut
Sulut — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 45 km Şərqdə dağ ətəyində yerləşir. Əhali əkinçilik və maldarlıqla məşğuldur. Orta məktəbi, kitabxanası, klubu və tibb məntəqəsi var. == Etimologiyası == “Sulut” toponomi haqqında müxtəlif düşüncələr irəli sürülür. Sulut sözünün anlamı türkcə “daşlı”, “sulu” yer kimi izzah etmək olar. Gerçək də kəndin ərazisi daşlı, çınqıllı sulu sahələrdən ibarətdir. == Coğrafiyası == Kənd, İsmayıllı dan 45 kilometr şərqdə, dağların ətəyindədir. == Əhalisi == Əhalisi 416 nəfərdir ki onunda 207 nəfəri kişi, 209 nəfəri qadındır. === Şəhidləri === 1.
Söğüt
Söğüt — Biləcik ilinin bir ilçəsidir. Osmanlı Bəyliyinin birinci paytaxtıdır. == Əhali == Mahalın əhalisi 31.12.2010 TÜİK məlumatlarına görə 25.679 nəfər dir.
Sümük
Sümük — Çox sayda toxumadan ibarət olan canlı orqanizm üzvü. Sümük dayaq-mexaniki və qoruyucu funksiyalarını yerinə yetirir. O, onurğa skeletinin əsas tərkib hissəsi sayılır. == Kimyəvi tərkibi == Sümüyün tərkibinə həm üzvi, həm də qeyri-üzvi maddələr daxildir. Birincinin miqdarı orqanizmin yaşından asılıdır və cavan orqanizmlərdə o daha çox olur. Buna görə də cavan orqanizmlərin sümüyü elastiki və yumşaqdır. Yaşlılarda isə əksinə, sümük getdikcə bərkləşir. Sümükdə olan bu hər iki maddə onurğalıların qruplarında fərqlənirlər. Məsələn, dərin sualarda yaşayan balıqların sümüklərində minerallar azdır, ona görə də onların sümüyü yumşaq və laylı olur. Böyük insanlarda mineralların miqdarı (əsasən də ümumi çəkinin 60-70%-ni təşkil edir, üzvi maddələr (əsasən kollaqen I) isə 30-40 % civarındadır.
Sürgün
Sürgün — məhkəmənin hökmü ilə cəza olaraq bir şəxsin məcburi surətdə başqa, adətən uzaq bir yerə köçürülməsi. Sürgün Çar Rusiyasında məhkəməsiz olaraq çarın, bəzi qubernatorların (1850-ci illərdən), Daxili İşlər Nazirliyinin orqanlarının (1860-cı illərdən) əmri ilə tətbiq olunurdu. Sovet qanunvericiliyində inzibati sürgün nəzərdə tutulmamışdı, lakin ondan qanun pozuntusuna reaksiya kimi istifadə edilmişdir. == İstinadlar == == Xarici keçidlər == ССЫЛКА В СИБИРЬ В XVII — ПЕРВОЙ ПОЛОВИНЕ XX вв. «Устав о ссыльных» Российской империи «Свод уставов о предупреждении и пресечении преступлений» Российской империи, включающий положения об административной ссылке" История пенитенциарной политики Российского государства и Сибирь XVIII—XXI веков Arxivləşdirilib 2016-03-16 at the Wayback Machine «Тюрьма без решеток» Страны Советов.
Süğad
Süğad – İranın Fars ostanının Abadə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,065 nəfər və 3,001 ailədən ibarət idi.
Çuqun
Çuqun — dəmirin karbonla (2%-dən çox, adətən 3-4.5 % karbon), eləcə də tərkibində müəyyən miqdar manqan (1.5%-dək), silisium (4.5%-dək) və zəhərli qarışıqlar – kükürd və fosfor olan ərintisidir. Bəzən çuquna hər hansı bir xassə vermək üçün ona legirləyici adlanan elementlər – xrom, nikel, silisium, manqan və s. əlavə edilir. Bu cür çuqun legirlənmiş adlanır. Çuqunu domna sobalarında dəmir filizindən alırlar. Çuqun qara metallurgiyanın ən mühüm ilkin məhsuludur. Ondan polad istehsalında xammal kimi və tökmə ərinti kimi istifadə edilir. Müasir maşınqayırmada tökmə çuqunun payına ümumi kütlənin 75%-i düşür. Maşınqayırmada və tikinti qurğularında boz çuqun geniş yayılmışdır. Bəzən domna ferroərintiləri adlandırılan xüsusi Çuqun (domna ferrosilisiumu, ferromanqanı, ayna çuqun və s.) çox məhdud miqdarda əridilir, ondan poladı oksigensizləşdirmək və legirləmək üçün istifadə edilir.
Şaqul
Şáqul – ipdən və ucuna bağlanmış yükdən ibarət olan qurğudur və düzgün vertikal vəziyyəti təyin etmək üçün bir vasitədir. Yerin cazibə qüvvəsinin təsiri altında ip daim eyni istiqamət alır. == Tarix == Şaquldan istifadə qədim Misirdə binaların tikintisində yarandığı ehtimal olunur. Üçüncü Sülalənin axır vaxtlarına aid şaqullar tapılmışdır. İngilis dilində plumb – lat. "plumbum", bu da həmin cihazın daşın yerinə qurquşunla əvəz olunması ilə izah edilir. Misirlilər E hərfinin xatırladan bir alət icad etmişdilər, E-nin yuxarı qırağından yükü, yəni şaqulu asırdılar. Aləti divara yaxın qoyaraq baxırdılar. əyər ip E-nin aşağı çıxıntısına dəyirdisə, deməli divar düz dayanıb, yəni tam vertikaldır, şaqulidir. Maraqlısı odur ki, bu faydalı alət çox güman ki əsrlər boyu unudulmuşdur və yenidən indiki zamanda qayıtdı.
Şoqun
Şoqun (将軍) və ya bəzən syoqun — 1192–1867-ci illərdə Yaponiyanın hərbi diktatorlarına verilən titul. Onların rejimi bakufu (hərfi tərcümədə "çadır hökuməti") adlansa da, bu termin əsasən "şoqunluq" sözü şəklində tərcümə olunur. Yaponiya tarixində üç şoqunluq olmuşdur: Kamakura şoqunluğu (1192–1333), Aşikaqa və ya Muromaçi şoqunluğu (1338–1573) və Tokuqava şoqunluğu (1603–1867). Kamakura dövründə şoqun titulu müxtəlif ailələrin fərdlərinə keçirdi, lakin bu titul Muromaçi dövründə Aşikaqa ailəsinin, Edo dövründə isə Tokuqava ailəsinin fərdlərinə verilirdi. Şoqun titulu formal olaraq imperator tərəfindən şəxsə sülhü qoruması üçün verilirdi, lakin əslində imperatorlar gücsüz idilər, şoqunların təyinatı daxili işlərdə üstünlüyü olan hərbi şəxslər tərəfindən müəyyən olunurdu. Hər şoqun vassallarını və torpaqlarına birbaşa nəzarət edə bildiyi bir inzibati təşkilata başçılıq edirdi. Digər hərbi ailələrə, buddist və şinto məbədlərinə aid olan torpaqları isə müəyyən dərəcədə idarə edə bilirdi. == Tarixi == "Şoqun" sözü sey-i tayşoqun titulunun qısaltmasından yaranmışdır. Sey-i tayşoqun titulu isə daxili qarışıqlıqlara və digər etnik qruplara qarşı ekspedisiyalara başçılıq edən hökumət rəsmilərinə verilmiş qədim titullardan yaranmışdır. Nara dövründəki (710–794) imperatorluq hökuməti Honşu adasının şimal-şərqini işğal etmiş Emişi qruplarını məğlub etmək üçün göndərilmiş qüvvələrin komandalığına bir neçə şəxsi təyin etmişdir.
Şuduq
Şuduq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. == Toponimikası == Şuduq oykonimi yerli tat dilindəki şuduq (başdan-başa şumlanmış yer, dəmyə əkin yeri, dincə qoyulmuş yer) sözündəndir. Ətraf kəndlərin əhalisi keçmişdə bu kəndi Di Şuduq (Şuduq kəndi və ya “dəmyə əkin yerindəki kənd”menasmda) adlandırırdılar. Həqiqətən də Yeddilər dağının ətəyində, güneydə yerləşən kəndin əhalisinin qədimdən əsas məşğuliyyəti taxılçılıq olmuşdur. Şuduq buğdası ətraf kəndlərin əhalisi arasında indi də məşhurdur. == Coğrafiyası və iqlimi == Şuduq kəndi Quba-Qonaqkənd yolunun sağ tərəfində, dəniz səviyyəsindən 942 metr yüksəklikdə yerləşir. İqlimi mülayim isti, rütubətlidir. Kənd hər tərəfdən meşələrlə əhatə olunub. == Əhalisi == Kənd əhalisi tatlardan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 411 nəfər əhali yaşayır.