Bu məqalə qaralama halındadır. |
Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalardır.
Hüquq normalarının aşağıdakı əlamətləri var:
Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur:
Hipotez (əgər…) — hüquq normasının realizəsi, sanksiyanın tətbiqi müəyyən hərəkətinin edilməsi və ya edilməməsi ilə əlaqələndirilir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilirsə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi. Təqsirlizlik prezumsiyası və.s
Dispozisiya (yəni…) — konkret hərəkətin edilməsi və ya edilməməsinin qaydası göstərilir. Məsələn, ərizə ilə dövlət orqanına müraciət edilməsinin qaydası.
Dispozisiyanın aşağıdakı növləri var:
Sanskiya (o halda…) — Hüquq normasının tələblərinin pozulmasına görə məsuliyyət tədbirlərini nəzərdə tutur.
Həmişə bütün hüquq normalarda hər üç element olmur. Məsələn, Konstitusiyanın normalarda yalnız hipoteza və dispozisiya olur.
Hüquqi qüvvəsinə görə — konstitusiya normaları, qanun normaları və.s
Hüququn sahələrinə görə — mülki hüquq normaları, cinayət hüquq normaları, əmək hüquq normaları və.s
İcra edilməsi tələbinə görə
Davranışın xarakterinə görə — Səlahiyyət verici, qadağan edici, vəzifə müəyyənedici;
Tədbiq edildiyi subyetlərin dairəsinə görə — ümumi və ya müəyyən ərazi, müəyyən kateqoriya şəxslər üçün tətbiqi nəzərdə tutulmuş normalar.
Qüvvədə olma müddətinə görə — müddətsiz və müvvəqəti normalar