Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tallinna Kaubamaja Grupp
Tallinna Kaubamaja Grupp — Estoniyanın ən böyük ticarət konserni. Konsernə daxil olan müəssisələrin əksəriyyətinin əsas fəaliyyəti pərakəndə və topdansatış ticarətdir. Konsernin rəsmi ünvanı: Tallinn, Kaubamaya k 1. / Gonsiori k 2. . Konsernin 679.000-dən çox müştərisi olan Partnerkaart loyallıq proqramı Estoniyada ən böyüyüdür. 1996-cı ildə konsernin sələfi olan Tallinna Kaubamaja şirkətinin səhmləri Tallin Fond Birjasında siyahıya alındı. Konsernin əsas şirkəti NG Investeeringud OÜ şirkətidir. Konsernin tarixi 1960-cı ildə Tallin Ticarət Evinin açıldığı vaxtdan başlayır. 1966-cı ildə Tartu Ticarət Evi Estoniya SSRİ-dən çıxdıqdan sonra RAS Tallinna Kaubamaja dövlət səhmdar cəmiyyəti olaraq adlandırılır. 1994-cü ildə səhmdar cəmiyyətə çevrilir, səhmlərin böyük hissəsi E-Investeeringugrupi AS (10.06.2004-cü ildə ləğv edilib) şirkətinə satılıb.
Tallink
Tallink — Estoniyada fəaliyyət göstərən gəmiçilik şirkəti. Şirkətin baş qərargahж Tallində yerləşir. 2006-cı ildə şirkət Tallinkinin əsas rəqibi olan fin Silja Line şirkətini satın almışdır. Bundan sonra Tallink və Silja Line Tallink Silja Oy adı altında bir törəmə çirkətdə birləşir. Bu şirkət həm də Finlandiya ərazisində fəaliyyət göstərməyə başlayır. Estoniyada ana şirkət AS Tallink Grupp adı altında fəaliyyət göstərir. 2017-ci ilin fevral ayına əsasən birləşmiş şirkətin donanması 21 gəmidən ibarət idi. Daşımalarda sərnişinlərə Baltik dənizinin bütün bölgələrinə çıxış imkanı təklif olunur. Maşrutlar il boyu Latviya, Finlandiya, İsveç, Estoniya, Danimarka və Aland adalarını birləşdirir. Tallink () — Baltik dənizində iri bərə operatoru.
Tallin
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Tallin FKİ
FCİ Tallin (İnfonet Tallin Futbol Klubu) — Tallin şəhərinin Lasnamae ərazisini təmsil edən və hal-hazırda Meystriliqada mübarizə aparan peşəkar Estoniya futbol klubudur. Klub 2002-ci ildə təsis edilmişdir. Klubu 2013-cü il mövsümündən etibarən Meystriliqada çıxış edir və heç vaxt Estoniyanın birinci diviziyasına enməmişdir. İnfonet 29 yanvar 2002-ci ildə təsis edilmişdir. 2011-ci il Esiiliqadakı (İkinci Diviziya) çıxışından sonra Bersi və Atletik klubları ilə birləşdirilmişdir. Komandaya baş məşqçi kimi Aleksandr Puştov gətirilir. İnfonüt 2011-ci ildə Esiiliqada ikinci yeri tutur və pley-offa vəsiqə qazanır. Lakin pley-offda Kuressaare klubuna 1-5 hesabı ilə məğlub olaraq Premyer Liqaya vəsiqə qazana bilməmişdir. İnfonet 2012-ci ildə Esiiliqanın qalibi olur və Meystrilliqaya vəsiqə qazanır. İlk mövsümdə Estoniyanın Əsas Liqasında 6-cı yeri tutur.
Tallin Universiteti
Tallin Universiteti (est. Tallinna Ülikool – TLÜ) — Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin üç ən qabaqcıl ali təhsil ocaqlarından biridir. Tallin Universiteti 18 mart 2005-ci ildə bir sıra ali məktəb və araşdırma institutunun birləşməsi nəticəsində yaradılmışdır. Həmin qurumlar bunlar idi: Estoniya Akademik Kitabxanası (1946); Baltik Film və Media Məktəbi (1992/1997); Estoniya Humanitar İnstitutu (1988); Tarix İnstitutu (1946); Tallin Pedaqoji Universiteti (1919/1952/1992). Hazırda ölkənin ən sürətli böyüyən universiteti olmaqla sosial elmlər və bəşəri elmlərdə yüksək, fənn və təbiət elmlərində isə sürətlə inkişaf edən ali məktəbdir. Baltik Film, Media, İncəsənət və Kommunikasiya Məktəbi Rəqəmsal Texnologiyalar Məktəbi Təhsil Elmləri Məktəbi İdarəetmə, Hüquq və Cəmiyyət Məktəbi Humanitar Məktəb Təbii Elmləri və Səhiyyə Məktəbi Haapsalu Kolleci Rakvere Kolleci Universitetin zəngin kitabxana fondu var. Əsas kitabxanası 1946-cı ilin aprel ayında Estoniya SSR Elmlər Akademiyasının Mərkəzi Kitabxanası kimi fəaliyyətə başlamışdır. 2003-cü ildən milli kitabxana statusu daşımışdır. Əsas kitabxanası 2005-ci ildən – Tallin Universitetinin yaradılmasından sonra belə adlanır: Tallin Universitetinin Akademik Kitabxanası. Kitabxana fondu 2,5 milyon nüsxədən ibarətdir.
Tallin körfəzi
Tallin körfəzi (est. Tallinna laht) — Suurupi və Viimsi yarımadaları və Naissaar və Aeqna adaları arasında yerləşir. Finlandiya körfəzinin bir hissəsidir. Körfəzin cənub sahilində Estoniyanın paytaxtı Tallin şəhəridir. Körfəzin sahəsi təxminən 250 km², ən böyük dərinliyi 90 metrdir (Aeqna və Naissaar adaları arasında). Tallin körfəzi Estoniyanın ən dərin körfəzlərindən biridir. Yarımadalar öz növbəsində Tallin Körfəzini üç hissəyə bölür: Kakumäe körfəzi (Tiskre), Kopli körfəzi, Palyasaare körfəzi və Tallin reydi (körfəzin ən dar nöqtəsi, Palyassaare və Miyduranna arasında). Körfəzin sahilləri ümumiyyətlə düzənlikdir, qayalı qayalar Rannamiyza, Kakumyae, Kopli yarımadasında və Naissaar adasında mövcuddur. Ən böyük qumlu çimərliklər Kakumyae, Pelquranna və Piritada yerləşir. Qaya sahilləri Rannamiyza və Tiskre arasında, Kakumyae və Rokka al Mare, Palyasaare və Kopli arasında, Kadriorq, Merivalya və Aeqna adalarında yerləşir.
Tallin limanı
Tallin limanı – (est. Tallinna Sadam) Estoniyanın ən böyük limanıdır. Həm yük, həm də sərnişin daşınması üzrə Baltik dənizinin ən böyük limanıdır. Tallin limanı 5 limanı idarə edən şirkətdir. Tallin sərnişin limanı (est. Vanasadam – Baltik dənizinin ən işlək sərnişin limanıdır. Tallin şəhərində yerləşir. Muuqa limanı Tallindən 13 km uzaqda yerləşir. Əsas yük limanıdır. Paldiski şərq limanı – Tallinin 40 km qərbində yerləşən Paldiski şəhərinin yük limanıdır.
Flora Tallin FK
Flora - Estoniyanın futbol klubu.
Lantana Tallin FK
Lantana — Estoniyanın futbol klubu. 5 dəfə Avropa kubok yarışlarında iştirak edib.
Levadiya Tallin FK
Levadiya - Estoniyanın futbol klubu. 1999-cu ildə yaradılıb. 6 dəfə Avropa kubok yarışlarında iştirak edib.
Tallin Fransız Liseyi
Tallin Fransız Məktəbi və yaxud Tallin Fransız Liseyi (est. Tallinna Prantsuse Lütseum) — Tallində yerləşən təhsil müəssisəsi. 1 oktyabr 1921-ci ildə yaradılmışdır.
Tallin Fransız Məktəbi
Tallin Fransız Məktəbi və yaxud Tallin Fransız Liseyi (est. Tallinna Prantsuse Lütseum) — Tallində yerləşən təhsil müəssisəsi. 1 oktyabr 1921-ci ildə yaradılmışdır.
Tallin Texniki Universiteti
Tallin Texniki Universiteti (est. Tallinna Tehnikaülikool - TTÜ) — Estoniyanın paytaxtı Tallində yerləşən ali təhsil müəssisəsi; texniki sahə üzrə ixtisaslaşan ali təhsil ocaqlarından biri. Texniki sahə üzrə əhatəli tədris prosesinin və elmi-tədqiqat işlərinin həyata keçirildiyi ali məktəblər sırasında Tallin Texniki Universiteti xüsusi mövqeyə malikdir. Universitet 1918-ci ilin 17 sentyabr tarixində Estoniyanın paytaxtı Tallin şəhərində məktəb kimi fəaliyyətə başlayıb və 1938-ci ildə universitet statusu əldə edib. Estoniya Texniki Cəmiyyəti tərəfindən yaradılan məktəb maşınqayırma, elektrotexnika, gəmi inşaatı, hidrotexnika, tikinti və memarlıq sahələri üzrə ixtisaslaşmışdı. 1919-cu ilin payızından etibarən məktəb Tallin Texnikumu adlandırılmağa başlanır. Texnikumun təhsil strukturuna aqromeliorasiya, yer ölçmə və texniki kimya bölmələri əlavə olunur. 1920-ci ildə məktəb kursu ən aşağı və ən yüksək pillələr üzrə hazırlığa bölünür. 3 il təhsil müddətini əhatə edən hazırlıq kursu gələcəkdə tələb edilən təhsil səviyyəsinin alınmasına hesablanmışdı. Texnikumun ən aşağı pilləsi texniklər, ən yüksək pillə mühəndislər və memarlar hazırlayırdı.
Tallin əməliyyatı (1944)
1944-cü ildəki Tallin əməliyyatı (rus. Таллинская операция 1944 года) — SSRİ-nin Qızıl Ordusunun 2-ci zərbə ordusu, 8-ci ordusu və Baltik donanması tərəfindən Estoniya ərazisindəki Üçüncü Reyxin Vermaxtına bağlı olan 3-cü SS tank korpusu, 2-ci ordu korpusu və Estoniya legionu qüvvələrini məğlub etmək və Tallin şəhərini azad etmək üçün 17 sentyabr 1944-cü ildə həyata keçirilən və həmin ilin 26 sentyabrında uğurla nəticələnən taktiki hərbi əməliyyat. Əməliyyatın alman qarşılığı olan Aster əməliyyatı (alm. Unternehmen Aster‎) Estoniya ərazisindəki bütün Vermaxt qoşunlarının regiondan çəkilməsi üçün həyata keçirilmişdir. Sovet İttifaqı tərəfindən həyata keçirilən hərbi əməliyyat ikinci zərbə ordusunun Vermaxtın ikinci ordu korpusunun Tartu şəhəri yaxınlığında yerləşən Emayıqi çayındakı müqavimətini qırması ilə başlamışdır. Müdafiəçi nasist qüvvələri «Narva» ordu dəstəsinin Estoniyadan nizamlı şəkildə təxliyə edilməsi üçün sovet qoşunlarının hücumunu ləngidə bilmişdir. 18 sentyabrda Oslo mərkəzli sürgündəki Estoniya hökuməti Tallin şəhərindəki hökumət binalarının nəzarətini alman qoşunlarından almış, 22 sentyabrda Vermaxt əsgərlərinin hamısı şəhəri tərk etmişdir. Leninqrad cəbhəsinin hərbçiləri 22 sentyabr 1944-cü ildə Tallin şəhərini ələ keçirmiş 26 sentyabrda isə Estoniyanın qalan kontinetal ərazisini Vermaxtdan azad etmişdir. Leninqrad cəbhəsi tərəfindən həyata keçirilən hücumlar «Şimal» ordu qrupunu Pskovsko-Çudskoye gölünün qərbinə çəkilməyə məcbur etmişdi. Bu hadisə Narva şəhəri ətrafında bir sıra hərbi əməliyyatın keçirilməsinə gətirib çıxarmışdı.
Baltik stansiyası (Tallin)
Baltik stansiyası (est. Balti jaam) — Tallin şəhərində dəmir yoluna aid sərnişin stansiyası. Vağzal Köhnə şəhərin yaxınlığında, Toompuestee küçəsi, 37 ünvanında yerləşir. Stansiyasından gedən qatarların ilk dayanacaqları: Lillekyula (qərb istiqamətdə), Kitsekyula (şərq istiqamətdə) və Tallin-Vyayke (cənub istiqamətdə). Stansiya yaxınlığında 12 dəmir yolu var. Baltik dəmiryol stansiyası şəhərətrafı və uzun məsafə qatarları üçün bir son stansiya rolunu oynayır. Stansiya yaxınlığında şəhərətrafı avtobuslar üçün avtobus, həmçinin tramvay və trolleybus dayanacaqları vardır. == Dayanacaq plarformmaları == Baltik dəmiryolu vağzalı 6 dayanacaq platformasına sahibdir: 1 Platforma 9 və 8 yollar arasında — 150 m 2 Platforma 8 və 7 yollar arasında — 85 m 3 Platforma 7 və 6 yollar arasında — 150 m 4 Platforma 6 və 1 yollar arasında — 150 m 5 Platforma 1 və 4 yollar arasında — 510 m 6 Platforma 4 və 5 yollar arasında — 380 m == Tarixi == Baltik vağzalı 1870-ci ildə Paldiski — Revel — Sankt-Peterburq xəttinini üzərində əsas vağzal olaraq inşa edilmişdir. Vağzal 24 otyabr 1870-ci ildə açılmışdır. Burada Baltik Limanı — Revel xətti bitir və Sankt-Peterburq istiqamətində yol başlayır.
TVMK Tallin FK
TVMK — Estoniyanın futbol klubu. 6 dəfə Avropa kubok yarışlarında iştirak edib.
Azadlıq meydanı (Tallin)
Azadlıq meydanı və ya Vabaduse meydanı (est. Vabaduse väljak) — Tallinin mərkəzində yerləşən şəhər meydanı. Meydanda Haryu, Rozikrantsi, Tatari, Estoniya bulvarı, Payarnus şosesi və Kaarli bulvarının küçələri birləşir. XIX əsrin ortalarında yıxılan Harju qapılarının qarşısındakı İsveç qalasının yerində yaranmışdır. 1867-ci ildə meydanda Müqəddəs Yəhya kilsəsi ucaldıldı. XX əsrin əvvəllərində meydanın qeyd olunan adları: Sen bazarı (est. Heina turg, alm. Heumarkt‎), Petrovskaya meydanı (est. Peetri plats, alm. Peters-Platz, Peterplatz‎) adları var idi.
Müqəddəs Nikolay kilsəsi (Tallin)
Müqəddəs Nikolay kilsəsi (est. Niguliste kirik) – Tallinin mərkəzində, Toompea adlanan Köhnə Şəhərdə yerləşən Orta əsrlərə aid və hazırda fəaliyyət göstərməyən kilsə. Kilsə balıqçılar və dənizçilərin himayədarı sayılan müqəddəs Nikolaya həsr olunmuşdur. Orijinalı XIII əsrdə tikilmiş kilsə binası, İkinci dünya müharibəsi zamanı Sovet ordusunun Tallin şəhərini bombalaması nəticəsində qismən dağıdılmışdır. O vaxtdan bu yana kilsə bərpa edilmiş və bu gün Orta əsr ruhani incəsənətinə yönəlmiş Estoniya İncəsənət Muzeyinin filialı qismində fəaliyyətə başlamışdı. Keçmiş kilsə həmçinin konsert zalı kimi də istifadə olunur. Kilsə XIII əsrdə Qotland adasından Estoniya ərazisinə gələn Vestfaliya tacirləri tərəfindən 1230–1275-ci illər arasında əsası qoyulmuşdur. O zamanlar şəhər divarları hələ möhkəmləndirilməmişdir və buna görə də kilsə qapılarının möhkəm bağlanması üçün ağır barlar ucaldılmış, lazeyq və qaçqınlar üçün sığınacaq yerləri hazırlanmışdır. Tallin ətrafındakı istehkamların XIV əsrdə tamamlanması nəticəsində (1310-cu ildə şəhər divarlarıdan kilsəyə yol açılaraq, onun ətrafındakı izdihamlı hərəkət nizama salındı), müqəddəs Nikolay kilsəsi özünün müdafiə funksiyasını itirmiş və tipik orta əsr məhəllə kilsəsinə çevrilmişdir. Hazırda əvvəlki, orijinal kilsənin yalnız bir neçə hissəsi qorunub saxlanılmışdı.
Tallin Beynəlxalq Hava Limanı
Meri Lerrant adına Tallin Beynəlxalq Hava Limanı — Estoniyanın əsas hava limanı. airBaltic şirkətinin xidmətində olan hava limanı. Hava limanı Tallin şəhər mərkəzindən 4 km aralıda yerləşir. Hava limanı Muuqa limanından 20 km, Tallin sərnişin limanından isə 5 km aralıda qərarlaşır. Hava limanının bir uçuş-eniş zolağı vardır. Uzunluğu 3 480 metr, eni isə 45 metrdir. Hava limanının 8 girişi vardır. Əsasən orta ölçülü təyyarləri qəbul edir. Bu tip təyyarələrə misal kimi Boinq 737—300/500 və Airbus A320 göstərmək olar. Hava limanı Boinq-747 tipli təyyarələri qəbul edə bilir.
Tallin Tətbiqi Elmlər Universiteti
Tallin Tətbiqi Elmlər Universiteti — Estoniyanın Tallin şəhərində 1992-ci ildə yaradılmış peşəkar universitetdir. Mühəndislik sahəsində ali təhsil verir. Tallin Mühəndislik Kolleci 1962-ci ildə əsası qoyulmuş Tallin Orta İnşaat Mühəndisliyi və Mexanika Məktəbinin hüquqi varisidir və özü 1915-ci ildə əsası qoyulmuş oğlanlar üçün Tallin Ticarət Məktəbinin bazasında tikilmişdir. Universitet 6 institutdan ibarətdir: Memarlıq İnstitutu, İqtisadiyyat və Dairəvi Texnologiyalar İnstitutu, Geyim və Tekstil İnstitutu, İnşaat Mühəndisliyi İnstitutu, Logistika İnstitutu və Texnologiya İnstitutu.
Ballion
Ernest Ballion (rus. Эрнест Эрнестович Баллион;18 (30) noyabr 1816, Sankt-Peterburq – 9 sentyabr 1901, Novorossiysk) Rusiya İmperiyası entomoloqu. == Əsərləri == «Краткая ботаника» Ч. I (Казань, 1857); «Опыт исследования о русских названиях простонародных и книжных млекопитающих животных, водящихся в пределах Российской Империи» (Казань, 1858) Публикации исследований по энтомологии России, помещенных в «Bulletin de la soc. Imp. des naturalistes de Moscou» (1805—1888). == İstinadlar == Лапин Е. Собрал все книги и пожертвовал // Новороссийский рабочий.
Gallion
Qatıqotu (lat. Galium) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Tallison
Tallison Auqusto Tavareş Diaz qısaca Tallison (1 dekabr, 1991, Kampo Aleqre, Alaqoas) — Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi klubunun braziliyalı sol cinah müdafiəçisi.
Tallium
Tallium ('Tl) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 81-ci element. Bitki orqanizmlərində tallium aşkar olunmuşdur. O, tütündə, kaşnı kökündə, ispanaqda, fıstıq oduncağında, üzümdə, çuğundurda və digər bitkilərdə aşkar edilmişdir. Bəzi bitkilər həyat fəaliyyətlərində talliumu akkumuliyasiya edirlər. Heyvanlardan meduzalar, aktinilər, dəniz ulduzları və dənizlərin digər canlılarında daha çox olur. Məməlilərdə tallium mədə-bağırsaq traktından yaxşı sorulur, başlıca olaraq dalaqda və əzələlərdə toplanır. Tallium insan orqanizminə qida vasitəsilə daxil olur. İnsan orqanizminə sutka ərzində qida və su ilə talliumun daxil olan miqdarı 1,6 mkq, hava ilə 0,05 mkq-dır. Tallium qanda, sümüklərdə, saçlarda, dırnaqlarda, dişlərin minalarında, aşkar edilmişdir. O, böyrəklərdə, əzələlərdə, endokrin sistemi vəzlərində və xayalarda toplana bilir.
Gallini
Cəngəllik toyuqları (lat. Gallini) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan tribası.
Allinq
Allinq — Almaniyanın Bavariya federal ştatının Fürstenfeldbrukk bölgəsində yerləşən bələdiyyə.
Talin
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.
Ernest Ballion
Ernest Ballion (rus. Эрнест Эрнестович Баллион;18 (30) noyabr 1816, Sankt-Peterburq – 9 sentyabr 1901, Novorossiysk) Rusiya İmperiyası entomoloqu. «Краткая ботаника» Ч. I (Казань, 1857); «Опыт исследования о русских названиях простонародных и книжных млекопитающих животных, водящихся в пределах Российской Империи» (Казань, 1858) Публикации исследований по энтомологии России, помещенных в «Bulletin de la soc. Imp. des naturalistes de Moscou» (1805—1888). Лапин Е. Собрал все книги и пожертвовал // Новороссийский рабочий.
Modern Talking
Modern Talking (azərb. Müasir Danışıq‎) – Tomas Anders və Diter Bolendən ibarət disko üslubunda rəqs mahnıları ifa etmiş alman musiqi dueti. Alman pop-musiqi tarixində ən uğurlu duetlərdən biri hesab olunur. 1980-ci illərin sonlarında Modern Talking Avropanın ən məşhur qrupları sırasında dururdu. Duet iki musiqiçi: Diter Bolen (7 fevral 1954, Oldenburq) və Tomas Andersdən (əsl adı Bernd Vaydunq, 1 mart 1963, Münstermayfeld) təşkil olunur. Bu musiqiçilərin görüşməsinə əsas səbəkar "Hansa" Berlin səsyazma studiyası olmuşdur. Bəstəkar və prodüser Diter Bolen özünün " Was macht das schon" adlı mahnısını ifa etmək üçün Tomas Andersi Hamburqa dəvət edir. Diterin təklifinı cavab olaraq Tomas dərhal Hamburqa uçur və mahnı üzərində çalışmalara başlayır. 1983–1984-cü illərdə musiqiçilər ən uğurlusu "Wovon traumst du denn" olmaqla alman dilində 5 sinql buraxırlar. Lakin Diter tədricən başa düşür ki, beynəlxalq uğuru yalnız ingiısi dilində manhılar ifa etməklə əldə etmək olar və nəticədə 1984-cü ildə musiqiçilər Real Life qrupunun "Catch me İ`m falling" hit mahnısının kaver-versiyasını işləyirlər.
Oskari Sallinen
Oskari Sallinen (22 iyun 2001-ci ildə Finlandiyada anadan olub) — JJK klubundan icarə əsasında da Erediviziya təmsilçilərindən olan Qroningen klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. Sallinen Villiketut akademiyası vasitəsilə inkişaf etmişdir. Sallinen öz peşəkar karyerasında debütünü 7 may 2017-ci ildə TP-47 klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Villiketut liqa görüşündə rəqibinə 4-1 hesabı ilə məğlub olmuşdur. Sallinen 2017-ci ilin yayında JJK klubuna transfer olmuşdur. O, klub ilə debütünü 15 iyun 2017-ci ildə HJK Helsinki klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Tommi Karini əvəz etmişdir. Həmin görüşdə JJK liqa görüşündə rəqibinə 4-0 hesabı ilə məğlub olmuşdur. 19 iyul 2017-ci ildə Sallinen satın alma qarşılığında Erediviziya təmsilçilərindən olan Qroningen klubuna icarəyə verilmişdir.
Tyallinq Kupmans
Tyallinq Kupmans (ing. Tjalling Charles Koopmans ) (28 avqust 1910 - 28 fevral 1985) holland iqtisadçı və fizik. 1975-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatını Leonid Kantoroviçlə birlikdə qazanmışdı. Tyallinq Kupmans 1927-ci ildə hələ 17 yaşında olarkən Utrext Universitetinin riyaziyyat bölməsinə qəbul olur, amma 1930-cu ildən nəzəri fizika bölməsinə keçir. 1933-cü ildə riyaziyyat və fizika təhsili aldıqdan sonra iqtisadçı Yan Tinberqenlə tanış olur və onun rəhbərliyi altında riyazi iqtisadiyyat oxumaq üçün Amsterdama gedir. Kupmans riyazi iqtisaddan başqa statistika və ekonometrika sahələrində də tədqiqatlar aparır. Xüsusən də 1935-ci ilin payızında Norveçə gedib Raqnar Frişin yanında işləməkdən çox təsirlənir. Müəllimi Leyden şəhərinə təyin olunduğu üçün Kupmans magistr diplomunu 1936-cı ildə Leyden Universitetində alır. 1936-1938-ci ildə Kupmans müəllimi Yan Tinberqen Cenevrəyə, Millətlər Liqasının Maliyyə bölümünə işləməyə getdikdən sonra Rotterdamda Tinberqenin əvəzinə Erasmus Universitetində dərs deməyə başlayır. 1938-ci ildə Kupmans da Cenevrəyə gedib Millətlər Liqasının Maliyyə bölümündə işləməyə başladı və burada Yan Tinberqenin ABŞ iqtisadiyyatı üçün hazırladığı konyuktura modelini Böyük Britaniya iqtisadiyyatına tətbiq etmək üçün tədqiqatlara başladı.
Talın
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.