Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Histologiya
Histologiya — orqanizmi təşkil edən toxumaların morfoloji-funksional xüsusiyyətlərini öyrənən tibb sahəsi. Xüsusi histologiya yaxud mikroskopik anatomiya ayrı-ayrı orqanların mikroskopik quruluşunu öyrənir. İlk dəfə bitki toxumaları və hüceyrələri haqqında anlayışı 1665-ci ildə fizik Robert Huk irəli sürmüşdür. Sonralar bitki və heyvan toxumalarının hüceyrəvi quruluşunu 1671–1695-ci illərdə M.Malpigi, N. Gryu və Antoni van Levenhuk təsvir etmişdir. Antoni van Levenhuk 300 dəfə böyüdən mikroskop ilə eritrositlərin kapilyarlarda hərəkətini, spermanı, eninə zolaqlı əzələ liflərini, sinir liflərini və s. quruluşunu öyrənmişdir. XVII–XVIII əsrlərdə mikroskopiki tətqiqatların müvəffəqiyyətlərinə baxmayaraq, mikroskopların aşağı keyfiyyətdə olması və preformasiya nəzəriyyəsinə görə bu tədqiqatlar geniş yayılmadı. Bu nəzəriyyəyə görə təbiətdə heç bir şey yenidən əmələ gəlmir, orqanizmin inkişafı cinsiyyət hüceyrələrində əvvəlcədən qoyulmuş mayaların hesabına olur. Preformistlər spermada kiçik formalaşmış insanı axtarırdılar. Bəziləri qeyd edirdilər ki, Adəmin (ə.
Tavtologiya
Tavtologiya (yun.tavto - həmin, özü, loqos - söz) — adı çəkilmiş məhfumların başqa sözlərlə təkrar ifadəsidir. Bu termin üç mənalıdır: Cümlədə eyni sözlərin birləşməsindən ibarət artıqlıq. Məsələn, Ölsə ölün, quyla əmanət onu – (Ə.Nəzmi). Sevgi sevən mərd olar.(M.Rahim). Eyni şeyi başqa sözlərlər təkrar etmək, yeni bir şey demək. Məsələn, O mənim qardaşımdır, mən də onun qardaşı. Əsassız yerə ifadədə işlənən artıq ünsürlər. Məsələn, Mən özüm öz gözlərimlə gördüm. Eyni bir fikir bu və ya digər bir sözlə ifadə olunur. Mənasına və səslənməsinə, ahənginə görə bir-birinə yaxın olan sözlər (gözəl-göyçək-qəşəng) və ya ahənginə səslənməsinə görə müxtəlif , lakin mənaca demək olar ki, eyni sözlər( nur saçmaq, işıq saçmaq) təkrarlanır.
Teratologiya
Teratologiya — fizioloji inkişaf anormallıqlarını öyrənir. Bəzən bu elm sahəsinin insandakı anadangəlmə patologiyaları öyrəndiyini düşünürlər lakin Teratologiyanın tədqiqat sahəsi daha genişdir.
Texnologiya
Texnologiya ("sənət haqqında bilik", Yunanca: τέχνη, techne, "sənət, bacarıq, əl hiyləsi"; və -λογία, -logia - bilik, elm ) — malların və ya xidmətlərin istehsalında və ya elmi tədqiqat kimi məqsədlərin həyata keçirilməsində istifadə olunan hər hansı texnika, bacarıq, üsul və proseslərin məcmusudur. Bu nöqteyi-nəzərdən kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir. Texnologiyanın ən sadə forması əsas alətlərin işlənib hazırlanması və istifadəsidir. Formalı daş alətlərin tarixdən əvvəlki ixtirası və ardınca yanğını idarə etmək üsullarının kəşfi qida mənbələrini artırdı. Sonrakı Neolit inqilabı bunu genişləndirdi və bir ərazidən əldə edilən ruzi dörd qat artırdı. Təkərin ixtirası insanlara səyahət etmək və ətraf mühiti idarə etməkdə kömək etdi. Tarixi dövrlərdə, o cümlədən mətbəə, telefon və internetdə baş verən inkişaflar ünsiyyət üçün fiziki maneələri azaldıb və insanların qlobal miqyasda sərbəst şəkildə qarşılıqlı əlaqədə olmasına imkan verib. Texnologiyanın çoxlu təsirləri var. Bu, daha qabaqcıl iqtisadiyyatların (o cümlədən, bugünkü qlobal iqtisadiyyatın) inkişafına kömək etdi və asudə vaxt sinfinin yüksəlməsinə imkan verdi. Bir çox texnoloji proseslər çirklənmə kimi tanınan arzuolunmaz əlavə məhsullar əmələ gətirir və təbii ehtiyatları Yerin ətraf mühitinə ziyan vuraraq tükəndirir.
Teleologiya
Teleologiya (lOH.talos — nəticə, məqsəd və …logiya) məqsəd və məqsədəuyğunluq doktrinasıdır. Bu təlim məqsədləri (məqsədə uyğunluğu və ya məqsədə yönəldilmə qabiliyyətini) Tanrı tərəfindən müəyyən edilən (H. Volf) və ya təbiətin daxili səbəbləri hesab edilən (Aristotel, Q. Leybnits) təbiət hadisə və proseslərinə aid edir. Teleoloji anlayışlar arasındakı fərqlərdən asılı olmayaraq, onların hamısı təbiətdə və cəmiyyətdə baş verən prosesləri antropomorfizm ruhunda dərk etmək, yəni onların insan fəaliyyəti kimi əvvəlcədən müəyyən edilmiş hansısa məqsədə uyğun olduğunu təsəvvür etməklə xarakterizə olunur.
Etologiya
Etologiya — ekosistem şəraitində orqanizmlərin davranışını (hərəkət tərzini) öyrənən elm.
Teologiya
Teologiya (yun. θεος, theos, "Tanrı", + yun. λογος, logos, "bilim") — hər hansı bir dinin, xüsusi mənada isə xristianlığın təliminin sistemləşdirilməsi. Bu sahə ilə məşğul olan insanlar teoloq adlanır. == Ümumi məlumat == Bir qayda olaraq Bibliyaya, ümumdünya kilsə məclislərinin qərarlarına və (protestantlardan başqa) "kilsə atalarının" təlimlərinə ("Müqəddəs Yazıya" və "Müqəddəs Ənənəyə") əsaslanan xristian teologiyasının tarixi nisbətən yenidir. XVIII əsrə qədər ilahiyyatçılar adətən Bibliya mətninin tarixi, ədəbi kontekstinə əhəmiyyət vermədən sitat gətirərək təlim vermişlər. Bibliya teologiyası müstəqil bir elm olaraq XVIII əsrdə protestant kilsəsində meydana gəldi. Protestantlar, ümumiyyətlə, Müqəddəs Ənənənin avtoritetini qəbul etmədikləri və yalnız Bibliyanı vəhy saydıqlarına görə, sistematik teologiyanı yaradan protestantların başlıca üsulu "Bibliyanı Bibliya vasitəsilə şərh etmək" qaydasından ibarət idi. Müqəddəs Ənənəyə böyük əhəmiyyət verən pravoslav və katolik teoloqları əvvəllər protestantlığın təsirindən ehtiyatlanaraq belə teologiyaya bir qədər şübhə ilə yanaşmışlar. Lakin sonra elmi üsullara əsaslanan teologiyanın təkcə protestant deyil, pravoslav və katolik təliminə də tətbiq edilməsinin mümkünlüyünü və zərurətini görmüşdürlər.
Texnologiya (dəqiqləşdirmə)
Texnologiya
Texnologiya fəlsəfəsi
Texnologiya fəlsəfəsi — texnologiyanın təbiəti və sosial təsirləri ilə əlaqəli olan fəlsəfə sahəsi. Qədim Yunanıstanda meydana gələn texnologiya fəlsəfəsi ən qədim intizamlardan biridir. Bu sahə insanın istehsal sahəsini və bunların nəticələrini sorğulayır. Texnologiyanın insan cəmiyyətinə təsirini Aristotel ilk dəfə ətraflı şəkildə araşdırmışdır. Orta əsrdən sonra Frensis Bekonun bu sahədə gördüyü işlər daha sonra aparılan kəşfləri işıqlandırmışdır. Con Dyui, Martin Haydeqqer, Karl Marks müasir texnologiya fəlsəfəsinə yeni rəylər bildirmişdilər. Ümumiyyətlə texnologiya tənqidlərə məruz qalmışdır. Heraktlit və Demokrit texnologiyanı təbiətin təqlidi kimi təsvir edirlər. Platan texnologiyanı tanrı incəsənətinin imitasiyası olduğunu qeyd etmişdir. Aristotel təbiətin imitasiyasının açıqlamasını qəbul edərək bildirmişdir: "Texnologiya təbiətin bitirə bilmədiyi işləri tamamlaya bilər." Heydeqqer texnologiyanı insan inkişafının mərkəzi kimi qəbul etm, həmçinin onun ən böyük təhlükə yaratdığını qeyd etmişdir.
Yüksək texnologiya
Yüksək texnologiya — qabaqcıl olan, mövcud texnologiyanın ən yüksək forması olan texnologiya. Yüksək texnologiya hesablama texnikası və elektronika daxil olmaqla tətbiqi elm və texnika, geniş anlamda yüksək mürəkkəbliyə malik xüsusi texniki yeniliyə deyilir. O, bazarda ən mürəkkəb və ya ən yeni texnologiya kimi müəyyən edilə bilər. Yüksək texnologiyanın əksi sadə, çox vaxt ənənəvi və ya mexaniki texnologiya mənasını daşıyan aşağı texnologiyadır. Məsələn, loqarifmik xətkeş aşağı texnologiyalı hesablama alətidir. Yüksək texnologiya köhnələndə artıq aşağı texnologiyaya çevrilir. Bundan əlavə, yüksək texnologiya orta texnologiya anlayışı ilə bağlıdır, yəni aşağı texnologiyalı və yüksək texnologiyalı iki əks ekstremal keyfiyyət arasında tarazlıqdır. Orta texnologiya rəqəmsal/avtomatlaşdırılmış texnologiyanın səmərəliliyini və çoxyönlülüyünü aşağı texnologiyanın muxtariyyət və davamlılıq potensialı ilə birləşdirən inklüziv kimi başa düşülə bilər. Yüksək texnologiyalar üzərində işləyən (və ya yeni yüksək texnologiyalar inkişaf etdirən) startaplara bəzən dərin texnologiya deyilir. Termin həm də pozucu yeniliklərə və ya elmi kəşflərə əsaslananlara da aid ola bilər.
Təsbeh (teologiya)
Təsbih və ya təsbeh (ərəb. تشبيه‎ ) — antropomorfizm mənasını verən islam dini anlayışı. Bu, tanrını öz yaratdıqıları ilə müqayisə edir. İslam teologiyasında tanrıya iki əks termin aid edilir: tənzih və təsbih. Birincisi "yaxınlıq, əlçatanlıq" deməkdir, lakin tənzihin daha dolğun mənası "müqayisəsizliyi bəyan etmək", yəni tanrının insanlıqdan üstünlüyünü təsdiq etməkdir. Həm tanrını öz sifətlərindən məhrum edən tətil, həm də antropomorfizmi təsdiq edən təsbih sünnilər tərəfindən bidət hesab olunur. Təsbih zeydi şiə təlimində, xüsusən b.e. VIII əsrdə yaşamışzeydiyyə imamı Qasim Rəssinin fikrində aydın görünürdü. == İstinadlar == == Əlavə ədəbiyyat == Murata, Sachiko; William C. Chittick. The Vision of Islam.
Ali Texnologiya Kollecləri
Ali Texnologiya Kollecləri (ərəb. كليّات التقنيّة العليا‎) — Birləşmiş Ərəb Əmirliklərində yerləşən dövlət ali təhsil müəssisəsi. Ölkəsinin Birləşmiş Ərəb Əmirlikləri Universiteti və Zayed Universiteti ilə birlikdə 3 dövlət ali təhsil müəssisəsindən biridir. == Tarixi == Ali Texnologiya Kollecləri əsası 1988-ci ildə 2 nömrəli Federal Qanuna əsasən qoyulmuşdur. == Fəaliyyəti == Ali Texnologiya Kollecləri hazırda ölkənin bütün əmirliklərini əhatə edən 16 tədris binasında 80 proqram üzrə bakalavr və magistratura təhsili verir. Ümumilikdə 22.000 nəfərin təhsil aldığı bu kolleclər ölkənin ən böyük ali təhsil müəssisəsi hesab edilir. Kolleclərin tələbə kontingentinin 10.000 nəfərdən çoxu qızlardan ibarətdir. Ali Texnologiya Kolleclərinin nəzdində fəaliyyət göstərən Tətbiqi Tədqiqat və Təlim üzrə Təcrübə Mərkəzində texniki peşə təhsili və tətbiqi texnologiya üzrə təlim kursları həyata keçirilir. Mərkəz çoxsaylı beynəlxalq şirkətlərlə əməkdaşlıq edir. Tətbiqi Tədqiqat və Təlim üzrə Təcrübə Mərkəzi texniki peşə təhsili və tətbiqi texnologiya üzrə Orta Şərqin ən böyük özəl təhsil müəssisəsi hesab olunur.
Azərbaycan Texnologiya Universiteti
Azərbaycan Texnologiya Universiteti — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialı fəaliyyətə başlayıb. Azərbaycan Texnologiya İnstitutu Heydər Əliyevin təşəbbüsü ilə, keçmiş SSRİ Nazirlər Sovetinin 202 saylı 22 fevral 1979-cu il tarixli, ona müvafiq Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı 10 iyul 1980-ci il tarixli qərarı ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə) filialının bazasında, Krasnodar Politexnik İnstitutunun Bakı filialını, həmçinin S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Şərabçılığın texnologiyası” ixtisasını birləşdirməklə yaradılıb. Respublika ali məktəbləri arasında 1982-ci ildə keçirilən yarışda Azərbaycan Texnologiya İnstitutu ikinci yer, 1983 və 1984-cü illərdə isə birinci yer tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Həmçinin 1984-cü ildə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan LKGİ MK-nın Keçici Qırmızı Bayrağı ilə təltif olunmuşdur. == Maddi-texniki bazası == Universitetdə hazırda 4 fakültə, 17 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3 iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 m².) və tələbə şəhərciyi fəaliyyət göstərir. Universitetdə 1983-cü ildən çoxtirajlı "Texnoloq" qəzeti və 2004-cü ildən isə "Elmi xəbərlər" məcmuəsi nəşr olunur.
Azərbaycan Texnologiya İnstitutu
Azərbaycan Texnologiya Universiteti — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialı fəaliyyətə başlayıb. Azərbaycan Texnologiya İnstitutu Heydər Əliyevin təşəbbüsü ilə, keçmiş SSRİ Nazirlər Sovetinin 202 saylı 22 fevral 1979-cu il tarixli, ona müvafiq Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı 10 iyul 1980-ci il tarixli qərarı ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə) filialının bazasında, Krasnodar Politexnik İnstitutunun Bakı filialını, həmçinin S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Şərabçılığın texnologiyası” ixtisasını birləşdirməklə yaradılıb. Respublika ali məktəbləri arasında 1982-ci ildə keçirilən yarışda Azərbaycan Texnologiya İnstitutu ikinci yer, 1983 və 1984-cü illərdə isə birinci yer tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Həmçinin 1984-cü ildə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan LKGİ MK-nın Keçici Qırmızı Bayrağı ilə təltif olunmuşdur. == Maddi-texniki bazası == Universitetdə hazırda 4 fakültə, 17 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3 iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 m².) və tələbə şəhərciyi fəaliyyət göstərir. Universitetdə 1983-cü ildən çoxtirajlı "Texnoloq" qəzeti və 2004-cü ildən isə "Elmi xəbərlər" məcmuəsi nəşr olunur.
Corciya Texnologiya İnstitutu
Corciya Texnologiya İnstitutu (ing. Georgia Institute of Technology) — ABŞ-nin Corciya ştatının Atlanta şəhərində yerləşən ali təhsil müəssisəsi; texnologiya sahəsinin inkişafına görə ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == Corciya ştatında Texnologiya Məktəbi yaradılması ideyası 1865-ci ildə ABŞ-də Yenidənqurma dövrünə təsadüf edir. ABŞ-nin 11 quldar cənub ştatından ibarət konfederasiyasının iki sabiq üzvü - sənaye sahəsində çalışan Con Fletçer Henson və siyasətçi, Corciya ştatının qubernatoru Nataniel Edvin Harris Vətəndaş müharibəsindən sonra Cənubda texnologiyanı təkmilləşdirməyin vacib olduğunu önə çəkirlər. Bunun əsas səbəbi isə Şimalda gedən sənaye inqilabı ilə rəqabət aparmaq olur. Həmin dövrdə cənub ştatlarda əhalinin əsas hissəsini kənd təsərrüfatı işçiləri təşkil etdiyindən Texnologiya Məktəbinin yaradılmasına böyük ehtiyac duyulurdu. 1882-ci ildə Edvin Harrisin rəhbərlik etdiyi Corciya ştatı Qanunvericilik Hökumətinin nümayəndə heyəti ölkənin şimal-şərq bölgələrinə səfər edərək, texnologiya məktəbləri ilə yaxından tanış olur. Nümayəndə heyəti Massaçusets Texnologiya və Vuster Kaunti Fri (hazırda Vuster Politexnik İnstitutu) institutlarına baş çəkdikdən sonra buradakı təhsil modelindən heyrətlənir və həmin təcrübədən bəhrələnməyi qərara alır. 1885-ci il oktyabrın 13-də Corciya ştatının qubernatoru Henri MakDeniel yeni fond və məktəb yaradılması haqqında qanunu imzalayır. 1887-ci ildə Atlanta şəhərinin xeyriyyəçisi Riçard Piters malik olduğu geniş torpaq sahəsindən 1,6 hektar ərazini yeni yaradılacaq məktəbə bağışlayır.
Dalyan Texnologiya Universiteti
Dalyan Texnologiya Universiteti (çin. 大连理工大学) — Çin Xalq Respublikasının Dalyan şəhərində yerləşən ali təhsil müəssisəsi. == Xarici əlaqələri == Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür.
Delft Texnologiya Universiteti
Delft Texnologiya Universiteti (nid. Technische Universiteit Delft) — Niderland Krallığının ən böyük və qədim dövlət universitetlərindən biri; Beynəlxalq standartlara və normalara uyğun müasir maddi-texniki bazaya malik ali təhsil ocaqlarından biri. == Tarixi == === Akademiya dövrü === Universitet 8 yanvar 1842-ci ildə Niderlandda mühəndis və ticarətçi yetişdirən Kral Akademiyası adı ilə kral II Vilhelm tərəfindən yaradılmışdır. Kral Akademiyanın əsas məqsədi Niderland Krallığının müstəmləkələrində fəaliyyət göstərən "Ost-Hind" holland şirkətində çalışmaq üçün dövlət qulluqçuları hazırlamaq idi. Akademiyanın ilk direktoru ilk Lipkens adlanan holland optik teleqrafının konstruktoru Antuan Lipkens təyin edilmişdir. Akademiyada ilk tələbə təşkilatı 1848-ci il martın 22-də yaradılıb. === Politexnik Məktəb dövrü === 1863-cü il mayın 23-də "Niderlandda texniki təhsilin tətbiqi haqqında" qanun qəbul olunur. Bir il sonra iyunun 20-də kralın sərəncamına əsasən Kral Akademiyasının adı dəyişdirilərək Delft Politexnik Məktəbi olur. Yeni yaradılmış məktəbin məzun mühəndisləri XIX əsr sənayeləşdirmə dövrünün əsas iştirakçılarına çevrilirlər. === Texniki İnstitut dövrü === 1905-ci il mayın 22-də məktəbin akademik təhsilini vurğulamaq üçün Delft Politexnik Məktəbinin adı Delft Texniki İnstitutu adı ilə əvəz olunur.
Elm və texnologiya
Elm və texnologiya — ölkələrə kənd təsərrüfatı, nəqliyyat və tibbdən ekologiyayadək həyatın bütün sahələrində davamlı inkişafın yeni səviyyəsinə keçməyə imkan verir. XX əsr daha çox elmin və texnikanın sürətli inkişafı, yeni texnologiyaların, elmi və praktiki innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə səciyyələnir və tarixə informasiya əsri, daha geniş mənada elm və təhsil əsri kimi daxil olmuşdur. İnsanlıq tarixinin əksəriyyəti üçün texnoloji inkişaflar şans, sınaq, səhv və ya ilhamla əldə edilmişdir.
Eyndhoven Texnologiya Universiteti
Eyndhoven Texnologiya Universiteti (nid. Technische Universiteit Eindhoven) — Niderlandın Eyndhoven şəhərində universitet; Beynəlxalq standartlara və normalara uyğun müasir maddi-texniki bazaya malik ali təhsil ocaqlarından biri. == Tarixi və fəaliyyəti == Universitet 15 iyun 1956-cı ildə Niderlandın Eyndhoven şəhərində yaradılıb, ilk rektoru fizik Henk Dorqelo olub. Hazırda 250 professorun çalışdığı nüfuzlu ali təhsil müəssisəsində struktur proqramlaşdırmanın konsepsiyasının müəllifi, Türinq mükafatı laureatı Edsqer Deykstra, kimya üzrə Nobel mükafatına layiq görülən Arçer Con Porter Martin kimi görkəmli alimlər dərs deyib. Tədrisin innovasiya metodları ilə həyata keçirilməsini prioritet elan edən universitet ən yeni avadanlıqla təchiz edilib. Burada multimedia tədris obyektləri, elektron idarə etmə, universitet şəhərciyinin idarəetmə sistemi, elektron kitabxana və müasir laboratoriyalar mövcuddur. == Təhsil strukturu == Bu gün ali təhsil ocağında təxminən 7500 tələbə, 600 aspirant təhsil alır. Hazırda universitetdə bakalavriatura təhsil pilləsi üzrə 11, magistratura üzrə isə 12 ixtisas təşkil edilib. Ali məktəbdə tədris ingilis və niderland dillərində aparılır. Universitetdə biotibb texnologiyası, mülki tikinti, riyaziyyat və informatika, mexanika, tətbiqi fizika, istehsal mühəndisliyi, sənaye dizaynı, kimya texnologiyaları, elektrotexnika fakültələri fəaliyyət göstərir.
Fəlsəfə və texnologiya
Texnologiya fəlsəfəsi — texnologiyanın təbiəti və sosial təsirləri ilə məşğul olan bir fəlsəfə sahəsi. Qədim Yunanıstanda yaranan texnologiyanın fəlsəfəsi və ən qədim fənlərdən biridir. İnsanın alətlər düzəltməsini və onların nəticələrinin sorğulayır. Aristotel texnologiyanı ilk dəfə insan cəmiyyətinə təsirini ətraflı araşdırmışdır. Orta əsrlərdən sonra Frensis Bekon əsərləri onun varislərinə işıq tutur. Con Dyui, Martin Haydeqqer, Karl Marks müasir texnologiya fəlsəfəsinə yeni şərhlər gətirmişdir. Ümumiyyətlə texnologiya tənqid olunmuşdur. Heraclitus və Demokritus texnologiyanı təbiətin təqlidi kimi təsvir edir.Platon texnologiyanı tanrı sənətinin təqlidi olaraq görür. Aristotel təbiətin təqlidini qəbul edərkən: Texnologiya təbiətin tamamlaya bilmədiyi işləri tamamlamışdır deyib. Haydeqqer, texnologiyanın insan inkişafı mərkəzi olduğunu və ən böyük təhlükə meydana gətirdiyini söyləyir.
Gebze Texnologiya İnstitutu
Gəbzə Texniki Universiteti (türk. Gebze Teknik Üniversitesi) — Türkiyə Respublikasının Kocaeli vilayətinin Gəbzə şəhərində yerləşən ali təhsil müəssisəsi, ölkənin ən aparıcı ali təhsil ocaqlarından biri. == Tarixi və fəaliyyəti == İnstitut 3 iyul 1992-ci ildə Gəbzə Yüksək Texnologiya İnstitutu (GYTE) adı ilə qurulmuşdur. 22 oktyabr 2014 tarixində TBMM tərəfindən qəbul edilən qanuna əsasən Gəbzə Texniki Universiteti olaraq yenidən qurulmasına qərar verilmişdir. Gəbzə Texniki Universiteti fəaliyyətində tədris prosesi ilə yanaşı elmi-tədqiqat işlərinin də prioritet elan edildiyi nüfuzlu ali təhsil ocaqlarından biridir. İnstitut yarandığı dövrdən etibarən türk sənayesinin qlobal rəqabət mühitində önəmli bir mövqe qazanmasında yaxından iştirak edən bir təhsil mərkəzi olmağı qarşısına məqsəd qoyub. 1994-ci ildən etibarən magistratura və doktorantura təhsil pillələri üzrə mütəxəssislər hazırlayan institutda 945 bakalvrla yanaşı 1420 magistr və doktorant təhsilini davam etdirməkdədir. Hələ çox gənc bir institut olmasına baxmayaraq sahib olduğu seçmə akademik heyəti və əhatəli infrastrukturu ilə sürətlə inkişaf edən GYTE, müəllim və tələbə sayı nisbətinə görə də iddialı bir ali məktəbdir. 165 doktorluq elmi dərəcəsinə malik təhsil işçisinin çalışdığı Gəbzə Texniki Universiteti beynəlxalq nəşrlərdə iştirak baxımından dövlət universitetləri arasında ilk sıralarda yer almaqdadır. Güclü akademik heyəti, son texnologiyalarla təchiz edilmiş araşdırma və təhsil laboratoriyaları, icra etdiyi Avropa Birliyi və TÜBİTAK dəstəkli layihələr ali təhsil ocağının müasir standartlar əsasında təşkil edildiyini bir daha sübut edir.
Harbin Texnologiya İnstitutu
Harbin Texnologiya İnstitutu (çin. 哈尔滨工业大学) — Çin Xalq Respublikasının Harbin şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == İnstitutun əsası 1920-ci ildə qoyulmuşdur. == Kitabxanası == İnstitutun zəngin kitabxana fondu var.
Hoşimin Texnologiya Universiteti
Hoşimin Texnologiya Universiteti (vyet. Trường Đại học Bách khoa, Đại học Quốc gia Thành phố Hồ Chí Minh) — Vyetnamın Hoşimin şəhərində yerləşən ali təhsil müəssisəsi. == Xarici əlaqələri == Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür.
Kaliforniya Texnologiya İnstitutu
Kaliforniya Texnologiya İnstitutu (qısa adı: Kaltek) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Pasedena şəhərində yerləşən ali təhsil müəssisəsi. İnstitutda təbii elmlər və mühəndislik sahəsinə xüsusi diqqət yetirilir. Kaliforniya Texnologiya İnstitutu NASA-nın Cet Propuljon laboratoriyasını idarə edir. İnstitut təxminən 2100 tələbəsi (900 tələbə və 1200 aspirantı) olan kiçik bir ali məktəb olsa da, dünyanın ən yüksək reytinqli ali məktəbləri sırasındadır. == Tarixi == Kaliforniya Texnologiya İnstitutunun əsası peşə məktəbi kimi 1891-ci ildə Pasedenada yerli biznesmen və siyasətçi Amos G.Trup tərəfindən qoyulmuşdur. Məktəb 1921-ci ilə qədər Trup Universiteti, Trup Politexnik İnstitutu və Trup Texnologiya Kolleci kimi tanınmışdır. Cənubi Kaliforniyanın çiçəklənən iqtisadiyyatı və tərəqqisi sayəsində institut 1920-ci ildə özünün yüksək inkişafı dövrünə qədəm qoymuşdur. 1923-cü ildə institutun əməkdaşı R.E.Milikan fizika elmi sahəsində Nobel mükafatı ilə təltif olunmuşdu. 1925-ci ildə isə məktəbdə geologiya kafedrası açılmış, Harvard Universitetinin tarix, hökumət və iqtisadiyyat fakültəsinin sədri Vilyam Munro işə qəbul edilmiş, bəşəriyyət və ictimai elmlər fakültəsi yaradılmışdı. 1926-cı ildə burada aeronavtlar məktəbinin yaradılmışdır.
Kaunas Texnologiya Universiteti
Kaunas Texnologiya Universiteti (lit. Kauno technologijos universitetas) — Litvada universitet; texniki sahə üzrə ixtisaslaşan ali təhsil müəssisəsi. Baltik ölkələrində ən böyük texniki universitetdir. == Tarixi == Bu ali təhsil ocağının tarixi 1922-ci ildə Litva Universitetinin yaradılması ilə başlanıb. Litva hökuməti tərəfindən universitetin yaradılması haqqında qərar 1920-ci ildə qəbul edilmişdi. 1930-cu ildə ali məktəb Vytautas Maqnus adlandırılır. Burada riyaziyyat və təbiət elmləri, tibb, texnika, eyni zamanda humanitar elmlər, hüquq tədris olunurdu. 1940-cı ildə hüquq, humanitar elmlər, riyaziyyat və təbiət elmləri fakültələri Vilnüsə köçürülür. Həmin ildən ali məktəb Kaunas Universiteti kimi tanınır. 1943-cü il, 17 mart tarixində bir sıra ali təhsil müəssisələri ilə yanaşı bu ali məktəb də almanlar tərəfindən bağlanır.