Texnologiya fəlsəfəsi — texnologiyanın təbiəti və sosial təsirləri ilə əlaqəli olan fəlsəfə sahəsi. Qədim Yunanıstanda meydana gələn texnologiya fəlsəfəsi ən qədim intizamlardan biridir.[1]
Bu sahə insanın istehsal sahəsini və bunların nəticələrini sorğulayır. Texnologiyanın insan cəmiyyətinə təsirini Aristotel ilk dəfə ətraflı şəkildə araşdırmışdır. Orta əsrdən sonra Frensis Bekonun bu sahədə gördüyü işlər daha sonra aparılan kəşfləri işıqlandırmışdır. Con Dyui, Martin Haydeqqer, Karl Marks müasir texnologiya fəlsəfəsinə yeni rəylər bildirmişdilər. Ümumiyyətlə texnologiya tənqidlərə məruz qalmışdır. Heraktlit və Demokrit texnologiyanı təbiətin təqlidi kimi təsvir edirlər. Platan texnologiyanı tanrı incəsənətinin imitasiyası olduğunu qeyd etmişdir.[2][3]
Aristotel təbiətin imitasiyasının açıqlamasını qəbul edərək bildirmişdir: "Texnologiya təbiətin bitirə bilmədiyi işləri tamamlaya bilər." Heydeqqer texnologiyanı insan inkişafının mərkəzi kimi qəbul etm, həmçinin onun ən böyük təhlükə yaratdığını qeyd etmişdir. Martin "Texnologiyanı ehtiva edən sual" (alm. Die Frage nach der Technik) adlı məqaləsində "çərçivələmə" adını verdiyi funksiyadan bəhs etmişdir. Onun fikrincə texnologiya həyatı bürüyər və immun vəziyyətinə gətirə bilər. Texnologiyanın olmağı və ya olmamağı yaşayış baxımından təhlükəli və istifadəlidir. Anarxo-primitivizm kimi cərəyanlar texnologiyanı qınayır. Bu cərəyanlar texnologiyanın insanı cəmiyyətdən ayrı tutduğunu və təbiəti məhv etdiyini ifadə edirlər. Cərəyan insana sadə yaşayışı tövsiyə edərək təbiəti məhv edən texnologiyadan istifadə etməməyə səsləyir. Transhumanizm və Texno-inkişaf isə texnologiyanın cəmiyyətə yararlı olduğunu qeyd edərək, bu sahəni müdafiə edirlər.[4]