Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xəqani Axundov
Xəqani Axundov — Qarabağ müharibəsi iştirakçısı, "İgidliyə görə" medalı ilə təltif edilmiş, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Axundov Xəqani Həsən oğlu 10 may 1950-ci il tarixdə anadan olmuşdur. Uşaqlıq illərini ata yurdu Kürdhacı kəndində keçirdi, orada böyüyüb boya-başa çatdı. 1957-ci ilin payızında Kürdhacı kənd ümumtəhsil orta məktəbinin I sinfinə getdi. 1967-ci ilin yazında Laçın rayonunun Kürdhacı kənd orta ümumtəhsil məktəbinin X sinifini müvəffəq qiymətlərlə bitirən Xəqani Axundov həmin il imtahan verərək 21 avqust tarixdə müvəffəqiyyətlə Şuşa Kənd Təsərrüfatı Texnikumunun baytarlıq şöbəsinə daxil olur. Təhsilini burada uğurla başa vuraraq Şuşa Kənd Təsərüfatı Texnikumunun həmin şöbəsini bitirmişdi. 1970-ci ildə hərbi xidmətə yola düşdü və Moskva ətrafında hərbi xidmət borcunu yerinə yetirərək 1972-ci ildə dogma el-obasına, Laçına, Kürdhacı kəndinə qayıtdı. Kənddə "28 aprel kolxozu"nda ilk əmək fəaliyyətinə başladı. == Döyüşlərdə iştirakı == Qarabağ ərazisinin hər bənd-bərəsinə, cığırına ovcunun içi kimi bələd olan döyüşçü 15 sentyabr 1992-ci ildə N saylı hərbi hissənin kəşfiyyat bölüyündə hərbi xidmətə başladı. Hərbi xidmət göstərdiyi müddətdə özünü çox bacarıqlı, nizam-intizamlı, öz işinin bilicisi olan bir hərbçi kimi tanıtmışdır.
Xəqani Bayramov
Xəqani Məmməd oğlu Bayramov (17 noyabr 1990, Təzəkənd, Beyləqan rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəqani Bayramov 1990-cı il noyabrın 17-də Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. Ailəli idi. Bahar adlı qızı və Rəsul adlı oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Xəqani Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Bayramov oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Bayramov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Bayramov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəqani Cəbrayılov
Cəbrayılov Xəqani Sərdar oğlu (24 yanvar 1968, Cahangirbəyli, Zəngilan rayonu) — ehtiyatda olan general-mayor. == Həyatı == Xəqani Cəbrayılov 24 yanvar 1968-ci ildə Zəngilan rayonun Cahangirbəyli kəndində anadan olub. 1985-ci ildə Cahangirbəyli kənd orta məktəbini bitirdikdən sonra Blaqoveşensk Ali Tank Komandanlıq Məktəbinə daxil olub. 23 iyul 1989-cu ildə həmin məktəbi bitirdikdən sonra leytenant hərbi rütbəsi alıb. 1989-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım və bölük komandiri vəzifələrində xidmət edib. 1992-ci ilin mart ayından etibarən Azərbaycan Ordusunda xidmətə başlayıb. Bölük, tabor və birləşmə komandiri vəzifələrində xidmət edib. Birləşmə komandiri vəzifəsinə təyin edilib. 1992-1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə tabor komandiri olub. 1998-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasını bitirib.
Xəqani Cəmilli
Xəqani Mənsur oğlu Cəmilli (22 fevral 1995, Varvara, Yevlax rayonu – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəqani Cəmilli 1995-ci il fevralın 22-də Yevlax rayonunun Varvara kəndində anadan olub. 2001–2012-ci illərdə T. Səmədov adına Varvara kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Xəqani Cəmilli 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Xəqani Cəmilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Cəmilli oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Oktyabrın 4-ü Yevlax rayonunun Varvara kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Cəmilli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Cəmilli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəqani Fətiyev
Xəqani Hüseynəli oğlu Fətiyev (30 iyun 1989; Cəlilabad rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəqani Fətiyev 1989-cu il iyunun 30-da Cəlilabad rayonunun Adnalı kəndində anadan olub. Ailəli idi. Dörd övladı yadigar qaldı. == Hərbi xidməti == Xəqani Fətiyev 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəqani Fətiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Fətiyev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Fətiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Fətiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəqani Həbiboğlu
Xəqani Həbiboğlu (Verdiyev Xəqanı Həbib oğlu; d. 18 aprel 1966, Şaplar, Kəlbəcər rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan şairi. == Həyatı == Xəqani Həbiboğlu 1966-cı il aprel ayının 18-də Kəlbəcər rayonunun Şaplar kəndində müəllim ailəsində anadan olub. 1973-cü ildə Şaplar kənd orta məktəbinin 1-ci sinifinə daxil olub. Sonra təhsilini Kəlbəcər şəhər 1 saylı orta məktəbində davam etdirib. 1981-ci ildə həmin məktəbin tam kursunu bitirib. 1983-cü ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsnin riyaziyyat-fizika şöbəsinə daxil olub. Birinci kursu başa vurduqdan sonra, 1984-1986-cı illərdə Ukraynada ordu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra universitetdə təhsilini davam etdirib və 1990-cı ildə riyaziyyat-fizika müəllimi ixtisasına yiyələnib. Hal–hazırda öz ixtisası üzrə müəllim işləyir.
Xəqani Murtuzəliyev
Xəqani İsa oğlu Murtuzəliyev (11 oktyabr 1984; Zaqatala rayonu, Azərbaycan SSR — 22 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəqani Murtuzəliyev 1984-cü il oktyabrın 11-də Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1990-2001-ci illərdə İ. Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1 qızı və 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Xəqani Murtuzəliyev 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəqani Murtuzəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Murtuzəliyev oktyabrın 22-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Qımır kəndində dəfn olunub.
Xəqani Məcnunov
== Siyahı ==
Xəqani Məmmədov
Xəqani Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Xəqani Məmmədov (tarixçi) — tarix elmləri doktoru,professor. Xəqani Məmmədov (futbolçu) — azərbaycanlı futbolçu.
Xəqani Nəsibov
Xaqani Aydın oğlu Nəsibov (1 may 1991; Kortala, Balakən, Azərbaycan SSR — 16 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xaqani Nəsibov 1991-ci il mayın 1-də Balakən rayonunun Kortala kəndində anadan olub. Onun qardaşı — Ədalət Nəsibov Birinci Qarabağ müharibəsində şəhid olub. 1997-1998-ci illərdə Q. Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Xaqani Nəsibov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Xaqani Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Nəsibov oktyabrın 16-da Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Nəsibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Xəqani Nəsirov
Xəqani Kamran oğlu Nəsirov (29 iyun 1982; Xankəndi, Azərbaycan SSR — 2 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəqani Nəsirov 1982-ci il iyunun 29-da Xankəndi şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuş olan Xəqani Nəsirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Nəsirov oktyabrın 2-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Nəsirov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəqani Səfərli
Xəqani İlqar oğlu Səfərli (14 oktyabr 1991, Xətai rayonu – 4 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. İtkin. == Həyatı == Xəqani Səfərli 1991-ci il oktyabrın 14-də Bakının Xətai rayonunda anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəqani Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Xəqani Səfərli oktyabrın 4-də Murovdağ döyüşləri zamanı itkin düşüb. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür, lakin uzun müddətli axtarışlar nəticə vermədiyindən Xəqani Səfərliyə "şəhid" statusu verilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən Xəqani Səfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən Xəqani Səfərli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (7. noyabr 2023) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (7.
Xəqani Əliyev
Xəqani Füzuli oğlu Əliyev (12 iyun 1990, Çanaxbulaq, Yardımlı rayonu – 28 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəqani Əliyev 1990-cı il iyunun 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Xəqani Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Əliyev oktyabrın 28-də Ağdərə istiqamətində şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi QulamlıXəqani Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəqani Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəqani Əskərov
Xaqani Səfa oğlu Əsgərov (27 avqust 1995; Xaçmaz rayonu, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xaqani Əsgərov 1995-ci il avqustun 27-də Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Xaqani Əsgərov 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xaqani Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Əsgərov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Əsgərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əfzələddin Xəqani
Xaqani Şirvani (təq. 1121, Şirvan, Şirvanşahlar dövləti – təq. 1199, Təbriz, Eldənizlər dövləti[d]) — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. Xaqani təqribən 1126-cı ildə Şamaxının tat kəndlərindən biri[mənbə göstərin] olan Məlhəm kəndində anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır.
Əskərov Xəqani
Xaqani Səfa oğlu Əsgərov (27 avqust 1995; Xaçmaz rayonu, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xaqani Əsgərov 1995-ci il avqustun 27-də Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Xaqani Əsgərov 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xaqani Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Əsgərov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Əsgərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəqani Məmmədov (futbolçu)
Xəqani Nurəddin oğlu Məmmədov (29 sentyabr 1976, Uluxanlı) — azərbaycanlı futbolçu. == Uğurları == Futbol üzrə Azərbaycan çempionatının bombardiri: (1) - 2007/2008 == İstinadlar == == Xarici keçidlər == "Bizim dövrdə bu pullar olsaydı…" - Veteran futbolçu.
Xəqani Məmmədov (professor)
Xəqani Məmməd oğlu Məmmədov (18 iyun 1954, Ağcabədi) — tarix elmləri doktoru,professor. == Həyatı == Xəqani Məmmədov 1954-cü il iyun ayının 18-də Azərbaycan Respublikasının Ağcabədi şəhərində anadan olmuşdur. 1960-cı ildə Ağcabədi rayonu Hüsülü kənd orta məktəbinin I sinfinə qəbul olunub.1968-ci ildə ÜİLKGİ sıralarına qəbul edilmişdir.1970-ci ildə Ağcabədi şəhər 1 saylı orta məktəbini bitirmişdir. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunur.1975-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir. == Elmi-pedaqoji fəaliyyəti == 1977-ci ildə göndərişlə Ağcabədi şəhər 7 saylı səkkizillik məktəbə tarix müəllimi təyin edilir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasının əyani şöbəsinə qəbul olunduğu üçün Ağcabədi şəhər 1 saylı orta məktəbin müəllimi vəzifəsindən azad olunur. 1982-ci ildə aspiranturanı başa çatdırır və АDU-nun tarix fakültəsinə müəllim vəzifəsinə təyin edilir. 1985-ci ildə "Azərbaycan Kommunist Partiyasının zəhmətkeşlərin əmək tərbiyəsi" sahəsində fəaliyyəti (1976–1980-ci illər) mövzusunda müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1987-ci ildə müsabiqə yolu ilə "Sov. IKP tarixi" kafedrasına baş müəllim təyin edilir.
Xəqani Məmmədov (tarixçi)
Xəqani Məmməd oğlu Məmmədov (18 iyun 1954, Ağcabədi) — tarix elmləri doktoru,professor. == Həyatı == Xəqani Məmmədov 1954-cü il iyun ayının 18-də Azərbaycan Respublikasının Ağcabədi şəhərində anadan olmuşdur. 1960-cı ildə Ağcabədi rayonu Hüsülü kənd orta məktəbinin I sinfinə qəbul olunub.1968-ci ildə ÜİLKGİ sıralarına qəbul edilmişdir.1970-ci ildə Ağcabədi şəhər 1 saylı orta məktəbini bitirmişdir. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunur.1975-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir. == Elmi-pedaqoji fəaliyyəti == 1977-ci ildə göndərişlə Ağcabədi şəhər 7 saylı səkkizillik məktəbə tarix müəllimi təyin edilir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasının əyani şöbəsinə qəbul olunduğu üçün Ağcabədi şəhər 1 saylı orta məktəbin müəllimi vəzifəsindən azad olunur. 1982-ci ildə aspiranturanı başa çatdırır və АDU-nun tarix fakültəsinə müəllim vəzifəsinə təyin edilir. 1985-ci ildə "Azərbaycan Kommunist Partiyasının zəhmətkeşlərin əmək tərbiyəsi" sahəsində fəaliyyəti (1976–1980-ci illər) mövzusunda müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1987-ci ildə müsabiqə yolu ilə "Sov. IKP tarixi" kafedrasına baş müəllim təyin edilir.
Xəqani Məmmədov (əsgər)
Xəqani Füzuli oğlu Məmmədov (30 mart 2002; Şirvan, Azərbaycan — 10 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəqani Məmmədov 2002-ci il martın 30-da Şirvan şəhərində anadan olub. Əslən Zəngilan rayonu Qaradərə kəndindən idi. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəqani Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Məmmədov oktyabrın 10-da Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Xaqani
Xaqani (film, 1980) — Xaqani Şirvaninin anadan olmasının 850 illiyinə həsr edilmiş film. Xaqani (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Xaqani küçəsi (Bakı) — Rəsul Rza küçəsindən başlayın Kövkəb xanım Səfərəliyeva küçəsinə qədər uzanan küçə. Xaqani bağı — Bakının ən qədim parklarından biri. Xaqani parkı (Təbriz) — Təbriz şəhərinin mərkəzində Əfzələddin Xaqaninin adı verilmiş park.
Xaqani Qocayev
Xaqani Qocayev - şəhid == Həyatı == Xaqani Qocayev 21 avqust 1974-cü ildə Qərbi Azərbaycannın, Çəmbərək rayonunun Gölkənd kəndində anadan olmuşdur. 22 avqust 1992-ci ildə Şəmkir RHK-ndan Milli orduya çağırılmışdır. Sıravi əsgər 952-ci hərbi hissənin avtomatçısı Xaqani Qocayev Tərtər rayonunda hərbi xidmətdə olmuşdur. Xaqani Qocayev 13 yanvar 1994-cü ildə Tərtər rayonunda döyüş zamanı həlak olmuşdur. Şəmkirdə dəfn olunmuşdur. == Mənbə == Azərbaycan Respublikası Xatirə Kitabı, 2-ci cild, Bakı-2002. səh.416.
Xaqani Quluzadə
Xaqani Quluzadə (tam adı:Quluzadə Xaqani Zahid oğlu; 6 avqust 1977, Marneuli rayonu) — Azərbaycan iş adamı, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Direktorlar Şurasının sədri (2010–2013), "International Construction Company" (Qazaxıstan) şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri. == Həyatı == Xaqani Quluzadə 6 avqust 1977-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda ziyalı ailəsində anadan olub. == Təhsil == 2015-ci ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində "Executive Global Master’s in Management" proqramını müvəffəqiyyətlə bitirərək magistr dərəcəsini qazanmışdır. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. 2003-cü ildə "Milli iqtisadiyyatın formalaşması prosesində dövlət investisiya siyasətinin prioritetləri" mövzusunda dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmişdir. "Maliyyə" ixtisası üzrə magistr dərəcəsiylə Azərbaycan Dövlət İqtisad Universitetini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir (hər ikisi fərqlənmə ilə). 1993-cü ildə Bakı şəhəri 2 saylı texniki-humanitar liseyini qızıl medalla bitirmişdir. == Karyera == 2010-cu ilin avqust ayından 2013-cü ilin oktyabr ayınadək "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Baş direktoru, Direktorlar Şurasının sədri vəzifəsini tutmuşdur. "International Construction Company" (Qazaxıstan) şirkətinin təsisçisi və Direktorlar Şurasının sədridir. Bundan əvvəl Azərbaycanın aparıcı banklarında Aktivlərin və passivlərin idarəetmə komitəsinin sədri, İdarə Heyəti sədrinin birinci müavini, həmçinin İdarə Heyətinin sədri kimi rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir.
Xaqani Sadıxov
Xaqani Sadıxov (10 aprel 2000-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Qarabağ-2 klubunda hücumçu kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Xəzər Lənkəran === Sadıxov Xəzər Lənkəran akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 11 may 2016-cı ildə İnter Bakı klubuna qarşı oyunda etmişdir. O, 87-ci dəqiqədə Orxan Səfiyaroğlunu əvəz etmişdir. Azərbaycan Premyer Liqası görüşündə Xəzər Lənkəran rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. === Qarabağ === Sadıxov 2017-ci ilin iyul ayında Qarabağ klubu ilə müqavilə imzalamışdır. O, Qarabağ-2 klubu ilə debütünü 27 avqust 2018-ci ildə Turan Tovuz klubuna qarşı oyunda etmişdir. O, 60-cı dəqiqədə Nicat Süleymanovu əvəz etmiş və 67-ci dəqiqə qolla yadda qalmışdır. Azərbaycan Birinci Liqası görüşündə Qarabağ-2 rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 28 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Xaqani Savalan
Xaqani Həşimov (Xaqani Savalan) (10 sentyabr 1965, Kəlbəcər rayonu) — film direktoru, prodüser, "RITM production"un direktoru, "CineMAN" jurnalının təsisçisi. == Həyatı == Xaqani Savalan 10 sentyabr 1964-cü ildə Kəlbəcər rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirib. "Tayfun-S" şirkətinin prezidenti işləyib. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Televiziyasında (AzTV), "Aztelefilm" Yaradıcılıq Birliyində film direktoru olub. 2004-cü ildə yaradılmış "Ritm production" müstəqil kino şirkətinin təsisçilərindən biri və direktorudur. == Filmoqrafiya == 40-cı qapı (film, 2009)(tammetrajlı bədii film) Almas Yıldırım (film, 2004) Cabir Novruz (film, 2002) Əsrin şahidi (film, 2002) Fotoqraf (film, 2002) Həsən bəy Zərdabi (film, 2003) İki xalqın oğlu (film, 2004) İrəvan teatrı (film, 2003) Koroğlu (film, 2003) Kömür (film, 2004) Qədim Şəmkir (film, 2003) Lal (film, 2003) Maestro (film, 2002) Mədəniyyət salnaməsi. Qürbət əmi (film, 2003) Mən kitabımı başlayıram (film, 2006) Mir Teymur (film, 2003) Oyun (film, 2003) Ömür yolu.
Zegani
Zeqani
Zeqan -(gürc. ზეგანი) keçmiş Xabiuk, 3 sentyabr 1948-ci ildə adı dəyişdirilib ) — Abxaziya Muxtar Respublikasında, Suxumi Bələdiyyəsinin ( Əmək İcması ), Abxaziyanın ətəklərində kənd . Dəniz səviyyəsindən 280 m yüksəklikdə , Suxumidən 12 km. 2008 -ci ildən Rusiya Federasiyası tərəfindən işğal edilmişdir == ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 329.