Xəqani Məcnunov

Xəqani Vaqif oğlu MəcnunovQarabağ müharibəsi iştirakçısı, şəhid.

Xəqani Məcnunov
Doğum tarixi
Doğum yeri Laçın rayonu, Oğuldərə kəndi
Vəfat tarixi
Vəfat səbəbi şəhid
Milliyyəti azərbaycanlı

Məcnunov Xəqani Vaqif oğlu 1974-cü ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1981-ci ildə Oğuldərə kənd orta məktəbinin I sinfinə gedib, 1991-ci ildə həmin məktəbi qurtarıb. 1992-ci ildə milli ordumuzun tərkibində bir çox döyüşlərdə iştirak edib.

Xidmət etdiyi batalyon dağıldığına görə 1993-cü ilin oktyabrında evə qayıdıb. 1993-cü il dekabr ayının 24-də məskunlaşdıqları Qəbələ rayonundan çıxıb Şəki rayonunun Baş Göynük kəndinin ərazisində məskunlaşan əmisi evinə gedib.

28 dekabr 1993-cü ildə oradan döyüşə yollanıb və həmin gün Ağdam rayonunun Salahlı Kəngərlisi istiqamətində gedən döyüşdə əsir düşüb.

Mənbə[redaktə | mənbəni redaktə et]