Xəqani Məmməd oğlu Bayramov (17 noyabr 1990, Təzəkənd, Beyləqan rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Xəqani Bayramov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 noyabr 1990(1990-11-17) |
Doğum yeri | Təzəkənd, Beyləqan, AzSSR |
Vəfat tarixi | 21 oktyabr 2020(2020-10-21) (29 yaşında) |
Vəfat yeri | Qubadlı rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Xəqani Bayramov 1990-cı il noyabrın 17-də Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub.[1] Ailəli idi. Bahar adlı qızı və Rəsul adlı oğlu yadigar qaldı.
Azərbaycan Ordusunun giziri olan Xəqani Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Bayramov oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Bayramov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Bayramov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]