Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Balyand
Balyand — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Əhalinin sayına görə Cəbrayılın 4-cü böyük kəndinin tarixi XVII əsrə gedib çıxır. Kiçik Qafqazın cənub-şərq ətəklərində meşədə salınmış bu kəndin sakinləri yerli və Cənubi Azərbaycandan gələnlər olub. Əlverişli coğrafi mövqedə yerləşməsi sonradan bura köçən tayfaların sayının artmasına səbəb olub. == Toponimikası == Balyand oyk, sadə. Cəbrayıl r-nunun eyniadlı (keçmiş Qarakəlli) i.ə.v.- də kənd. Yerli əhalinin dilində bələn sözünün təhrif olunmuş formasıdır. Qozluçayın sağ sahilində, dağ ətəyində yerləşən kəndin adı "hündür yer, təpə" mənasını ifadə edir.
Blaband
Blaband — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 809 nəfərdir. == Tarixi == Bilabənd və ya Bilaband Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gəncəvü çayının (Lənkəran çayının qolu) sol sahilindən bir qədər aralı, Peştəsər silsiləsinin ətəyindədir. 1933-cu ildə Bılaband variantında qeydə alınmışdır. Türkdilli xalqların toponimiyasında bil/bıl/bile/bilə variantlarında rast gəlinən birinci komponent "çıxıntı", "sıldırım", "ucurum", "yarğan" mənası daşıyır. Bu soz bir cox Qafqaz dillərində də işlənir. Bənd komponenti isə müxtəlif fonetik variantlarda (band/bend/bent) Qafqaz, Orta Asiya, Balkanlar və Yaxın Şərq regionlarında geniş yayılmışdır. "Sədd", "istehkam", "dağ" (TalıŞərq), "zirvə", "liman", "tərsanə" (fars.), "təpə" və s. mənaları bildirir.
Nalbənd
Nalbəndlik — peşə. Nalbənd (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Nalbənd (Çaypara) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. Nalbənd (ağac) — Qaraağac fəsiləsinin qaraağac cinsinə aid bitki.
Albana
Albana — Azərbaycanda, qədim dövrlərdə mövcud olmuş şəhər. Yunan coğrafiyaşünası Ptolemey "Coğrafi təlimnamə" əsərində Albananın Kas çayı mənsəbində olduğunu göstərmişdir. Bir sıra alimlər buranı Qax rayonundakı Torpaqqala, Rusiyadakı Dərbənd və Zərdab rayonundakı Əlvənd kəndi ilə eyniləşdirirlər. Albananın Bakı yaxınlığında olması da güman ediliir. Lakin Quba rayonundakı indiki Alpan kəndinin Albana olması ehtimalı alimlər arasında daha inandırıcı qəbul edilmişdir.
Haband
Haband — V-VII əsrlərdə Albaniyanın Arsak əyalətində mahal adı. Ermənicə yazılışda əvvəlinə "h" səsinin əlavəsi ilə "Habant" kimidir. Albaniya ərazisində erkən orta əsrlərdə iki Abant vardı. Biri Alazanın yuxarı axınında, onun Lonati çayı ilə birləşdiyi yerdə çay adı. E.ə. 65-ci ildə Roma ordusu ilə Alban ordusu arasında qanlı vuruşma bu çayın sahilində baş vermişdir. Gürcüstanın Telavi rayonununda olan bu çayın adı indi də qalmaqdadır — Abant adlanır. Digəri Yuxari Qarabagda. Axırıncı dəfə 1727-ci ilə aid mənbədə təxminən Gədəbəy rayonu Şamlıq kəndinin yaxınlığında Avan kimi çəkilir. Qədim türkmənşəli Aban tayfa adındandır.
Salban
Solban — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Zilban
Ziliban — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisi əsasən avarlardır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Aland
Aland adaları (isv. Åland — Oland) və ya Ahvenanmaa fin Ahvenanmaa) — Finlandiyaya aid muxtar vilayət. Aland adaları Baltik dənizində yerləşən 8 000 adadan ibarət arxipelaqdır. Bu adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub, Sonuncu isə 1856-cı il Aland müharibəsində (Krım müharibəsinin bir hissəsi) məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunda bulunub. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib.
Alban
Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar ― Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xalqlarından biri. Ümumi sayları 9 milyon nəfərdir. Təxminən 70%-i müsəlmanlardır. Müsəlmanların əksəriyyəti sünni, azı isə bəktaşidir. Qalan hissəsi katolik və paroslav xristianlarıdır. Ənvər Xocanın dövründə Albaniyada ateizm təbliğ edilirdi. Kommunist hökmranlığın mirası olaraq, müsəlman və ya xristian olan albanların əksəriyyəti dindar deyil və əhəmiyyətli bir qismi dinsizdir. == Tarixi == Albanların əcdadları Avropanın ən qədim avtoxton xalqı olan illiriya tayfaları, xüsusən dardanlar hesab edilir. Albanlar haqqında ilk tarixi qeydlər XI əsrə aiddir.
Jordan Qalland
Jordan Qalland (2 yanvar 1980, Farminqton[d]) — Amerika Birləşmiş Ştatlarının pop müğənisidir (estrada artistidir). == Həyatı == Jordan Qalland 2 yanvar 1980-ci ildə Nyu-Yorkda anadan olub.
Nalbənd (Pəmbək)
Nalbənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu illərdə Leninakan adlı rayonun tabeliyində olmuşdur. Burada 30 - cu illərdə Nalbənd adlı dörd toponim olmuşdur. Nalbənd kəndi, Nalbənd qışlağı, Nalbənd vağzalı, Nalbənd dəmiryolu. Toponim Azərbaycan dilində peşə mənasında işlənən nalbənd (nalçı, heyvanların ayağına nalvuran adam) sözü əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.
Nalbənd (Talış)
Nalbənd (fars. نعلبند‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 458 nəfər yaşayır (102 ailə).
Nalbənd (Çaypara)
Nalbənd (fars. نعلبند‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (54 ailə).
Salbənd (Maku)
Salbənd (fars. سالبند‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 142 nəfər yaşayır (25 ailə).
Albani (Vayominq)
Albani Rayonu (ing. Albany County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2010-ci ildə bu rayonun əhalisi 36 299 nəfər olmuşdur. 2010-cu ildə isə bu göstərici 32 014 nəfər olmuşdur. == Tarixçə == Albani rayonu 16 dekabr 1868-ci ildə Larami rayonunun ərazisində yerləşirdi. Sonradan bu bölgənin əhalisinin artması, onu yeni rayon olaraq yaranmasına təkan verdi. Albani rəsmi olaraq 19 may 1869-cu ildə Vayominq ərazisinin bir rayonuna çevrildi. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosuna görə, rayonun sahəsi 4,309 kvadrat mil (11,160 km2) idi, bunlardan 4,244 kvadrat mil (11,070 km2) torpaq (99.2%) və 35 kvadrat mil (91 km2) sahə isə su (0,8%) ilə əhatə olunmuşdur. === Qonşu rayonlar === === Milli Qoruqlar === === Əsas avtobanlar === == Demoqrafiya == Əhalinin siyahıya alınmasına görə 2000-ci ildə Albani rayonunda 32 014 nəfər, 7 006 ailə yaşayırdı, 13 269 ev təsərrüfatı və 15 215 yaşayış evi var idi. Əhalinin orta sıxlığı bir kvadrat kilometrdə 3 nəfər təşkil edirdi.
Albano Karrizi
Al Bano(Al Bano Karrizi) 20 may 1943) — məşhur İtalyan müğənnisi, aktyor və şərabçı. == Həyatı == Al Bano Karrizi 1943-cü ildə İtaliyada Puglia bölgəsinin Brindisi vilayətində çox kasıb italyan ailəsində doğulub. Anası evdar qadın Atası əkinçilik və maldarlıqla məşğul olurdu. Anası İolanda Ottino ona Albano adını verdi, çünki o, doğulduğu zaman, atası Carmelo Karrisi II Dünya müharibəsi dövründə Royal İtaliya Ordusu üçün Albaniya ilə döyüşürdü. Sonralar müğənni öz adından utanaraq onu iki hissəyə ayırır və Al Bano Karrizi olur. Albanonun digər qardaşı isə tanınmış pop musiqiçisi Franko Karrisdi. Al Bano müğənnilik fəaliyyətinə qədər ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyib. Al Bano ilk mahnısını 12 yaşında yazır, 16 yaşında isə müğənnilik karyerası üçün Milana gəlirO, 1965-ci ildə Adriano Çelentanonun təşkil etdiyi konkursda iştirak edənədək ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyir.1966-cı ildə müğənni olaraq, Delle Rose-de və televiziyada yayımlanan musiqi festivalında çıxış edir,1968-ci ildə "Pensando a te" qrupu ilə birlikdə İtalyan mahnısı olan "L'Estate" Disko musiqisi ilə birciliyi qazanır. O, "La siepe" və "Nel sole" kimi bir sıra böyük hitləri qeyd etdi. "Nel sole" 1967-ci ildə üç ay azadlıq dövründə İtaliyada 600 min nüsxə satdı və nəticədə 1 milyondan çox nüsxə və 1968-ci ilin iyulunda qızıl diskə layiq görülmüşdür.
Robert Baland
Robert Balard (ing. Robert Duane Ballard) - ABŞ dəniz donanmasının istefada olan dənizçisi. 1985-ci ildə Atlantik okeanı 4.000 metr dərinliyində Titanik gəmisinin qalıqlarını aşkarlamışdır.
Sant Albans
Sant Albans (ing. St Albans) — İngiltərədə şəhər.
Zalhan məscidi
Zal xan məscidi və ya Şəhər məscidi — İrəvan şəhərinin qədim yerlərindən biri olan Şəhər hissəsində yerləşən məşhur məscidlərdən biri. == Tarixi == Məscid İrəvan şəhərinin Qala və Təpəbaşı məhəllərinin arasında yerləşmişdir. Güman edilir ki, məscid 1649–1685-ci illərdə ucaldılmışdır. Henri Linçə görə, məscidin üzərində ərəb qrafikası ilə Azərbaycan türkcəsində olmaqla məscidin 1687-ci ildə tikildiyi qeyd olunmuşdur. Burdan belə başa düşülür ki, 1679-cu ildə tikilmişdir. 1928-ci ildə məscidin böyük zalı sökülmüş və yerində İrəvan oteli tikilmişdir. 1999-cu ildəki rekonstruksiyadan sonra otel Qolden Tulip İrəvan Otel adlandırılmaqdadır. Azərbaycan Dövlət Arxiv İdarəsində saxlanılan və 1949-cu ilə aid məlumata görə, Zal xan məscidi sovet dövründə sərgi salonu kimi istifadə olunmuşdur. Zal xan məscidinin istifadə məqsədi II Dünya müharibəsindən sonra dəyişdirilmişdir. Buna qədər məscidin iki mərtəbəli binası və bir çox hücrəsi mövcud olmuşdur.
Erlinq Haland
Erlinq Haland (21 iyul 2000, Lids, Birləşmiş Krallıq) — İngiltərə Premyer liqası təmsilçisi Mançester Siti klubunda hücumçu kimi çıxış edən Norveçli peşəkar futbolçudur. == Uğurları == === Klub === === Milli === === Şəxsi === == Klub karyerası == === Brune === Haland Brune akademiyası vasitəsilə inkişaf etmişdir. Haland öz peşəkar karyerasında debütünü 12 may 2016-cı ildə Ranheym klubuna qarşı oyunda etmişdir. O, 69-cu dəqiqədə Robert Undheymi əvəz etmişdir. Həmin görüşdə Brune liqa görüşündə rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur. === Molde === Haland 1 fevral 2017-ci ildə Molde klubuna transfer olmuşdur. Haland klub ilə debütünü 4 iyun 2017-ci ildə Sarpsburq klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Fredrik Brustadı əvəz etmişdir. Həmin görüşdə Molde liqa görüşündə rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == 2017-ci ildə Haland Norveçin gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir.
Paband (Xudabəndə)
Paband (fars. پابند‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 560 nəfər yaşayır (134 ailə).
Anemone albana
Alban güləbətini (lat. Pulsatilla albana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-15 sm hündürlükdədir. Meyvəvermə zamanı 26 sm-ə qədər uzanır. Kökətrafı yarpaqları əsasən çiçəklərlə eyni vaxtda əmələ gəlir, uzunsov, 2 dəfə lələkvari bölünmüş, neştərşəkilli və ya xətvari, tamkənarlı və ya dişcikli hissəlidir. Çiçəkləri sallanan, sarı, zəngvaridir. Çiçək yatağının yarpaqları 18–25 mm uzunluğunda, uzunsov, ellipsivari, əyilmiş ucludur. Meyvələri tükcüklü, qılçıqlıdır, 2-2,5 sm uzunluqdadır.
Myobroma albana
Astragalus pinetorum subsp. declinatus (lat. Astragalus pinetorum subsp. declinatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinin astragalus pinetorum növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR A2c+3c; B1ac(i)+2ab(i,ii,iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 30 sm-ə qədər, gövdəsiz, ağ tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları ellipsvari və ya neştərşəkillidir, yarpaqcıqları hər iki tərəfdən sıx olmayan tükcüklüdür, uc hissəsi sivriləşmişdir. Tacı sarı rəngdədir, nəzərə çarpacaq dərəcədə kasacıqdan uzundur, qanadı enlidir, tərs-yumurtaşəkillidir, uc hissəsi oyuqludur. Yumurtalığı və dişiciyi sıx ağ tükcüklərlə örtülüdür.
Pulsatilla albana
Alban güləbətini (lat. Pulsatilla albana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-15 sm hündürlükdədir. Meyvəvermə zamanı 26 sm-ə qədər uzanır. Kökətrafı yarpaqları əsasən çiçəklərlə eyni vaxtda əmələ gəlir, uzunsov, 2 dəfə lələkvari bölünmüş, neştərşəkilli və ya xətvari, tamkənarlı və ya dişcikli hissəlidir. Çiçəkləri sallanan, sarı, zəngvaridir. Çiçək yatağının yarpaqları 18–25 mm uzunluğunda, uzunsov, ellipsivari, əyilmiş ucludur. Meyvələri tükcüklü, qılçıqlıdır, 2-2,5 sm uzunluqdadır.
Aland konvensiyası
Aland konvensiyası - Aland adalarının statusunun müəyyən edilməsi ilə bağlı 1921-ci ildə onlarla dövlət tərəfindən qəbul edilmiş və Millətlər Cəmiyyəti tərəfindən təsdiq edilmiş müqavilə. == Tarixi == Aland konvensiyasının şərtlərinə uyğun olaraq Aland adaları tamamilə silahsızlaşdırılmış zona elan olunurdu: onun ərazisində heç bir hərbi birləşmə saxlanıla və heç bir hərbi istinadgahlar inşa edilə bilməzdi. İsveç dilinin və mədəniyyətinin saxlanması haqqında Əsasnaməyə əsasən Aland adalarında yaşayan gənclər hərni xidmətə cəlb edilə bilməzlər. 1939-1940-cı illərdə baş vermiş Sovet-fin müharibəsinin başa çatması ilə bağlı SSRİ ilə Finlandiya arasında Aland adaları haqqında razılaşmaya dair müqavilədə Aland konvensiyasının bir çox şərtləri təkrar olunurdu. Lakin demilitarizasiya haqqında yeni müqavilə az sonra SSRİ ilə Finlandiya arasında başlanmış müharibə nəticəsində pozuldu. İkinci dünya müharibəsindən sonra Aland adalarının demilitarizasiyası ilə bağlı statusu 1947-ci il Paris sülh müqavilələri ilə təsdiq olundu və bu günədək qüvvədədir.