Balyand — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Balyand kənd inzibati ərazi dairəsində kənd.[1] 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Balyand | |
---|---|
39°28′07″ şm. e. 47°06′17″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 780 m |
Saat qurşağı | |
Əhalinin sayına görə Cəbrayılın 4-cü böyük kəndinin tarixi XVII əsrə gedib çıxır. Kiçik Qafqazın cənub-şərq ətəklərində meşədə salınmış bu kəndin sakinləri yerli və Cənubi Azərbaycandan gələnlər olub. Əlverişli coğrafi mövqedə yerləşməsi sonradan bura köçən tayfaların sayının artmasına səbəb olub.
Yerli əhalinin dilində bələn sözünün təhrif olunmuş formasıdır. Qozluçayın sağ sahilində, dağ ətəyində yerləşən kəndin adı "hündür yer, təpə" mənasını ifadə edir. Xalq etimologiyasına görə, əvvəllər burada balı yandıraraq alinan şəkərdən çay hazırlanarmış. Buradan da Balyand adı yaranmışdır. Başqa bir məlumata görə, kənd vaxtilə Cənubi Azərbaycanın Balyand kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. Cənubi Azərb.-da Baland adlı kənd mövcuddur.[3]
Kənd əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olub. Üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq əsas məşğuliyyət sahələri olub.
Cəbrayıl rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |