Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qiblə
== İslam dinində qiblə == Qiblə (ərəb. قبلة‎) — İslam dinində Məkkədə olan Kəbə evidir. Bəqərə surəsinin 149-cu ayəsində belə buyurulur: "Hər hansı bir yerə gəldikdə (namaz vaxtı), üzünüzü Məscidül-Hərama (Kəbəyə) tərəf çevirin! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə Haqqdır!..". Namaz ona tərəf qılınmalıdır. Amma uzaqda olan şəxs, əgər "qibləyə tərəf namaz qılır" deyiləcək şəkildə dayanarsa, kifayətdir. Həmçinin, heyvanın başını kəsmək kimi, qibləyə tərəf yerinə yetirilməsi lazım olan işlərdə də hökm eynidir. Vacibi namazı ayaq üstə qılan şəxsin sinəsi və qarnı üzü qibləyə doğru olmalıdır. Hətta üzünün də qiblədən çox dönməməsi gərəkdir. Ayaq barmaqlarının da qibləyə tərəf olması ehtiyat-müstəhəbbdir.
Zirvə
Zirvə — dağ, dağ silsiləsi və ya dağ massivinin ən yüksək hissəsi. Tektonik quruluşundan, onu təşkil edən süxurların litoloji tərkibindən, denudasiya proseslərinin xüsusiyyətlərindən və s. asılı olaraq zirvələr pik, platoyabənzər və s. formada ola bilər. Dünyada ən yüksək zirvə Himalay dağlarında Comolunqma (Everest, 8848 m), Azərbaycan Respublikasında isə Bazardüzüdür (4466 m). == Geomorfoloji termin == Dağın, silsilənin, tirənin, təpənin ən yüksək hissəsi. Zirvə forması onu təşkil edən çöküntülərin litoloji tərkibindən, tektonik quruluşundan, denudasiya proseslərindən və s. asılı olaraq, yastı, günbəzvari, pik formalarında olur. == Dünyanın müxtəlif hissələrinin ən hündür zirvələri == == Həmçinin bax == Lava brekçiyaları Çalalı relyef Geoloji proseslər == Mənbə == Новая энциклопедия школьника. Москва, "Махаон", 2016, 383 с.
Şibyə
Şibyələr (lat. Lichenes). Bu qrupa 400 cins-13000-ə yaxın növ daxildir. Şibyələr təbiətdə çox geniş yayılmışdır. Onların nümayəndələrinə qütblərdən tutmuş mülayim iqlim qurşaqlarına qədər hər yerdə rast gəlmək olur. Mülayim və soyuq iqlim qurşaqlarında şibyələr daha geniş yayılmışdır. Tundra şəraitində şibyələrin geniş talaları vardır. Şibyələr dağlarda, qayaların, ağacların üzərində daha çox olur. Ümumiyyətlə, başqa bitkilərin yaşaya bilmədikləri yerlərdə şibyələr yaxşı bitir və daşların, qayaların üzərini bəzən tamamilə örtür. Şibyələr məhv olduqdan sonra onların yaşadıqları yerlərdə mamırların və başqa bitkilərin yayılması üçün əlverişli torpaq sahələri yaranır.
Zivə
Zivə (Məlkari dehistanı)
Zirə
== Qəsəbə və bələdiyyələr == Zirə (Xəzər) — Bakı şəhərinin Xəzər rayonu ərazisində qəsəbə. Zirə bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayonunda bələdiyyə. == Digər mənalarda == Zirə (bitki) — Çətirçiçəklilər fəsiləsindən çoxillik ot bikisi cinsi. Zirə şərbəti — Azərbaycanda içki Zirə FK - Futbol klubu == Oxşar mənalarda == === Adalar === Böyük Zirə — Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən ada. Kiçik Zirə — Xəzər dənizinin Bakı körfəzində eyni adlı arxipelaqa aid olan ada Xərə Zirə — Xəzər dənizində, Bakı arxipelaqında ada. Daş Zirə — Xəzər dənizində, Abşeron yarımadasının şərq küncündə yerləşən ada. === Bitkilər === Adi zirə — zirə cinsinə aid bitki növü. Qara zirə — Əkin qaraçörəkotu Qara zirə yağı — müalicəvi xüsusiyyətə malik bitki yağı.
Cümhuriyyət (zirvə)
Cümhuriyyət — Azərbaycan Respublikasında Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr hündürlükdə, Tufandağın yan silsiləsində yerləşən zirvə. == Haqqında == Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub. İlkin olaraq İlqar İsrafilov və İlqar Məmmədovun iştirakı ilə Babək İsgəndərovun rəhbərliyi altında 3 may 2018-ci il tarixində zirvəyə marşrut açılıb. 25 may 2018-ci il tarixində isə Böyük Qafqaz sıra dağlarında Tufandağın yan silsiləsində dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən zirvəyə "Cümhuriyyət" zirvəsi adı verilib. Layihə Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamına əsasən həyata keçirilən tədbirlər çərçivəsində reallaşıb. Cümhuriyyət zirvəsi Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə yaradılmşdır. === İdeya və layihə rəhbərləri === Sirxan Məmmədov Elçin Quliyev Mürsəl Qasımov === Büsdü hazırlayan === Azad Əliyev - əməkdar rəssam === Layihədə iştirak edənlər === Nərgiz Qurbani (RİİB) Zaur Mirzəyev, fotoqraf (BMM) Elman Məmmədov. operator (BMM) Nərmin Carçalova (PA) === Azərbaycan alpinistləri === İlqar İsrafilov Sima Səfərova Babək İsgəndərov Sirxan Məmmədov Təyin olunmuş zirvənin, əsas marşurut xətti (3740 metr hündürlükdədi ). Zirvəyə yol Qubanın Xınalıq kəndindən keçir, zirvəyə gedəcək vaxt məsafəsi, 2 gün və 26 km.
Dəlidağ (zirvə)
Dəlidağ (Samsar silsiləsi) — Samsar silsiləsində dağ. Dəlidağ — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində dağ. Dəlidağ — Tiflis quberniyasının Loru-Pəmbək qəzasnda, indi Kalinino rayonunda dağ. Dəlidağ (dağ, Kəlbəcər) — Kəlbəcər rayonunda dağ. Dəlidağ (dağ, Laçın) — Laçın rayonunda, Mıxtökən silsiləsinin şərq hissəsində zirvə. Dəlidağ (dağ, Zəngilan) — Zəngilan rayonu ilə Cəbrayıl rayonu sərhədində dağ.
Pere (zirvə)
Pere piki (norv. Perriertoppen) — Şpitsbergen arxipelaqında (Norveç) hündürlüyünə görə ikinci zirvə. Zirvə Qərbi Şpitsbergen adasında, Nyuton zirvəsindən 22 km şimal-qərbdə yerləşir. Zirvənin hündürlüyü 1712 metrə çatır.
Qaliley (zirvə)
Qaliley zirvəsi (norv. Galileotoppen) — Şpitsbergen arxipelaqında (Norveç), Qərbi Şpitsbergen adasında yerləşən zirvə. Zirvənin hündürlüyü 1637 metrə çatır. Zirvənin hündürlüyü Şpisbergendə 5-cidir. Qaliley zirvəsi Viydeforddan qərbdə, Nyuton zirvəsindən şimal-qərbdə yerləşir.
Quludaş (zirvə)
Quludaş - Azərbaycan Respublikasında Talış silsiləsinin yüksək zirvələrindən biri. Hündürlüyü 2,203 m-dir. Qayalıq və çöl landşaftı var. Yardımlı rayonu ərazisindədir. Viləşçayın mənbəyini təşkil edir.
Qızyurdu (Zirvə)
Qızyurdu — Azərbaycan Respublikasında Talış silsiləsinin yüksək zirvələrindən biri. Hündürlüyü 2,433 m-dir. Yamacları və zirvəsi çox parçalanmışdır. Qayalıq və çöl landşaftı var. Lerik rayonu ərazisindədir.
Sarıdağ (zirvə)
Sarıdağ — Baş Qafqaz silsiləsinin şərqində yerləşən və hündürlüyü 3360 metr olan zirvə. Dağ Azərbaycan ilə Rusiya (Dağıstan) arasında sərhəddə yerləşir. Mühüm hidrocoğrafi mövqeyə sahibdir. Dağ Samur çayı, Qazıqumux Göysu çayı və Avar Göysu çayını ayıtır. Onun ərazisindən başlayan qollar Samur və Avar Göysu çaylarına tökülür. Dağdan başlayan bəzi çay qolları isə Qanıxçaya tökülür.
Yan Zibey
Yan Zibey (12 oktyabr 1995) — Çini təmsil edən üzgüçü. Yan Zibey Çini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Həyatı == Yan Zibey 12 oktyabr 1995-ci ildə Hubey əyalətində doğulub. == Karyerası == Yan Zibey birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:00.88 saniyəlik nəticəsi ilə 27-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Yeddi Zirvə
Yeddi Zirvə (Seven Summits) — hər qitənin ən yüksək zirvələrindən ibarət qrup. Qafqaz dağlarının bir hissəsi Avropada, bir hissəsi Asiyada olduğundan Avropanın ən yüksək zirvəsi mövzusu mübahisəlidir. Eyni vəziyyət Avstraliya və Okeaniyaya da aiddir. Papua Yeni Qvineya adasının İndoneziyaya aid hissəsində Puncak Caya dağının hündürlüyü 4.884 metr, Avstraliyadakı Kostyuşka 2.228 metrdir.
Zibbz (qrup)
Zibbz — Korin Qfeller (alm. Corinne Gfeller‎) və Sti Qfeller (alm. Stee Gfeller‎), bir bacı və bir qardaşdan ibarət İsveçrəli duet. Onlar Sürixdən olsalar da, Los-Ancelesdə yaşayırlar. Zibbz "Stones" mahnısı ilə İsveçrəni 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Yaranma tarixçəsi == === 2017-hal-hazırda: Avroviziya Mahnı Müsabiqəsi === 2018-ci ilin yanvar ayında İsveçrənin SRG SSR telekanalı İsveçrənin 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda Zibbz duetinin də iştirak edəcəyini təsdiqləmişdir. Kanadalı bəstəkar Laurell Barkerin bəstələdiyi "Stones" mahnısı ilə seçim turunda çıxış edən Zibbz nəticədə qalib gəlmiş və İsveçrəni Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Zibbz 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 17-ci səhnə almışdır. Nəticədə duet 86 xalla yarımfinalda 13-cü yeri tutaraq, final mərhələsinə yüksələ bilməmişdir. == Heyət == Korin "Ko" Qfeller (alm.
Çaxmaq (zirvə)
Çaxmaq — Şuşa rayonunun ərazisində, Qarabağ silsiləsinin Şimal-Şərq yamacında zirvə. Hündürlüyü 1554 m. ərazisində qığılcım törədən xüsusi caxmaq daşının çoxluğu ilə əlaqədar olaraq dağ belə adlandırılmışdır. Qazax rayonunun İkinci Şıxlı kəndindən cənubda qədim düşərgə də oradan tapılmış coxlu daş alətlərə görə Çaxmaqlı adlanır. 1991-ci ilədək Ermənistan ərazisində Caxmaq adlı yaşayış məntəqəsi olmuşdur.
İkinci cəbhə
İkinci cəbhə - İkinci dünya müharibəsi zamanı 1944-cü il iyunun 6-da ABŞ və Böyük Britaniya tərəfindən faşist Almaniyasına qarşı açılmış cəbhə. 2,9 milyon ingilis və amerikan əsgəri Amerika generalı Eyzenhauerin ümumi komandanlığı ilə Normandiyaya çıxarıldı. İyunun 20-nə burada əsas qoşunların yerləşəcəyi plasdarın yaradıldı.
Şahdağ (zirvə)
Şahdağ — Böyük Qafqaz dağlarında Yan silsilədə zirvə, hündürlüyü 4243 metrdir, Qusar rayonu ərazisindədir. == Adının yaranması == Qusarın yerli rəvayətlərinin birində deyilir ki, çoxsaylı düşmən orduları gəldiyi zaman, yerli əhali sığınacaq olaraq düşmən üçün əlçatmaz olan bu dağa qalxarmış və gecə qəfildən enib düşmənləri məhv edərmiş. Bunun üçün bura şah dağ, yəni şahın yeganə əlçatmaz yeri deyilirdi. Başqa rəvayətlərinin birində deyilir ki, keçmişdə Şah dağının başında bir şah öz ailəsi və adamları ilə yaşayırmış. Şahın ailəsi üç nəfərdən ibarət imiş: şah, yoldaşı və oğlu. Şahın oğlu yatır, yuxuda gözəl bir qız görür və ona bir könüldən min könülə vurulur. Səhər oğlan yuxusunu atasına danışır və həmin qızı tapıb onunla evlənəcəyini ona bildirir. Şah, yoldaşı, vəzirlər, vəkillər oğlana xahiş edirlər ki, o, bu fikrindən daşınsın, lakin oğlan sözündən dönmür. Oğlan qırx gün, qırx gecə yol gedir, vilayətlərin birində qızı tapır və ürəyini ona açır. Qız da oğlana ilk baxışdan vurulur.
Zibil maşını
Zibil maşını az miqdarda yığılmış tullantıları yığıb zibil saxlama yerlərinə daşımaq üçün nəzərdə tutulmuş olan yük maşını növüdür. Bu maşınlara texniki cəhətdən “tullantıların yığılması maşını” da deyilir. Zibilin yük maşınına yüklənməsi üsullarına görə onların beş əsas modeli mövcuddur. == Növləri == === Qabaq tərəfdən yükləmə === Qabaq tərəfdən yükləmə üsulundan istifadə edən yük maşınları, ümumiyyətlə, iri sənaye müəssisələrinə xidmət edən qapalı nəqliyyat vasitələridirlər. Yük maşınının sürücüsü avtomobilin qarşısında yerləşən iki qoldan ehtiyatla istifadə edərək zibil qabını avtomobilin üzərinə qaldırır və əksinə çevrilmiş olan konteynerdəki zibilləri maşına tökür. Maşına tökülən zibillər presləmə sistemi ilə sıxılır və beləliklə də yük maşınına daha çox zibil yığmaq imkanı yaradılır. === Arxa tərəfdən yükləmə === Arxa tərəfdən yükləməyə sahib olan yük maşınları zibil yığılan yerlərdə zibil konteynerlərinin yanında dayanır və eyni zamanda da bu maşınlara zibil torbaları da atıla bilər. Zibil qabları (konteyner) maşının arxa tərəfində olan operatorun köməyi ilə maşına tökülür. Yük maşınına atılan zibillər preslə sıxılır və beləliklə də maşında daha az yer tutur. === Yan tərəfdən yükləmə === Tullantılar bu maşınlara ya əllə, ya da xüsusi avadanlığın köməyi ilə atılır.
GIGO (zibil girən zibil çıxar)
GIGO (zibil girən zibil çıxar) - (ingiliscə GIGO (garbage in, garbage out), rusca “мусор на входе, мусор на выходе” – hesablama texnikasında: kompüterin təbiətini və orada yerinə yetirilən prosesləri xarakterizə edən aksiomlardan biri; prosesin girişinə yanlış və ya korlanmış verilənlər daxil olduqda nəticə də yanlış və ya korlanmış alınır. garbage - (rusca мусор) - tullantı – dəyərsiz verilənlər; yanlış və ya korlanmış verilənlər. garbage collection (GC) - rusca сборка мусора - tullantı toplama – yaddaşın istifadə olunmayan bloklarını boşaldan və onları “boş” kimi nişanlayan silmə üsulu. Bütün yaddaş sahəsi boyu səpələnməş “boş” blokların yerdəyişmə yolu ilə iri “boş” blok şəklində bir yerə toplanması da belə adlandırılır. == Microsoft Windows == [1] Zibil qutusu (Корзина, Recycle Bin) İşçi stol üzərindəki hər bir nişan və yarlıq konkret obyekti təmsil edir. Həmin obyekt haqqında informasiya almaq üçün kursoru nişanın üzərinə qoyub siçanın sağ düyməsini sıxmaq, açılmış menyuda Xassə (Свойства, Properties) əmrini yerinə yetirmək lazımdır. Bu zaman açılmış pəncərədə obyektin tipi, həcmi/, yaranma tarixi, harada yerləşməsi və s. atributlar barədə məlumat əldə etmək mümkündür. İşçi stolun üzərindəki nişanı və ya yarlığı ləğv etmək üçün kursoru nişanın üzərində qoyub, siçanın sol düyməsini sıxmaqla onu qeyd etmək, sonra isə klaviaturadan “Delete” düyməsini basmaq lazımdır. Bu zaman onun təmsil etdiyi obyektləri – fayl və ya qovluğu Zibil qutusuna göndərmək haqda pəncərədi açılır.
Zigbee
Zigbee — ev avtomatlaşdırılması, tibbi cihaz məlumatlarının toplanması və digər güclü aşağı güclü kiçik, aşağı güclü rəqəmsal radiostansiyaları olan şəxsi şəbəkə şəbəkələri yaratmaq üçün istifadə olunan yüksək səviyyəli kommunikasiya protokolları üçün bir IEEE 802.15.4 əsaslı spesifikasiyadır. Sidmsiz əlaqəyə ehtiyacı olan kiçik miqyaslı layihələr üçün nəzərdə tutulmuş bant genişliyi tələbləri. Beləliklə, Zigbee aşağı güclü, aşağı məlumat dərəcəsi və yaxınlıq (yəni fərdi sahə) simsiz ad hoc şəbəkəsidir. Zigbee spesifikasiyasının müəyyən etdiyi texnologiya Bluetooth kimi digər simsiz şəxsi şəbəkə şəbəkələrinə (WPANs) və ya Wi-Fi kimi daha ümumi simsiz şəbəkələrə nisbətən daha sadə və daha ucuzdur. Proqramlarda simsiz yüngül keçidlər, ev enerji monitorları, trafik idarəetmə sistemləri və digər istehlakçı və sənaye avadanlıqları daxildir. Az güc istehlakı enerji çıxışına və ətraf mühitin xüsusiyyətlərinə görə 10–100 metr məsafəyə uzaqlıq ötürmə məsafəsini məhdudlaşdırır. Zigbee cihazları uzaq məsafələrə çatmaq üçün ara qurğular şəbəkəsi vasitəsilə məlumat keçərək uzun məsafələr üzərində məlumat ötürə bilər. Zigbee, uzun müddətli batareyanın ömrünü və təhlükəsiz şəbəkəni (Zigbee şəbəkələri 128 bit simmetrik şifrələmə düymələri ilə təmin edilir) tələb edən aşağı veri dərəcəsi tətbiqlərində istifadə olunur. Zigbee bir sensordan aralıq məlumat ötürülməsi üçün ən uyğun 250 kbit / və ya giriş cihazı. Zigbee, 1998-ci ildə, 2003-cü ildə standartlaşdırılan və 2006-cı ildə yenidən hazırlanmışdı.
Zireh
Zireh — insanlar, nəqliyyat vasitələri və ya gəmilərin qorunması üçün istifadə olunan qoruyucu geyimdir. == Haqqında == Barıt aşkar edildikdən əvvəl, döyüşlərin əksəriyyətində əsgərlər sinə-sinəyə döyüşdürdülər. Bu dövrdə döyüşçüləri düşmən silahından müdafiə etmək üçün zireh, dəbilqə və qalxan kimi müxtəlif vasitələrdən istifadə edilmişdir. Bundan əlavə, Makedoniyalı İskəndərin 12 qatdan ibarət kətandan zirehi də var idi.
Cəbhə Arxasında (1943)
Milli Cəbhə (Malayziya)
Milli Cəbhə - Malayziyada Hakim koalisiyalı partiya. == Yaranması və fəaliyyəti == Milli Cəbhə 1970-ci ildə İttifaq partiyasının bazası əsasında yaradılmışdır. İttifaq partiyasının əsasını da Malayziyanın 3 əsas milli icması (Birləşmiş Malay Milli Təşkilatı - BMMT, Malayziyanın Çin Assosiasiyası - MÇA, Malayziyanın Hindistan Konqresi . - MHK təşkil edirdi. 1970-ci ildə Cəbhəyə Saravaka Birləşmiş Xalq Partiyası, 1972-ci ildə Malayziya Xalq Hərəkatı Partiyası (Qerakan) və Xalq-Tərəqqi Partiyası, 1973-cü ildə Panmalayziya İslam Partiyası (1977-ci ildə Milli Cəbhədən xaric edilmişdir) daxil olmuşdur. 1974-cü ildə bu təşkilat rəsmi şəkildə Milli Cəbhə adlandırılmışdır. Hazırda Milli Cəbhənin tərkibində 13 partiya vardır 2008-ci ilədək Milli Cəbhə parlament seşkilərində asan qələbələr qazanmışdır. 2008-ci ildə Milli Cəbhə ilk dəfə müxalifətdə olan Xalq blokunun şəxsində güclü bir rəqiblə toqquşdu. Cəbhə nəinki parlamentdə üstünlüyünü (səslərin 2/3 hissəsini) itirdi, həm də müxalifətin öz hökumətini təşkil etdiyi 4 ştat üzərində nəzarəti itirdi. Bu meyl 2013-cü il seçkilərində də davam etdi.
Milli Cəbhə Partiyası
Milli Cəbhə Partiyası qısaca MCP və ya Azərbaycan Milli Cəbhə Partiyası qısaca AMCP — Razi Nurullayev tərəfindən Azərbaycan Milli Cəbhə Partiyası qısaca AMCP adıyla qurulan və daha sonra adı dəyişdirilən siyasi partiya. Partiya 2020-ci il sentyabrın 1-də dövlət qeydiyyatına alınnmışdır. Partiya özünü ideoloji olaraq sosial-demokrat adlandırır. Milli Cəbhə Partiyasının sədri 2020-ci ildən Razi Nurullayevdir. Partiyanı Milli Məclisdə sadəcə sədri təmsil edir. == Tarixi == 19 avqust 2015-ci ildə Əli Kərimlidən narazı qüvvələr AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər. 27 sentyabr 2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb, 18 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçib. Razi Nurullayev 2020-ci il 29 iyul tarixində partiyasının qurultayında AXCP adından imtina etmiş və yeni Milli Cəbhə Partiyasını təsis etmişdir. Partiya 1 sentyabr 2020-ci ildə dövlət qeydiyyatına alınmışdır. "Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulundan sonra, 26 noyabr 2023-cü il tarixində Milli Cəbhə Partiyasının Növbədənkənar Qurultayı keçirildi.
Stones (Zibbz mahnısı)
Stones (azərb. Daşlar‎) — İsveçrənin 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Zibbz dueti "Stones" mahnısı ilə İsveçrəni Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Mahnı Zibbz duetinin üzvləri Korin və Sti Qfeller ilə Kanadalı bəstəkar Laurell Barkerin əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Anti-dedovşina və diskriminasiya mövzusunda yazılan mahnıda "daşlar" (ing. stones) metafor şəklində müxtəlif alçaldıcı sözləri, təhqirləri əvəz edir.
Xıdır Zində məscidi
Xıdır Zində məscidi Siyəzən rayonu, Zarat (Siyəzən) kəndində yerləşən məsciddir. Məscid beşbarmaq dağı ilə Xəzər dənizinin arasında yerləşir. == Tarixi == Xıdır Zində məscidi, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən 2000-ci ildə inşa etdirilmişdir. Məscid beşbarmaq dağı ilə Xəzər dənizi arasından keçən Bakı-Rostov şose yolunun üstündə inşa olunub. Ümumi sahəsi 250 kv.m-dir. İçərisinə mərmər döşənmiş, divarları və dam örtüyü milli ornamentlərlə bəzədilmişdir. Məscidin qapı və pəncərələri taxtadan olmaqla xüsusi ustalar tərəfindən gözəl naxışlarla bəzədilmişdir. Məscidin günbəzinə xüsusi daşlardan örtük çəkilmişdir. Ziyarətə gələnlər üçün məscidin arxasında qurbangah, dəstəmazxana və başqa köməkçi tikililər var. Yanında 12 m hündürlüyündə iki minarə ucaldılmışdır.
Maili zireh
Maili zireh və ya əyri zireh, nə şaquli, nə də üfüqi olmayan zirehdir. Bu növ zireh, ümumiyyətlə tanklar və digər zirehli döyüş maşınları kimi quru nəqliyyat vasitələrində və zirehli döyüş gəmiləri və kreyserlər kimi hərbi gəmilərdə olur. Bir zireh lövhəsini əymək, görüş xətti boyunca lövhənin təsirli qalınlığını artırır. Maili zireh zireh dəlici mərmilər kimi kinetik enerji əsaslı KE mərmiləri və döyüş raketi kimi tank əleyhinə silahların zirehi dağıtmasını çətinləşdirir. Bir lövhəyə 90°-dən başqa bir bucaqda çırpılan mərminin, eyni lövhəyə şaquli bir formada çırpılması zamanına nisbətən daha böyük bir zireh qalınlığından keçməsi lazımdır. Sonuncu vəziyyətdə, yalnız lövhə qalınlığı (zireh səthində) deşilməlidir; Verilmiş bir lövhə qalınlığı üçün zireh yamacının artırılması, üfüqi müstəvidə ölçülən qalınlığı və mərminin hücum bucağını artıraraq təsir nöqtəsindəki zirehin qorunma səviyyəsini artırır. Başqa bir təsiri mərminin yan keçməsi, deformasiyası və sıçramasıdır. Mərmi zireh lövhəsinə ona dik olmayan bir bucaq ilə vurulduqda, mərminin yolu əyri ola bilər ki, bu da öz növbəsində daha çox zirehin keçilməsinə səbəb olar - və ya tamamilə mərmi sıçrayaraq başqa istiqamətə gedə bilər. Bundan əlavə, mərmi əyilər və beləliklə də zireh dəlmə xüsusiyyəti azala bilər. Bununla birlikdə, bu təsirlər istifadə olunan zirehin materialından və onu vuran mərminin xüsusiyyətlərindən çox asılıdır: yamac hətta daha yaxşı bir nüfuz etmə yeni, dəlmə qabiliyyətinə də səbəb ola bilər.
Zirve Awards
Şibue Çusay
Şibue Çusay (渋江 抽斎, 1805, Edo[d] – 1858 və ya 5 oktyabr 1858) və ya əsl adı ilə Zenzen – Yaponiya həkimi və filoloqu. Hirosaki hanından olan Tsuqaru ailəsinin həkimi olmuşdur. == Həyatı == Çusay 1805-ci ildə Edo şəhərində doğulmuş və həyatının çoxunu bu şəhərdə keçirmişdir. Atası Şibue İnsey də həkim idi. Çusay 1844-cü ildə Tokuqava şoqunluğunun Çin tibbi üzrə məktəbinin – Seycukanın professoru təyin olunmuş, ölümünə qədər bu vəzifəni tutmuşdur. Konfusiçi alim kimi Koşoqu məktəbinin əsas fiqurlarından biri olmuşdur. İçino Meyan və Kariya Ekisay tərəfindən başladılmış filologiya araşdırmaları ənənəsini davam etdirmiş, Mori Kien ilə birlikdə klassik Çin mətnlərinin biblioqrafiyası olan "Keyseki hoko şi" əsərini yazmışdır. Tibb sahəsində isə Heyan dövrünün yenidən kəşf edilmiş tibb kitabı olan "İşimpo"nun nəşr olunmasından məsul olan heyətin üzvü olmuşdur. O, xüsusilə, diaqnozlarına görə tanınmış, dövrünün ən yaxşı həkimlərindən biri hesab olunmuşdur. Çin tibbinin klassikləri haqqında şərhlər yazmışdır.
Lingua Libre
Lingua Libre — azad lisenziya əsasında birgə, çoxdilli, audiovizual nitq korpusu qurmağı qarşısına məqsəd qoyan Vikimedia Fransa assosiasiyasının onlayn əməkdaşlıq layihəsi və aləti. == Haqqında == Lingua Libre şifahi (audio) və ya işarəli (video) istənilən dildə sözlərin, ifadələrin və ya cümlələrin qeydinə imkan verir. Sözlər yerində, əvvəlcədən və ya mövcud Vikimedia kateqoriyasından təkrar istifadə etməklə yaradılmış siyahı şəklində spikerə təqdim olunur. Spiker sadəcə olaraq ekranda göstərilən sözü oxuyur və proqram oxunan sözdən sonra səssizliyi aşkar etdikdə növbəti sözə keçir. Yaradıcısı Nikolas Vionun köməyi ilə açıq mənbəli Shtooka yazıcı proqramından götürülmüş bu prinsip saatda bir neçə yüz söz yazmağa imkan verir. Daha sonra qeydlər avtomatik olaraq Wikimedia Commons media kitabxanasına yüklənir. 2021-ci ilin yazında Lingua Libre Strasburqda baş vermiş yanğına görə oflayn olmuşdu, lakin heç bir səs yazısı itirilmədi. === Yazılmış səslərin istifadəsi === Yazıları Lingua Libre və ya Commons-da tapmaq olar. Onlar əsasən digər Vikimedia layihələrində, məsələn, Vikilüğətdəki sözləri və ya Vikipediya məqalələrində xüsusi isimləri göstərmək üçün istifadə olunur. Yazıların dil tədrisi kontekstində təkrar istifadəsi nəzərdə tutulur.