Milli Cəbhə Partiyası

Milli Cəbhə Partiyası qısaca MCP və ya Azərbaycan Milli Cəbhə Partiyası[2] qısaca AMCPRazi Nurullayev tərəfindən Azərbaycan Milli Cəbhə Partiyası qısaca AMCP[3] adıyla qurulan və daha sonra adı dəyişdirilən siyasi partiya. Partiya 2020-ci il sentyabrın 1-də dövlət qeydiyyatına alınnmışdır.[4] Partiya özünü ideoloji olaraq sosial-demokrat adlandırır. Milli Cəbhə Partiyasının sədri 2020-ci ildən Razi Nurullayevdir. Partiyanı Milli Məclisdə sadəcə sədri təmsil edir.

Milli Cəbhə Partiyası
Loqonun şəkli
Sədri Razi Nurullayev
Qurucu Razi Nurullayev
Quruluş tarixi
  • 19 avqust 2015 (AXCP)
  • 29 iyul 2020 (MCP)
Qeydiyyat tarixi 31 avqust 2020
Sələfi Azərbaycan Xalq Cəbhəsi Partiyası
Baş qərargah
İdeologiya
Üzv sayı 5 mindən çox[1] (2023)
Milli Məclisdə
1 / 125
Ali Məclisdə
0 / 45
Bələdiyyə sədrləri
0 / 1.605
Bələdiyyə üzvləri
0 / 15.156
Saytı sosdem.az

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Milli Cəbhə Partiyasının üzvlərinin 85%-i kişi, 15%-i isə qadın olmuşdur.[5]

19 avqust 2015-ci ildə Əli Kərimlidən narazı qüvvələr AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər.[6] 27 sentyabr 2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən[7][8] sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb,[9] 18 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçib.[10][11]

Razi Nurullayev 2020-ci il 29 iyul tarixində partiyasının qurultayında AXCP adından imtina etmiş və yeni Milli Cəbhə Partiyasını təsis etmişdir.[12]

Partiya 1 sentyabr 2020-ci ildə dövlət qeydiyyatına alınmışdır.[13]

"Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulundan sonra, 26 noyabr 2023-cü il tarixində Milli Cəbhə Partiyasının Növbədənkənar Qurultayı keçirildi. Qurultayda partiyanın yeni Nizamnaməsi və Proqramı təsdiqlənmiş, həmçinin, qurultayda sədr, İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası seçilmişdir.[14]

Qurultay/Konfrans Tarix Seçilən sədr Namizəd
Azərbaycan Xalq Cəbhəsi Partiyası (2015–2020)
Etimad Qurultayı 18 oktyabr 2015[15] Razi Nurullayev Razi Nurullayev

Mehman Muradlı Səbuhi Əliyev

Milli Cəbhə Partiyası (2020-ci ildən)
I (Quruluş) Qurultayı 29 iyul 2020 Razi Nurullayev Razi Nurullayev
II (Növbədənkənar) Qurultay 26 noyabr 2023
Seçki Sədr Majoritar
Səs % Mandat
2024
Razi Nurullayev

Loqotipdə istifadə edilmiş elementlər ay, ulduz və exinasea gülüdür. Loqotipdə əks olunmuş aypara türk xalqlarının simvoludur.

Səkkizguşəli ulduzun mənasına gəlincə bu, "Azərbaycan" sözünün əski əlifbada yazılışı və Azərbaycanda yaşayan bütün xalqların bərabərlik və azərbaycançılıq ideologiyasına bağlılığını göstərir. Loqotipdə istifadə edilmiş mavi rəng türkçülük ideyası ilə bağlıdır.

Qırmızı rəng — müasir cəmiyyət quruculuğu, demokratik inkişafı — bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir.

  1. modern.az. "Ədliyyə Nazirliyi daha iki partiyanı qeydə aldı - SİYAHI". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  2. "MSK daha iki nəfərin prezidentliyə namizədliyini qeydə alıb - VİDEO". 2024-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-26.
  3. "Razi Nurullayev AXCP-sini AMCP-yə çevirdi - Günün Səsi" (az.). 2020-07-28. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-25.
  4. "İlqar Məmmədov və Razi Nurullayevin partiyaları dövlət qeydiyyatına alındı". 2024-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-26.
  5. modern.az. "Hansı siyasi partiyalarda qadınlar daha çoxdur? - SİYAHI". modern.az (az.). 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  6. "AXCP EQTK" (az.). axcp.biz. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  7. "Əli Kərimli AXCP-nin qurultayında yenidən sədr seçilib" (az.). Sputnik. 2015-09-27. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  8. Cavanşir Abbaslı. "Əli Kərimli yenidən AXCP sədri seçildi" (az.). musavat.com. 2015-09-28. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  9. Elçin Mehdiyev. "Razi Nurullayev: Əli Kərimli növbəti siyasi şouya əl atdı" (az.). trend.az. 2015-09-28. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  10. Röya Rəfiyeva. "Razi Nurullayev qurultay keçirdi və sədr oldu- FOTOLAR" (az.). musavat.com. 2015-10-18. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  11. Razi Nurullayev. "AXCP Etimad Qurultayı 18 Oktyabr 2015-ci il - Yeni siyasi tarix" (az.). YouTube/Razi Nurullayev. 2015-10-27. 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  12. "Arxivlənmiş surət". 2020-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.
  13. "Milli Cəbhə Partiyası dövlət qeydiyyatına alınıb". Aze Voice (az.). 1 sentyabr 2020. 2020-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2020.
  14. Gudratli, Rufat. "MCP qurultay keçirdi: Sədr seçildi- FOTOLAR". Cebhe Info (az.). 2023-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.
  15. "AXCP Etimad Qurultayının sədri AXCP sədri oldu (FOTO)". Trend.Az (az.). 2015-10-19. 2015-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.