Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şəbpərə
Şəbpərə (lat. Myotis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi. == Təsviri == Ölçüləri xırdadan iriyə qədərdir. Qanadları enli və kütdür. Mahmızın əsasında epiblema adətən olmur və ya zəif ikişaf etmişdir. Quyruğun ucu omaarası pərdədən 1–3 mm kənara çıxır. Qulaqları zərif dərili, zirvəyə doğru daralmış, hündürlüyü enindən xeyli çoxdur. Düz və ensiz traqus aşağı 1/3 hissəsində daha enlidir. Sıx və hündür xəzin rəngi çox vaxt tutqun olub qonur, qəhvəyi və boz çalarlar üstünlük təşkil edir. Dişlərinin sayı dəstədə maksimal olub 38 –dir.
Bığlı şəbpərə
Bığlı şəbpərə (lat. Myotis mystacinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. == Xarici görünüşü == Bədənin uzunluğu 38-48 mm, quyruğun uzunluğu isə 32-46 mm-dir. Qulaqları nisbətən uzundur (13-17 mm). Qulağın arxa kənarının yuxarı hissəsində yaxşı hiss olunan kəsik vardır. Qulağın dəri çıxıntısının uzunluğu (6,5-9,0 mm) qulağın uzunluğunun təqribə yarısına bərabərdir. Xəzin rəngi adətən açıqdır. Yaşlı fərdlərin rəngi adətən parlaq olub, bədənin üst tərəfi parlaq sarıdansəməni və ya bozumtul açıq-sarı rəng arasında dəyişir. Bədənin alt tərəfinin rəngi ağla bozumtul-ağ arasında dəyişir. Bütün tüklərin əsası yaşıl-boz və ya tünd-boz rəngdədir.
Cırtdan şəbpərə
Zərnurə Həmidova
İtiqulaq şəbpərə
İtiqulaq şəbpərə (lat. Myotis blythii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. == Xariçi görünüş == Onların çəkisi 15–30 q, bədəninin uzunluğu 58–77 mm, quyruğu isə 45–60 mm, qanadlar arasında məsafə 38–40 sm təşkil edir. Qulaqları orta ölçüyə malik olurlar. Qanadları böyük və enlidir. Bel nahiyəsində boz və açıq boz rəngdə olur. == Yayıldığı ərazilər == Avropanın Aralıq dənizi hövzəsi, qərbi Ukrayna, Moldova, Krım, Qafqaz, Şimali Afrika, Ön, Kiçik və Mərkəzi Asiya, İran, Əfqanıstan, Mərkəzi Çinə qədər şimal-qərbi Altay və Himalay dağlarına qədər olan ərazilərdə yayılmışdır. Azərbaycanda isə bu növ daha geniş şəkildə Kiçik Qafqaz dağları bölgəsində yayılmışdır. == Yaşayış yeri və həyat tərzi == İtiqulaq gecə şəbpərəsi aran zonasında, həm də 2350 metrə qədər hündürlükdə yerləşən dağlarda (Dağlıq Qarabağın İstisu ətrafında) (alp çəmənlərindən başqa) qeydə alınmışdır. Müxtəlif landşaftlarda məskunlaşa bilsələrdə, dağ meşələrində və dağətəyi çöllərdə sayı daha çoxdur.
Məbrurə Gönenç
Əminə Məbrurə Gönenç (1900, Konstantinopol – 6 dekabr 1981) — türk məktəb müəllimi, siyasətçi və Türkiyə parlamentinin ilk 18 qadın deputatından biri. == Erkən həyat == Məbrurə Gönenç İstanbulda, Osmanlı sultanı II Əbdülhəmidin şəxsi məsrəflər idarəsində məmur işləyən İbrahim və onun həyat yoldaşı Didarın ailəsində, rəsmi məlumatlara görə 1900, ailənin qeyri-rəsmi məlumatına görə isə 1898-ci ildə anadan olub. İbtidai təhsilini Üsküdar Qız Peşə Liseyində almış, daha sonra Beşiktaşdakı "Osmanlı Birliyi Məktəbi"ndə oxumuşdur. Gönünç 1914-cü ildə Arnavutköy Amerikan Qızlar Liseyinə daxil olmuş və oran 1919-cu ildə bitirmişdir. == Pedaqoloji fəaliyyəti == Əminə Məbrurə ilk olaraq Bəylərbəyi Qızlar Məktəbində fransız dili müəllimi kimi fəaliyyətə başlayıb, daha sonra Gedikpaşadakı Amerikan Məktəbində dərs deyib. Məbrurə 1927-ci ildə Adana sakini olan həkim Əhməd Remzi ilə evlənib və həyat yoldaşı ilə Adanaya gedərək orada məskunlaşıb. Bu evlilikdən onun iki uşağı dünyaya gəlib. == Siyasi karyera == Gönenç 1930-cu ildə Adana bələdiyyə məclisinə seçilmiş və beləliklə, məclisin ilk qadın üzvlərdən biri olmuşdur. O bundan sonra sonra Mersin bələdiyyə məclisinin də üzvü olub. Əminə Məbrurə 1934-cü il Soyad Qanununun qüvvəyə minməsindən sonra "Gönenç" soyadını özünə götürüb.
Şanurə (Qürvə)
Şanurə (fars. شانوره‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 772 nəfər yaşayır (187 ailə). Əhalisini kürdlər təşkil edir.
Sərsurə
Sərsurə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 190 nəfərdir ki onunda 87 nəfəri kişi, 103 nəfəri qadındır.
Sendre
Sendre (fr. Cindré) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Jalini-sür-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03079. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 313 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 199 əmək qabiliyyətli şəxsdən (15-64 yaş) İqtisadi cəhətdən aktiv, 64 hərəkətsiz (67.8% iş, 1999-cu ildə 72.0%). Fəal olan 135122 işsizdən (65 kişi və 57 qadın) və 13 işsizdən (7 kişi və 6 qadın). Aktiv olmayan 18 tələbə və ya tələbədən 25-i təqaüdə çıxmış, 21-i digər səbəblərə görə fəaliyyətsizdir.
Səbirə Sərdarova
Səbirə Sərdarova (tam adı: Səbirə Əbdüləli qızı Sərdarova) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, baş elmi işçi, kimya üzrə elmlər doktoru. == Həyatı == Sabirə Sərdarova 1940-cı il yanvarın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 134 və 6 saylı məktəblərdə aldıqdan sonra, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) kimya fakultəsinə qəbul olunub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra “Üzvi kimya” kafedrası üzrə aspiranturaya daxil olub (1962-ci il). 1965-ci ildə aspiranturanı bitirdikdən sonra elmi rəhbəri akademik Ə.M. Quliyevin dəvəti ilə Aşqarlar Kimyası İnstitutuna mühəndis vəzifəsinə qəbul olunub. 1967-ci ildə “Tiotetralollar (sintezi, xassələri və tədqiqi)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və elmlər namizədi elmi dərəcəsini almışdır. 1994-cü ildə “Aminometilləşdirilmiş hidroksiasetofenonlar (sintezi, xassələri, tədqiqi)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Sabirə Sərdarova 1967-2010-ci illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi vəzifələrində, 2010-cu ildən bu günə kimi isə baş elmi işçi vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Baş elmi işçi Sabirə Sərdarova üzvi kimya sahəsində mütəxəssisdir.
Səbirə Əliyeva
Səbirə Əliyeva (25 sentyabr 1995, Bakı) — Azərbaycanı təmsil edən qadın güləşçi. == Karyerası == Səbirə Əliyevanın birinci beynəlxalq turniri 2013-cü ilin fevralında Sofiya şəhərində (Bolqarıstan) baş tutan D. Kolov — N. Petrov beynəlxalq turniri oldu. Səbirə Əliyeva həmin turniri beşinci pillədə başa vurdu. Daha sonra Belarusda baş tutan A. Medved beynəlxalq turnirinin bürünc medalına sahib olan Səbirə Əliyeva, martda Tbilisi şəhərində (Gürcüstan) baş tutan Avropa Çempionatını yeddinci pillədə başa vurdu. İyulda gənclər arasında Avropa Çempionatının qalibi olan Səbirə Əliyeva avqustda gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. 2014-cü ildə Səbirə Əliyeva əvvəlcə Paris şəhərində (Fransa) Fransa Qran-Prisinin bürünc medalına sahib oldu. Daha sonra Klippan Lady Open beynəlxalq turnirini 8-ci, gənclər arasında Avropa Çempionatını beşinci pillədə başa vuran Səbirə Əliyeva, avqustda Zaqreb şəhərində (Xorvatiya) gənclər arasında Dünya Çempionatını bürünc medalla başa vurdu. İlin sonunda isə o, Rusiyada Moscow Lights beynəlxalq turnirinin gümüş medalına sahib oldu. 2015-ci ilin əvvəlində Səbirə Əliyeva Fransasa Paris Qran-Prisində 8-ci, Polşada U23 Avropa Çempionatında 5-ci, Bolqarıstanda isə D. Kolov — N. Petrov beynəlxalq turnirində 5-ci oldu. Daha sonra Səbirə Əliyeva iyunda İstanbul şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının qızıl, avqustda Salvador şəhərində baş tutan gənclər arasında Dünya Çempionatının isə gümüş medalına sahib oldu.
Səfurə İbrahimova
Səfurə (Safurə) Ağabala qızı İbrahimova (27 dekabr 1938, Bakı – 21 dekabr 2020, Bakı) — Azərbaycan kino və teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan SSR dövlət mükafatı laureatı (1984). == Həyatı == Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Səfurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib. 1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub. Aktrisa 21 dekabr 2020-ci ildə vəfat edib.
Səfurə Əlizadə
Səfurə Əlizadə (20 sentyabr 1992, Bakı) — azərbaycanlı müğənni. Azərbaycanı 2010-cu ildə Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir və 145 xalla 5-ci yeri tutmuşdur. 2010-cu ildə "Yeni Ulduz 8" layihəsinin qalibi olmuşdur. == Həyatı == Səfurə Əlizadə 20 sentyabr 1992-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Səfurə xanım 3 yaşından musiqi ilə məşğul olmağa başlamışdır. Kaman və saksafon üzrə orta musiqi təhsili almışdır. Səfurə xanım ilk orta təhsilini xoreoqrafiya məktəbində almışdır. Daha sonra 5-ci sinifdən 164 nömrəli tam orta məktəbdə, 8-ci sinifdən isə 23 nömrəli tam orta məktəbdə təhsil almışdır. Səfurə Əlizadə 2010-cu ildə Azad Azərbaycan Televiziyasında yayımlanan "Yeni Ulduz 8" layihəsində qalibi olmuşdur və geniş tamaşaçı kütləsinə tanınmışdır. 2010-cu ildə Səfurə Əlizadə orta təhsilini bitirdikdən sonra ali təhsilini almaq üçün İsveçə köçmüşdür.
Avast Secure Browser
Avast Secure Browser (əvvəllər Avast! SafeZone) — 2016-cı ildən Avast Antivirus quraşdırıcısına əlavə quraşdırma üçün daxil edilmiş Avast proqram təminatının veb brauzeridir, lakin o, həm də onun saytında mövcuddur. O, açıq mənbəli Chromium layihəsinə əsaslanır. Microsoft Windows, macOS, iOS və Android üçün mövcuddur. Avast onlayn təhlükəsizlik Google Chrome, Microsoft Edge, Mozilla Firefox və Opera brauzerləri üçün Avast Secure Browser-ə oxşar xüsusiyyətlərə malik əlavədir. == Hadisələr == === 2016 === 24 mart 2016 – Avast Safezone Brauzeri işə salındı === 2018 === 6 aprel 2018 – Avast Secure Brauzeri işə salındı == Tarixi == Əvvəlcə Avast Secure Browser, Avast Antivirusun pullu versiyaları ilə birləşdirilmişdi. 2016-cı ilin mart ayında Avast onu pulsuz versiya ilə də yığmağa başladı.Avast Təhlükəsiz Brauzeri 2018-ci ilin əvvəlində yenidən işlənməmiş və "Avast Secure Brauzer" olaraq rebrendinq edilməmişdən əvvəl əvvəlcə "SafeZone" adlanırdı. Yeniləmə və adının dəyişdirilməsindən əvvəl SafeZone-un dizaynı Opera brauzerinin dizaynına bənzəyirdi. İstifadəçi onlayn əməliyyatlar aparmaq üçün maliyyə və ya alış-veriş saytlarını ziyarət etdikdə SafeZone avtomatik işə salındı. 2015-ci ilin dekabrında Tavis Ormandy hakerlərə Avast SafeZone Brauzer istifadəçilərinin brauzerlərinə zərərli JavaScript kodu daxil etməyə imkan verə biləcək təhlükəsizlik zəifliyini müəyyən etdi.
Baxış bəy Səbur
Baxış bəy Səbur (27 avqust 1863, Mirzəcamallı, Şuşa qəzası – 1931, Daşkənd) — şair. == Həyatı == Baxış bəy Səbur 27 avqust 1863-cü ildə Şuşa qəzasının Vərəndə sahəsinin Mirzəcamallı (Şərifbəyli) obasında anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Bir neçə dil bilirdi. Baxış bəy bir sürə Şuşa və Bakı şəhərlərində dövlət idarələrində çalışdıqdan sonra Özbəkistanın Daşkənd şəhərinə köçmüşdü. Daşkənd şəhərində Salman Mümtazın yazdığına görə "maarif və mədəniyyətə dəyərli köməyi olmuşdur". Baxış bəy Səbur 1931-ci ildə Daşkənd şəhərində vəfat edib. Əsəd bəy Vəzirin oğludur. Mir Möhsün Nəvvab öz ünlü təzkirəsində yazır: "Baxış bəy Əsəd bəyin oğludur. Qarabağın Şuşa əhalisindəndir.
Əlipaşa Səbur Hüseynzadə
Əlipaşa Səbur və ya Əli Səbur (tam adı: Hüseynzadə Əlipaşa Həbibulla oğlu; 1885, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1934, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan şairi. "Yeni füyuzat" jurnalının naşiri və məsul redaktoru. == Həyatı == Əlipaşa Hüseynzadə 1885-ci ildə Bakıda anadan olmuşdur. Atası Həbibulla Hüseynzadə dənizçi idi. İlk təhsilini Mirzə Həsib Qüdsinin və Molla Qafurun məktəbində almışdır. Sonra isə yeni üsulla açılan rus-müsəlman məktəbində oxumuşdur. 1899-cu ildə Həbib bəy Mahmudbəyovun məktəbini bitirib, Sultan Məcid Qənizadənin altı sinifli məktəbinə daxil olmuşdur. Maddi cəhətdən vəziyyətləri ağır olduğundan 17 yaşlı Əlipaşa 1902-ci ildə məktəbi buraxıb Hacıbaba Haşımovun kantorunda işləmişdir. Elmə, təhsilə sonsuz marağı olan Ə.Səbur hər cür çətinliklərə dözərək oxuyur, savad və bilik sahibi olur. O, yazıları ilə dövri mətbuatda çıxış edir, imzası qəzet və jurnal səhifələrində görünməyə başlayır.
Səbrə məscidinə aviazərbə
Səbrə məscidinə aviazərbə — 15 noyabr 2023-cü ildə, HƏMAS–İsrail müharibəsi zamanı İsrail döyüş təyyarələrinin Qəzzənin mərkəzində yerləşən Səbrə məscidini hədəfə alması və bombalaması. Hücum nəticəsində azı 50 nəfər həlak olmuş, çoxlu sayda insan yaralanmışdır. == Aviazərbə == Aviazərbə Qəzzənin mərkəzi hissəsində, Səbrə məhəlləsindəki məscidi hədəf alınaraq həyata keçirilmişdir. Hücum nəticəsində azı 50 nəfər həlak olmuşdur. Ölənlərlə yanaşı, onlarla insanın da yaralandığı bildirilmişdir.