İtiqulaq şəbpərə (lat. Myotis blythii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü.
İtiqulaq şəbpərə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: İtiqulaq şəbpərə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Onların çəkisi 15–30 q, bədəninin uzunluğu 58–77 mm, quyruğu isə 45–60 mm, qanadlar arasında məsafə 38–40 sm təşkil edir. Qulaqları orta ölçüyə malik olurlar. Qanadları böyük və enlidir. Bel nahiyəsində boz və açıq boz rəngdə olur.
Avropanın Aralıq dənizi hövzəsi, qərbi Ukrayna, Moldova, Krım, Qafqaz, Şimali Afrika, Ön, Kiçik və Mərkəzi Asiya, İran, Əfqanıstan, Mərkəzi Çinə qədər şimal-qərbi Altay və Himalay dağlarına qədər olan ərazilərdə yayılmışdır. Azərbaycanda isə bu növ daha geniş şəkildə Kiçik Qafqaz dağları bölgəsində yayılmışdır.
İtiqulaq gecə şəbpərəsi aran zonasında, həm də 2350 metrə qədər hündürlükdə yerləşən dağlarda (Dağlıq Qarabağın İstisu ətrafında) (alp çəmənlərindən başqa) qeydə alınmışdır. Müxtəlif landşaftlarda məskunlaşa bilsələrdə, dağ meşələrində və dağətəyi çöllərdə sayı daha çoxdur. Ayrı-ayrı yay toplaşmalarında bu kiçik heyvanların sayı onlarla, yüzlərlə fərd təşkil edir, bəzi hallarda hətta sayı iki minə çatır (Tərtərçay dərəsi, Daşaltı kanyonu, Azıx mağarası, "Yarasa yuvası" mağarası, Zəngəzur MP Paraqaçay dərəsi). İtiqulaq gecə şəbpərəsi oturaq növ olub iri və nisbətən isti, süni yeraltı mağaralarla yaşayırlar. Eyni zamanda bu növ zirzəmilərdə, çardaqlarda, istifadəsiz tikililərdə və xarabalıqlarda, qayaların çatlarında gizlənirlər və koloniyalar əmələ gətirirlər. Qışlama yerlərinə mövsümi miqrasiyalar edirlər. Eyni növlü və qarışıq növlərdən ibarət olan (nalburun və adi uzunqanad) koloniyalar əmələ gətirirlər. Geniş çardaqlarda və isti iri mağaralarda məskunlaşan balalama koloniyaları divarlardan və tavandan asılaraq sıx kütlə əmələ gətirir. Qidasını əsasən sərtqanadlılar, kəpənəklər, az miqdarda ikiqanadlılar təşkil edir.
Bala vermə mayın sonu iyunun əvvəllərində təsadüf edir və dişi fərd bir bala doğur. Avqust ayının axırlarında balalama koloniyası dağılır və çütləşmə dönəmi başlayır. Balalama koloniyası çox vaxt özündə 200–500, bəzən də bir neçə minədək yetkin fərdi birləşdirərək sıx kütlələr əmələ gətirir. Böyük toplaşmalar Azıx mağarasında (DQMV), Bilav mağarası "Yarasa yuvası" (Zəngəzur MP). Yayda, erkək fərdlərə tərkibində 5–20, bəzən 200-ə qədər fərd olan qruplar şəklində rast gəlinir. Cəmi 3 iri qrup topası (500–2000 yetkin erkək fərd) məlumdur ki, bunlara da əsasən Kiçik Qafqaz ərazisində və Zaqafqaziya yaylasında rast gəlinir.